III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1019
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli.
Dramaturq təyyarə kimi cansız dəmir parçasının insanların həyatına nümunə olacaq
qədər mükəmməlliyi oxuculara çatdırır. "Təyyarə öz yolunu özü açır" deməklə müəllif insan-
ları yaşadığı müddətcə onlara bənzəməyə, heç kəsə güvənmədən, öz gücünə arxalanaraq yaşa-
mağa səsləyir:
Cəlil - Gecə gedir, gündüz gedir
təyyarələr.
Məqsədinə
Mənzilinə dümdüz gedir təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz
təyyarələr.
Bəzən cansızların da canlılara nümunə olduğuna sübuta yetirmişdir B. Vahabzadə.
Onlardan çox şeylər öyrənəcəyk:
Zeynallı - Cəlil düz deyir. Cavnlar gərək təyyarədən nümunə götürələr. Məqsədə birba-
şa getməyi bacaralar. Mən istəyərdim ki, siz maşın kimi yola görə getməyəsiniz, təyyarə kimi
yolu özünüz açasınız.
İbrətamiz fikirləri ilə dramaturq bizləri düzgün istiqamətə yönəldir:
Zeynallı - Bir evlənməkdə, bir də sənət seçməkdə adama məsləhət görməzlər.
Hər zama elmə, təhsilə yüksək qiymət verən müəllif doğru olaraq belə bir fikir səsləndirir:
Zeynallı - Bacı, hər yerdə güzəşt eləmək olar, amma elm aləmində güzəşt eləmək, o
adamın evini yıxmaqdır.
Əvvəlki pyeslərində olduğu kimi burada da müəllif həqiqəti hər şeydən üstün tutmuş,
yüksək qiymətləndirmişdir:
Zeynallı - Ən böyük biclik, düzlükdür.
Savadına, biliyinə deyil, dost - tanışına güvənənlərə müəllif tutarlı bir mesaj göndərir:
Zeynallı - Qoy uşaq heç kəsin kölgəsinə sığınmasın. Dayısına güvənən oxumaz, zəhmə-
tə qatlaşmaz.
B. Vahabzadə cəmiyyətdəki haqsızlıqların səbəbini insanların özündə görür. Nəticədə
haqq nahaq bir - birinə qarışır:
Dekan - Camaat özü eləyir, nəticədə pislə yaxşı, haqla nahaq bir - birinə qarışır. Ədalət
tapdanır, həqiqət susur.
Və ən nəhayət cəmiyyətdə öz mövqeyini müəyyən etməyə çalışan gənclərin qəlbindəki
inam ölür. Belə şəraitdə isə inkişafdan söz gedə bilməz.
Dramaturq Zeynallı kimi vicdanlı insanları hər kəsə nümunə göstərir. Qohumlarını itirsə
də, vicdanını itirmədiyi üçün müsbət obraz kimi səciyyələnir. Bu obrazı yaratmaqla sənətkar
bizləri də müsbət istiqamətdə inkişafa yönəltməyə çalışır:
Zeynallı - Telefon zəngləri kəsildi. Heç kəs məndən razı qalmadı. Ancaq vicdanım mən-
dən çox razı idi. Vicdanımı tapdamadım. Ədalət gülümsündü. Dünyada vicdanın özündən razı
qalmasından böyük xoşbəxtlik yoxdur.
Pyesin sonunda da müəllif təyyarələrdəki məğrurluğu, mübarizliyi yada salır. Ölümündə
belə məğrurluğun, yenilməzliyin gizləndiyini aşağdakı kimi nəzmə çəkir:
Özü kimi
Ölümü də mərdanədir.
Mənzilinə uça - uça
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1020
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
qaça - qaça
Öz içindən tez üzülər
təyyarələr
Yavaş - yavaş enə bilməz
Öləndə də birdən ölər
təyyarələr.
B.Vahabzadə bütün poeziyasında olduğu kimi, tarixi pyeslərində də böyük və ciddi
həyat məsələləri üzərində düşünən sənətkar olmuşdur. Xalqın tarixi taleyi, bu taleyi özlərində,
mübarizələrində əks etdirən insanların xarakteri və qayələri, nəcib insani xüsusiyyətləri
görkəmli şairin dramaturgiyasının əsas fəlsəfi-estetik düşüncələridir. B.Vahabzadə
dramaturgiyası mövzu cəhətdən tarixi və müasir həyatla bağlı olan pyeslər silsiləsinə şamil
edilə bilər. Burada tarixilik və müasirlik vəhdət halında çıxış edir. Bu da böyük şairimizin
milli dramaturgiyanın zəngin ənənələrini yaşatmaq əzmini göstərir.
MƏDİNƏ GÜLGÜN YARADICILIĞINDA MƏRD
VƏ MÜBARİZ FƏDAİ OBRAZI
Sakibə ƏLƏSGƏROVA
Azərbaycan Dövlət Pedaqoci Universiteti
traqimli@gmail.com
AZƏRBAYCAN
Mədinə Gülgün cavanlığında da, orta yaş dövrlərində də, ömrünə axşam qəribliyi çö-
kəndə də fədai dostlarını, Təbrizli günlərini bir an belə unutmadı. Mədinə xanım «Təbrizim
mənim» deyərək gah ona «laylay» çaldı, gah da şəninə nəğmələr qoşdu. R.Rzanın «Təbrizim-
mənsizim» ifadəsi ona elə xoş gəlmişdi ki, şeirlərinin birinə epiqraf seçmişdi. Həsrəti və
yarası dərin olan bu şairə son nəfəsinə qədər bir vüsal eşqilə kövrəldi, arzularının qönçəsindən
çıxan günü gözlədi, həsrətinin üstünə gün düşməsini gözlədi. Həmişə bahar soraqlı, süfrəsi
qonaqlı azəri qızı xalqının taleyinin sabahkı döyüşə bağlı olduğunu yadından çıxartmadı. O,
dünəni və bu günü şərəfli olan, azadlıq arzusu dilindən düşməyən, yurdunun mərd oğul və
qızları ilə bərabər səngərlər görən, keçmişi fədai adlı bir şairədir. «O mənəm, mən» şeirində
qanlı cəbhələrdə saçı ağaran, iradəsi ilə düşməni təəccübləndirən, ölümün özündən belə
intiqam alan, döyüşən bir xalqın fədai nümayəndəsinin ümumiləşdirilmiş obrazını yaradıb.
Paslı zəncirləri qolundan qıran,
Elləri köməyə, dada çağıran.
Qanlı cəbhələrdə saçı ağaran
Soruşsalar kimdir,
o, mənəm, mənəm. (1966)
Səngərli günlərindən 20 il keçməsinə baxmayaraq Səttarxan adı və bayrağı ilə nəfəs alır,
hər şirin xəyalın həqiqət olacağına inanır. Onun siyasi mövzuda yazdığı şeirlərində qəribə bir
təzad var. Bir tərəfdən yaralarına məlhəm istəyən şairə digər tərəfdən paslı zəncirlərin
qırılmasını, düşmən üzərinə od, alov yağdırmağın, tələsməyin gərəkliliyini söyləyir. Ola bilsin
ki, elə bunlar ola bilər onun köz bağlayan həsrətini dindirən. 1965-ci ildir, ancaq şairə hələ də
«Qanımız axmasa» deyərək düşüncələrini qələmə alır. Anasının azadlığa həsrət ölməsini, ata-
sının məmur şallağının altında canının çıxmasını, bacısına ömürlük şah zindanı verilməsini,
qardaşının vüqarla dar ağacına getməsini bütün ağrısı ilə yaşayır. Bunlar azadlıq, istiqlal eş-
qinə baş verib. Azadlığın yenidən əllərindən alınması M.Gülgünü çörəyi əlindən alınmış kör-
pəyə döndərir. Ancaq bu hal çox sürmür. Atası, anası əlindən alınmış körpələrin diliylə bayram
paltarı, başmaq istəyir. Get-gedə gərginləşən şairə bunları qəlbiylə, beyniylə duyanlara səslənir: