III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1025
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
MİR CƏLALIN MANİFESTİ
Aytən HÜSEYNOVA
M. Füzuli adına Əlyazmalar İnstitutu
aytan-aliyeva @ rambler. Ru
AZƏRBAYCAN
Tolstoy: "Bütün xoşbəxt ailələr bir-birinə oxşayırlar,
hər bədbəxt ailənin isə bədbəxtliyi bir özgə cürədir"
XX əsr Azərbaycan ədəbiyyatının inkişafı tarixində böyük ədəbi simalardan biri olan
Mir Cəlal Paşayev yaratdığı bədii irsi və söz sənəti ilə bu gün də qəlblərimizdə yaşamaqdadır.
O, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini - xalqa bağlılığı, təvazökarlığı və
ən başlıcası- nəcibliyi inadkar bir inamla qoruyub saxlayır, ədəbi-bədii və nəzəri fikrin milli
müəyyənliyini mühafizə edirdi.
Mir Cəlal bir yazıçı kimi, öz nəslinin taleyinə, həyatına, arzu və istəklərinə nüfuz edən
bir ədib idi. O, mənsub olduğu nəslin gəncliyindən, cəbhəyə gedib qayıtmayan ataların, qar-
daşların həsrətindən doğan arzuların reallığından, sadə inandırıcı bir dildə söhbət açırdı.
Mir Cəlalın özünəməxsus yaradıcılığı vardı. Yaradıcılığında əsas tədqiqat obyekti olan
insanın bütün varlığı, dolğun xarakteri, psixoloji mənəvi aləmi, milli şüuru, əxlaq və şüurlarda
olan köhnəlik qalıqlarının aradan çıxmasını acı kinayə ilə bəsləyən, ictimai-siyasi mühitin qa-
ranlığından işıqlı gələcəyə ümid bəsləyən obrazlarıdır.
Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin korifeylərindən olan Məmməd
Arifin "Yazıçı və alim" məqaləsi Mir Cəlal yaradıcılığını iki istiqamətdən həm bədii söz us-
tası, həm də filoloq kimi təhlilini verir. Məqalədə Mir Cəlal bir nasir kimi belə təqdim edilir:
"Azərbaycan nəsrində Mir Cəlalın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi o öz parlaq
yaradıcılıq siması ilə, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri ilə tutmuşdur. Onun
əsərlərini başqa bir yazıçının əsərləri ilə qarışdırmaq olmaz. Mir Cəlal öz yazı tərzi, təbii dili,
bədii ifadə vasitələri, üslubu ilə fərqlənir və diqqəti cəlb edir. Onun sadə, aydın və şirin bir
dili vardır: eyni zamanda, bu dil çox əlvan və mənalıdır. Dialoqlardakı təbiilik və canlılıq
ədibin əsərlərinə xüsusi bir gözəllik verir, onların bədii təsir qüvvəsini artırır".
Mir Cəlal Paşayevin müdriklik zirvəsində dayanan sadə, parlaq üslublu ədəbi-nəzəri gö-
rüşləri bütöv bir elmi yaradıcılıq sistemi kimi müasir ədəbi prosesə öz təsirini göstərməkdədir.
Mir Cəlal Paşayev xoşbəxt yazıçılardandı, çünki dövrünün bədii məngənəsini obyektiv
şəkildə yarada bilmişdi. Qızı professor Ədibə xanım Paşayeva xatirələrindən danışarkən
deyir: "İri həcmli əsərlər yazan bir yazıçıya əmək qəhrəmanı adı vermişdilər. Atam dedi ki,
gərək onun oxucusuna da əmək qəhrəmanı adı verilsin”.
Yaradıcılığında ideyanın zahirən sovet sisteminin tələblərinə uyğunlaşdırılması əslində
isə milli idealların ifadəsi və bütövlükdə milli maraq və mənafeləri ehtiva edən ideyaların
qabarıq verilməsi əsas şərtdir.
Yaratdığı obrazlarda obrazlı ifadələr işlətmək əvəzinə, real həyat səhnələrinin canlan-
dırılmasına üstünlük verirdi. O əsərlərində hislərin, duyğuların fikirlə, ideya ilə harmoniyası-
nı özünəməxsus etmək qabiliyyətinə malik idi.
1939-cu ildə qələmə aldığı "Bir gəncin manifesti" romanı müasir ədəbiyyatşünaslıqda
30-40-cı illər nəsrinin əsas hərəkət istiqamətini müəyyənləşdirən romanlardan biri oldu.
Yazıçı “Bir gəncin manifesti” romanını yazarkən əvvəl yazdığı romanlardan roman təc-
rübəsi, həyata tam bələdliyi bu əsəri daha mükəmməl, daha sənətkarcasına ortaya qoymuşdur.
Bu əsər yarandığı gündən klassik nümunəyə çevrilib. Mir Cəlal müəllim özü klassikanı izah
edərkən deyirdi: əsər zaman tanımayanda, problemlərə bədiilik rakursundan baxanda, bu
problemləri ustadcasına bədii söz sənətinə gətirib. Birincisi budur ki, xalq onu saya salmayan,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1026
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
şəxsi mənafeyi üçün Vətəni hər cür “misterlərə” satan, varlanmaq və piylənməkdən başqa bir
idealı olmayan “özününkülərə” qarşı ayağa qalxıb, ikincisi odur ki, xalq onun mədəniyyət
nişanələrindən tutmuş çöllərindəki, ceyranınadək hər şeyə sahib çıxma iddialarına olan yad-
ellilərə, ögeylərə qarşı vuruşur. Bu vuruşda müəllifin inandığı bircə qüvvə var: xalq iradəsi, xalq
səfərbərliyi. Bugün Azərbaycan xalqına romanda qoyulan bu iradə, bu birlik çox vacibdir.
Bir gəncin manifestində bütövlükdə Azərbaycan kəndinin problemlərini, ziddiyyətləri-
ni, kənd insanının mənəvi dünyasını, sinfi-zümrəvi münasibətləri, çar hökumətinin – müstəm-
ləkəçi rejimin antimilli siyasətindən törəyən bəlaları, Azərbaycan kəndlisinin acınacaqlı taleyi
və bu vəziyyətə baxmayaraq, milli birlik, xarakterik bütövlük və dönməzliyi əks etdirib.
Mir Cəlal yaradıcılığında Sona obrazının etnik-milli davranış normalarına görə Paşaye-
vin elmi ədəbi irsini zamanın kontekstində, ideoloji amilləri nəzərə alaraq qəbul və təhlil
edərkən yazıçı kimi obyektiv düşünüb, obyektiv qələmə almalıyıq.
“SİRLƏRXƏZİNƏSI” DİDAKTİK POEMA KİMİ
Arzu ƏLİYEVA
Qafqaz Universiteti
arzu92aliyeva@mail.ru
AZƏRBAYCAN
Nizami Gəncəvi dünya söz sənətinin dahi sənətkarları sırasında önəmli yerəməxsusdur.
Nizami önəmli bir tarixi şəxsiyyət kimi bizdən doqquz əsr öncə yaşamasına baxmayaraq,
əsərlərində bizə çatdırmaq istədiyi ideya sanki bizim bu günümüzdən xəbər verir. “Xəmsə”
bütünlükdə Şərqin insanlığa,əbədiyyət və sivilizasiya tarixinə töhfəsi kimi etiraf və təsdiq
olunub.Nizami “Xəmsə”sinin özündən sonrakı dövrün ədəbi tərəqqisinə təkrarsız təsiri olmuş-
dur. Xosrov Dəhləvi,Cami,Əlişir Nəvaivə s. kimi şərq mütəfəkkirləri,Əssar Təbrizi,Arif
Ərdəbili,MarağalıÖvhədi,MəhəmmədFüzuli,Abbasqulu ağa Bakıxanov və s. kimi azərbay-
canlı söz sənətkarları daim ondan bəhrələnmiş,əsərlərində Nizami ənənələrini davam etdir-
mişlər. Nizami Gəncəvi yaradıcılığında olan bədii-fəlsəfi baxışlar Şərq İntibah mütəfəkkir-
lərinin;Əl Fərabinın,Əl Biruninin,İbn Sinanın əxlaq təlimləri ilə bilavasitə səsləşir.
“Xəmsə”yə aid olan ölməz beş əsərini (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və
Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”),ədəbi sənət nümünələrinin birini digərindən üstün
tutmaq,birini digərindən az dəyərli hesab etmək Nizami kimi dahi sənətkara edilmiş haqsızlıq
olardı.
Bizim dövrdə xüsusilə aktual və müasir səslənən bir təlim, yəniinsanla təbiət arasındakı
vəhdət və bölünməzlik haqqında konsepsiya dünyaya “Xəmsə”yə aid “Sirlər xəzinəsi” kimi
önəmli bir əsərdən elan olunmuşdur. “Sirlər Xəzinəsi”Nizaminin ilk irihəcimli əsəridir.Yaxın
və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər dahi
şairin yaradıcılığının manifesti sayılır. Əsər hicri tarixlə 570-ci ildə yazılmış, miladi təqvimlə
isə 1174-1175-ci illərə uyğun gəlir.Nizamidən bir sənətkar kimi bəhrələnənlər nə qədər çox
olsa da,Nizami də bir şəxsiyyət kimi özünəqədərki mütəfəkkirlərin bədii-fəlsəfi düşüncələrin-
dən lazımlı səviyyədə istifadə edə bilmişdir.Elə “Sirlər xəzinəsi” kimi didaktik bir əsərində
də,o,Rudəkinin“Kəlilə və Dimnə”,Yusif Xas Hacibin“Kutadğu bilik”,Sənai Qəznəvinin “Hə-
diqətül-həqiqə”əsərlərindənbəhrələnmişdir.Tədqiqatçıların fikrincə,“Sirlər xəzinəsi” “Həqiqə-
tül-həqiqə” kimi didaktik bir poemaya paralel kimi yazılmışdır.Şair sələfinin əsərlərinin adına
uyğun ad seçməklə bərabər bəzi hekayələrini də onun hekayələri ilə mübahisə kimi yazmışdır
(“Sultan Mahmud və qarı” hekayəsi ilə “Sultan Səncər və qarı” hekayəsi buna misal ola bilər).
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimədən,20 məqalə və bu iyirmi məqa-
ləni epik lövhələrlə əks etdirən 20 kiçik hekayədən ibarətdir.Kitabın tamamlanması haqqın-