Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə129/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   125   126   127   128   129   130   131   132   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1027



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dakı kiçik bir bəhslə poemaya yekun vurulur.Poemada ənənəvi giriş,yəni tövhid,münacat,nət 

başlıqları altında tək olan Allah və peyğəmbərimizdən söhbət açılır.Əsərdə bir sıra həm öz 

dövrü,həm də bizim dövr üçün aktual olan problemlər qoyulur. 

“Xalq və hökmdar” problemi:demək olar ki,şair bütün əsərlərdə bu məsələyə toxunmuş, 

ideal hökmdar arzusunda olmuş  və öz arzusuna son əsəri olan hökmdarlara öz tövsiyələrini 

verən,onlardan düzgün idarəçilik tələb edən şair son əsərində bunu gerçəkləşdirə bilir.Nizami 

yalnızca ədaləti təmsil etmək və ya ədalətli hökmdar yaratmaq istəmirdi.O,digər əsərlərində 

də, son əsərində  də hökmdarın səhvlərini göstərə bilmiş  və bu səhvləri irad tutmuşdur.Bu 

problemi əks etdirən hekayələri bunlardır: “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər 

və qarı”, “Zalım padşahla zahidin dastanı”, “Bir şahzadənin hekayəsi” və s.Bu hekayələrdə 

hamını düşündürən bir məsələ-hökmdarın xalqla rəftarı məsələsi qoyulub həll edilir.Dahi şair 

zalım hökmdarlara gah axirəti, gah da zülmün bu dünyada ona zərər yetirəcəyini xatırladır. 

Zülm eləmək yaxşı deyil,heç zaman, 

Tökmə nahaq qan,gedər abrın,həyan. 

Nizami hekayələrdə hökmdarların iç üzünü açır,onları kütləvi cinayətlə ittiham edir. 

“Naümid olub sonra bağışlanan padşahın hekayəsi” buna misaldır.Hekayədə oyanmış vicda-

nın sahibinə baş qaldırışı hekayənin əsas ideyasıdır.Axirətdə hamımıza qurulacaq olan məhkə-

mə o gündən öncə vicdan tərəfindən sahibinə qurulur.Nizami hekayələrinin əsas məzmununda 

insanlardan tələb edir ki,bəhanələr gətirməyin,bunlar hər biri sözdür,siz əməlləriniz də söz-

lərinizə riayət edin.(“Əgər işlər sözlə düzəlsəydi,Nizaminin işləri göylərə ucalardı”) 

“Sirlər xəzinəsi”  əsərində zülm və  ədalət,hökmdar və xalq məsələsi geniş yer tutsa 

da,şair başqa məsələlərə də toxunmuş insanın böyüklüyünə,ülviliyinə, ilahi qüdrətinə,yüksək 

kamalına mane olan bütün qüsurlara,məhdudluqlara toxunulurdu. 

Əmək adamına dərin məhəbbət,hörmət,qayğı  məsələsi “Sirlər xəzinə”sində qoyulan 

əsas məsələlərdəndir.  



Qoy əlinə,qəlbinə batsın tikan 

İşlə,çalış, durma bekar bircə an. 

Bu məsələlər isə “Süleyman və əkinçi”, “Kərpickəsən qocanın dastanı” və s. kimi heka-

yələrdə ustalıqla əks olunmuşdur.Nizami öz fədakar zəhməti ilə ruzi qazanan,zəhmət çəkməyi 

özünə borc bilən sadə adamların heyranedici surətini yaradır.Şair əmək adamlarından həmişə 

dərin məhəbbət,yüksək hörmət hissi ilə danışır.Onları  hər cəhətdən başqa adamlara,xüsusən 

əməyə xor baxan hakim təbəqələrə qarşı qoyur. 

“Sirlər xəzinəsi” zəngin,mürəkkəb və çoxşaxəli məzmuna malik bir əsər olub insanları 

mənəvi cəhətdən irəliyə aparmağa qadir bir əsərdir.İnsani mənən təkamül etdirməsi,halal zəh-

mətə, halal əməyə çağırması,ağlı vicdanın divanına tabe tutması,insanları günah etməmə-

yə,işıqlı sabaha səsləməsi, insanlar arasındakı haqsız bərabərsizlikləri yox etmək yolunda 

əvəzolunmaz bir əsərdir. 

 

 



İNSANLIQ VƏ ELM ZIRVƏSINI FƏTH ETMIŞ NƏCIB ZIYALI 

 

Zibər İntiqam qızı RZAYEVA 

Bakı Slavyan Universiteti 



ziber.rzayeva@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan elminin çoxəsrlik inkişafı tarixində XX əsrin xüsusi yeri var. Məhz bu 

zaman ölkəmizdə elmin müxtəlif sahələrinin sistemli inkişafı və çiçəklənməsi başlanır. Digər 

elm sahələri ilə yanaşı, ictimai və humanitar elmlər də sürətlə inkişaf edir, milli və ümum-

bəşər elminə dəyərli töhfələr verir. Bu sırada Azərbaycan şərqşünaslıq elmi xüsusi qeyd olun-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1028



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

malıdır. Məhz həmin dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələri üzrə dəyərli tədqiqatlar 

aparılmış, qüdrətli elmi potensial yaranmış, yüksək ixtisaslı milli şərqşünas kadrlar yetişmişdir.  

İstedadı, intellekti, tədqiqatçılıq  əzmi daha ülvi bir məqsədlə - millətə, xalqa layiqli 

xidmət məramı ilə birləşəndə isə yaradıcı insan ziyalıya çevrilir. Əsl ziyalı isə, ilk növbədə, 

bütöv  şəxsiyyətdir. O,  illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər 

getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahat-

lıq tapır, qəlbi həyat eşqi ilə dolur. Belə görkəmli ziyalılar arasında Aida Nəsir qızı İmanquli-

yevanın adı xüsusi xatırlanır. Aida xanımın Azərbaycan tarixində ilk qadın ərəbşünas olması 

onun avtobioqrafiyasında parlaq xətt kimi diqqəti çəkir. Onun həyat və tale kitabını  vərəq-

lədikcə həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu böyük məhəbbətlə sevən 

vətəndaş olduğunu aydın görmək olur. 

Bir vaxtlar Qərb və  Şərq mədəniyyətlərinin qarşılıqlı  əlaqə  və  təsirinin tədqiqi hakim 

ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı.  O mərhələ artıq arxada 

qalıb, ön plana isə qarşıdurma yox, multikulturalizm, sivilizasiyaların dialoqu və ortaq mədə-

ni-mənəvi dəyərlər çəkilib. Lakin elə o dövrdə yetişən və alim kimi formalaşan nadir istedad 

sahibləri var idi ki, zamanı qabaqlayaraq problemə ideoloji aspektdən fərqli olaraq universal 

modellər, ümumbəşəri dəyərlər müstəvisində yanaşırdılar. Aida İmanquliyeva məhz belə 

alim-tədqiqatçılardan idi. 

Aida xanım romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, 

Şərqdə isə C.Cübran, Ə.ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında 

araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin vəhdət 

məqamlarını üzə  çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək  əzmini təsbit 

etmişdir. Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin ittifaqın-

dan çıxış edən Aida xanım Azərbaycan  ədəbifəlsəfi fikrində ilk dəfə olaraq Şərq və  Qərb 

romantiklərinin geniş müqayisəli təhlilini vermişdir. 

Qeyd etmək lazımdır ki, Şimali Amerikada təşəkkül tapıb formalaşmış məhcər ədəbiy-

yatı, xüsusilə, 1920-ci ildə  təsis edilmiş "Qələmlər birliyi" ərəb  ədəbiyyatı tarixində xüsusi 

çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində namizədlik disserta-

siyasını müdafiə etmiş, məhcər  ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nuaymə  və 

Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirmişdi. O, məhcər ədəbiyyatının 

ən görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və  Əmin  ər-Reyhaninin daha çox Qərb 

romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstər-

miş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayəsi və ya-

radıcılıq istiqamətləri ilə bağlamışdır. Ərəb dilinin sirlərini müasir Azərbaycan ərəbşünaslığı-

nın banisi, professor Ələsgər Məmmədovdan öyrənmişdir. Ərəb məhcər ədəbiyyatı vaxtilə bir 

çox mütəxəssislər, xüsusilə, dünya şöhrətli  ərəbşünas, akademik İ.Y.Kraçkovski tərəfindən 

tədqiq edilsə də, son dövrdə bu sahənin ən görkəmli, ən səlahiyyətli nümayəndəsi məhz Aida 

xanım idi. Rus tənqidi realizmindən, ingilis romantizmindən və Amerika transsendenta-

lizmindən kifayət qədər təsirlənmiş, lakin bu təsiri mexaniki şəkildə deyil, ərəb zəminində, 

Şərq kontekstində  qəbil etmiş  məhcər  ədəbiyyatı yeni ərəb ədəbiyyatının dünya miqyasında 

tanınması sahəsində böyük xidmət göstərmişdir. 

Hər bir alimi tanıdan, məşhurlaşdıran  əsas keyfiyyətlərdən biri də onun publisistik 

qələmi, kəsərli sözüdür. Lakin açıq demək lazımdır ki, tərcüməçilik qabiliyyəti heç də bütün 

tədqiqatçılarda olmur. Aida xanım İmanquliyeva isə istedadlı qələm sahibi kimi həm də özünü 

tərcümə sahəsində  sınamış,  ərəb  ədəbiyyatının bir sıra nümunələrini dilimizə çevirmişdir. 

"İnsan və quş" (hekayələr), "Ağ günlərin sorağında (İraq  ədəbiyyatından nümunələr)" 

kitablarını  məharətlə  tərcümə etməsi deməyə  əsas verir ki, Aida xanım Azərbaycan  ədəbi 

dilinin incəliklərinə dərindən bələd olduğuna görə tərcümələrində yüksək poetik ruhu, orijinal 

dəst-xətti, məna və məzmunu qoruyub saxlaya bilmişdir.   




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə