III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1033
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
üçün çin olmuş yuxusu, U.Folknerin “Taleh” əsərində ağasının cəzasından qaçan qulun tale-
yin cəzasından qaça bilməməsi alın yazısı və ondan irəli gələn hadisələrin bədii təsvirinin ən
parlaq nümunələridir.
Lakin alın yazısının pozularaq yenidən yazılmasının yüksək sənətkarlıqla bədii ifadəsini
verən Seyran Səxavət “Persona non Qrata” əsəriylə gerçək həyatla keçirilməsi mümkün
olmayan sədlərin mistik gedişlərlə dəf edilməsi və onun yaratdığı ünsiyyət, habelə həmin
ünsiyyətin yaratdığı psixoloji-dramatik situasiyalara nüfuz etmək baxımından mötəbər əsər
ortaya qoymuşdur. Əsərin uşaq istisna olmaqla digər obrazları təzadlı zamanın və məkanın
sakinləridir. Ömürlərinin çox hissəsini sovet ideologiyasının ab-havasında keçirərək, həmin
ideologiyanın diqtəsiylə yazılmış alın yazısıyla yeni zaman və məkanın – müstəqil Azərbay-
canın sakinləridir.
Əsərin qəhrəmanı sakini olduğu yeni zaman və məkanda köhnə zaman və məkanın diq-
təsiylə yazılmış alın yazısıyla yaşaya bilmir, gerçəkdən yaşadığı həyatda ömrünü davam
etdirməkçün alın yazısını pozmaq qərarına gəlir. Alın yazısı mistik mənada desək, bəxt-taleh
yazısıdır, onun həmin mənada pozulması qeyri-mümkündür. Əsərin qəhrəmanının alın yazısı
zorla yazıldığı kimi, zorla da pozulur. Fiziki mənada pozulmuş alın yazısının yerindən
süzülən, tərkib etibariylə müxtəlif maddələrin məcmusundan ibarət olan, qanın yerinə onun
qəlbinə damarlarına saflıq, duruluq rəmzi olan işıq seli axır və işıq seli ona yeni alın yazısı
bəxş edir. Qəlbindən, damarlarından axan işıq seli işıqlı bir yola dönərək onu yeni, həqiqi alın
yazısı olan uşaqla rastlaşdırır. Uşaq müəllifin uğurlu, həssas tapıntısı olaraq müstəqilliyimizin
uşaqlığı kimi səciyyələnir. Uşaq vaxtilə elmi ateizmi təbliğ etməyə məcbur edilən, köhnə
zaman və məkanda yaşamağa çətinlik çəkən babasının təfəkkürünün ağır havasında ürəyi
istəyən kimi nəfəs ala bilmir. O, özünün, məqsədinin saflığından yoğrulmuş ovqat arzusunda-
dır. Uşağın arzusuna biganə qala bilməyən müəllif, sənət həqiqətinin xeyrinə min illərin həyat
həqiqətinə qarşı inqilab etmişdir. Müəllifin qayəsi onun son dərəcə vətəndaşlıq qeyrətinə və
Vətən sevgisinə əsaslanır. Uşaq təzəlikdir, uşaq saflıqdır! Müəllif bu təzəlik və saflıq fırçasıy-
la həyatın elə lövhələrini yaradıb ki, orada həyat ana bətnində olan uşaq kimi çabalayır. Təzə-
liyi və saflığı köhnəliyin, üfunətin ümidinə qoymaq olmaz. Reallıq ondan ibarətdir ki, həyat
həqiqətləri əsərdə qazandığı məziyyətlərlə ideallaşdırılmır, əksinə yazıçı təxəyyülündə daha
qabarıq görünür.
Müəllif sünilikdən qaçaraq uşağın arzularına uşaqcasına yox, qüdrətli bir qələm ustası
kimi müdaxilə edir, uşağın arzu elədiyi həddə çatmaq yeni təfəkkürlə köhnə təfəkkürün mü-
barizə meydanını yaradır, inkişafda dialektikaya və təkamülə üstünlük verir.
Seyran Səxavətin yaradıcılığının kamil cəhətlərindən biri də odur ki, yazıçı öz əsərlərin-
də keçmişi müasirlik qədər yaşada bilir, tarixiliklə müasirliyin harmoniyasını yaradır, yaşan-
mış hadisələrə, keçmişə bədii ekskurs etmək, ona bugünün gözüylə baxmaq yazıçının mövzu
dairəsinin genişliyindən, mürəkkəbliyindən və zənginliyindən xəbər verir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1034
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ AZƏRBAYCAN DİLİ
TƏLİMİNİN LİNQVİSTİK ƏSASLARINA DAİR
Aygün ZAMANOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aygun_zaman@mail.ru
AZƏRBAYCAN
Ümumtəhsil məktəblərində aparılan Kurikulum islahatı istisnasız olaraq bütün fənlə-rin,
o cümlədən Azərbaycan dilinin məzmun və strukturca yeni pedaqoji yanaşmalar əsasında işlə-
nilməsinə gətirib çıxardı. Şagirdin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənmiş nəticə-
yönlü təlimə keçid məqsədilə ümumi təhsilin ibtidai, orta və tam orta təhsil səviyyələrində
“Azərbaycan dili” fənni qarşısında qoyulmuş vəzifələr konkretləşdirildi. Eyni zamanda, hər
sinfin sonunda qazanılması tələb olunan bilik və bacarıqlar müəyyənləşdiril-məklə məzmun
xətlərinə müvafiq qaydada standartlaşdırıldı. Uzun illər tətbiq edilən ənənəvi məzmundan fərqli
olaraq, Azərbaycan dili təlimində linqvistik tərif, qayda və şərhlərin açıqlanması və dərindən
mənimsədilməsi deyil, şagirdlərə dinləyib anlama, danışma, oxu və yazı qabiliyyətləri aşıla-
maq yolu ilə nitq mədəniyyətinin formalaşması strateji xətt kimi önə çəkildi. İnkişaf etmiş öl-
kələrin qabaqcıl təcrübəsindən faydalanılaraq hazırlanan və artıq bir neçə ildir ki, tətbiq edilən
bu məzmun nitqin fəaliyyət növlərinin linqvistik mahiyyət daşıyan biliklərlə inteqrasiyası
üzərində qurulmuşdur. Beləliklə, nitq bacarıq və vərdişlərinin linqvis-tik bacarıqlarla müqayi-
sədə qabardılması təlim prosesinin də köklü şəkildə yeniləşdirilməsinə zəmin yaratmışdır.
Məlum məsələdir ki, təlimin keyfiyyətini təmin edən amillərdən biri nəzərdə tutulmuş məz-
munun dərsliklərdə hansı şəkildə verilməsindən çox asılıdır. İstifadədə olan yeni dərsliklərin
təhlili göstərir ki, bu sahədə də ənənəvi yanaşmalardan fərqli xüsusiyyətlər öz əksini tapır.
Belə ki, dilimizin linqvistik quruluşu ilə bağlı az qala ali məktəb kursu həcmində verilən bi-
liklər minumum həddə endirilmiş və ən zəruri məlumatlarınşagirdlərə aşılanması nəzərdə tu-
tulmuşdur. Mətn üzərində iş prosesi ilə müəyyən dərəcədə əlaqələndirilən bu nəzəri məlumat-
ların metodik prinsiplərə uyğun verilməsi ilə bağlı müəyyən problemlər mü-şahidə olunmaq-
dadır ki, bununla bağlı fikir və mülahizələrimizi yığcam şəkildə bildirmək istərdik:
1. “Dil qaydaları” məzmun xəttinə aid nəzəri biliklərin siniflər üzrə bölgüsü müəyyən
metodik prinsiplərə istinad edilərək işlənilməlidir.
İllərin təcrübəsi göstərir ki, ibtidai, orta və tam orta təhsil səviyyələrində verilən linqvis-
tik bilik və bacarıqlarin didaktik əsaslarının şagirdlərin anlam səviyyəsinə uyğun müəyyənləş-
dirilməsi təlimin keyfiyyətini təmin edən təməl prinsiplərdəndir. Hazırki dərsliklərdə linqvis-
tik məlumatların istər ibtidai, istərsə də orta təhsil səviyyəsində sadədən mürəkkəbə doğru
prinsipi əsasında işlənildiyi qeyd edilsə də, bütün siniflərdə bu prinsipə tam riayət edilmədiyi
müşahidə olunmaqdadır. Bu ondan irəli gəlir ki, dərslik müəllifləri ibtidai siniflərdə təlimin
məzmununu optimal variantda müəyyənləşdirməyə imkan yaradan spiralvarilik prinsipini
nəzərə almamışlar. Təhlil göstərir ki, məhz bunun nəticəsində linqvistik anlayışların, kateqori-
yaların siniflər üzrə proporsional paylaşdırılmasında ciddi səvhlərə yol verilmişdir. Maraqlıdır
ki, orta təhsil səviyyəsində 5-7-ci siniflər üçün tərtib olunmuş dərsliklərdə də bu yanaşma
davam etdirilmişdir Məsələn, dilimizin morfoloji quruluşu ilə bağlı məlumatlar ismin konkret
və mücərrəd, ümumi və xüsusi, tək, cəm və toplu olması, hallanması, sifətin əlamət və keyfiy-
yət bildirməsi, dərəcələr üzrə dəyişməsi, feilin isə məsdər forması, təsdiq və inkar, zamana,
şəxsə və kəmiyyətə görə dəyişməsi ilə bağlı bilgilərin ardıcıllığı şəklində qurulduqdan sonra
mürəkkəbə isim, sifət və feillər və onların yazılışı haqqında bilgilər verilir. Təcrübə göstərir
ki, yuxarı siniflərdə də davam etdirlən bu yanaşma şagirdlərin dilin strukturu haqqında elmi
təsəvvürlərinin sistemli formalaşmasında başlıca maneə yaradır.
2. Nəzəri mahiyyət daşıyan anlayışların, kateqoriyaların təsnifində və şərhində vahidlik
gözlənilməlidir.