Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə135/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   131   132   133   134   135   136   137   138   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1039


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

E.C.V.Gibb Osmanlı poeziyasının ilk və ən kamil bir tədqiqatçısıdır, çünki Gibbə qədər Os-

manlı poeziyası ilə bağlı ingilis dilində ciddi və bütün ədəbi sahələri əhatə edən bir əsərin ol-

madığını şərqşünas özü də əsərə yazdığı müqəddimədə vurğulayır. O bunun səbəbini bir növ 

o dövrə qədər yazılan Osmanlı ədəbiyyatının yalnız bir sahəsinə - yəni poeziyaya daha üstün-

lük verilməsində görürdü.Çox az nəsr əsərləri-«Humayunnamə» və daha sonra yazılan «Xəmse-

ye Nərgizi» kimi nəsr əsərləri də o dövrün şerlərinin tələblərinə əsasən yazılırdı. Belə olduğu 

təqdirdə Gibbin fikrincə Osmanlı poeziyasının tarixi elə təxminən Osmanlı ədəbiy-yatının ta-

rixi ilə eynilik təşkil edir. Gibb son illərdə türk dilində ayrı-ayrı şairlərlə bağlı əsərlə-rin, eləcə 

də ədəbiyyatın müəyyən sahələrini əks edən qəzet və jurnal məqalələrinin olduğunu söyləsə 

də, müəyyən mənada qiymətli saydığı bu yazıları bütövlükdə  qənaətbaxəş hesab etmir. O 

ancaq ədəbiyyatın müəyyən sahələrini sistemli şəkildə tədqiq etməyə ciddi təşəbbüs göstərən 

Baron von Hammer Purqştalı nümunə göstərir. Gibb Hammerin «Osmanlı  şer sənətinin 

tarixi»  əsərini qiymətləndirsə  də onu Osmanlı poeziyasının tarixindən daha çox Osmanlı 

şairlərinin lüğətinə bənzədir: «Türk dilində müəyyən dövrlərdə yaşayan şairlərin həyatları və 

əsərləri haqqında məlumat verən «Təzkirə»lər mövcuddur. Von Hammerin bu böyük əsəri 

xronoloji qaydada tərtib edilmiş bu Təzkirələrin tərcüməsindən başqa bir şey deyildir».  

Lakin bununla bərabər Gibb Hammerin əsərini ilk təşəbbüs kimi qiymətləndirir və Os-

man  ədəbiyyatını  tədqiq edənlər üçün ilk qaynaq kimi gərəkli olacağını söyləyir. Şərqşünas 

Hammerlə heç bir rəqabət etmədiyini, ancaq və ancaq onun işini davam etdirəcəyini və nəzər-

dən qaçan yerləri tamamlayacağını söyləyir. Qərbdə çox az inkişaf etmiş belə bir çətin sahə-

nin gözəl izahını açıqlamağa imkan verən fikrimizcə təkcə bacarıq, dəqiqlik və əməksevərlik 

deyildir, bu həm də böyük sevgi və rəğbətlə bağlıdır. Bütün həyatını ümumən Şərq, bütövlük-

də Türk dili və  ədəbiyyatının öyrənilməsinə  sərf etmiş Gibb türkləri sevmiş, başa düşmüş, 

güclü və zəif cəhətlərini duymuş və onların qüdrət və gələcək imkanlarına dərindən inanmış-

dır. Məhz bu inam hissi və sevgi Qərb mənşəli alimə Türklərin ədəbiyyat tarixinin inkişaf yol-

larını məharətlə əks etdirməyə ilham verən əsas amil olmuş və Gibbin bütövlükdə yaradıcılı-

ğının əsas qayəsinə çevrilmişdir.  

Gibbin türk dili və ədəbiyyatı sahəsində necə əvəzsiz bir alim olduğunu təsdiqləyən ən 

diqqətəlayiq fakt türklərin özlərinin alimin yaradıcılığı ilə bağlı təəssüratları, ona göndərdik-

ləri ilıq, sevgi dolu məktubları olmuşdur. 1901-ci il dekabrın 15-də «Osmanlı» adlı türk 

qəzetində çap olunan yazıda müəllif öz təəssüratını belə ifadə edir: «İstər Osmanlı İmperiyası, 

istərsə də Qərb şərqşünasları arasında Osmanlı dil və ədəbiyyatını onun qədər dərindən öyrə-

nən olmamışdır». 

 

 

FİLİP SİDNEY və TÜRK ŞƏİRİ 



 

Ali BEREKET 

Qafqaz Universiteti  



abereket@qu.edu.az  

AZƏRBAYCAN 

 

Osmanlı dövrü türk ədəbiyyatının zirvəsində  şəir dayanır. Bir sıra dünya xalqlarının 



klassik ədəbiyyatlarında olduğu kimi, türklərin də öz  milli ədəbiyyatını şəirlə yaratdığından 

söhbət açan XVI əsr ingilis mədəniyyətinin və ədəbiyyatının tanınmış xadimi Ser Filip Sidney 

(Sir Philip Sidney, 1554-1586) “Şəirin müdafiəsi” (“The Defence of Poesy”) adlı elmi əsərin-

də bu məsələni geniş şərh etmişdir. Osmanlı imperiyasının 620 illik tarixi ərzində yaranan çox 

saylı sayda qəzəl, qəsidə və digər şeir növlərində poetik nümunələrin ərəb, fars və digər Şərq 

ölkələri xalqlarının  ədəbiyyatşünaslığındakı kimi, ingilis və ingilisdilli şərqşünaslıqda da 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1040


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

öyrənilməsi ciddi marağa səbəb olmuşdur. Bir sıra tədqiqatçı alimlər Qərbi Avropa kitabxana-

larında Osmanlı dövrü şeiri əlyazmalarının müəyyən hissəsinin saxlanıldığı barədə yazmışlar. 

Bununla bərabər, ingilis dilində aparılan tədqiqatlarda və dərc olunmuş monoqrafik əsərlərdə, 

elmi məqalələrdə Osmanlı dövrü şeirinin təşəkkülü, inkişaf yolları  və digər problemlərin 

əhatəli və polemik tərcüməsi, elmi materialların Azərbaycan şərqşünaslığında tədqiqata cəlb 

edilməsi mühüm aktuallıq kəsb edir. 

Hər  şeydən  əvvəl, möhtəşəm güc-qüdrət sahiblərindən biri olan Osmanlı imperiyası 

dövründə yaranan zəngin mədəni-ədəbi xəzinənin – lirik şeirin şərqşünaslıq elmində, xüsusilə 

ingilis şərqşünaslığında tədqiqi müəyyən məziyyətləri ilə diqqəti cəlb edir. 

Osmanlı dövrü şeirinin Qərb ədəbi dünyasında tərcüməsi və tədqiqi məsələlərinin, əsa-

sən, aşağıdakı meyarlarla ədəbi-elmi mühitin nümayəndələrinə təqdim olunduğunu söyləmək 

mümkündür. 

Əvvəla, nüfuzu və möhtəşəmliyi ilə dünyanın ən qüdrətli dövlətlərindən biri kimi tanı-

nan Osmanlı imperiyasının əldə etdiyi uğurlar sırasında onun məşhur ədəbi simalarının yara-

dıcılıq nümunələri, heç şübhəsiz ki, diqqətdən yayına bilməzdi. Bir sıra Qərbi Avropa ölkələ-

rində, o cümlədən Böyük Britaniyada mövcud olan “Türk əlyazmaları kataloqu” (“Catalogue 

of Turkish Manuscripts”) nə qədər azsaylı nüsxələrdə olsa da, belə bir imperiyanın mədəniy-

yəti,  ədəbiyyatı, o cümlədən  şeiri Britaniya şərqşünaslarını bu arealı daha diqqətlə öyrənib 

araşdırmağa sövq etmişdir. 

İkincisi, fikrimizcə, Osmanlı imperiyasının müəyyən vaxtlarda, xüsusilə XVI əsrin son-

larında Avropada, o cümlədən İngiltərədə hakim dairələrin təşviqi və göstərişi ilə dramaturq-

ların Osmanlı obrazını teatr səhnəsinə gətirməsinə rəvac vermişdir. Bu cəhətdən, yalnız ingilis 

Renessans ədəbiyyatı dövründə yazılan və səhnələşdirilən təxminən 600 dram əsərindən 55-

nin türk hökmdarlarından bəhs etməsi Osmanlının kim olduğunu söyləmək və onun apardığı 

müharibəyə cavab vermək üçün aydın təsəvvürə malik olmağa xidmət etmişdir. 

Üçüncüsü, Osmanlı dövrü şeirini Qərb dünyasına tanıtmaq, xüsusilə Britaniya Renessansı 

dövründə türklərin  ədəbiyyatı olmaması mühakiməsinə qarşı  Qərbi Avropanın, eləcə  də, 

İngiltərənin mütərəqqi fikirli adamlarının, o cümlədən Ser Filip Sidneyin “Şeirin müdafiəsi” 

adlı  əsərində türklərin möhtəşəm  şeirlə öz ədəbiyyatını yaratdığını söyləməsi, təbii ki, türk-

lərdə söz sənətinin nə qədər mühüm rol oynadığını təsdiq edir.  

 

 



GLOBAL CITIZENSHIP 

 

Allison RUSK 

New York University 



amr838@nyu.edu 

USA 


 

Discourse on how globalization affects education, specifically higher education, 

increasingly discusses the idea of global citizenship, and what it means to create global 

citizens. The traits of a global citizen involve such things as awareness of differences across 

cultures,being self-aware in terms of one’s own cultural viewpoint, being empathetic towards 

cultural differences and having the ability to adapt to settings outside of one’s comfort 

zone.These traits help students adapt to the way human interactions are changing due to the 

processes of globalization. Students with these qualities will be more beneficial to future 

employers, as they will have better communication skills and will be comfortable working in 

diverse environments, perhaps outside of their comfort zone.The qualities of global citizens 

can be formed by creating global opportunities for students, such as interacting with cultural 

differences in their home country or travelling to foreign countries on exchange programs. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə