Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə133/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   129   130   131   132   133   134   135   136   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1035



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

  Məlumdur ki, “Dil qaydaları” məzmun xəttinə uyğun verilən məlumatlar  şagirdlərin 

nitq qabiliyyətlərinin formalaşmasında başlıca vasitə rolunu oynayır. Bu biliklər dil və nitq 

bacarıqlarının  şüurlu mənimsənilməsində  və praktikada avtomatlaşdırılmış  vərdişlər halını 

almasında ən vacib element kimi çıxış edir. Ona görə də bütün məzmun xətləri dil qaydaları 

ilə inteqrativ bağlılıqda işlənilməlidir. Linqvistik anlayış və kateqoriyaların vahid yanaşmada 

şərhi bu əlaqəni gücləndirməklə  bərabər,  şagirdlərin həmin qaydanı  dərindən və anlaşıqlı 

mənimsəməsinə imkan yaradır. Təbii ki, şagird sözlərin nitq hissələri üzrə təsnif edilməsinin, 

feilin şəkillər və növlər üzrə dəyişməsinin və s. səbəblərini bilmədən keçilən mövzunu yenə 

də yaddaşında mexaniki saxlamaqla kifayətlənəcəkdir. Bəzən bir sinifdə bu bölgünün  

mahiyyəti açıqlanıb digər sinif dərsliklərində nəzərdən qaçırılırsa, yekunda gözlənilən nəticə-

lərin tam əldə olunmasını qeyri-mümkün edir. 

3.  Dilin nəzəri və  təcrübi mahiyyət daşıyan sahələri arasında məntiqi bağlılıq bütün 

mövzularda gözlənilməlidir. 

Şagird dilin fonetik, leksik, qrammatik xüsusiyyətlərini bilməkdən əlavə, lüğətlərlə işlə-

mək, orfoepik, orfoqrafik, punktuasiya bacarıqlarına düzgün riayət etmək vərdişləri qazanma-

lıdır. Bu vərdişlər isə yazılı nitq prosesində reallaşdırılır. Dərsliklərdə yazı bacarıqları ilə tap-

şırıqların oxu vərdişlərindən sonra, linqvistik vərdişlərin yaradılması məqsədilə verilən çalış-

malardan əvvəl verilməsi bir məntiqsizlik yaradır. Movcud yanaşma tələb edir ki, dil dərsləri 

dinləyib anlama prosesi ilə başlayıb yaradıcı yazı işləri ilə tamamlanmalıdır, əks-təqdirdə yeni 

sistem də ənəvi təlim modeli kimi aktuallığını itirəcəkdir. 

Beləliklə, deyilənlər bunu söyləməyə əsas verir ki, orta təhsil səviyyəsində, yəni V-IX 

siniflərdə Azərbaycan dilinin linqvistik əsaslarının müəyyən sistem və ardıcıllıqda işlənilərək 

verilməsi onun mənimsənilmə keyfiyyətinə təsir göstərən mühüm amildir. Ona görə də fənn 

proqram və dərsliklərinin təkmilləşdirilməsi zamanı bu amil diqqət mərkəzində saxlanılmalıdır. 

 

 



MÜASİR EKOLOJI TƏHSİLDƏ MÜTƏXƏSSİSHAZIRLIĞI 

VƏİNTELLEKTUAL MÜHİT AMİLİ 

 

Bilqeyis QULİYEVA 

Dağıstan  Dövlət Pedaqoji Universitetinin 

guliev@mail.ru 

AZƏRBAYCAN 

 

Ekoloyi təhsil resurslarının inkişafı müasir dövrun aktual problemidir. 2012-ci ildə BMT- 



nin  Rio+20 konfransında ekoloji təhsil davamlı inkışafın ən başlıca vasitəsi kimi bir-mənalı 

qəbul edilmişdir.  

Azərbaycanda ekoloji sahə üzre xeyli zəruri addımlar atılmışdır. Azərbaycan aparıcı 

beynəlxalq müqavilələrə üzvdür, əhəmiyyətli milli ekoloji qanunlar qəbul edib və qlobal eko-

loji narahatlıqları milli siyasət və proqramlarında əks etdirmişdir. Son illərdə  Azerbaycanda 

İDEA (İnternational Dialogue for Enviromental Action) ictimai birliyi bir sıra ekoloji ma-

ariflendirmə təşəbbüsləri həyata keçirir. «Usaqlar üçün ekoloji laboratoriya» adlı ilk lahiyesi 

5- 12 yaşlı usaqların ekoloji maarifləndirilməsi məqsədi daşıyır.  

Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın və mədəniyyətin «ekologiyalaşması» baxımın-

dan ekoloji biliklər təkcə təbiətdən istifadə sahəsində bilik və informasiyalarla  məhdudlaşmır.  

Bas verə biləcək ekoloji böhranların qarsının alınmasında daha məhsuldar və perspektivli təsir 

imkanları eko-təhsil metodların rolunun artırılmasını tələb edir.   

Bu baxımdan eko-tehsil sahəsində müasir metodiki bazanın formalaşdırıılması  ən aktual 

məsələlələrdən biri kimi qəbul olunmalıdır. Məsələn ümumi maarifləndirmədən fərqli olaraq, 

təhsil prosesində meşə –təkcə oduncaq və oksigen mənbəyi kimi başa düşülə bilməz. Göbə-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1036



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ləklər, giləmeyvəler və diğər mesə nemətləri bioiqtisadiyyatda əsas rol oynayır və onlar mesə 

regionlarının əhalisi üçün mühümdür. Bu region əhalisi üçün elm hansı töhvəni verməlidir? 

Sualı yaranır. Təcrubələr isə çox müxtəlifdir. Misal üçün, Avropa tədqiqat lahiyələri çərçivə-

sində çalışan alimlər əldə etdikləri məlumatlar əsasında məhsulların proqnozlaşdırılması siste-

mini işləyib hazırlamışlar. Finlandiya əhalisinin yarısı bu sistemdən istifadə edir. Başqa sozlə 

insanlar mesə nemətlərindən səxsi istehlak və ya emal müəssisələrinə satışı ücün bu infor-

masiya sistemindən faydalanır. Finlandiyanın Mesə  təsərrüfatı institutunun məlumatları-na 

görə yabanı nemətlərin avropa bazarının həcmi 2,5 mlrd.dollardan artıqdır. Bu gəlirlərin artı-

rılması və təbiətin qorunması isə elmin öhdəsində qalır. Mesələrin öyrənilməsi sahəsində bi-

liklərin inkişafı belə regionlarda əhalinin eko-iqtisadiyyata və daha sağlam ətraf mühit yara-

dılmasına daha bir addım yaxınlaşdırmış olur.  

Zənnimizcə, bu kimi qabaqcıl dünya praktikası Azərbaycanda eko-təhsilin inkişafı 

baxımından aşagıdakı əsas vəzifələri aktuallaşdırır:  

  Eko-təhsilin və maarifləndirmənin cəmiyyətin davamlı inkişafı ilə vahid prosesdə 

baxılması; 

  Eko-mədəniyyət və  gənc nəslin eko-təfəkkürünün formalaşması  və bu məqsədlərə 

yönələn müvafiq əlavə təhsil imkanlarından istifadə; 

  Eko-tərbiyə  və  təhsiin innovasiya və informasiya texnologiyalarının tətbiqinin 

genisləndirilməsi; 

  Eko-təhsilin inkişafında interaktiv metodlarının tətbiqi və ali məktəblərdə ekoloji 

fənnlərin tədrisi metodikasının inkişafı. 

Hazırda Azərbaycanda tədris muəssisələri və müxtəlif təşkilatlar tərəfindən ekoloji aksi-

yalar həyata kecirilir. Ekoloji tədbirlərdə iştirakın stimullaşdırılması, tədris və istehsalat prak-

tikasının nəticə yonümlüyünə nail olunması və tədqiqat işlərinin inkişaf etdirilməsi kimi məq-

sədləri birləsdirən kompleks tədbirlərin həyata kecirilməsi zəruridir. Bütün bunları nəzərə alan 

eko-təhsil kosepsiyası hazırlanmalı və tədris modulları müəyyənləşdirilməlidir.  

Bu baxımdan eko-təhsil cəmiyyətimizin davamlı inkişaf modelinə keçidinin və  ətraf 

mühitin qorunması sahəsində fəaliyyətin prioriteti və təminedici tərkib hissesi olmalıdır. Xü-

susilə  nəzərə alınmalıdır ki, Azərbaycan zəngin mədəni və tarixi ənənələrini bugün davam 

etdirir ve iqtisadi cəhətdən inkişaf edir. Bu ənənələrin eko-təhsilin inkişafı ilə zənginləşdiril-

məsi və müasirləşdirilməsi zəruridir. Belə bir inkişaf səraitində beynəlxalq ekoloji konvensi-

yaların istirakcı dovlətləri ilə əməkdaşlığı genişləndirmək, eko-təhsil və eko-maarifləndirmə 

sahəsində qabaqcıl dünya səviyyəsinə yaxınlaşma daha da aktuallasır. Eko-təhsile müasir dün-

yada artan tələbləri nəzərə alaraq, Azərbaycan məktəblərinin tədris planlarına müstəqil bir tədris 

predmeti kimi ekologiyanın daxil edilməsi müasir mərhələdə məqsədəuygundur.  

Ekoloji təhsil təkcə bilik və təcrubənin öturulməsi forması kimi deyil, eləcə də alternativ 

ekoloji həyat tərzi kimi tətbiq olunmasına xidmət gostərməlidir. «Ekoloji təmiz» nəzər-nöqtə-

sinin formalaşması prosesində eko-təhsil təcrübəsının rolunun genişləndirilməsi müstəsna də-

rəcədə aktualdır.  

Bu gün ekoloji biliklər təkcə bir informasiya bloku kimi movcud ola bilməz. Ekoloji 

təhsilin inkişafı cəmiyyətin hərtərəfli inkişafının vacib sərti hesab olunmalıdır. Bu istiqamətdə 

aşagıdakıları məqsədəuygun hesab edirik:  

1.  Eko-təhsil üzrə kadr hazırlıgında üç səviyyəli qarsılıqlı əlaqəni təmin edən konsepsi-

yanın formalaşdırılması Azərbaycanda biomüxtəlifliyin qoruması strategiyası və ekoloji si-

yasət;Ortaümümtəhsil məktəblərində ekoloji təhsil ; Ali məktəb sistemində ekoloji təhsil. 

2.  Praktiki yonlülük eko-təhsilin əsas məsələsi olmalıdır.  

 «Ekologiya»  təbiət və  cəmiyyət elmlərinin inteqrasiyasında öyrərnilməlidir. Qabaqcıl 

dövlətlərdə BMT İnkişaf Proqramının (UNDP) «Yasıl Məktəb» lahiyəsinin fakultətiv məktəb 

məşgələləri siyahısına salınması Azərbaycanda ekoloji təhsilin rolunu və bu sahədə mütəxəs-

sis hazırlığını zəruri edir.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə