Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə143/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   139   140   141   142   143   144   145   146   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1055


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 Məsələn, / Truman  died/ 

 /  John died/  

Hər iki söyləm Amerikanın iki eks–prezintinin ölümü ilə bağlı elan zamanı işlənmişdir. 

Bu iki söyləm ilk baxışda bir-birlərinə bənzəsələr də, onlar arasında kəskin fərq vardır ki, bu 

da özünü vurğuda göstərir. Belə ki, birinci misal Trumənin uzun müddət xəstəlikdən sonra, 

ikinci misal isə Conun qəfildən vəfat etdiyinin əks etdirir. Əgər danışan həmin dilin qanun-

larını bilməsə, onda məlumat dinləyiciyə düzgün çatdırılmaz və dinləyicilər arasında çaşqınlıq 

yaranar. 

Natiqlik sənəti üçün vacib hesab edilən üçüncü mühüm komponent ritmdir. Dilçilik 

ədəbiyyatında ritm anlayışı haqqında da çox fikir söylənilmişdir. Bunlardan ən geniş yayılanı 

ritm sözünün “müntəzəmlik” anlayışına yaxın mənada işlənməsidir. Müntəzəmlik dedikdə 

vurğulu hecaların nisbətən bərabər zaman intervalında növbələşməsi başa düşülür. Bütün dil-

çilər eyni fikirlə razılaşırlar ki, danışıq fəaliyyəti digər fəaliyyət növləri kimi, müəyyən fizio-

loji və psixoloji amillərlə şərtlənən nizamlığa can atır. Ritmin məhz estetik funksiyası insanda 

müəyyən emosional-estetik hisslər oyadır. Bu isə  əsasən poeziyanın parlaq nümunəsi hesab 

edilən şeirdə müşahidə olunur. Lakin onun nəzmdə də rolu danılmazdır.  

Dördüncü və mahiyyət etibarilə digərlərindən geri qalmayan komponent fasilə hesab 

olu-nur. Bu elementin natiqlik sənətində rolu daha qabarıq şəkildə nəzərə çarpır. Bildiyimiz 

kimi, ikisintaqmlı cümlələrdə iki kommunikativ mərkəz olur. Lakin sintaqmlar arasında fasi-

lənin düzgün işlədilməsi natiqlik sənətində xüsusi mahirlik tələb edir. Məsələn, Azərbaycan 

dilində / O qoca / atlıya yaxınlaşıb nəsə dedi/ və ya / O /qoca atlıya yaxınlaşıb nəsə dedi/ cüm-

lələrini fasilənin yerini dəyişməklə tələffüz etdikdə, müxtəlif mənalı fikir ifadə etmiş olarıq.  

Bəzən fasilə yalnız sintaqmlararası deyil, həm də birləşmələr tərkibində müəyyən 

funksiya yerinə yetirir. Məsələn, ingilis dilində “ İ scream” və “ ice-cream” ifadələrini rabitəli 

da-nışıqda sürətli tələffüz edərkən bir-birindən fərqləndirmək çətin olur. Fikrimizcə, belə 

hallar-da söz sərhədinin təyin olunması ya fonem-allofon mövqeyindən, ya da hecaların yük-

sək ton-la tələffüzü baxımından izah edilə bilər. Bəzi hallarda isə minimal cütlük təşkil edən 

ifadələri fərqləndirən yeganə göstərici yalnız fasilə olur. Məsələn,  

Show + Ferrari Show+for+Ari Chauffeur+Ari 

Söylənənlərdən belə  nəticəyə  gəlmək olur ki, intonasiyanın dilçiliyin tədqiqat obyekti 

olmasına baxmayaraq, onun natiqlik sənətinin reallaşmasında, poetik və prozaik mətnlərin 

formalaşmasında xüsusi əhəmiyyətə malik olması hələ də kifayət qədər öyrənilməmişdir. 

 

 



FEMİNİZM XX ƏSR BRİTANİYA QADIN NƏSRİNDƏ 

 

Əzizə SALAMOVA 

AZƏRBAYCAN Dillər Universiteti 

azizasharifova@gmail.com 

AZƏRBAYCAN 

 

Feminizm XVIII əsrdə  əvvəlcə  Şimali Amerikada, sonralar isə müstəqillik uğrunda 



mubarizə illərində, 1798-1799-cu illərdə “Böyük Fransız inqilabı” zamanı Fransada yaranan 

qadın hərəkatı olmuşdur. Həmin illərdə feminizm hərəkatına qoşulan qadınlar ilk növbədə 

haqq-ədalətin bərqərar olunması və qadın hüqüqlarının qorunması naminə ayrı-ayrı qadın təş-

kilatlarında birləşməyə başladılar.  

XIX əsrdən başlayaraq feminizm ictimai-siyasi və mədəni hərəkat kimi Avropanı bürü-

məyə başladı. Feminizm hərəkatının inkişafı xüsusilə feminist ədəbi tənqidin yaranmasına və 

qadın müəlliflər tərəfindən yazılan əsərlərə marağın artmasına səbəb oldu. Feminizmə müna-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1056


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

sibət, feminist ideyalardan təsirlənmə qadın ədəbiyyatının təşəkkülündə mühüm məqamlardan 

birinə çevrildi.  

Feminizmin inkişafından vahid nəzəriyyə  və  təcrübə kimi danışmaq çox çətin olduğu 

üçün, onun çoxcəhətli və mürəkkəb tərkibini özündə ehtiva edən ayrı-ayrı ideyaları nəzərdən 

keçirmək və onların bədii  ədəbiyyatda inikasını araşdırmaq fikrimizcə daha məqsədəuyğun 

olardı. Bu mənada feminist ideyaları və elementləri özündə kifayət qədər əks etdirən ingilis 

qadın nəsri tədqiqat üçün geniş imkanlar açır.  

Feminizm indiki dövrdə geniş şəkildə cinslərin hüqüq bərabərliyi təsəvvürlərinə əsasla-

nan qadın hüqüqlarının mudafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər. Feminzmin ilk 

dalğası XIX əsrin sonu-XX əsrin birinci yarısına təsadüf edilir. Onun əsas məzmunu cinslərin 

hüqüq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. 70-ci illərin ortalarından baş-

layaraq bu hərəkat Qərbdə, xüsusilə ABŞ–da kütləvi xarakter aldı. 

Son dövrlərdə gender problemini böyük aktuallıq kəsb etməsi feminizmin yenidən diq-

qət mərkəzinə gəlməsinə və onun tarixi, ideoloji, fəlsəfi, mədəni və estetik yönlərinin yenidən 

dəyərləndirilməsinə səbəb olmuşdur. Kişi-qadın münasibətlərinin yeni plüralizm müstəvisində 

öyrənilməsi, gender bərabərliyi  şəraitində qadının cəmiyyətdə  və ailədəki yerinin müəyyən-

ləşməsi, onun karyera və yaradıcılıq baxımından özünü azad realizə etməsi üçün imkanların 

yaradılması qloballaşan dünyanın prioritet sahələri sırasındadır.  

XX  əsr ingilis qadın yazarları içərisində V.Vulfun və M.Drablın yaradıcılığında da 

feminizm ideyalarından bəhrələnmələri açıq-aydın hiss olunur. 

V.Vulfunyaradıcılığında feminizm ideyaları ambivalentdir. Belə ki, qadının sosial-

ictimai mövqeyini yüksək qiymətləndirən yazıçı eyni zamanda diqqətini ailə mühitində cəm-

ləyir, qadını ailə ocağının əsas qoruyucusu kimi səciyyələndirir.  

Yaradıcılığında qadın emansipasiyası məsələlərini, onun daxili və xarici dünyasını, mə-

nəvi-psixoloji problemlərini geniş ehtiva edən V. Vulf dünya ədəbiyyatı tarixində feminizmin 

bir dalğasının əsas nümayəndələrindən biri kimi qəbul olunmuşdur. 

V. Vulf yaradıcılığında feminizm hərəkatı proqramının resepsiyası diqqəti cəlb edir və 

yazıçı gender problemləri sahəsində vacib kəşflər etmişdir. V. Vulf məqalə və esselərində kişi 

mədəniyyətinə qadın münasibətini açıqlayır, qadın yaradıcılığının özünəməxsusluğunu və qa-

dının itisadi müstəqilliyinin vacibliyini vurğulayır

M.Drablın erkən yaradıcılığı feminizm ideyalarını əks etdirir. Yazıçı erkən romanlarında 

qadının öz həyat yolunu özü seçməsi hüququnu müdafiə edir və bunun vacib olmasını qeyd edir.  

Bir çox tənqidçilər M.Drablı elə ilk əsərlərindən “qadın nəsrinə” aid edirdilər. Yazıçının 

demək olar ki, bütün əsərlərində onun qəhrəmanlarının, gənc nəslin hərəkətlərini və davranış-

larını müxtəlif qadağalarla məhdudlaşdıran cəmiyyətə qarşı etirazı hiss olunur. Yəqin bu səbəb-

dəndir ki, M.Drablı əvvəlcə feminist ideyaların daşıyıcısı kimi qəbul etdilər. Lakin yazıçı özü 

qeydedirdi ki, o, XX əsrin II yarısında daha populyar olan qadın hərəkatından və feminist 

tənqiddən daha əvvəl yazmağa başlamışdır. M.Drablın feminizm münasibəti birmənalı deyil-

dir. Bir yazıçı kimi onun ruhuna XIX əsrin qadın romanları daha yaxındır. Amma yazıçının 

erkən yaradıcılığına məxsusA Summer Bird-Cage (Bir yay mövsümü),The Waterfall (Şəlalə), 

The Milllstone (Dəyirman daşı), Jerusalem the Golden (Mənim qızıl Yerusəlimim) romanları 

müəyyən dərəcədə feminist ideya və prinsiplərlə  səsləşdiyi üçün onların bu aspektdə  təhlili 

maraqlı nəticələrə gətirib çıxarır. 

M. Drabl öz əsərlərində müasir dünyada dəqiq əxlaqi çərçivələrdən məhrum şəxsiyyətin 

azadlıq problemini qaldırır və onun mahiyyətini açmağa çalışır. 

M.Drablın qadın obrazlarının mənəvi seçimi bir tərəfdən onların müəyyən əxlaqi dəyər-

ləri itirməsinə səbəb olursa, digər tərəfdən onların hərtərəfli şəxsiyyət kimi təsdiqinə və möv-

cudluğun əsil mahiyyətinin dərkinə gətirib çıxarır. O öz qəhrəmanlarının taleyi nümunəsində 

qadının intellektual həyatı ilə ənənəvi vəzifələrinin (həyat yoldaşı, ana, gənc nəslin tərbiyəçisi 

və s.) vəhdətinin mümkünlüyünü göstərir. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə