Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə116/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   112   113   114   115   116   117   118   119   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1001



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ŞƏRQİ ANADOLUDA YAŞAYAN AZƏRBAYCANLILARIN 

FOLKLORUNDA ETNO-PSİXOLOJİ TƏZAHÜRLƏR 

 

Emin AĞAYEV 

Qafqaz Universiteti 

eagayev1@qu.edu.az 

AZƏRBAYCAN 



 

İnsanların etnik mənsubiyyəti və onların psixologiyası arasındakı əlaqəni öyrənən elm 

sahəsi Etnopsixologiyadır.  Hər bir xalqda olduğu kimi Azərbaycanlıların da özünəməxsus 

etnik psixoloji xüsusiyyətləri vardır. Bu etno-psixoloji xüsusiyyətlər isə xalqı təşkil edən hər 

bir fərdin mənəvi inkişafına və  mənəvi təkmilləşməsinə mühüm, əhəmiyyətli təsir göstərir. 

Etnik psixoloji xüsusiyyətlər keçmişdən bu günə kimi milləti təşkil edən fərdlərin qarşılıqlı 

münasibətləri zəminində foramalaşmışdır. 

Azərbaycan xalqının etnik psixoloji xüsusiyyətləri nəsildən - nəslə keçərək xalqın adət 

və ənənələrində, inam  və əqidəsində, davranışında, başqalarına, eləcə də  özünə münasibətdə 

təzahür etmişdir.  

Azərbaycan folklor areal baxımından Azərbaycan, Şərqi Anadolu, Dağıstan, Gürcüstan, 

İran, İraq - Kərkük bölgələrini əhatə edir. Tarixən Azərbaycanlıların yaşadığı ərazilər-

dən olan Şərqi Anadoluda yaşayan etnosların etnopsixoloji xüsusiyyətləri bir çox aspektdən 

təhlil oluna bilər. Folklor nümunələri  əsasında bu təzahürləri müşahidə etmək isə daha 

məqsədəuyğundur. Belə ki, bu ərazidə yaşayan yerli adlanan türklər, türkmənlər, tərəkəmələr, 

azərilər eyni etnosun – oğuzların ayrı-ayrı qollarıdır. Yerli adlanan türklər oğuzların qayı bo-

yundan, türkmən, tərəkəmə  və azəri adlanan Azərbaycanlılar isə  qınıq boyundandır.  Şərqi 

Anadoluda yaşayan türkmən, tərəkəmə və azərilər Azərbaycan folklor arealına daxildir. Şifahi 

mədəni irsləri, danışdıqları dil, dialekt təzahürləri də eynilik təşkil edir. 

Eyni tarixi keçmişə sahib olan xalqların etnopsixoloji xüsusiyyətlərində eynilik, yaxın-

lıq təbiidir. Bunları bilmədən qonşuluqda yaşayan xalqlarla əlaqə qurmağın uyğun yollarının 

müəyyənləşdirmək çətin olur. 

Şərqi Anadoluda yaşayan Azərbaycanlıların folkor nümunələri  əsasında onların etno-

psixoloji təzahürlərini müşahidə etmək üçün bir çox qaynağa müraciərt olunacaqdır. Onlardan 

Ə.Cəfəroğlunun “Şərq ellərimiz ağızlarından toplamalar: Qars, Ərzurum, Çoruh İlbaylıkları 

şivələri” (Doğu illerimiz ağızlarından toplamalar: Kars, Erzurum, Çoruh İlbaylıkları ağızları) 

adlı kitabını,  Əhməd Bican Ercilasun hazırladığı “Qars eli ağızları – Səs bilgisi” kitabını, 

Selahattin Olcayın “Erzurum ağzı” araşdırması, Prof. Efrasiyap Gemalmazın  “Erzurum İli 

ağızları: (inceleme-metinler-sözlük ve dizinler)” adlı üç cildlik fundamental tədqiqat işini, 

Husna Kavakliceşmenin “Qars ve İqdır azəriləri ağzı (dil incələməsi-mətn-indeks) araşdırma-

sını nümunə göstərmək olar.  

 Qeyd olunan ədəbiyyatlara baxdıqda  biz  bu bölgədə yaşayan Azərbaycanlıların 

folkloruna aid  nümunələrə yetərincə yer verildiyinin şahidi oluruq. Şifahi xalq ədəbiyyatı 

nümunələrindən - laylalar, oxşamalar, xalq mahnıları, atalar sözləri, məsəl, lətifə və  nağılllara 

lazımı  qədər yer verilmişdir. Bu etnopsixoloji təzahürlər içərisində - laylalar ana sevgisini, 

atalar sözlərində  vətən, yurd sevgisi, vətən uğrunda mübarizə, bayatılarda sevgi, sosial və 

içtimai həyat, nağıllarda mərdlik,  şərəf və namusla yaşamaq, mahnı  və  nəğmələrdə yaşayış 

tərzi, məşğuliyyət kimi etnopsixoloji təzahürləri sezmək mümkündür. Etnopsixoloji təzahürlər 

fonunda Novruz bayramının xüsusi çəkisi var. Şərqi Anadoluda yaşayan azərbaycanlılar 

Novruz bayramına çox böyük əhəmiyyət verir, bayrama iki ay əvvəldən hazırlanmağa 

başlayırlar. Bu bölgədə milli bayram olaraq qəbul edilən novruz; bayramlar içərisində birinci 

sıradadır. Uşağlar, gənclər, yaşlılar - bütün xalqın iştirakı ilə keçirilən novruz özündə bir çox 

adət ənənəni, inancı ehtiva edir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1002



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Elmi  ədəbiyyatda Qars və  İqdır Azərbaycanlılarının təşəkkülü bir neçə zaman dilimi 

olaraq diqqətə alınır.  İlk zaman kəsimi kimi bu ərazilərdə tarixən yaşayan türk mənşəli tayfa-

ların ta qədimdən məskun olmasıdır. Sonrakı zaman kəsminə isə ilkin və orta dövrlərdə İqdır, 

Duzluca və Aralıq bölgələrini əhatə edən Sürməli Çuxuruna oğuzların, daha sonralar səlcuqlu 

boylarının yerləşməsini göstərmək olar.  

Sayları  çox olmayan Ağrı Azərbaycanlıları daha çox Ağrının Taşlıçay el mərkəzi ilə 

Taşlıçay qəsəbəsinə bağlı Yuxarı Taşlıçay kəndində və nisbətən də Ağrının mərkəzdə yaşayırlar.  

  Şərqi Anadolunun digər  ərazilərində  də kompakt yaşayan Azərbaycanlılar ümum 

Azərbaycan folklor arialının təmsilçiləridir. Onlara aid folklor nümunələri vasitəsi ilə bu əra-

zilərdə tarixən yaşayan Azərbaycanlıların etnopsixologiyasını öyrənmək elmi əhəmiyyət kəs 

edir. Bu tədqiqat milli mənlik şüurunun formalaşmasına, ümumən millətin tərəqqisi üçün böyük 

əhəmiyyətə malikdir. 

 

 



BƏKİR ÇOBANZADƏ VƏ TÜRKLƏRİN ORTAQ ƏDƏBİ DİL PROBLEMİ 

 

Pərvin EYVAZOV 

Bakı Dövlət Universiteti 



pervin.bdu@mail.ru 

AZƏRBAYCAN 



 

Türk dünyasının tanınmış dilçi alimi professor Bəkir Çobanzadə elmi araşdırmalarında 

ədəbi dil məsələsinə xüsusi yer ayırmışdır. Ömrü boyu həm yaradıcılığı, həm də ictimai-siyasi 

fəaliyyəti ilə türk xalqlarının birliyinə, tərəqqisinə  ləyaqətlə xidmət edən bu görkəmli 

ziyalının türklərin ortaq ədəbi dilinin yaradılması istiqamətində apardığı elmi araşdırmalar bu 

gün də öz aktuallığını saxlamaqdadır.  

B.Çobanzadə ədəbi dil məsələsinə iki rakursdan yanaşır: birincisi, ümumi mənada ədəbi 

dil məsələsi, ikincisi, türkçənin ədəbi dil olması ilə bağlı problemlər. Ümumi mənada ədəbi 

dil anlayışından danışan tədqiqatçı ədəbi dilin əsasında mühafizəkarlıq və məhəllilik kimi iki 

təməl prinsipin dayandığını qeyd edir. O, ədəbi dilin canlı danışıq dilindən,  şivələrdən ayrı 

təsəvvür edilmədiyini və onlardan təcrid olunmuş  şəkildə uzun müddət müstəqil yaşaya 

bilməyəcəyini düzgün göstərir. Bu mənada, B.Çobanzadə ədəbi dil anlayışnı dialekt və şivə-

lərə söykənən canlı dilin alternativi kimi də təqdim edir. Həmçinin görkəmli alim ədəbi dildə-

ki dəyişiklikləri müxtəlif sinfi, iqtisadi amillərlə əlaqələndirir. O, bəzən ədəbi dili hakim sinfin 

şivəsi və ya ləhcəsi kimi də xarakterizə edir. Bir növ, burada türkoloq məsələyə Marksist nöq-

teyi-nəzərindən yanaşır. 

Bəkir Çobanzadə belə hesab edir ki, ədəbi dil ya bir məmləkətin tanınmış şair və yazıçı-

larının dilinə istinadən, ya da bu regionun elm, mədəniyyət mərkəzinə çevrilmiş şivəsi əsasın-

da meydana gəlir. Müəllifə görə, müəyyən bir inkişaf mərhələsindən sonra türk coğrafiyasın-

da süni ədəbi dilin yaranması üçün iki başlıca şərt lazımdır:  

1.  Fransız Akademiyası kimi geniş  səlahiyyətə malik orqanın yaradılması  və ya hər 

kəsin anlaya biləcəyi şair, filosof və yazarların olması;   

2.  Bu məsələdə hökümət orqanlarına və qurumlarına söykənilməsi.  

Ədəbi dili süni, xalq dilini təbii hesab edən alim bəzi dilçilərin XVIII əsrdə yazan şair 

və yazıçıların dili ilə bağlı səsləndirdikləri “adiləşmiş ədəbi dil” ifadəsini haqlı olaraq düzgün 

saymır. Baxmayaraq ki, Bəkir Çobanzadə  ədəbi dili süni adlandırır, ancaq yenə  də o, alim, 

şair və yazarların  ədəbi dillə yazmasının tərəfdarı kimi çıxış edir. Çünki “ədəbi dil onunla 

yazanı ümuma, yəni hər kəsə çatdıracaqdır”.  

Türklərin ortaq ünsiyyət vasitəsinin -  ədəbi dilinin yaradılması haqqında da müəllif ma-

raqlı təkliflərlə çıxış edir. Bildirir ki, mövcud türkçələr arasında böyük lisani fərq yoxdur, hət-




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə