Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə119/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   115   116   117   118   119   120   121   122   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1007



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

başlamaq; to be on it-işə hazır olmaq; to lock horns- mübarizəyə başlamaq; to stand (up) to 

one`s lick log-dan.cəsarət göstərmək; come (stand) up to the rack-öz əməllərinə görə cavab 

vermək; to bring on your bears-dan.mənə  nə edirsizsə edin, sizdən çəkinmirəm; to get to 

(reach) first base-işdə hər hansı bir addım atmaq; blow high, blow low-istənilən halda; to take 

the bull by the horns-cəsarətli addım atmaq, qərarlı olmaq  və s. 

Digər tərəfdən fərdiyyətçilik istədiyi şeyə nail olmayan və ya fərdiyyətçilikdən məhrum 

şəxsə istinad edir: to deal smb a poor deck-həmişə bəxti gətirməmək, uduzmaq; a two-time 

looser-iki dəfə uduzan; a bag of wind-gəvəzə, boşboğaz; foul ball-dan.bəxti gətirməyən; for 

the birds with-dan.heç kimə lazım olmayan, gərəksiz; to take smb’s dust-kimdənsə geri 

qalmaq və s.  

Amerika vətənpərvərliyi Amerika xalqının rolunu inam ilə müəyyən etmək deməkdir: 

God`s (own) country-zarafatyana.Allahın (öz) ölkəsi; the Father of the Country Ölkənin Atası, 

Corc Vaşinqton, ABŞ-ın ilk prezidenti; the Old Glory, red, white and blue-milli himn;the 

Star-Spangled Banner-milli bayraq və himn və s. 

 Amerikalılar inanırlar ki, müsabiqə hər hansı bir fərd və hər hansı bir sistem üçün ən 

yaxşı  nəticə  gətirir. Bu dəyər, Amerikanın sərbəst müəssisəsinin iqtisadi sistemində  əks 

olunur və bu, ABŞ-da bütün sahələrdə  tətbiq edilir - tibb, incəsənət, təhsil, idman və digər 

sahələr üzrə misallara diqqət yetirək; batting average-uğurlar,  şəxsi nailiyyətlər; to get the 

breaks-uğur əldə etmək, müvəffəqiyyət qazanmaq; to beat all nature-dan.hamını ötüb keçmək, 

tayı bərabəri olmamaq və s.  

Tarixən amerikalılar ölkələrini sonsuz sərvəti olan bir torpaq kimi hesab edirlər. Hər 

kəsin istədiyini əldə edə bildiyi bir ölkə həqiqətən cazibədar idi. Aşağıdakı frazeoloji vahidlər 

böyük Amerika yuxusunu əks etdirir ki, bunların içərisində maddi sərvət və mülkiyyət yalnız 

əsas prioritetlərindən biridir. Məsələn, a land-office business-karlı  iş;to be in the chips-pul 

içində olmaq; iron man-dan.gümüş dollar; green power-pulun hakimiyyəti və s.  

“Orada sadəcə dayanmayın,” deyən Amerikalı məsləhət  verir “bir şeylə məşğul olun!”. 

Bu ifadə adətən çətin vəziyyətlərdə istifadə olunur və o mənanı ifadə edir ki, hər hansı bir fəa-

liyyət -hərəkətsizlikdən, heç bir iş görməməkdən üstündür. Amerikalılar müntəzəm olaraq bir 

fəal gün cədvəli təşkil edirlər. Insanların həyatla bağlı  "ağıllı" münasibəti workaholics" kimi 

tanınan bir insan sinfi yaratmışdır ki, onlar öz iş və ya peşələrinə çox böyük önəm verir. Mə-

sələn, Root, hog or die-dan.çalış, işlə yoxsa batarsan; to get up and go-inadkarlıq göstərmək; 

to be on all cylinders-yorulmadan çalışmaq; to put in one’s best licks-maksimum çalışmaq; to 

keep the log rolling-yüksək iş tempini saxlamaq; bent over backwards-çalışmaq və s.  

Amerikanın, ehtiyatları  və  uğurlarilə bağlı, həmişə nikbin fikirləri var. Amerikalılar 

inanırlar ki, onlar taleyin qurbanı olmayacaq, öz talelərinə nəzarət edirlər. Bir çox amerikalılar 

inanırlar ki, "American dream" kifayət qədər gərgin işləmək istəyən hər kəs tərəfindən əldə 

edilə bilər. Bir çox amerikalılar düşünürlər ki, bunun yeganə maneəsi "kifayət qədər cəhd" 

etməməkdir.  Digər mədəniyyətlər ("nə olacaq") taleyə daha çox iman edirlər. Pis bir şey baş 

verən zaman, bu mədəniyyətlərin bəzi üzvləri, düşünürlər ki, bu qəbul olunmalıdır və 

dəyişdirilə bilməz. Amerika Birləşmiş  Ştatlarının üç əsrə yaxın yaşı var və Amerika mədə-

niyyəti nikbin olmağa çalışır.  Onun dəyərləri reallıq kimi qəbul olunur və bütün bunlar əksini 

frazeoloji vahidlərdə tapır. 

 

 



 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1008



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

BİLƏSUVAR TOPONİMLƏRİ HAQQINDA 

 

Nərmin İSGƏNDƏROVA 

Qafqaz Universiteti 



bomuj123@gmail.com 

AZƏRBAYCAN 

 

Azərbaycan dilinin daha qədimlərdən mövcud olduğunu sübut edən adlar müxtəlif dövr-



lərdə müəyyən hadisələrlə  əlaqədar yaranmış, formalaşmış  və dildə özünə möhkəm yer tut-

muşdur. Toponimlər məxsus olduqları xalqların dillərinin leksik-qrammatik qayda-qanunları 

əsasında yaranır, formalaşır, dildən-dilə, nəsildən-nəsilə keçərək uzun müddət yaşayır. Belə 

adların – toponimlərin bir çoxu qədim adların və  qədim dillərin, eləcə  də müəyyən tarixi 

hadisələrin soraqçısı olaraq qalır. Bu barədə L.Quliyeva yazır: “Toponimika coğrafi adların 

(toponimlərin), onların mənşəyini, formalaşmasını və işlənməsini öyrənən elmdir. Toponimik 

adların hərtərəfli öyrənilməsinin çox böyük elmi əhəmiyyəti olmasını heç kim inkar etmir”.  

Azərbaycan dilinə  mənsub onomastik vahidlərin öyrənilməsi ilə bağlı müxtəlif 

tədqiqatlar aparılmışdır. Bu tədqiqatlarda Azərbaycanın makro və mikrotoponimləri tədqiqata 

cəlb olunmuşdur.  

Bu tədqiqatlarda maraq doğuran toponimlərdən biri də Biləsuvar toponimidir. Bu söz 

haqda mənbələrdə müxtəlif məlumatlar vardır. Bəzi mənbələr yazır ki, İran tarixində 

Biləsuvarı X əsrdə Buveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. 

1938-ci ildə Biləsuvar rayonunun adı dəyişdirilmiş və Puşkin adlandırılmışdır. 1963-cü ildə 

ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildə isə yenidən müstəqil rayon olmuşdur. 

Puşkin adlandırılan rayon SSRİ – dövləti dağıldıqdan sonra 1991-ci ildə yenidən tarixi - 

Biləsuvar adını almışdır. Biləsuvar oykonimi ilə bağlı faktlara baxaq: 

Azərbaycanlıların etnoqenezində mühüm rol oynayan tayfalardan biri də suvarlardır. 

Tədqiqatlarda “suvar” komponenti əsasən sabir türk tayfası kimi araşdırılır. “Bilə” komponen-

tinin araşdırılmasında isə  tədqiqatçılar tərəfindən müxtəliflik özünü göstərir. Mənbələrdə 

Biləsuvar – “belə”, “su”, “var”; farsca “baala”(uca), “suvari”(atlı); ərəbcə “bela” (bədbəxtlik); 

eləcə də “iki çay arasında yanmış çöl” kimi izah edilmişdir. Nəbi Əsgərov isə “bilə” kompo-

nentinin “bülər”, “bolqar” etnonimi əsasında formalaşdığını faktlarla əsaslandırmışdır. Biləsu-

var oykonimi Bolqar + Suvar etnonimlərinin birləşməsindən yaranmış oykonimdir. Bu fikri 

həmin bölgədəki onomastik vahidlərin olması da təsdiq edir (Bolqar çay, Mişar çay, Bolqar 

Göytəpə kəndi və s.). Bolqar çayı,  İran ərazisində - Şənbə çay, Adnabazar çay, Bəylər çay, 

Şirinsu çay, Qələbə çay və s. adlandırılmışdır. Hal-hazırda həmin çay Biləsuvar çayı adlan-

dırılır, amma xəritələrdə Bolqar çayı kimi göstərilir.  

Fərqli fikirlərdən biri də Qukasyanın Heredota istinad edərək sapserlərin Midiyanın 

qonşuluğunda Araz çayının sahilində yaşadıqlarını qeyd etməsidir. Müəllif yazır ki, sapser-

lərə// sabirlərə gəldikdə Heredot çox güman ki, Kür-Araz ovalığında, xüsusilə Azərbaycanın 

şimal-qərb  zonasında yaşamış ən qədim Azərbaycan dilli savir // sabir tayfa birləşməsini nə-

zərdə tutmuşdur. Biləsuvar toponimi indiki Şərqi Azərbaycanın  şimal-şərqində, Araz çayın-

dan 50 km. cənubda, Xəzər dənizinin  şərqində yerləşir. Bu məntəqə Muğanın çox hissəsini 

əhatə edir.  

B. Xamaçının verdiyi məlumata görə, bu yerin qədim adı Aran mənası “gün tutan 

düzənlik” anlamındadır. Orta əsr müəllifi H.Qəzvininin “Nüzhət  əl-Qulub”  əsərində verdiyi 

məlumata əsasən, Albuyə əmirlərinin böyük sərdarı pilə (filə) minmiş və buranı abadlaşdıra-

raq kənd salmışdır. Bununla yanaşı, B.Xamaçı “pilə” sözünün “iki çay arası” mənasında 

olduğunu qeyd edərək Şərqi Azərbaycanın Biləsuvar rayonunun Balharud və Abbəylər çayları 

arasında yerləşdiyini göstərmişdir. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə