Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə118/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   114   115   116   117   118   119   120   121   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1005



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ƏLİAĞA  VAHİD  LİRİKASINDA  QƏMİN ZİRVƏSİ 

 

Nazilə ABDULLAZADƏ 

Bakı, Azərbaycan Müəllimlər İnstitutu 



nazile.s.m.d@mail.ru 

AZƏRBAYCAN 

 

XX  əsr  Azərbaycan ədəbiyyatında  təxəllüsü  kimi  yaradıcılığı etibarilə də yeganə olan  



Əliağa Vahid  klassik şeiri  uzun  əsrlər hakimi-mütləq olan  müqəyyəd  qəliblərdən azad edib 

onu yeni ruh, yeni məzmunla  zənginləşdirən bir sənətkar olmuşdur. “Böyük Füzulinin yadi-

garı” qəzəlin  dəbdən düşdüyü, keçmişin qalığı, köhnəlik  əlaməti sayıldığı bir dövrdə onu 

yenidən dirçəldərək Azərbaycan şeirində xüsusi çəkisi olduğunu, gəldi-gedər münasibətlərə, 

zəmanənin gərdişinə, siyasi qovğalara  məhəl qoymadan  əsrlərdən nəsillərə ötürülən bir janr 

olduğunu yaradıcılığı ilə sübuta yetirmişdir. 

Vahid lirikasıın əsasını eşq və eşqin doğurduğu nəşə ilə yanaşı, qəm, kədər, qüssə təşkil 

edir.  Eşqin, məhəbbətin səfası     qəm  onun şeiriyyətinin xislətində, mayasındadır. Çünki dün-

ya özü qəmdən, kədərdən yoğrulub,  bu qəmin, peşmançılığın  mayasını hələ Adəmlə Həvva 

cənnətdən  qovulanda vurublar. Təsadüfi deyil ki, Vahidin şeir aləminə, ədəbi çevrəyə  gəlişi, 

qəbul olunması və tanınması  da “qəm”lə bağlı olub. Ustadı Mirzə Əbdülxaliq Yusifin “Min 

qəmim vardır, birin mindən bir adəm bilməyir”  misrasına o, bədahətən elə bu misranın 

içindən gələn  

Min qəmim vardır, birin mindən bir adəm bilməyir, 

Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir  

beyti ilə cavab verir və o gündən ustadın ona verdiyi “Vahid” təxəllüsü ilə məşhurlaşır. 

Romantik ədəbiyyata, xüsusən Yaxın və Orta Şərq poeziyasına  xas olan kədər  anlayışı  

Vahidə  də yad olmamışdır. Sələfləri Nizami, Nəsimi, Füzuli kimi Vahid də  qəmi  qəmə 

calamağı, qəmə  qəm qatmağı xoşlamış, kədərə meyilliyini, dözümlülüyünü isbat etmişdir. 

Orta əsrlər fəlsəfi şeirin  banisi Nəsimi qəmə tutulduğuna görə fəxr edir, özünü xoşbəxt sanır: 

Qəm odu mən bağrı yabmış bir kəsə oldu nəsib, 

Fəzli-həqqə şükür ki, nadanə, xamə çatmadı. 

Mövlanə Füzuli “qəm yükün çəkməkdəyiz mən bir zaman, sən bir zaman” deyəndə elə 

bir inama gəlir ki,  eşq sərgəştəsi Məcnunla dərdinin  əfsanəsi birdir, söz ayrısa da, aşiqi-

divanəsi birdir. Bu vəhdət, bu qoşalıq Vahiddə də var, Vahidin də ruhuna, qəlbinə  peyğəmbər 

xələfi Füzulinin qəm meyindən damızdırıb.  Bu anlamda Vahid 600 illik böyük bir zaman 

kəsimindən sonra Füzuli qəmini çiyinlərinə götürə bilən bir qəmxardır.  

 Dünyanın yaşadığı bəşəri  kədərin  təzahürü  Füzulidən  sonra XIX əsrdə Seyid Əzim 

Şirvani, XX əsrdə Vahidin  yaradıcılığında  ictimai-fəlsəfi  çalarda ifadə olunmuşdur.   Füzuli 

kədəri kimi, Vahidin kədəri də “intim tarixçələrlə, şəxsi güzəran və  qayğılarla” bağlı deyil.   

Lakin Füzulidən  fərqli olaraq, Vahid  qəmin yükünü  bəşərilikdən, ictimailikdən daha çox fər-

diliyə endirmiş, adi insanın ürək çırpıntılarına, təbəddülatlarına, kədərinə üstünlük vermişdir. 

Təbii, səxsi həyatındakı olaylar, uğursuz taleyi, nakam sevgisi, sənətdə özünə qarşı biganəlik, 

kölgədə qalmaq, üstəgəl meyə aludəçiliyi  yaradıcılığına təsirsiz ötüşmürdü.  Xalqın şairi olan 

Vahid  yeri düşdükcə giley-güzarını dilə gətirməkdən çəkinmir, kədərinin ilahiliyi və bəşəriliyi 

ilə deyil, sadəliyi və həyatiliyi ilə  özü kimilərin qəminə şərik çıxırdı. Uşaq ikən kimsəsizlik-

dən təhsil ala bilməyən,  sənət öyrənmək istədikdə əli bir yerə çatmayan Vahidin “Mollaxana” 

poemasında dilə gətirdiyi qəm o dövrdə xalqın böyük bir təbəqəsinin qəmi, kədəri idi: 

Qaldım avara, səfil, özbaşına, 

Elə ki çatdım on-on bir yaşına. 

Məktəbə, sənətə artdı həvəsim,  

Kimsəsizdim, yox idi dadrəsim. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1006



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Möhnətim çox, qəmim ondan artıq, 

Baxıram dövrəmə yazıq-yazıq. 

Vahid üslubundakı  kədər onun şair mənliyinin,  əyilməzliyinin, üsyankarlığının  əks-

sədasıdır. Sevgilisinin vəfasızlığından duyduğu kədər  aşiqin iç dünyasının sevinci, nəşəsidir.  

Bu sevgi göylərdən gələn platonik sevgi deyil, saf  hislərin coşub-daşdığı bir sevgidir.  Bu 

sevgidə qısqanclıq da var, çılğınlıq da, xəyanət də var, sədaqət də, peşmanlıq da var, ümid də, 

mərhəmət də var, cəfa da. Çəkdiyi qəmlər, başına gələn min bir oyunlar, əğyarın tənəsinə döz-

məyi də aşiqn sevgisində qətiyyəti, dözülməzliyi ilə bağlıdır.  

Sevməsəydim əgər ol zülfi-xəməndərxəmi mən, 

Bir dəm ömrümdə çəkərdimmi bu dərdü qəmi mən? 

Başqa bir şeirdə sevdiyi gözəlin cazibəsi ona dünyanı unutdurur, eşqin verdiyi zövq

sevgilisinin nazı, ədası, işvəsi onu qəmdən uzaq tutur: 

Kimdə vardır, gözəlim, səndə olan cazibələr? 

Sənə dünyadə məgər aşiq olan da qəm elər?  

Vahid lirikasında qəmin sonu  nəşə və sevincdir, Vahid qəmin zirvəsinə ucalır; bərabər-

sizlik, cəhalət, tənhalıq, soisal köləlik, şeirin, sənətin, sənətkarın lazımınca qiymətləndirilmə-

məsi, sevdiyinin  xəyanəti və s. bu kimi qəm, kədər  doğuran  motivlər əslində Vahidin duyub 

yaşadıqlarının bədii inikasıdır. 

 

 



AMERİKA DƏYƏRLƏRİNİN FRAZEOLOJİ BİRLƏŞMƏLƏRDƏ ƏKSİ 

 

Mehdi RƏHİMOV 

Gəncə Dövlət Universiteti 

mehdi_rahimov@yahoo.com 

AZƏRBAYCAN 

 

Dəyərlər inanclara emosional güc gətirir. Dəyərlər öyrənilir və  təbiətdə normativ ola 



bilər. Onlar zaman keçdikcə dəyişilir və nadir hallarda, müxtəlif nəsillərin üzvləri tərəfindən 

xüsusiyyətləri paylaşılır. Məsələn, ABŞ-ın  Şimali Amerika mədəniyyətinin üzvlərinin inam 

və dəyəri istiqamətləndirən rəqabət, fərdiyyətçilik, fəaliyyət, və digər ümumi prinsipləri olan 

müsbət özəllikləri qalır. Onlar fərdiyyətçi, fəaliyyət yönümlü və  rəqabət yolları ilə  həyat, 

azadlıq, xoşbəxtliyə konstitusiya ilə  tənzimlənən və sosial cəhətdən qiymətləndirilən 

hüquqları özündə birləşdirir. Bu dəyərlər öz ifadəsini nəsildən nəslə keçərək dəyişir. Mədəni 

dəyər sistemi gözlənilən, ümid və ya tələb olunan, və ya qadağan edilənləri bildirir. Bu faktiki 

davranış hesabat deyil, tətbiqin hökmü və sanksiyaların həyata keçirilməsini təmin edən 

məntiqi qiymətləndirmənin meyarlarını müəyyən edir.  

Amerikalıların dəyərlərinin mərkəzində  fərdiyyətçilik durur. Amerikalılar öz fikir və 

hərəkətlərində özlərini yüksək fərdiyyətçi kimi hiss edirlər. Onlar hər hansı bir homogen 

qrupun nümayəndələri kimi fikirləşilməyə müqavimət göstərirlər. Onlar qruplara qoşulan 

zaman, özlərinin xüsusi olduqlarına inanırlar. Məsələn, be what you appear to be – olduğun 

kimi görün; (as) independent as a hog –özündən razı, müştəbeh;  to put on the dog – özünü 

dikbaş aparmaq; to cut a swatch – lovğalanmaq; Holy Joe – riyakar; a wise guy – iron. təşəx-

xüslü, lovğa; to be (get, grow) too big for one`s britches, shoes, trousers, pants dan. dikbaş 

olmaq; bighead – təkəbbür; to toot one`s own horn – lovğalanmaq; a publicity bound – jarq. 

lovğa, özünü göstərən və s. 

Özünə güvənən fərdin ideallaşması özünü sənaye səhasində kiçik işdə belə olsa 

müvəffəqiyyət qazanaraq daha da böyük uğur  əldə edəcəyini ifadə edir: to stand the gaff 

çətinlikdən qorxmamaq; to be on the kill-heç bir əngəl tanımamaq; to shoot Niagara riskli işə 

girişmək; to keep in line-özünə hakim olmaq; to cut one’s eyeteeth on smth-öz karyerayasına 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə