Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə107/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   103   104   105   106   107   108   109   110   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

983



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

göstərdiyi əntiq əşyalar şairi təəccübləndirmir. Əksinə, onların hər biri şairi düşündürür. On-

ların arxasında qoca Füzuli  insan taleləri, göz yaşları, böyük-böyük hadisələr görür. Bəxtiyar 

Füzuli düşüncəsindəki bu hadisələri poetik təcəssüm etmişdir.  

 “Şəbi-hicran” Bəxtiyar Vahabzadənin fəlsəfi düşüncə poemasıdır və bu əsər vaxtilə ona 

şöhrət gətirib məşhur etmişdir.  

 

 

MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN NƏSRİNDƏ TARİXİ 



VƏ MƏNƏVİ YADDAŞ MİLLİLİK KONTEKSTİNDƏ 

(M.SÜLEYMANLININ "TEYMURLAR" ƏSƏRI ƏSASINDA) 

 

Nigar ASLANOVA 

Azərbaycan Müəllimlər İnstitutu 

a.q.nigar@gmail.com 

AZƏRBAYCAN 

 

Müstəqillik illəri nəsrində müxtəlif tarixi dövrlərin hadisələri, tarixi və mənəvi yaddaşın 



bədii ifadəsinin əks olunduğu əsərlərdə  milli əxlaqi dəyərlərin təsvirinə də geniş yer ayrıldığı 

nəzərdən qaçmır. Bu əsərlərdə kişilik, mərdlik qanunları ilə tənzimlənən davranış tərzlərinin, 

şərəf və  ləyaqət nümunələrinin  şahidi oluruq ki, bu da milli-tarixi varlıqdan süzülüb gələn 

xarakterin gücünü nümayiş etdirir.  

Bu  ənənəyə sadiq qalan M.Süleymanlı "Teymurlar" (2010) povestində növbəti dəfə 

"erməni xisləti" mövzusunu bədii inikas obyekti olaraq seçir. Sözügedən məsələyə işıq salan 

yazıçı  eşitdikləri, gördükləri – ermənilərin tarixi abidələrimizi xarabalıqlara çevirmələri, 

kənddə nüfuz sahibi olmaları, vaxtın onlara işləməsi kimi mənzərələrin bədii təsvirini verərək 

bu tədbirli, qurnaz millətin əsl simasını aşkarlayır: "...tanıdığım-tanımadığım ermənilər gözlə-

rimin qarşısına gəlir, hamısı da gördükləri işin üstündə... amma üz-gözlərində gördükləri işin 

yox, görmədikləri gizlin, dolaşıq, anlaşılmaz işlərə hazır olan bir rəng... Onları kişili-arvadlı 

bir-birinə bənzədən də həmin rəngdi; guya iş görürlər, əslində alt qatlara, gizlində olan işlərə 

hazırlaşırlar... istədim deyəm ki, ermənidən  əsgər olmaz, demədim, onu dedim ki, yaxşı  iş 

quran olar, yəni inandırsan ki, o dağın altında bir dənə erməni hərfi qalıb, erməni yazısından 

bir hərf, gedək o dağı çapaq, erməni hərfini çıxardaq, gör necə sevinə-sevinə gələcək... De-

məli o, ayrı cür əskərdi..." [bax: M.Süleymanlı. And olsun əsrə...]. 

Müəllifin əsərdə yaratdığı Teymur adında bir neçə müxtəlif peşə sahibi olan obrazlar – 

bioloq Teymur, şahmatçı Teymur, İmirxanlı Teymur, bacıoğlu Teymur, eyni zamanda axsaq 

erməni Gevorq, erməni qızı Susanna və b. yazıçı təhkiyəsinin aşkarlanmasına, erməni xisləti-

nin açılmasına xidmət edir. 

Əsərin  əsas qayəsi yazıçı-təhkiyəçinin xatirələrində, kəndə getdiyi zaman bacısı  oğlu 

Teymurla söhbətlərində, düşüncələrində öz əksini tapır. Qəhrəman keçmiş xatirələri işə salaraq 

telefonla ölüm xəbərini aldığı Teymurun tanıdığı Teymurlardan hansı olması barədə baş 

sındırır və bu əsnada oxucu həmin insanlarla bir-bir tanış olur. Məlum olur ki, bu nə İmirxanlı 

Teymur, nə dostu bioloq Teymur, nə də şahmatçı Teymurdu, haqq yoluna qovuşan bacısıoğlu 

– ailəsinin istəyi ilə kənd qızı, sonra isə onların razılığı olmamasına baxmayaraq istəklisi – er-

məni qızı Susanna ilə evlənib Rusiyaya köçən, "bir gecədə ikisini aldım" – deyən Teymurdu. 

Yazıçı əsərdə "Erməni adındakı hərflər" romanında qoyduğu ideyanı – türkçülük ideya-

larının təbliği, erməni hiylə və qurnazlığı problemini "Teymurlar" povestində də davam etdirir, 

kökündən ayrı düşən insanın mənəvi aşınmalara yol açan yad əxlaqa meyl etməsinə qarşı çıxır. 

Əcdadlarına – baba, əmi-dayıya oxşamağı gerilik sayan bacıoğlu Teymur milli-əxlaqi dəyərlə-

rin üstündən xətt çəkərək Avropa mədəniyyətini nümunə kimi göstərir. Erməni qızından olan, 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

984



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

öz adını verdiyi övladının milliyyətinı təyin etməkdə çətinlik çəkən, seçimi onun öhdəsinə bu-

raxaraq millətinin gələcəyinə biganə qalan Teymurun bu düşüncələri  mənəvi aşınmalara bir 

işarədir.  

Müəllif  bacıoğlanlarının timsalında öz yolundan saparaq başqalarına oxşamağa can 

atan gənclərin gələcəyindən nigarandır: "...doğrudu, insan böyüdükcə  məktəb keçməlidi, 

amma insan doğulanda həm də öz məktəbiylə birgə doğulur; bu ana məktəbidi, nəsil-nəcabət, 

qan yaddaşı  məktəbidi... qanla, südlə, sümüklə  gələndi... Siz bacıoğlanları, bizim sevimli 

gələcəyimiz, necə gəldi, böyüyün, hansı rəngi istəyirsiz seçin, özünüzü boyayın, o rəngə bələ-

nin, kim bəzəklidi ona oxşamağa çalışın. Olsun! Bəs bilmirsinizmi, bütün bunlar, seçdiyiniz 

bu rənglər sizi azdırmaq üçündü ki, öz yolunuzu tapa bilməyəsiniz..." [bax: M.Süleymanlı. 

And olsun əsrə...].    

Əsərdə yazıçının haqlı narahatlığına səbəb olan məqamlardan biri – kök məsələsinə 

toxunulmaqla bu problemə mənəvi-əxlaqi dəyərlər müstəvisində işıq salınır. Təhkiyəçi ağac, 

bitki köklərinin torpaqdakı həyatı, onların bir-biriləri ilə necə yola getmələri, oğurluğa meyilli 

olub-olmamaları barədə düşüncələr aləminə  qərq olur. Yazıçının təbiətin canlı varlıqlarına 

maraq etməsi təsadüfi deyil, bununla o, ermənilərin həyat vərdişinə çevrilmiş oğurluğa meyil, 

onların qonşuluq münasibətindəki qarşıya qoyduğu mövqeyi problemini bir daha gündəmə 

gətirir. 

Kənddəki tarixi abidələrimizi dağıdıb xarabalıqlara çevirən, hər  şeyin adını  dəyişdirib 

özününküləşdirən ermənilər, bizlərin çoxunu da erməniləşdirməyin öhdəsindən məharətlə gələ 

bilir. Bunu əsərdəki başqa xalqın tarixini saxtalaşdırdığı kimi, Teymuru da mənimsəməyi 

bacaran erməni Gevorqun timsalında daha aydın görmək olur. 

Müəllifin  əsərdə qaldırdığı  məsələlərdən biri də "sapı özümüzdən olan baltalar" prob-

lemidir. Əsərdə doğulub boya-başa çatdığı yurdunu,el-obasını xarabazara çevirməkdə erməniyə 

dəstək verən, yardım edənlər sırasında ön cərgədə dayananların millətimizin "qəhrəman" 

oğullarının  olması vurğulanır.  

Əsərdə  təhkiyəçinin Teymurun valideynləri kimi erməni qızıyla evlənməsinə qarşı ol-

ması fikri dərin köklərə əsaslanır, yazıçının erməniləşdirmə prosesinin və bunun nəticəsi ola-

raq gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq istəyindən doğur. 



 

 

CABBAR ƏFƏNDİZADƏ TƏNQİDİNDƏ POEZİYA MƏSƏLƏLƏRİ 

 

Aysel QULİYEVA

 

Azərbaycan Müəllimlər İnstitutu 



a_guliyeva@hotmail.com

 

AZƏRBAYCAN 

 

İstedadlı ədəbiyyatşünas-tənqidçi və dilşünas alim Əbdülcabbar Qasım oğlu Əfəndizadə 



1920-30-cu illər ədəbi-tənqidi fikir tariximizdə özünəməxsus yeri, yaradıcılıq üslubu olan bir 

şəxsiyyətdir. Alim elmi yaradıcılığında türk xalqlarının mədəni, mənəvi birliyi ideyasını hər 

zaman mühafizə etmişdir. Onun məqalələrində folklor, poeziya nəzəriyyəsi, ədəbiyyat tarixi, 

ümumi dilçilik və s. sahələrlə bağlı maraqlı fikir və mülahizələr öz əksini tapmışdır. Tənqid-

çinin poeziya məsələləri ilə bağlı görüşləri, xüsusilə görkəmli şairlərimizin bədii irsi ilə bağlı 

qənaətləri  öz  elmi  dəyəri ilə diqqəti cəlb edir. Alimin “Ədəbiyyatdan iş kitabı”nda yer alan 

“Dil, sənət və  ədəbiyyatın mənşəyi və inkişafı”, “Şəkil və mündəricə  məsələsi”, “Aprel və 

ədəbiyyat”, “Azərbaycan 10 illik ədəbiyyatına bir nəzər”, “Lövhələr” poeması” məqalələri bu 

gün də xüsusi əhəmiyyətə malikdir. Prof. N.Qəhrəmanlı haqlı olaraq, onun “Ədəbiyyatdan iş 

kitabı”nda yer alan məqalələrini “Azərbaycan  ədəbiyyatşünaslığında poetika və estetikanın 

əlaqələrindən bəhs edən ilk elmi işlərdən” biri kimi qiymətləndirib. Şeirə, şairə yüksək qiymət 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə