Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə105/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   101   102   103   104   105   106   107   108   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

979



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 “Hekayəti-müsyo Jordan həkimi-nəbatat və  Dərviş  Məstəli  şah caduküni-məşhur” 

komediyasının baş qəhrəmanı olan Şahbaz obrazı da öz funksiyası etibarilə  adının mənasını 

tamamlayır. Bu adın tərkibi olan “baz” hissəciyi “həvəsli” mənasını ifadə edir. Bu hissə Şah-

baz bəyin xarakteri ilə tamamilə  səsləşir.  Şahbaz sözünün mənasını  şan-şöhrəti sevən kimi 

qəbul etsək, bu xüsusiyyəti onun Parisə getmək həvəsi ilə uyğunlaşdırmaq olar. Şərəfnisə xa-

nımın fikirləşdiyinin  əksinə olaraq, Şahbaz bəyin bir məqsədi var: Fransız dilini öyrənib

Fransa mədəniyyəti ilə tanış olmaq, vətənə qayıtdıqdan sonra adlı-sanlı insanlardan biri kimi 

şöhrət qazanmaq. Bu istək onu Parisə getmək üçün həvəsləndirir.  

“Sərgüzəşti-mərdi-xəsis” komediyasında baş qəhrəmana verilən Hacı Qara adı bədii ti-

pin xarakterini açmağa imkan verir. “Qara” sözü rəng bildirməklə yanaşı, “tünd”, “böyük” 

mənalarını ifadə edir.  Xəsis obrazının xarakterindəki tündlüyü göstərmək üçün qara sözündən 

istifadə edilməsi obrazın daha qabarıq çatdırılmasına kömək edir. Hacı Qaranın oğlunun adı 

Bədəldir. Bu ad da ticarətlə məşğul olan obrazın xasiyyətini tamamlayır. Əsərin digər qəhrə-

manı Heydər bəyə verilən ad da obrazın fəaliyyəti ilə qırılmaz şəkildə əlaqədardır. “Heydər” 

sözü “cəsur”, “igid” mənasını ifadə edir. Bəy nəslinə mənsub olan bu şəxs Hacı Qaradan fərqli 

olaraq, çıxılmaz vəziyyətə düşsə də, öz əqidəsindən dönmür. 

Komediyalardakı obrazların adları milli xarakter daşıyır. Axundov hər bir obrazına ad 

seçərkən onların milli mənsubiyyətini nəzərə almış, ona uyğun ad qoymuşdur: müsyo Jordan

Mkrtıç, Arakel, yüzbaşı Ohan, Sərkis, Karapet və s. “Hekayəti-xırs quldurbasan” komediyası-

nın ilk variantında divanbəyi obrazına Redkiy soyadı vermişdir. “Redkiy” sözü rus dilindən 

tərcümədə “nadir” mənasını verir. Bu soyad vasitəsilə ədib xalqın qayğısına qalan, yerli xalqa 

hörmətlə yanaşan çar hakimlərinin nadir hallarda tapıldığını göstərmək istəmişdir.  

Bədii  əsərdəki obrazlar həyatdan götürülür, real tarixi şəxsiyyətlər olur. Ona görə  də 

obrazların adları tarixi səciyyə daşıyır. “Hekayəti-müsyo Jordan həkimi-nəbatat və  Dərviş 

Məstəli şah caduküni-məşhur” komediyasının obrazı Müsyo Jordan real həyatdan götürülmüş 

addır . Əsil adı Aleksis Jordan olan bu şəxs 1814 – 1879 cu illərdə yaşamış fransız nəbatatıdır. 

Dramaturq  əsərində bu alimin prototipini yaradaraq, onun həyatdakı funksiyası ilə  əsərdəki 

fəaliyyətini uyğunlaşdırmışdır. Özünü elm və dünya xalqlarının mədəniyyətini öyrənməyə 

fəda etmiş bu tarixi simanın niyyəti onun sənətinə uyğun verilir. “Hekayəti-molla İbrahimxəlil 

kimyagər” komediyasında Molla İbrahimxəlil tarixi şəxsiyyət olmuşdur. O, həqiqətən də 1830 

– cu illərdə Xaçmaz dağlarında çadır qurub iksir ilə torpağı gümüşə çevirmək bəhanəsilə 

tacirlərdən pul alıb varlanmışdır. Hətta Xaçmaz dağlarında gümüş mədəni tapması haqqında 

da Tiflisə  xəbər də vermişdi. Buna görə  də nuxuluları aldatmağa çalışan kələkbaz obrazına 

belə bir adın verilməsi dramaturqun bədii əsərinə diqqətlə yanaşdığını göstərir.   

Obrazın adı onun fəaliyyəti ilə ziddiyyət təşkil edir. “Sərgüzəşti-vəziri-xani-Lənkəran” 

komediyasında baş personajın adı Mirzə Həbibdir. Bu obraz Lənkəran xanının vəziridir. Əsər-

də vəzir həm ailə-məişət çərçivəsində, həm də ictimai-siyasi planda göstərilmişdir. O, öz nö-

kərlərini insan yerinə qoymur, onlarla sərt rəftar edir. Onun öz arvadları ilə də münasibətləri 

lazımı  səviyyədə deyil, qadınların  əlində oyuncağa çevrilmişdir. “Həbib” sözünün mənası 

“dost, sevilən, aşiq” deməkdir. Bu mənada əsərin qəhrəmanının adı onun funksiyası ilə uyuş-

mur. Çünki komediyada vəzir heç bir obraz tərəfindən sevilmir. 

Obrazın yaranmasında sənətkarın zamanı duya bilməsi, xalq həyatını öyrənməsi, onun 

dünyagörüşünun genişliyi və  təxəyyülünün aydınlığı  əhəmiyyətli rol oynayır. Buna görə  də 

obrazlara ad seçilməsi də  sənətkarın yaradıcılıq üslubunu müəyyənləşdirmək baxımından 

böyük əhəmiyyətə malikdir.  

 

 

 



 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

980



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

GİZLİ  İMZALI  FELYETONUN  MÜƏLLİF  KİMLİYİ 

 

Gülnar AXUNDOVA

 

Bakı Dövlət Universiteti 



axundova1988@bk.ru 

AZƏRBAYCAN 

 

Ədəbiyyatımızda bir mayak rolunu  oynamış "Molla Nəsrəddin" dərgisi, ətrafında topla-



şan yazıçılar, şairlər üçün bir üslub formalaşdırmışdır. Üslub oxşarlığı, eyni mövzulara müra-

ciət, gizli imzaların çoxluğu yazıların müəllifini təyin etməkdə çətinlik yaradır. Eyni imzalar-

dan bir çox sənətkarların istifadə etməsi də mübahisələrə  gətirib çıxarır. Belə yazılardan da 

biri "Acığnan" felyetonudur. Felyetonun adı Məmməd Səid Ordubadi “Əsərləri”nin ( 8 cild ) I 

cildində  "Acığnan",  "Molla Nəsrəddin" jurnalının 8 cildlik toplusunda (2008-ci il nəşri) isə 

"Acıqan" kimi verilmişdir. Prof. Yavuz Axundlunun üç cildlik "Seçilmiş  əsərlər"inin III 

cildində "Acığınan" adı ilə felyetondan bəhs olunmuşdur.  İndiyə kimi bütün mənbələr bu 

felyetonun müəllifi kimi Məmməd Səid Ordubadini göstərir.  Alim-tədqiqatçı Y.Axundlu  bu 

felyetonun ideya-bədii xüsusiyyətlərinə görə Cəlil Məmmədquluzadənin "Usta Zeynal" heka-

yəsi ilə səsləşdiyini yazır. "Acığnan" felyetonunun "Hərdəmxəyal" imzasıyla çapı  M.S.Ordu-

badinin müəllif kimi göstərilməsinə səbəb olmuşdur. Felyetonun yazı və üslub xüsusiyyətləri 

isə Mirzə Cəlil imzasını xatırladır. C. Məmmədquluzadə M.S.Ordubadi ilə  görüşəndə: “Doğ-

rudan da, xalqımızın içərisində  hərdəmxəyal adamlar az deyil”-deyə bu imzanı  bəyəndiyini 

söyləmiş, sonralar özü də bu imzayla yazmışdır. C.Məmmədquluzadə “Molla Nəsrəddin”də 

işlətdiyi gizli imzaların bir çoxunu unutduğu üçün jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı 

Həsənzadəyə  məktub yazıb soruşmuşdur.  İ.Həsənzadə isə sadaladığı imzalar arasında 

"Hərdəmxəyal" imzasının da adını çəkmişdir. Bir nəfərin bir neçə gizli imzadan istifadə etmə-

sinin səbəbini mollanəsrəddinçi  şair  Əli Nəzmi bir məqaləsində belə izah etmişdir:“Molla 

Nəsrəddin”in bəzi müxbirləri olmuşdur ki, təsadüfən məcmuəyə bir və ya iki məktub göndərib 

xoşagələn imzalar atmışdır. Məsələn: ... Lağlağı, Hərdəmxəyal və s. Sonra isə bu imza sahib-

lərinin bəzisi idarə ilə heç bir əlaqə saxlamırdı. Mirzə Cəlil imzalar müxtəlif olsun deyə bu 

imzaların hamısından istifadə edər və yazdığı felyetonların, məqalələrin altında həmən imza-

ları yazardı”. Ona görə də bu felyetonun müəllifini təkcə imzası ilə deyil, həm də yazı üslubu, 

dil aspektləri və ədəbi vasitələrinə görə təyin etmək lazımdır.  

"Acığnan" felyetonunun əsas özəyini cəhalətin tənqidi təşkil edir. Bu mövzuya həm 

M.S.Ordubadi, həm də  C.Məmmədquluzadə  yaradıcılığında xüsusi yer verilmişdir. M.S.Or-

dubadi “Dərd”, “Mollanın” və başqa yazılarında dini xurafat yolu ilə yayan dindarları kəskin 

ifşa etmişdir. C.Məmmədquluzadə "Usta Zeynal"da avam müsəlmanın faciəli həyatını qabarıq 

şəkildə açmış, digər yazılarında cəhalətin tənqidini müxtəlif yollarla vermişdir. C.Məmməd-

quluzadə "İnşallah" felyetonunda müsəlmanların hər şeyi qismətə bağlamasını tənqid etmiş-

dir. Bu felyetonun obrazları Məşədi Ələsgər, Kərbəlayı Qasım kimi din adamlarıdır. Bu felye-

tondan çıxan ideya "Acığnan" yazısının əvvəlində bir cümlə ilə verilmişdir. Məşhəd ziyarəti-

nə bir neçə  dəfə gedən, amma bu ziyarətləri savab üçün deyil, insanların acığına həyata 

keçirən cahil dindar Məşədi Abdulla "Acığnan" felyetonunun obrazıdır. Cəlilin hekayə  və 

felyetonlarında əsas hədəf olan dindarların adları Məşədi, Kərbəlayi, Hacı statuslarında olan 

Abdullalar, Qurbanlardır. "Halal" felyetonunda da Mirzə Abdulla adına rast gəlirik. Felye-

tonun ikinci obrazı isə Mirzə Cəlildir. C.Məmmədquluzadə bəzi felyetonlarında imzasını ya-

zının içində vermişdir. O, "Məscidlərimiz",  "Əbdürrəhim  əfəndi" və başqa felyetonlarında 

özünə müraciət  şəklində  dəsti-xəttini möhürləmişdir. M.S.Ordubadinin "Məktub", "Bəyani 

həqiqət" , "Bilməli xəbərlər" felyetonlarında Molla Nəsrəddinə müraciət olsa da, bunu sadəcə 

jurnala olan xitab şəklində başa düşmək lazımdır. M.S.Ordubadi yazılarının içində "Hərdəm-

xəyal" imzasına rast gəlsək də, bu, obraz kimi deyil, obrazın müəllifə olan xitabı kimi qəbul 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə