III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
825
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
qəhrəmanının ölümünə təntənəli şəkildə yas saxlamalarına toxunur. Heyvanların (erkək hey-
vanların) qurban verilməsi, qəhrəmanın atının kəsilməsi kimi ayin və mərasimləri şamanizm
ənənələrinin bariz nümunəsi hesab etmək doğru olardı. Müəllif dastanda qurdun türk
mədəniyyətində ən hörmətlə yanaşılan heyvan olmasını “Oğuz-Kağan dastanından gətirdiyi
bir misallarla sübut etməyə çalışır. Oguz öz düşməni Urum xanı axtararkən dağ qurdu ona
müraciət edərək ona kömək etmək istədiyini bildirir. Qurd qəddar hökmdarı məğlub etmək və
təhlükəli dağlarda yollarını tapmaq üçün türk xalqlarına kömək edir. Qurd toteminə ehtiram
“Kitabi-Dədə Qorqud" dastanında da özünün əksini tapmışdır: “Yedi bayırın kurtuna benzer
yigitlerim”, “Kurt yüzü mübarəkdir” və s.
Dədə Qorqudu mənsub olduğu xalqın nümayəndəsi kimi iki dini əxlaqı özündə əks
etdirən xarakter kimi qiymətləndirən P. Mirabil onun mühakimələrinin hibrid, ikiölçülü oldu-
ğunu qeyd edir: Öz xanına “Kanatlarının ucu kırılmasın” deyərkən, gah şamanist mərasimlər
icra edir, gah da xanın və atasının ruhları xatirinə Allaha dua edir”.
Dədənin mürəkkəb xarakterini bu dastanların mahiyyəti ilə əlaqələndirən tədqiqatçı əs-
lində heç bir analizin olmadığını, bu ikili inanc sisteminə malik dastana dair qəti hökm vermə-
yin mümkünlüyünü inkar edir. Bizim fikrimizcə tədqiqatçı özü bu dilemma qarşısında tərəd-
düd etməkdədir.
TƏSVİRİ SƏNƏTDƏN İLMƏLƏR ALƏMİNƏ: POETİK SÜJETLİ
MİNİATÜR ƏSƏRLƏR XALÇA NÜMUNƏLƏRİNDƏ
Altun MİKAYILLI
AMEA Nizami Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyi
altun8580@gmail.com
AZƏRBAYCAN
Xalq sənətlərinin ən geniş yayılmış növü -Azərbaycan xalqının məişətində özünə möh-
kəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış element-
ləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə
yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni
zamanda yüksək estetik əhəmiyyət kəsb edir. Xalça sənəti özündə ölkənin təbiətini, tarixini və
həyat tərzini əks etdirir. Azərbaycan xalqı tərəfindən sevilən bu sənət növü əsrlərlə nəsldən
nəslə qayğı ilə verilmişdir. Onun naxışlarının dili, kaloriti hər kəsə yaxın və aydın olmuşdur.
Naməlum sənətkarlar bədii kamilliyi ilə indi də sevilən, təəcübləndirən nadir xalçalar yarat-
mışlar. Çoxsaylı kompozisiyalı və zəngin ornamentli motivləri olan xovlu xalçalar xüsusi se-
çilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir. Bu üsul naxışlar, rənglər
və süjetlərin ahəngi üçün geniş imkanlar açır. Bütün ətraf aləmin gözəlliyi, sənətkar məharəti
və ilhamını özündə birləşdirən məhz bu xovlu xalçalar bu gün də öz aktuallığını qoruyub
saxlayır. Bununla yanaşı Azərbaycan xalçasının estetik prinsipi “rəsmlərin” müstəvi həllində,
şəkillərin ritmikasında, mərkəzi və haşiyə hissələrə bölmə ənənəsində, elementlərin lakonik
həndəsəsində öz əksini tapmışdır. Bütün bunlar öz növbəsində, forma, motiv və bədii ideya
müxtəlifliyinə görə seçilir.
Azərbaycan xalçaları hər zaman toxunma prosesində yunun keyfiyyəti, boya kompo-
nentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə
bir-birindən fərqlənmişdir. Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq
xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.
Orta əsr Azərbaycan rəssamları dünya incəsənəti xəzinəsinə daxil olan bir sıra dəyərli
əsərlər yaratmışlar. Həmin dövrlərdə Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandıran
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
826
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
məhz miniatür sənəti olmuşdur. Azərbaycan miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əla-
qədə inkişaf etmişdir. Antik mifologiya qədim yunan incəsənətinin mənbəyi olduğu kimi, klas-
sik Şərq poeziyası da müsəlman, o cümlədən, Azərbaycan miniatür sənəti üçün tükənməz
mənbə olmuşdur.
Miniatürdə əsas yeri həyat və reallıqla dolu məişət səhnəsinin təsviri tutur. Süjetli-
tematik kompozisiyalarda təsvir edilən şəxslərin simaları çox nadir hallarda konkretləşdirilirdi
və hər şeydən əvvəl mövcud qanunlarla şərh olunurdu. Rəssamı bir qayda olaraq ayrı-ayrı
personajların fərdi cizgiləri, ələlxüsus psixoloji ifadə qüvvəsi deyil, ümumi əhvali-ruhiyyə,
hərəkətlərin, poza və jestlərin müxtəlifliyi, bütün orta əsr Şərq miniatür boyakarlığının əsasla-
rının əsası olan dekorativlik, ifadəli xətlərin, rəng ləkələrinin ahəngdarlığı maraqlandırır.
Bütün bunlarda, həmçinin çoxfiqurlu, mürəkkəb səhnənin kompozisiya qurumunda, memarlıq
və mənzərənin təsvirində rəssamın məharəti, böyük sənətkarlığı hiss olunur.
XIV əsrdən başlayaraq miniatür sənətinin xalçaçılığa,xüsusən də süjetli kompozisiyala-
rın traktovkasına təsiri müşahidə olunur. Bu təsir XVI əsrdə, qüdrətli Səfəvilər dövlətinin
paytaxtı,Şərqin aparıcı mədəniyyət mərkəzi olan Təbrizdə xalçaçılığa, xüsusən də süjetli
xalçaların toxunmasına daha çox təsir göstərmiş Təbriz miniatür məktəbinin formalaşması ilə
gücləndi. Bu məktəbin banisi ustad rəssam Sultan Məhəmməd olmuşdur. Yaxın Şərq xalqları
incəsənətinin inkişafı tarixində əfsanəvi Mani və "Şərqin Rafaeli" Behzadla yanaşı, görkəmli
Azərbaycan rəssamı ustad Sultan Məhəmməd də şərəfli yer tutur.Firdovsinin qəhrəmanlıq
epopeyası, Nizaminin məhəbbət lirikası, romantik, fəlsəfi-didaktik poemaları xalça ustadlar-
ının yaradıcılığına daha qüvvətli təsir göstərmiş, onları dünyəvi hissləri, ülvi məhəbbəti tərən-
nüm edən misilsiz süjetli xalçalar yaratmağa ruhlandırmışdır.
Səfəvilər dövləti (1501-1736) üçün xarakterik olan saray üslubu, demək olar ki, Azər-
baycanın digər bölgələrinin bədii cəhətdən inkişafına təsir göstərmişdir. Eyni zamanda, Təb-
rizlə Şamaxı və Şirvan arasında əlaqələrin genişlənməsi şimal bölgələrində bədii cəhətdən
Təbriz üslubuna yaxın olan miniatür sənətinin və ədəbi mövzulu süjetli xalça sənətinin inkişa-
fına səbəb olmuşdur. Lakin bu xalçalar Təbriz xalçalarından fərqli olaraq saray rəssamlarının
rəsmləri əsasında deyil, ənənəvi xalq sənətkarları tərəfindən toxunurdu.
MESENAT HACI ZEYNALABDİN TAĞIYEV “AZƏRBAYCAN”
JURNALININ PUBLİSİSTİKASINDA
Aynurə PAŞAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
aynure8@mail.ru
AZƏRBAYCAN
Məşhur azərbaycanlı maarifpərvər milyonçu, Rusiya İmperiyasının Dövlət Müşaviri,
Şərqdə ilk qızlar məktəbinin yaradıcısı, sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük
səxavət sahibi Hacı Zeynalabdin Tağıyevin (1823-1924) adını uzun illər təsiri altında
olduğumuz Sovet rejimi bizə unutdurmağa çalışsa da, böyük xeyriyyəçilik fəaliyyəti ilə
hafizələrdə yaşayan bu böyük şəxsiyyəti yaddaşlardan silə bilmədi. “Onun zəkası iki qayə
üçün çalışmışdır: I-zəngin olmaq, II- Milli qayəmizə xidmət etmək, milli inkişafımızı və
yüksəlişimizi dəstəkləmək. Sosializm, kommunizm ideologiyasının kapitalizmi inkar etdiyin-
dən xalqına vaxtilə böyük xidmətlər göstərmiş H.Z.Tağıyev kimi iri kapitalistlərin tariximiz-
dəki müstəsna xidmətləri mənfi planda təsvir olunurdu. 1985-ci ilin ortalarından başlayaraq
demokratiya, yenidənqurma və aşkarlıq dövründə mətbuatdan gizli qalan bir sıra tarixi şəx-
siyyətlərin isimləri yenidən ictimaiyyətə tanıtdırıldı. Dövrünün ictimai rejiminin mütərəqqi