Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə57/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   53   54   55   56   57   58   59   60   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

883



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

halında nəzərdən keçirildikdə sabit söz birləşmələri üçün o da xarakterikdir ki, onlar şeiri fikir 

və məzmunca, forma və üslubi cəhətdən zənginləşdirdiyi kimi, poetik təəssüratı qabardır, bədii 

mətləbi xüsusi ekspressivliyə yüksəldir, emosional çalarları xeyli tündləşdirir. Şeirin canlı dil 

26 üzərində qurulmasında da frazeologizmlər fəal başlanğıc təşkil edir, məişət-ünsiyyət esteti-

kasının mətndə sıxlaşmasının təminatçısı olmaqla yanaşı, onları xəlqi ifadə tərzinin yaranma-

sına istiqamətləndirir. Beləliklə, frazeoloji tərkiblər canlı nitq ünsürlərinin sadə və aydın şeir 

dili üçün əsas mənbə rolunu gücləndirir. Frazeoloji birləşmələrin obrazyaratma tipologiyası 

məcazi leksikaya çox yaxındır və poetik söz ustalığının yaratdığı  məzmun zənginliyi 

frazeologizmlər üçün də xasdır. Bədii-estetik və linqvistik tipoloji yaxınlıq bədii dil daxilində 

gedən üslubi yaradıcılıq bəhrəsidir, sözün müsbət mənasında sözün məcazlaş- ma prosesinin 

nəticəsidir. Bu proses şeir nitqində özünü daha kəskin formalarda göstərir ki, bunun da təbii 

elmi-təcrübi  əsasları vardır. Məlum olduğu kimi, yaradıcılıq fəaliyyətində  hər bir söz 

sənətkarının qarşısında biri-biri ilə bağlı üç sual – nə?», «necə?», «niyə?» sualları dayanır və 

bunlardan «necə?» daha kəskin xarakter daşıyır. Bədii formaya, sənətkarlıq problemlərinə 

ciddi münasibət istər-istəməz bu sualın aktuallığını bütün dövrlərdə qoruyub saxlayır. 1960-

1980-ci illər Azərbaycan poeziyasında kamil forma yaradıcılığı uğrunda mübarizə şəraitində 

dil sisteminin bütün ünsürləri kimi, frazeoloji birləş- mələr və  məcazlaşmağa məruz qalmış 

leksik vahidlər  şeir dilinin ən fəal üslubi faktlarına çevrildilər. Frazeoloji birləşmələrin 

semantik mənasına uyğun məcazi sözlərin işlənmə tezliyi, kəmyyət üstünlüyü bir daha 

göstərdi ki, idiomatik birləşmə  və onunla bağlı poetizmlərin müvaziliyi şeir dilinin spesifik 

cəhətlərindən biridir, şeirə məxsus dil mühitinin vacib tərəflərinin üslubi təzahürüdür. 

 

 

SOMATİK FRAZEOLOGİZMLƏR 



 

Vüqar HÜSEYNOV 

Azərbaycan Müəllimlər İnstitutu Quba filialı 



bdu-filoloq@mail.ru 

AZƏRBAYCAN 



 

Qədim yunanlar bədənin “ölümə  məhkum hissəsini” “soma” adlandırırdı. Terminoloji 

mənası “bədənə aid olan” - “somatik” sözü də buradan götürülmüşdür. Müasir anlayışlar və 

terminlərin qısa lüğəti somatizm sözünü bədənlə (psixika istisna olaraq) bağlı olan insan orqa-

nizminin hadisə və sistemlərinin mənasını ifadə etmək üçün müəyyənləşdirmişdir. Somatizm-

lər baş, üz, ürək, qan, sümük və s.dir.  

Frazeoloji birləşmələr tərəflərinə, komponentlərinə ayrıla bilməyən söz birləşmələridir. 

Frazeoloji birləşməni  əmələ  gətirən sözlərin ya hamısı, ya da bəziləri öz mənasını itirir və 

yaranmış birləşmə bütövlükdə bir leksik vahi ifadə edir. Azərbaycan dilində, xüsusən məişət 

üslubunda və bədii üslubda frazeoloji birləşmələrdən aktiv formada istifadə olunur. Bunların 

içində rəqəmlərlə bağlı, heyvan adları ilə bağlı və bədən üzvləri ilə bağlı frazeoloji birləşmə-

lər kəmiyyət baxımdan üstünlük təşkil edir.  

Somatik frazeologizmlər öz sabitliyinə rəğmən, fasiləsiz olaraq dəyişir və inkişaf edirlər. 

Azərbaycan ədəbi dilində işlənən somatik frazeologizmlər ən çox aşağıdakı orqanlarla bağlıdır: 

1. “Əl” və “ayaq” komponenti ilə yarananlar:  Əl açmaq, əl-ayağa dolaşmaq, əl-ayağa 

düşmək, əl-ayağa salmaq, əl-ayağı qurumaq, əl-ayağı soyumaq, əl-ayaqdan uzaq, əl bulaşdır-

mağa dəyməz, əl çəkmək, əl gəzdirmək, əl qaldırmaq, əl-qol açmaq, əl-qol atmaq, ayağını kəs-

mək, ayağı ardınca getməmək, ayaqları yerə mıxlanmaq və s. 

2. “Baş” komponenti ilə yarananlar: Başını alıb qaçmaq, başını bağlamaq (evləndirmək 

anlamında), başını bişirmək, başını daşa vurmaq, başını  əkmək, başını xarab eləmək, başını 

işə salmaq, başının altına yastıq qoymaq, başının üstünü almaq, başına çıxmaq, baş-beynini 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

884



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

aparmaq, başı işləmək, başına at təpmək, başına cin vurmaq, başına gəlmək, başına daş düşmək, 

başına girmək, başına itin suyunu tökmək, başda gəzdirmək, başına turp əkmək, başından elə-

mək, başından tük əskik etməmək və s. 

3. “Göz” komponenti ilə yarananlar: Göz açmağa qoymamaq, göz dağı  çəkmək, göz 

dəymək, göz gözü görməmək, gözü götürməmək, göz-qaş eləmək, göz oxşamaq, göz üstə sax-

lamaq, göz verib – işıq verməmək, göz yummaq, gözdə-qulaqda olmaq, gözdən əski asmaq, 

gözə kül üfürmək, gözə soxmaq, gözünün qurdunu öldürmək, gözünün ucu ilə baxmaq, gözün 

üstündə qaşın var deməmək və s. 

4. “Hulqum” komponenti ilə yarananlar: hulqumunu üzmək, hulqumu olmamaq. 

5. “Kirpik” komponenti ilə yarananlar: Kirpiyi ilə od götürmək. 

6. “Qulaq” komponenti ilə yarananlar: Qulağına gəlib çatmaq, qulağı dəng olmaq, qula-

ğagirənlik eləmək, qulağı dinc olmaq, qulağı səsdə olmaq, qulaq asmaq, qulağına deyil, qula-

ğında sırğa olmaq, qulağının ardını görəndə, qulağının dibində top da atılsa, eşitməz, qulaqar-

dına vurmaq, qulaqlarının ucuna qədər qızarmaq və s. 

7. “Ürək” komponenti ilə yarananlar: ürək-dirək vermək, ürəyi düşmək, ürəyi daş olmaq, 

ürək eləməmək, şir ürəyi yemək, ürəyi qızmaq, ürəyi yanmaq, ürəkdən çalışmaq, ürəyini bo-

şaltmaq, ürək vermək, ürək qırmaq, ürəyi açılmaq, ürəyi ağzına gəlmək, ürəyi bulanmaq, ürəyi 

getmək (özündən getmək və bir şeyi çox istəmək anlamlarında), ürəyi qana dönmək, ürəyi part-

lamaq, ürəyi yerinə gəlmək, ürəyinə daş bağlamaq, ürəyində oxumaq, ürəyində tutmaq, ürə-

yindən xəbər vermək, ürəyindən qara qanlar axmaq, ürəyinə dammaq, ürəyini oxumaq və s. 

8. “Üz” komponenti ilə yarananlar: üz vermək, üz götürüb getmək, üz verdikdə, astar is-

təmək, üzdən-gözdən iraq, üzə durmaq, üzə vurmaq, üz-gözündən zəhrimar tökülmək, üzlülük 

eləmək, üzü bu yana olmaq (xəstənin sağalmasına ümid olduqda), üzü ağ olmaq və s. 

9. “Ağız” komponenti ilə yarananlar: ağzı açıla qalmaq, ağız büzmək, ağız şirin olmaq, 

ağı-ağıza vermək, ağız burnunu əzmək, ağız dolusu, ağızdan çıxan başa dəyər, ağzı fal olmaq, 

ağzı ilə milçək tutmaq, başqasının ağzı ilə oturub durmaq, ağzı isti yerdə olmaq, ağzı qatıq 

kəsməmək, ağzı qıfıllanmaq, ağzı qızışmaq, ağzı sulanmaq, ağzı süd qoxusu vermək, ağzına 

su alıb oturmaq və s.  

10. “Boğaz” komponenti ilə yarananlar: boğazını  yırtmaq, boğaza qədər borc içində 

olmaq, boğazına keçmək, boğazını islatmaq (azacıq içmək), boğazından kəsmək və s. 

11. “Ciyər” komponenti ilə yarananlar: ciyəri yanmaq, ciyərini çıxarmaq, ağciyər olmaq 

və s. 

12. “Çiyin” komponenti ilə yarananlar: çiyinlərinə düşmək, sanki çiynindən ağır yük 



götürülmək, çiynindən atmaq və s. 

13. “Dil” komponenti ilə yarananlar: dili acı olmaq, dili açılmaq, dili tutulmaq, dili quru-

maq, dil boğaza qoymamaq, ağzında dili yoxdur (mülayim, sakit adam haqqında), dili dinc 

durmamaq, dili iki metr çıxır, dilim ağzımda bişər, dilindən kağız almaq, dilini heç ne dəymə-

mək (çoxdan yemək yeməyən adam haqqında), dilini pişik yemək, dilini təmiz saxlamaq və s. 

14. “Diş” komponenti ilə yarananlar: dişi batmamaq, diş qıcamaq, dişə vurmağa bir şey 

olmamaq, dişi dişinə dəymək, dişi-dırnağı ilə çalışmaq, dişlərini itiləmək və s. 

  Bu somatik frazeoloji birləşmələrə nəzər saldıqda görürük ki, xalqın düşüncəsində, ya-

radıcılığında “görünən”, yəni xarici orqanlarla (əl, ayaq, baş, diş, göz, çiyin, dil, boğaz, üz) 

bağlı frazemlər daha çox işlənmə aktivliyinə malikdir.  

Somatik frazeoloji birləşmələri həm həqiqi, həm də  məcazi mənada anlamaq olur. Bu 

xüsusiyyətdən isə ədəbiyyatımızda obrazlılıq yaratmaq üçün məharətlə istifadə olunmuşdur. 

Ömrün ən dolaşıq, çətin anında  

Gözlər bu dünyadan bir pay umurlar.  

Diriykən hər şeyə göz yumanın da 

Ölərkən gözünü güclə yumurlar. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə