Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə65/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   61   62   63   64   65   66   67   68   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

899



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

10. I-IV siniflərdə lüğət tərtibi, o cümlədən sinonimlər lüğəti tərtib etmək ənənəyə çev-

rilərsə, bu nitq zənginliyi yaratmağın ən gözəl vasitəsi  ola bilər. 

11.Yeni dərsliklərdə praktik aspekti leksik semantizasiya və ya yerinə sinonimini və ya 

antonimini qoy, yaz, tipli göstərişlərin verdiyi tapşırıqlar lüğət zənginliyi imkanlarından 

səmərəli istifadə oluna bilər. 

12. Lüğət ehtiyatını eyni, yaxın və əks mənalı sözlər, söz birləşmələri və cümlələrlə zən-

ginləşdirməkdə üslubi bacarıqlara yiyələndirmək bu işdə mühüm rol oynayır. 

13. Şagirdlərin müşahidələrini əks mənalı sözlər, cümlələr və mətnlərə istiqamətləndir-

məkdə dərsliklərin və metodik vəsaitlərin didaktik imkanlarından istifadə edilməlidir. 

14.  Şagirdlərin lüğət ehtiyatını  zənginləşdirmək işini sistemlə aparmağın  ən səmərəli 

yollarından biri “lüğətcələr təstibi”ndən ibarətdir. Şagirdlərin nitqinin zənginliyi belə lüğətlər-

də sözlərin, cümlələrin sayının artması ilə müvaze şəkildə gedəcək. 

15. Müəllimlərin bu işdə, yəni eyni, yaxın və əks mənalı sözlərlə lüğət ehtiyatını zən-

ginləşdirmək kimi təlim fəaliyyətində  uğur qazanmasını  şərtləndirən  ən mühüm cəhət onun 

diaqnostik və summativ qiymətləndirmədə nəzərə almasıdır. 

16. Bu sahədə yekun qiymətləndirmə apararkən şagirdlərin inşa yazmağı, “Yaxşı nədir, 

pis nədir?”, “Sevdiyimiz hərəkət, xasiyyət, xoşlamadığımız hərəkət, xasiyyət hansılardır?” möv-

zularında hər sinifdə diskussiya keçirmək didaktik cəhətdən daha əhəmiyyətli görünür. 

 

 



AVTOMATİK TƏRCÜMƏDƏ SEMANTİK TƏHLİL MƏSƏLƏSİ 

 

Natəvan ƏZİZLİ 

Sumqayıt Dövlət Universiteti 



natis-sdunina@mail.ru 

AZƏRBAYCAN 



 

Tədqiqatın aktuallığı avtomatik tərcümənin təkmilləşdirilməsi məqsədilə semantik 

təhlillə bağlı meydana çıxan qüsurların, onları doğuran səbəblərin müəyyənləşdirilməsi və 

aradan qaldırılması ilə bağlıdır. 

Tədqiqat işinin yeniliyi avtomatik tərcümə sistemində Azərbaycan dili üçün istifadə 

olunan semantik blokun fəaliyyəti prosesində meydana çıxan tərcümə xətaları üzrə yeni blo-

kun formalaşdirilmasıdır. 

Tədqiqatın səmərəliliyi avtomatik tərcümə sisteminin yaxşılaşdırılması, daha dəqiq 

tərcümə imkanları yaratmaqdır.      

Avtomatik semantik təhlil xüsusi linqvistik alqoritmlər üzrə kompüterdə reallaşan 

formal əməliyyatlarla təbii dildə müəyyən işarələr və ya dil vahidlərinin ardıcıllığı ilə verilmiş 

hər hansı hökmün, ifadənin formal sistem yaradan ardıcıllıq kimi göstərməyi nəzərdə tutur. 

Ixtiyari hökmün mənasının təyin etmək üçün formallaşdırma üsulu olsa, kompüter dilçiliyində 

problem optimal kodlaşdırmanın həlli səviyyəsində duracaqdır. Aydındır ki, semantikanın 

formallaşdırılması olduqca mürəkkəb prosesdir. Avtomatik tərcümədə belə formallaşdırmanın 

iki dil üzərində aparılması tələb olunur. Bir dildəki hökmün qarşılığını formal şəkildə başqa 

dildə tapmaq tələb olunur. Dil vasitələri ilə adlandırılan  əşya və predmetlər dildən kənarda 

mövcuddur. Əşya və hadisələr arasında bağlılıq, əlaqələr, ekstralinqvistik amilləri əhatə edir. 

Semantikanın formallaşdırılmasını iki istiqamətə ayırmaq olar. Birinci istiqamətdə  tədqiqat 

mücərrəd nəzəri səviyyədə aparılır və semantikanın işarələr sistemi haqqında daha ümumi elm 

olan semiotika çərçivəsində tutduğu yeri təyin etməyə, anlayışların yaranmasının ümumi qa-

nunauyğunluqlarını, cümlə daxilində sözlərin mənaları ilə cümlənin təşkilediciləri arasındakı 

əlaqələri tapmağa yönəldilir. Ikinci istiqamət isə induktiv və empirik səciyyə daşıyır. Bu tətbiqi 

problemdir və burada dil ifadələrinin mənasının, semantikanın formallaşdırılması  məsələsi 

qoyulur.  




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

900



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Tam, bitkin məlumat və nisbi bitmiş fikrin formalaşması üçün predikasiya vacibdir. Mə-

sələyə bu baxımdan yanaşdıqda cümlənin mübtədası və xəbəri olmalıdır. Mübtəda subyekti

xəbər predikatı əvəz edir. Mən gəlirəm. Mən gedirəm, O, həkimdir. Nərgiz müəllimdir. Tipli 

cümlələrdə mübtəda və xəbər öz yerindədir. Azərbaycan dilində «mən gedirəm» cümləsi ilə 

«gedirəm» ekvivalent cümlələrdir. Dil sistemi əvəzliyin buraxılmasına imkan verir. Lakin elə 

dillər vardır ki, subyektin buraxılması ilə cümlə strukturu pozulur. Azərbaycan dilindəki 

«gedirəm» ingilis dilinə “I am going” kimi tərcümə olunmalıdır. Onu da qeyd etmək lazımdır 

ki, göstərilən cümlə formasında ingilis dilində hərəkət indiki davamedici zamanda baş verir. 

Yəni getmək fəaliyyəti danışıq zamanında baş verir. Azərbaycan dilində «gedirəm» demək 

hərəkətin danışıq anında mütləq baş verməsini nəzərdə tutmur. Ona görə də kontekstdən asılı 

olaraq «gedirəm» cümləsi ingilis dilinə “I am going” kimi və ya “I go” tərcümə oluna bilər. 

«Google»-də avtomatik tərcümə zamanı “I go” cümləsi «Mən getmək» qarşılığı ilə verilir ki, 

bu da tərcümə proqramının qüsurlu olması ilə bağlıdır.  

Ümumiyyətlə, dildəki sözlərin bir-biri ilə ardıcıl işlənərək birləşmələr yaratması onlar 

arasında sintaktik əlaqələrdən asılıdır. Azərbaycan dilində yanaşma, idarə  və uzlaşma  əlaqə 

tipləri vardır. Bundan əlavə, sözlərin bir-biri ilə distribusiyasında da müəyyən qanunauyğun-

luqlar vardır. Qrammatik baxımdan hər bir sözün digərinə yanaşması mümkündür. Lakin belə 

yanaşmalar həmişə semantik cəhətdən düzgün məna yaratmır. Məsələn, kitab hasar, çiyələk 

hasar, daş hasar, kərpic hasar birləşmələrindən hər hansı birində semantika nəzərə alınmadıq-

da qrammatik baxımdan birləşmə düzgündür. Çiyələk, kitab alma və s. hasar üçün material 

rolunu oynamadığı üçün semantik anlaşmazlıq əmələ gəlir. Doğrudur, dilin imkanları genişdir. 

Situasiyadan asılı olaraq belə birləşmələrin nitqdə istifadə edilməsi hadisəsi ilə üzləşmək olur.  

Avtomatik semantik təhlil zamanı sözlərin bir-biri ilə birləşməsi,  əlaqələnməsinin se-

mantik xüsusiyyətləri təyin edilir, həmin təhlil əsasında elə bir alqoritm tərtib olunur ki, kom-

püter semantik incəlikləri nəzərə ala bilsin. Maşın tərcüməsi zamanı «kitab mağazası» morfo-

loji, semantik və sintaktik təhlil prosesində söz birləşməsi kimi qəbul edilərək ifadə etdiyi 

mənasına uyğun qarşılığı ilə  əvəz olunur. Maşının leksik blokunda da «kitab mağazası» və 

onun qarşılığı olan «bookshop» avtomatik lüğətə daxil edilməlidir. Ingilis dilində mürəkkəb 

söz leksik vahiddir və dilin leksik vahidi olaraq avtomatik lüğətə daxil edilir. Azərbaycan 

dilində isə iki sözdən ibarət olan «kitab mağazası» ikinci növ təyini söz birləşməsidir. Birləş-

mə dilin lüğət fondunun və ya leksik sisteminin vahidi sayılmır. Ona görə də onun avtomatik 

lüğətə daxil edilib-edilməməsi qabaqcadan müəyyənləşdirilməlidir. Bu isə semantik inventar-

laşdırma problemidir. Semantik inventarlaşdırma iki istiqamətdə aparılır: 1) leksik-semantik 

səviyyələrdə inventarlaşdırma; 2) morfo-semantik səviyyədə inventarlaşdırma.  

Semantik inventarlaşdırma prosesində morfemlərin müəyyən birləşmələrinin tezaurusları 

tərtib olunur. Bu cür tezauruslar avtomatik tərcümədə semantika ilə bağlı bir sıra çətinlikləri 

aradan qaldırmağa kömək edir. Lakin semantik təhlilin dəqiqliyini tam şəkildə bununla əldə 

etmək mümkün deyildir.  

Avtomatik tərcümədə  ən çətin və mürəkkəb sahələrdən biri semantik təhlillə bağlıdır. 

Semantik təhlilin təkmilləşdirilməsi avtomatik tərcümənin keyfiyyətinin yaxşılaşmasına səbəb 

olur. Semantik təhlilin müasir mərhələdə birinci növbədə həllini gözləyən iki məsələsi qarşıya 

çıxır. Fikrimizcə, bunlardan birincisi çoxmənalılığı, digəri isə fərqli səciyyəli omonimliyi ara-

dan qaldırmaqdır.        

 

 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə