Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə68/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   64   65   66   67   68   69   70   71   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

905



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

MİR CƏLAL HEKAYƏ USTASI KİMİ 

(YAZIÇININ “XATİRƏ HEKAYƏLƏRİ” ƏSASINDA) 

 

Ayşən SADİQLI 

Bakı Dövlət Universiteti 



ayshan_bdu@mail.ru 

AZƏRBAYCAN

 

 

Mir Cəlal gənclər arasında çox sevilən yazıçılardan biridir. Hekayə janrının daha da tək-

milləşməsində, oxucular tərəfindən maraqla qarşılanmasında Mir Cəlalın böyük xidmətləri 

vardır. O, hekayə janrında bir çox dəyərli, ibrətamiz sənət nümunələri yaratmışdır.  Ədibin 

hekayələri mövzu baxımından da rəngarəngdir, yeknəsəq deyil.Yazıçının “Xatirə hekayələri” 

ndən “Ərəb qardaş”, “Gənc  şairin  ərizəsi”, “Ləyaqət”, “Xarici naxoşluq”, “Mən zaminəm”, 

“Dil və əməl”, “Mənim vəfalı maşınım”, “Yalan yeriməz”, “Sözün yeri var”, “Mənim səmimi 

dostum”, “Gülbəsləyən qız”, “Qəbul imtahanı”, “Ərəb qızı”, “Ehtiram”, “Təsadüf və zərurət”, 

“Naxış” və s. misal göstərmək olar.  

Mir Cəlal Paşayevin 1960-cı ildə yazdığı  “Ərəb qardaş” adlı xatirə hekayəsində bir 

ərəbin Bakıya gəlməsindən, yazıçının ona bələdçilik etməsindən danışılır. Məlum olur ki, 

ərəbin atası uzun illər Bakıda işləyib. O, Bakıdan aldığı  təəssüratları  oğluna danışıb. 

Hekayədə diqqəti cəlb edən məqamlardan biri belədir: “Salavat ilə donuz darıdan çıxmaz. 

Zəncirləri qırmaq üçün əql gücü də, əl gücü də işlətmək lazımdır”. M.S.Ordubadinin “Qılınc 

və  qələm”  əsərində  də bu mövzuya toxunulur. Yəni Azərbaycanın bütövləşməsi yalnız 

qılıncın gücü ilə əql gücünün birləşməsi nəticəsində ola bilər. “Qılınc və qələm” əsərində biz 

igid, cəngavər, mübariz Fəxrəddinin yanında daim onun yaxın dostu, məsləhətçisi Nizamini 

görürük. Yəni, düşünmədən, ağıla arxalanmadan vuruşmaq, döyüşə getməklə heç kim qələbə 

qazana bilməz. Ağılla güc ayrılmazdır. 

Mir Cəlalın “Xatirə hekayələri”ndən olan “Yalan yeriməz” hekayəsində yalanın Bəşir 

adlı bir uşağın həyatını mənfi istiqamətdə dəyişməsindən danışılır. Hekayədə qeyd edilir ki, 

yalan açılanda üstünü heç çadır da örtə bilməz. Bir yalan gələcəkdə daha böyük, daha 

təhlükəli yalanların başlanğıcı olur. Uşaq yalanlar içində böyüyür. Bir zamanlar dəhşətli faciə 

kimi təsir bağışlayan yalan Bəşirdə adət halını alır.Beləliklə, hər bir ananın övladına verdiyi 

tərbiyədən çox şey asılıdır. “Yalan insanları pisliklərə, pisliklər isə  cəhənnəmə sövq edər”.  

Bəlkə  də  Bəşirin anasına da uşaq vaxtı düzgün tərbiyə verilməmiş, yalan danışmağa vadar 

edilmişdi. Bir adama verilən düzgün olmayan tərbiyə sonradan bütün cəmiyyətə sirayət edir. 

Mir Cəlalın “Sözün yeri var” hekayəsində iki rəfiqənin qızı  və onların  ətrafında baş 

verən hadisələrdən söhbət açılır. Hekayədə göstərilir ki, Şəfiqə xanım və Şirin xanımın qızları 

Ziyafət və  Məryəm ikisi də eyni bağçaya gedirlər.Məryəmin atası müharibədə  həlak olub, 

Ziyafətin atası isə sağdır və ona tez-tez gözəl oyuncaqlar alır. Hər dəfə  Məryəm onun 

oyuncağını götürmək istəyəndə Ziyafət deyir ki, bunu atam alıb. Balaca qız tez-tez bu ifadəni 

işlədir və özü də bilməyərəkdən Məryəmin qəlbinə dəyir. Bu hekayədən belə nəticəyə gəlmək 

olar ki, yaşından asılı olmayaraq, uşaq da olsa hər kəs sözün yerini bilməlidir. Bir sözlə qəlbi 

qırmaq asandır, amma onu bərpa etmək çox çətindir.  

“Xatirə hekayələri”ndən olan “Dil və  əməl” də yazıçının diqqətəlayiq  əsərlərindəndir. 

Hekayədə Hərzə adlı xanım öz bildiyi kimi qızına tərbiyə verir. Ona öyrədir ki, kim səndən nə 

isə soruşsa, “bilmirəm, yoxdur” de. Hərzə xanım kimilər dildə bir cür, əməldə başqa cürdür. 

Üzdə özlərini yaxşı adam kimi göstərirlər, amma başqa vaxt qonşusunun dalınca danışır, lazım 

olanı vermək istəmir. Valideynlər düşünməlidir ki, onların “tökdüyünü” uşaq “yığışdırır”. Va-

lideynlər uşağının yanında yalan sözlər deməməli, başqasının dalınca danışmamalıdırlar. Ək-

sinə, uşağın yanında daha ehtiyatla, lazımi sözlər işlətməlidirlər ki, sonradan bir başqasının 

yanında üzü qara olmasınlar, öz dediyi sözü başqasından eşidəndə özünə nifrət hissi oyanmasın.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

906



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Mir Cəlalın 1974-cü ildə yazdığı “Gülcamal” hekayəsi də çox maraqlıdır. Hekayədə 

göstərilir ki, Ziyafət xanım qızlarının birinə  Qəşəng, o birinə Göyçək adını qoyur. Qızlar 

böyüyür, heç 17 yaşa çatmamış, məktəbi qurtarmamış qoşulub qaçırlar. Ziyafət xanım kiçik 

qızına Qurdyeməz adını qoyur ki, heç kimin istəyində olmasın. Sanki uşaq qəsdən daha gözəl, 

daha cazibədar, ay parçası kimi bir qız olur. May nümayişlərinin birində hamı küçələrə 

çıxanda Ziyafət xanım da gözəl körpəsi ilə gedir. Bir fotoqraf uşağın  şəklini çəkir. Qızının 

adını soruşanda Qurdyeməz deyir. Fotoqraf inanmır, zarafat sayır və deyir ki, belə gözəl 

uşağın adı Gülcamal olar. Gülcamal böyüyür, peşə  məktəbində  fərasəti ilə hörmət qazanır. 

Heç kəs onu sənəddəki adı ilə yox, may nümayişlərində deyilən Gülcamal adı ilə çağırır və 

hörmət edir. 

Hekayədə çox düzgün olaraq deyilir ki, “Ataların bu sözündə həqiqət var: uşaq böyüyən-

dən, el içinə çıxandan sonra özünə ad qoyur”. Adqoyma motivinə bizim qədim abidəmiz olan 

“Kitabi-Dədə Qorqud” dastanında da rast gəlmək mümkündür. Ad qoyma ilə bağlı hissələrə 

biz dastanın I, III, VIII boylarında rast gəlirik.  

Beləliklə, Mir Cəlal az sözlə dərin məna daşıyan cümlələri, həyat təcrübəsi ilə  oxucunu 

özünə cəlb edir. Hekayələrində onun sadəliyi, səmimiliyi, zəhmətsevərliyi, ustalığı özünü göstərir.  

 

 



DİLİN İNKİŞAF PROSESİ VƏ LÜĞƏTLƏR 

 

Niyaməddin HAŞIMOV 

Qafqaz Universiteti 



nhasimov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Dil xalqın mənəvi sərvətidir. Dövr dəyişdikcə həyatın bütün sahələrində (elm, texnolo-



giya, idman, iqtisadiyyat, ədəbiyyat, dilçilik və s.) inkişaf sürətlə davam edir. İnkişafla bəra-

bər bir sıra yeni sözlər və məna incəlikləri meydana çıxır. Zaman keçdikcə dilə yeni terminlər, 

yeni sözlər daxil olur; bəzi sözlər aktiv lüğət fonduna keçsə də, bəzi sözlər işləkliyini itirərək 

passiv fonda keçir. Aktiv fondda, əsasən, cəmiyyət tərəfindən işlədilən milli leksikaya  daha 

çox yer verilir və dil, şübhəsiz ki, milli sözlərin hesabına zənginləşir. Bütün hallarda dilə daxil 

olan yeni sözlər, dildə işlənən bütün söz və ifadələr yenidən nəzərdən keçirilir, tədqiq edilir və 

lüğətlərdə sistemləşdirilərək qorunub saxlanılır, beləliklə də, gələcək nəslə ötürülür.   

 Ədəbi dilləri inkişaf etmiş bütün xalqların orfoqrafiya qaydaları və orfoqrafiya lüğətləri 

olduğunu nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan ədəbi dili normalarının sabitliyini də or-

foqrafiya qaydaları  və  həmin qrammatik qaydalar əsasında tərtib edilən lüğətlər təmin edir. 

Ə.Dəmirçizadə demişdir:“Orfoqrafiya - yazılı nitqdə dil vahidlərinin yazılışını  tənzimedici 

qaydalar sistemidir”. Dilə yeni daxil olan sözləri nəzərə alaraq demək olar ki, orfoqrafiya lü-

ğətləri tərkibcə daha çox dəyişir.  

Azərbaycan dilinin orfoqrafiya lüğəti (2013) bir çox xüsusiyyətlərinə görə 2004-cü il 

nəşrinə görə fərqlənir. 2004-cü ildə nəşr olunan orfoqrafiya lüğətində 80.000-ə yaxın, lüğətin 

2013-cü ildəki nəşrində isə 110.563 min sözün düzgün yazılışı verilmişdir. 

Yeni nəşr lüğətin sonuna artırılan Azərbaycan Respublikasının coğrafi adları, Azərbay-

can Respublikasındakı idarə və təşkilat adları, Beynəlxalq təşkilat adları və s. başlıqlı bölmə-

lər lüğətdən istifadəni daha da asanlaşdırmışdır. 

Lüğətdə zaman keçdikcə  işləkliyini itirən  komsomol, qolçomaq, pristav, raykom  və b. 

sözlər tarixi sözlər sırasında verilmiş, dəqiqləşdirmələr aparılaraq bir çox sözün qarşısına da 

hansı sahəyə aid olduğu yazılmışdır.  

Lüğətə eyni zamanda müxtəlif elm sahələri ilə bağlı yeni sözlər və terminlər daxil 

edilmişdir. Lüğətdə idman sahəsinə aid dəqiqləşdirilmə aparılaraq qarşısına bu sahəyə məxsus 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə