Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə71/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   67   68   69   70   71   72   73   74   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

911



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

YUSİF SƏMƏDOĞLU YARADICILIĞINDA ƏDƏBİ MƏTN YADDAŞI 

 

Leyla ƏLİYEVA

 

Sumqayıt Dövlət Univesiteti 



aliyevaleyla74@mail.ru 

AZƏRBAYCAN 



 

Müasir  ədəbi mətnləri  şərh edərkən özündə ictimai dünyagörüşü daşıyan mətnlər və 

mətn  ənənəsindən çıxış etmək vacib məsələlərdəndir. Bu mənada  ədəbi  şərhdə bir mətn 

həmişə digər mətnlə və ya mətn ənənəsi kontekstində şərh olunur. Mətnin şərh olunduğu mətn 

kontekstini sonsuz  genişləndirmək olar və bu sonsuzluğun ölçüsü mətn mədəniyyətinin 

sərhədsizliyi ilə üst-üstə düşər. Mətnin  əsas  əlamətlərindən biri də  məhz özündən sonrakı 

mətnlərin kodu, əsası, bazası olmasıdır. Ədəbi variantyaratmada janr yaddaşı, süjet yaddaşı, 

ədəbi forma yaddaşı, obraz və  vəziyyət yaddaşından istifadə  mühüm funksiya daşıyır. 

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Yusif Səmədoğlu da öz yaradıcılığında yaddaş 

faktoruna üstünlük verən yazıçılardan biridir. Belə ki, müəllifin mürəkkəb kompozisiyası ilə 

seçilən hər iki romanının mətnlərinin yaddaş strukturunda təqdimi nəzərə çarpır.  Həm “Qətl 

günü”, həm də “Deyilənlər gəldi başa..”  romanlarında təhkiyəçi-qəhrəmanlar öz daxili 

dünyası, şəxsi yaddaşı ilə iç-içə təqdim olunur. Bu əsərlərin qəhrəman və personajları daima 

öz keçmişlərindən, yaddaşlarına yığılıb qalmışlardan, xatirə  və artıq ötüb-getmiş anlardan 

bəhs etmək, bütün bunları oxucuya nəql etmək vəzifəsi daşıyırlar. Bu da bədii mətndə 

hadisələrin öz gerçək xronoloji ardıcıllığından uzaqlaşmasına, hadisələrin  ənənəvi  əvvəldən 

sona doğru gedişatına əks düzümünə səbəb olur. Yusif Səmədoğlunun roman və hekayələrin-

də ədəbi mətn yaddaşı qarımıza iki şəkildə çıxır. Birincisi, mətn mədəniyyətinin sərhədsizliyi 

amili ilə  əlaqədar olaraq, müəllifin istənilən mətni özünəqədər mövcud mətnlərlə müəyyən 

bağlantı qura bilir. Bu özünü mətnin müxtəlif qatlarında büruzə verə bilir. Məsələn, “Qətl 

günü” romanında istər mifoloji, istər etno-psixoloji yaddaş vasitəsilə ilə daha qədim mətnlərlə 

əlaqələrin qurulmasının  şahidi oluruq. Hətta bu bağ “Oğuz xaqan” dastanına qədər gedib 

çıxır. “Qətl günü” romanında dünyadakı bütün yaradılışları fövqəltəbii, qeyri-adi, fantastik 

şəklə salmaq funksiyası daşıyan mif ilə dünyada baş vermiş real hadisələrə  əsaslanan tarixi 

həqiqətlər sintez olunur. Yusif Səmədoğlunda mifopoetik düşüncənin sahəsinə düşən miflər 

öz ilkin başlanğıcında olduğu kimi “təmiz” deyil, bu miflər saf irreal strukturunu real, 

məntiqəuyğun çalar və rənglərə bürünməklə qismən pozmuş olur. Mifopoetik qat bu romanın 

əsas məğzini təşkil edir, əsasən arxetip və motivlərlə gerçəkləşir. Məhz bu arxetip və motivlər 

vasitəsilə başqa müəllif mətnləri ilə əlaqələr qurulur. 

Yusif Səmədoğlu yaradıcılığında ədəbi mətn yaddaşının digər bir forması isə, müəllifin 

öz mətnləri arasındakı münasibətlərdə özünü göstərir. Müəllifin roman və hekayələri arasında 

qəribə bir bağlantı var, bu mətnlərin demək olar ki, böyük qismi biri digərinin əvvəli və sonu 

kimi çıxış etmək qabiliyyətinə malikdirlər. Bu bağlantı bəzən bir mətnin personaj və obraz-

larının digər mətndə qarşımıza çıxması ilə xarakterizə olunur. Məsələn, feldşer Mahmud həm 

“Qətl günü” romanının, həm də “İncə dərəsində yaz çağı” hekayəsinin əsas personajlarından 

biridir.  

Yusif Səmədoğlunun müxtəlif əsərlərinin bir-biri ilə mətnlərarası münasibətlərdə olma-

sını təmin edən məqamlardan biri də, onun roman  və  hekayələrində sənətə bağlılıq, ictimai 

nöqsanların tənqidi, milli tarixi yaddaşa sadiqliyin, Azərbaycançılıq düşüncəsinin   fəal yazıçı 

mövqeyindən bədii təcəssümünün güclü olmasıdır. Bu fikir yazıçının romanları,  ”220 nöm-

rəli otaq” (1960), ”Qalaktika” (1973) kitablarındakı hekayələri, bir qədər sonra çap etdirdiyi 

”Astana”, ”İncə dərəsində yaz çağı” hekayələri haqqında da keçərlidir. Mövzuları, əsərlərinin 

quruluşu, mənzərə və obraz yaratma ustalığı, hadisələrin simvolik-məna yükünün qabartmaq 

bacarığı, vətənpərvərlik və insana məhəbbət duyğularının birbaşa ifadəsi şüuraltı qata enməklə 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

912



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təsvir orijinallığı nümayiş etdirən Y.Səmədoğlunun dil və üslub xüsusiyyətləri, fərdi yaradıcı-

lıq keyfiyyətləri ilə seçilən bir nasir kimi yetişdiyini sübut edir. Yusif Səmədoğlunun müxtəlif 

əsərləri arasında mətn bağlantılarının mövqeyinin müəyyənləşdirilməsi, yazıçının bütöv 

yaradıcılığının mahiyyətini bir daha dərindən tanımağımıza kömək edə bilər. 

 

 



İSA MUĞANNANIN "İDEAL" ROMANINDA İCTİMAİ KONFLİKT 

 

Günel PƏNİYEVA 

ADPU 


gunelpeniyeva@mail.ru 

AZƏRBAYCAN

 

 

İsa Hüseynov hadisələrə elmi-fəlsəfi baxımdan yanaşmış, bir yazıçı olmaqdan çox, bir 



sosioloq, bir filosof-tarixçi kimi, ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin 

köklərini araşdırmışdır. ”Məhşər” öz elmi-fəlsəfi dərinliyi ilə daha uzaq tarixə baş vurmaq üçün 

onun görücülük qabiliyyətini gücləndirmişdir. 

   "İdeal”da ictimai konflikt çox güclüdür. Həqiqi kommunist tərbiyəsi ilə böyümüş gənc 

Səmədin qarşısında çox böyük maneələr durur. Kəndə  gəlib işə başladığı ilk gündən elə 

böyük çətinliklərlə, hər gün, hər saat, hər dəqiqə elə ağır və bəd xəbərlərlə, dəhşətli və anlaşıl-

maz müəmmalarla, el malına həris düşmən qüvvələrlə qarşılaşır ki, onun bu çətinliklərə necə 

dözəcəyini, bunlara necə tablaşacağını, bunlarla necə mübarizə aparacağını, öz ürəyinin, 

vicdanının tələbləri əsasında necə işləyəcəyini, məsələləri necə həll edəcəyini fikirləşdikdə az 

qala oxucunun nəfəsi təngiyir. Rayona çatan kimi, sevgilisini əmisi evində gəlin görməsi, ata 

yadigarı köhnə evlərini gözləri önündə Əlləzoğlunun yandırması, əmisi ilə barışmaq üzrə ikən 

gözünün qabağında Sultanın Gülgəzi zorlaması  hələ bir yana, Səməd  əmisinin idarəçilik 

işlərində geriyə doğru dəhşətli dönüş görür: illərlə Qudalılara qarşı mübarizə aparan əmisi 

indi Qudalıları  iş başına gətirmiş, kolxoza rəhbərliyi onlara tapşırmışdır. Qudalı  Rəhim 

kolxoz sədri olan kimi, əsas vəzifələri — mühasibliyi də, fermanı da qudalılara tapşırmışdır. 

Rəhim kişi sədr olan kimi, vaxtilə xalq düşməni çıxarılmış qardaşı Məhəmmədin intiqamını 

almağa başlayıb, kolxozçuların əmək haqqını ləngidir, onları dövlətdən narazı salır, gizli yolla 

kolxozu dağıtmağa çalışır. Təbiətən  əyriliyə, soyğunçuluğa, el malına həris olan, faktiki 

olaraq Sovet hökumətinə düşmən mövqe tutan Qudalıları Sultan niyə birdən-birə  iş başına 

gətirmiş, kolxozun ixtiyarını onlara vermişdir? 

  Məlum olur ki, bütün bunlar Mirqəzəb — Dudiyev xətti ilə bağlıdır və Sultan artıq 

əvvəlki Sultan deyildir. 

   Səməd rayona qayıdana qədər əmisini başqa cür tanıyırdı: Sultan canını, həyatını, ailə 

səadətini xalq işinə, ictimai işə qurban vermiş bir kommunistdir. Əyriliyin, tüfeyliliyin, saxta-

karlığın düşmənidir, kasıb, yoxsul, həqiqi zəhmət adamlarının pənahı, arxasıdır. Ədalət, qanun 

naminə hətta çox böyük vəzifə sahibləri ilə üz-üzə gəlməkdən, toqquşmaqdan, vuruşmaqdan 

çəkinməmişdir. Böyük vəzifə sahibi Mirqəzəb bir tərəfdən onu əməyinə görə yüksək qiymət-

ləndirməli, döşündən ulduz asmalı, digər tərəfdən, onu Dudiyev xətti ilə izləməli, məhv etmə-

yə çalışmalı, onun keçmişi və İrandakı qardaşları haqqında material toplamalı olsa da, Sultan 

öz təmizliyi, işgüzarlığı, möhürlü inventar ev əşyaları, boz kiteli ilə kristal partiya işçisi kimi 

ləkəsiz və təmiz yaşamışdır. 

"İdeal” sosial-psixoloji bir əsər kimi XX əsrin ikinci yarısında yaranmış Azərbaycan 

nəsrinin ən qiymətli nümunəsidir, həqiqi ədəbi hadisədir. 

   “İdeal”  İsa Muğannanın yaradıcılığında ayırıcı zolaqdır. Buna nəzərən onun yaradı-

cılığı üç mərhələyə bölünür. “İdeal”a qədərki mərhələ, “İdeal” və “İdeal”dan sonrakı mərhələ. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə