Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə69/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   65   66   67   68   69   70   71   72   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

907



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

olduğu yazılan sözlərə armreslinq, brass, endşpil(şahm.), espander, estafet, marafon, rapira, 



rinq, slalom, şvertbot və s.; bu sahəyə aid, amma yeni formada yazılan sözlərə cüdo (dzü-do–

2004) və s.; idman sahəsinə aid olub orfoqrafiya lüğətinə daxil edilən yeni sözlərə isə derbi, 

fotofiniş, qolf, qolkiper(qapıçı), luza, mundial və s. sözləri nümunə göstərmək olar. 

Eyni zamanda, dəqiqləşdirilmə aparılaraq qarşısına  ədəbiyyata aid olduğu yazılan 

sözlərə: akmeizm, bılina, daktil və s.; yenə  də bu sahəyə aid, amma yeni formada yazılan 

sözlərə metafor (metafora-2004) və s.; orfoqrafiya lüğətinə daxil edilən yeni sözlərə eos, mo-



norim və s. sözləri misal çəkmək olar. 

Son illərdə sürətlə inkişaf edən sahələrdən biri də informatika sahəsidir ki, orfoqrafiyada 

bu sahəyə aid: akronim, assembler, başqovluq, brauzer, coystik, çoxtapşırıqlılıq, çözümlülük, 

direktori, disksürən, kompilyator, qısayol, maus, paste, port, rəqəmsal, skayp  və s. yeni 

terminlərin düzgün yazılışı göstərilmişdir.  

Yeni terminlərin sırasında geniş istifadəçi auditoriyasına sahib feyz(s)buk, tvitter  və s. 

kimi sosial şəbəkələrin adlarının düzgün yazılışının verilməməsi isə təəssüf doğuran məsələ-

lərdəndir.  

Orfoqrafiya lüğətində  sayt sözü qeyd olunsa da, veb səhifə  və  veb sayt sözləri isə 

lüğətdə yer almamışdır. 

Portal sözü həm orfoqrafiya lüğətində, həm də Azərbaycan dilinin izahlı lüğətində (II 

cild) memarlığa aid söz kimi “böyük binanın memarlıq cəhətdən işlənmiş və ya ümumi fonda 



ayrılmış baş girəcəyi” mənasında verilmişdir.  İnformatikaya aid sözlər (internet portalı) 

sırasında isə bu sözə də yer verilməmişdir. 



Kompyuter sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində(2013) kompüter kimi yazılsa 

da, Azərbaycan dilinin izahlı lüğətində (II cild) kompyuter olaraq qalmaqdadır.  

Tezisdə həm 2004 və 2013-cü il nəşrli Azərbaycan dilinin orfoqrafiya lüğətləri arasında, 

həm də orfoqrafiya lüğətləri və 2006-cı ildə nəşr olunan Azərbaycan dilinin izahlı lüğətləri(IV 

cilddə) arasında müqayisələr aparılmış, fərqliliklər və bənzərliklər nəzərə çatdırılmışdır.  

Əminik ki, orfoqrafiya lüğətlərini orfoqrafiya qaydalarına görə yenidən işlədikdə, izahlı 

lüğətlərdə  də eyni zamanda düzəlişlərin aparılması lüğət istifadəçilərinin işini daha da 

asanlaşdıracaq. 

 

 

MƏMMƏD İSMAYILIN ŞEİRLƏRİNDƏ ÖLÜMÜN VARLIĞI 

 

Heyran AMANOVA 

Azərbaycan Dillər Universitetində müəllim 



miss_pozitive86@mail.ru 

AZƏRBAYCAN 



 

Həyatda hər bir insanın başına gələn son şey ölümdür. Ömür yollarında addımladığımız 

hər günümüz  bizi ölümə bir az daha yaxınlaşdırır. Kimi üçün ölüm həyatın sonu, kimisi üçün 

isə yeni bir həyatın başlanğıcıdır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Doğulmaq ölmək üçün-

dür.” 

 Ölüm mövzusu ədəbiyyatda tez-tez istifadə olunan bəşəri mövzulardan biridir. İstər 



dünya, istərsə  də Azərbaycan  ədəbiyyatında bu mövzuya müraciət edən sənətkarlar kifayət 

qədərdir. Poeziyada yazdığı  şeirləri ilə ölümü ölümsüzləşdirən  şairlərdən biri də  Məmməd 

İsmayıldır. Məmməd İsmayıl üçün ölüm bir sınaqdır. 

Getdiyin həyat yolu deyil, ölüm yoludu 

Axtarıb tapacağın - ölümdü. 

Bu dünya itkilərdi, ha küsək, ha hayıfsınaq. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

908



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Yaşamaq sınaqdı, 

ölüm ondan da 

Sınaq!  


Şairin fikrincə, insan özünü, ətraf mühiti dərk etməyə başlayırsa, onda həyatda ən böyük 

sınağın ölüm olduğunu da bilməlidir. Bu sınaq qarşısında hərə bir cür imtahana çəkilir. Çox 

maraqlıdır ki, biz insanlar dünyaya göz açan hər bir canlının var olumuna sevinirik, lakin ölüm 

vədəsi yetişəndə bu həqiqətlə barışa bilmirik. Çox zaman da, bizimçün dəyərli insanların 

“vaxtsız” dediyimiz ölümü ilə üzləşəndə həyatdan küsürük, özümüzə qapanırıq, hətta Allaha 

etiraz səsimizi belə ucaldırıq. Həyat imtahanında verilən hər bir sualın açıqlamasına “o dün-

yada” Tanrı qarşısında cavab verməli olacağıq.  Şairin də demək istədiyi  ən böyük sınaq da 

məhz budur.     

Bir ömür iki yol keçər sınaqdan 

Bilməyib gələnlər bilərək gedər.  

Bir zaman həyata tək gələn insan 

Qayıdıb ölümə yenə tək gedər...  

Ümumiyyətlə, M.İsmayıl poeziyasında ölüm mövzusu aparıcı bir rol oynayır. Xüsusən, 

yaradıcılığının son dövründə bu mövzuya tez-tez müraciət etməsi görünür şairin ölüm həqiqə-

tini tam dərk etməsilə bağlıdır. Ölüm adı gələndə istər-istəməz insanı bir bədbinlik, təlaş bürü-

yür.  Başqa şairlərdən fərqli olaraq, M.İsmayıl şeirlərilə tanış olduqda buradakı ölüm bizlərə 

qorxulu, vahiməli deyil, əksinə, yaşadığımız hər şey kimi qəbul edəcəyimiz bir reallıq kimi 

görsənir. Hansı ki bu reallıqla hər an qarşılaşa bilərik.  

Ayları, illəri içinə yığıb, 

Bir az da çoxalar xatirəm hər gün. 

Sıyrılıb, axşamdan sabaha çıxıb 

Ölümlə görüşə gedərəm hər gün...  

Bildiyimiz kimi, insan üçün ölüm bu həyatda başına gələcək ilk və son hadisədir. Şairin 

burada hər gün ölümlə görüşə getməsi ölümü bir növ adiləşdirir, təbii bir hal kimi yansıdır. 

Hətta, bu bir növ ailəsindən gizlin evdən sıyrılıb çıxan aşiqin öz məşuqəsilə görüşməsi 

təəssuratını oyadır. M.İsmayılın ölümlə bağlı düşüncələri həyat həqiqətlərini  əks etdirdiyi 

üçün  pessimist əhval-ruhiyyə oyatmır. Bizlər üçün ölümün vaxtı, vədəsi müəmmalı olsa da, 

ölüm öz zamanını çox gözəl bilir, vədə dolanda o bizimlə mütləq görüşə gələcəkdir. 

          Dərinə getməkdi, 

         Dünyanın gedilməyən yerinə 

                  getməkdi, ölüm... 

                           Astarı üzə çevirməkdi. 

                                    Çıxdığın yerə girməkdi,  

                                             Yuxu görməkdi ölüm, yoxu görməkdi...  

 Diqqət yetirsək görərik ki, şair ölümü düşündükcə haqlı sayacağımız fikirlərlə əsaslan-

dırır. İnsan oğlu elə bir varlıqdır ki, o bu kainatın gedə biləcəyi hər bir nöqtəsinə ayaq basıb 

oradan yeni informasiya ilə geri dönməyə çalışır. Ölümü bir anlıq məkan kimi düşünsək, şairin 

də qeyd etdiyi kimi, onun dünyanın gedilməyən yeri olduğunu görərik. Baxmayaraq ki, hər 

birimizin son məkanı ölümdür, lakin bu yola ayaq basanlar bir daha geri qayıtmır. Məhz bu 

geri dönüşün olmaması ölümün sirrli və bir o qədər də müəmmalı olmasına gətirib çıxardır. 

Şairin  “Ölüm, hədələmə məni ölümlə, Ölərəm sənin də sirrin açılar!”  - deməsi göstərir ki, ölüm 

haqqında az məlumat sahibi olmağımız ölümə gizli bir don geyindirir. Yalnız ölərək ölümün 

sirrini faş edə bilərik, bir halda ki, insan yenidən dirilə bilmirsə deməli, ölüm hər zaman bəşər 

övladı üçün sirrli bir aləm olacaqdır. 

 M.İsmayıl Allaha bağlı bir bəndə olduğunu bir çox şeirlərində dönə-dönə dilə  gətir-

mişdi. Ölümlə bağlı şeirlərində də bunu görürük: 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə