Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə66/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   62   63   64   65   66   67   68   69   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

901



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

RADİO VƏ ANA DİLİ 

 

 Şəlalə QULİYEVA 

BDU 


selale_meh@mail.ru 

AZƏRBAYCAN 



 

Bu gün qloballaşan cəmiyyətdə ən böyük problemlərdən biri də dilin yad təsirlərə məruz 

qalması, lüğət tərkibinə daxil olan beynəlxalq terminlərin artmasıdır. Dilin assimilyasiyaya 

uğramasının bir sıra mövcud  səbəbləri var. Müasir dövrdə kütləvi informasiya vasitələri bu 

sahədə neqativ halların yaranmasına şərait yaradır. Kommunikativ informasiya mənbələrinin 

artması, insanların informasiya əldə etmək üçün virtual aləmlə ünsiyyəti də dilin köklü prob-

lemlərinə yol açır.  

Vaxtilə  radio yarananda, bəşəriyyətin bu nadir tapıntısı hər bir ölkənin milli maraqları-

nın xidmətinə uyğun dilin təbliğatı məqsədi daşıyırdı. Müasir dünyada radio şəbəkələrinin ço-

xalması,  internet radiolarının inkişafı və özəl radio sisteminin sərbəst yaradıcılıq mühiti dil 

mədəniyyətinə ciddi xələl gətirir. Radioda gedən verilişlərin təhlili zamanı dilçi alimlər həqi-

qətən də bu sahədə yaranan problemlərdə  audiopublisistikanın mənfi situasiyalarından dəfə-

lərlə söhbət açırlar.  

Çünki radionu bir anın içində milyonlar dinləyir. Bir neçə dəfə təkrarlanan yad söz asanca 

qulaqlara həkk olunur və qısa  zamandan sonra da elin işlək terminlərindən birinə çevrilir. Ca-

vanlar, dili yaxşı bilməyən gənclər mikrofon önündə sərbəstlikdən istifadə edərək auditoriya 

ilə ünsiyyətdə istədikləri ifadəni tez-tez işlədərək, özləri də bilmədən dilə mənfi hallar gətirir.  

Ölkənin radio mühitini nəzərdən keçirəndə görürük ki, yeganə olaraq milli radioda Azər-

baycan dilinin elmi səviyyədə  təbliği siyasəti həyata keçirilir. Radiojurnalistikanın özəlliyi 

odur ki, hər bir verilişin özünəməxsus yaradıcılıq xüsusiyyəti hiss edilsin. Xəbərlərin dili rəs-

mi hesab olunursa, 50 yaşlı “Bulaq” proqramının dili folklor dilidir və  əsrlərlə yaddaşlarda 

yaşayan qədim danışıq tərzinin bariz nümunəsidir. Yaxud bədii-əyləncəli proqramlarla ictimai-

siyasi verilişlərin dili arasınsda kəskin fərq hiss olunur. Halbuki bütün verilişlər Azərbaycan 

dilində aparılır.  Radio dilinin elmi-kütləvi proqramlar səviyyəsində  təqdim olunmasında 

yaradıcı kollektivin, xüsusilə radio jurnalistlərinin anlaşıqlı, gözəl dil mədəniyyəti olmalıdır. 

Hazırki dövrdə mətbuat üzərində senzura olmasa da, radioda əvvəkli ənənəni qorumaq məqsə-

di ilə 2009-cu ildən yaradılmış  xüsusi komissiya hazırlanmış verilişlərə öncə qulaq asaraq, 

verilişin efirə yararlığı barədə rəy verir. Əsas məqsəd verilişlərdə, proqramlarda dil mədəniy-

yətinin qorunmasına nəzarətdir. Ancaq özəl radiolarda bu məsələyə laqeyd yanışıldığından 

dilimizin gələcək taleyi sual altına düşür.  

Tək bircə radio ilə  iş bitmir. Bu məsələyə hamı bir nəfər kimi həssas yanaşmalıdır. 

Ailədə, məktəbdə, ali təhsil müəssisələrində,  əmək kollektivlərində, bir sözlə bütün ictimai 

yerlərdə danışıq mədəniyyəti hiss olunmalıdır. Milli dilə hörmət nümayiş etdirilməlidr. Məsə-

lən, özəl orta məktəblərindən birində valideyn ədəbiyyat müəlliminə uşağını danladığı üçün 

iradını bildirir. Övladının rus dilində  təhsil aldığını  və  ali məktəbə  də rus dilində  sənəd 

verəcəyini əsas gətirərək, müəllimin dərs metoduna qarşı çıxır. “Ana dilindən, yəni Azərbay-

can dilində qiyməti yaxşı olmaya bilər”-deyə öz etirazını söyləyir. Belə olan halda Azərbay-

can dili müəllimi də haqlı olaraq məktəbin müdiriyyəti və valideynlər qarşısında vəsadət 

qaldırır ki, birinci növbədə hər bir azərbaycanlı uşağı öz ana dilini mükəmməl bilməlidir və 

sonra özgə dildə oxumalıdır. Bu olduqca vacib məsələdir. Müəllim iradı düzdür. Əgər uşaq 

milliyətcə azərbaycanlıdırsa, Azərbaycanda doğulubsa, bu vətəndə yaşayırsa öz ana dilini 

niyə mükəmməl bilməməlidir.? 

Azərbaycan dövlətinin siyasətində də ana dili prioritet məsələlərdən biridir. Ölkə rəhbə-

rinin dilə aid xeyli sayda fərman və sərəncamları var. Qloballaşan cəmiyyətdə Azərbaycan di-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

902



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

linin yad ünsürlərdən qorunması ilə bağlı xüsusi Sərəncam da qüvvəyə minib.  Dillə bağlı 

dövlət proqramı təsdiqlənib. Hər bir vətəndaşın borcudur ki, həmin fərman və sərəncamlara 

hörmətlə yanaşsın. Anasının ona beşiyinuin başında layla çaldığı dilə etinasız qalmasın...  

Radio verilişlərinə dili  mükəmməl bilən mütəxəssislər cəlb edilməlidir.  

1.  İşə qəbul zamanı jurnalistlərdən istənilən dil sertifikatları öz doğma ana dillərində də 

tələb olunsun.  

2.  Aparıcıların mikrofon önündə söylədiyi hər bir kəlməyə görə həmin efirin rəhbərliyi 

məsuliyyət daşımalı və əməkdaşının ciddi səhvlərinə görə dilçi alimlərə cavab vermələri mütl-

əqdir.  


3.  İctimai qınaq olarsa, efirlərdə dil mədəniyyəti qoruna bilər. Məsələn,  tez-tez radioda 

dilə aid xüsusi proqramlar təşkil olunmalıdır. Efirə dəvət olunan qonaqların özlərinin dil səviy-

yəsi cəmiyyətə nümunə çəkilməldir.  

 

 

MİKAYIL MÜŞFİQ ŞEİRLƏRİNİN FONOPOETİKASI 

 

Gülnar  MƏMMƏDOVA 

Qafqaz Universiteti 



gmemmedova2@std.qu.edu.az 

AZƏRBAYCAN

 

 

Bütün dil vahidləri müəyyən üslubi keyfiyyət daşıyıcılarıdır və bu dil vahidlərinin, 



komponentlərin məqsədyönlü vəhdəti poetik formanın yaradılmasında  əhəmiyyət kəsb edir. 

Bədii dildə bütün dil vahidlərinin bir-biri ilə qarşılıqlı münasibətlərinin poetik tənzimlənməsi, 

eləcə də onların ardıcıllıqlarının gözlənilməsi poetik funksiyaya malik olan üslubdur. Məsələn, 

şeir dilində özünə tarixən yer eləmiş səs təkrarları, paralelizmlər, qafiyə yaradan dil vahidləri 

və s. bu qəbildən olan amillərdəndir. Şeir bədii dilin özünəməxsus bir formasıdır. Burada işti-

rak edən komponentlər -  heca, söz, fraza, bütövlər danışıqda da müşahidə olunur, onlar poe-

ziyadan kənarda da mövcuddur. Lakin, ölçü, bölgü, misra, vəzn, qafiyə  və s. kimi vasitələr 

yalnız şeirdə özünü büruzə verir. 

Dilin fonetik imkanları deyəndə ilk öncə səslərdən bəhs etmək lazım gəlir. Şeir dilinin 

özünəməxsusluğunu hər şeydən əvvəl canlı xalq dilinin təbiətində, o cümlədən dilin fonetik 

xüsusiyyətlərində, dilin ritmikliyində, özünəxas melodiyalarında axtarmaq lazımdır.  Şeir 

dilinin fonetik imkanları sırasında alliterasiya, assonans, vurğu, intonasiya, fonetik qafiyə və 

onu səciyyələndirən fonetik hadisələr mühüm yer tutur. 

Alliterasiya dildə ən mühüm fonetik hadisələrdəndir. Şeirdə səslərin kompleksləşməsi, 

rabitəsi, ahəngi, səs balansları böyük iş görür, bədii intonasiyanın formalaşmasında fəal iştirak 

edir. Səs və söz, səs kompleksi ilə fikir aləmi arasındakı əlaqənin qarşılıqlı münasibəti məz-

munu  şərtləndirir. Səs təkrarı ilk baxışdan sadə görünsə  də, fonetik hadisənin  ən mürəkkəb 

növü sayıla bilər. 

Həm türkdilli, həm də digər xalqların poeziyasında xüsusi rol oynamış alliterasiya, səs 

təkrarı uzun müddət diqqət mərkəzində olmuş,dünyanın müxtəlif dilçiləri bu hadisəyə öz 

fikirlərini bildirmişlər. Bəziləri alliterasiyanı dilin qrammatik quruluşu ilə əlaqələndirir, bəzi-

ləri isə türk dillərində alliterasiyanın mənşəyini monqol dilinin təsiri ilə bağlı izah edən nəzə-

riyyəni qəbul etmir. Lakin tük şeirində alliterasiyanın monqol istilasına qədər mövcudluğunu 

sübut etmək üçün Orxon-Yenisey abidələrinin,”Kitabi-Dədə Qorqud” dastanının dilinə nəzər 

salmaq kifayətdir. 

Bildiyimiz kimi,Müşfiqdə xalq ədəbiyyatının, xalq şeiri məktəbinin təsiri güclü idi. Sadə 

və canlı xalq dilinə yaxından bələd olması  şairin ilk şeirlərində, obrazlı ifadələrində özünü 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə