Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə62/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   58   59   60   61   62   63   64   65   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

893



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

-ub, -üb, -ib şəkilçisi feilin kök və ya növlərinə artırılaraq hal-vəziyyət, səbəb məzmun-

larını ifadə etmək üçün işlədilmişdir. Müasir Azərbaycan dilindən fərqli olaraq bu qrammatik 

forma məsnəvinin dilində qeyri-məhsuldardır. Daha çox feilin nəqli kemiş zamanını ifadə et-

mək üçün istifadə edilmişdir. Mətnin bir sıra yerində -ib əvəzinə -ip formasına da rast gəlmək 

mümkündür. 

Məsnəvidə feili bağlamanı ifadə etmək üçün daha çox -ibən, -ubən,-übən formasından 

istifadə edilmişdir. Bu qrammatik forma məsnəvinin dilində normativ işlənən feili bağlama 

şəkilçisidir. Bu qrammatik forma XIX əsrin əvvəllərinə kimi geniş miqyasda işlənmişdir. Bu 

forma –ıb şəkilçisinin ifadə etdiyi mənaya tamamilə uyğun gəlir. Bu uyğunluğu nəzərə alan  

tədqiqatçılar ub, -üb, -ib  ilə yanaı və ya həmin şəkilçinin əvəzinə -ibən, -ubən, -übən forması-

nın işlənməsini  feilin nəqli keçmiş zamanından feili bağlamanı fərqləndirmək üçün xüsusi bir 

əlamətə dilin özünün ehtiyac duyması kimi izah etmiş və bu fərqin özündən sonra gələn  -an, -

ən ilə öz ifadəsini tapması qənaətinə gəliblər. 

-ikən, -kən müasir dilimizdəki -arkən  şəkilçisinin ifadə etdiyi zaman mənasını ifadə 

edir. Müasir dildəki formasından fonetik tərkibinə görə fərqlənir. 

-dıqca, -duqca,-dikcə, -dükcə; -incə,-üncə, -ınca, -unca məsnəvidə zaman mənası ifadə 

etmək üçün  işlənmişdir. Hər ikisi qeyri-məhsuldardır, yəni əsərin mətnində az hallarda müşa-

hidə olunur. 

-cək, -caq şəkilçisi ilə düzəlmiş feili bağlama icra olunan iş və hərəkətin eyni vaxta təsa-

düf etdiyini bildirir. Lakin bundan başqa əsas feilin, yəni ifadə olunan iş və ya hərəkətin səbə-

bini bildirməsi halları da müşahidə olunur. 

İmmaməddin Nəsimi və Məhəmməd Füzulinin əsərlərində rast gəlinən və diqqəti cəlb 

edən qrammatik formalardan olan -yu,-yü forması bu məsnəvidə  də feili bağlama yaratmaq 

üçün istifadə edilmişdir. Cümlə daxilində  əsas feilə  səbəb münasibətilə bağlanır. Bu forma 

tədqiqatçılar tərəfindən mənşə etibarilə daha qədim qrammatik forma kimi qəbul edilmişdir. 

Azərbaycan dili abidələrdən fərqli olaraq Türk dilli abidələrində daha çox işlənmişdir.  

 

 



AZƏRBAYCAN SARAY ƏDƏBİYYATINDA TÜRK POETİK DÜŞÜNCƏSİ 

VƏ SARAY  POEZİYASININ YARANMASINA QISA NƏZƏR 

 

Nərmin HACIYEVA 

Qafqaz Univeriteti 



nermin.Qafqaz@box.az 

AZƏRBAYCAN

 

 

Türklərinin tarixi kimi ədəbiyyatı da ən qədim dövrlərə gedib-çıxır. Azərbaycan  türk-



ləri də qədim tarixə və ədəbiyyata malikdir. Şifahi xalq ədəbiyyat nümunələrimiz  göstərir ki, 

xalqın təfəkkür tərzi çox güclü olmaqla bərabər həm də janr və forma baxımda da rəngarəng 

olmuşdur. Beləki bu istər nəzm, istərsə  də  nəsr formasında olan əsərlər xalqımızın tarixi- 

mədəni, çoxşaxəli düşüncə tərzindən xəbər verir. 

Türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nesin demişdir: “Hər bir  millətin  böyüklü-

yü onun əhalisinin çoxluğuna və ərazisinin  genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xal-

qın böyüklüyü onun tarixi və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.  

Bu mənada türklər öz tarix və  mədəniyyətlərinin qədimliyi , zənginliyi baxımından dünya 

xalqları arasında böyüklüyünü tam şəkildə  təsdiqləyə bilmişlər. Hələ dörd min il bundan 

əvvəl türklərin  Altay- Sayan dağları boyunca yaşamaları tarixi faktdır.  Tüklərin qədim mə-

dəiyyətinin göstəricisi olan runik kitabələri  Monqolustan və Orta Asiya ərazisində aşkara çı-

xarılmış və  yerləşdiyi əraziyə görə Orxan – Yenisey adlandırılmışdır.  




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

894



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Sonrakı əsrlərdə türkdilli xalqların poetik nümunələri yarandı.Buna misal olaraq Mah-

mud Kaşğarinin “ Divani – lüğətit- türk “ (1072 – 1074 ), Yusif  Balasaqunlunun “Kutadqu 

bilik”  (1069 – 1071) və s. göstərmək olar. M. Kaşğarinin əsərində türkdilli xalqların şifahi və 

yazılı ədəbiyyatından şeir nümunələr göstərilir.  

Y.Balasaqunlunun “Kutadqu bilik”əsəri türkdilli xalqların  bədii təfəkkür tərzinin gücü-

nü özündə əks etdirən türkcə qələmə alınmış ilk poemadır.Bu poemanın Türklərin dünyagörü-

şünü ifadə edən mükəmməl əsərlərdən biridir.  Y.Balasaqunlu “Kutadqu  bilik” əsərində türk 

xalqlarının ədəbiyyatında ilk dəfə olaraq dolğun, parlaq hökmdar və vəzir surətləri yaratmış-

dır. Bu əsər ideya- bədii xüsusiyyətlərinə görə epik şeirin gələcək inkişafına zəmin yaratmış-

dır. Çox güman ki, epik–romantik  əsərləri üzərində  işləyərkən bu əsərdən ilk mənbə kimi 

istifadə etmişdir.  Ümumilikdə “Kutadqu bilik”əsəri  azəri türklərinin  ədəbiyyatına böyük 

təsir göstərmis  və bu təsir klassik ədəbiyyat nümunələrində istər semantik istərsə də kompo-

zisiya vahidliyi baxımından özünü göstərir. 

Daha sonralar türk eləcədə dünya ədəbiyyatının ölməz  şairləri olan Cəlaləddin Rumi 

(1207 -1273), Yunus İmrənin 1240 – 1320) yaradıcılığı orta əsr ədəbiyyatımıza xüsusilə saray 

ədəbiyyatımıza  həm dünyagörüşü həm də təsəvvüfi – irfani baxımdan böyük təsir göstərmiş-

dir. Bu şairlərin yazdığı əsərlərlə  anadilli saray poeziyamızla müqayisə edildikdə  konkret nü-

munələrdə ortaya çıxan   təsirlər inkar olunmazdır.     

Yazılı  ədəbiyyatımızın tarixi  qədim dövrləri  əks etdirir. Hələ  VII əsrə aid olunan  

Moisey Kalankatlının “Ağvan tarixi” əsəri, Dəvdəkin Cavanşirin həlakına yazdığı  ağı 

fikrimizin düzgünlüyünə tutarlı  dəlildir.  Təsadüfi deyil ki, prof. Ə.Dəmirçizadə yazır: 

“Təqribən V- IX əsrlər arasında Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin 

təşəkkül tapması üçün əlverişli tarixi şərait  olmuş və məhz bu şəraitdə ümumxalq dili əsasın-

da  ədəbi dilin formalaşmasına zəmin də yaranmışdır.” VII əsrdən başlayaraq, Azərbaycan 

tarixi vəziyyət dəyişir, bu dəyişiklik özünü ədəbiyyatımızda da  göstərir.  Belə ki, bu dövrdə 

Azərbaycanın  ərəblər tərəfindən işğalı, islam dinin yayılması, məktəblərin, mədrəsələrin 

ərəbcə olması Azərbaycanda  ərəbdilli bədii əsərlərin yazılmasına səbəb oldu. Artıq  VII əsrin 

axırı, VIII əsrin əvvəllərində əl – Azərbaycani nisbəsi ilə yazıb – yaradan şairlərin əsərləri Orta 

əsr Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi sayılır. Bu dövrdə Musa Şəhəvat, İsmayıl ibn 

Yəsar, Əbül – Abbas əl – Əma kimi Azərbaycan şairlərinin Mədinədə geniş şöhrət qazandığı-

nı görürük. 

XII  əsrdə  ərəbcə yazıb – yaratmaq ənənəsi zəifləməyə, onun əvəzində farca yazmaq  

meyli güclənməyə başladı. Bu dövrdə Əbülüla Gəncəvi (1096 - ), Qivami Mütərizi Gəncəvi 

(XII əsr), Məhsəti Gəncəvi (XII əsr) , Eynəlqüzzat Miyanəçi (1099 – 1131) ,  Fələki Şirvani ( 

XII əsr) və b.əsasən farca yazmışlar. Bu dövrdə intibah dövrünün çiçəkləkdiyi dövr kimi də 

qeyd olunur. 

Anadilli ədəbiyyatimızın təşəkkülünü şərtləndirən  tarixi- siyasi  mühitə,  ictimai- iqtisa-

di amillərə nəzər saldıqda görürük ki, həmin dövürdə yaranan türk mənşəli dövlətlərin mövcud 

olması   anadilli ədəbiyyatın təkamülündə  mustəsna rol oynayır.   XIV əsrdə Monqol işğaları 

dövründə ana dilində yazılı ədəbi nümunələrimizin  yaranmasına imkan yarandı.  Monqol işğalı 

və bu işğalın ana dilli ədəbiyatımız yazılı nümunələrinin yaranmasında rolu və  əhəmiyyətli 

cəhətlərini bildirməliyik. 

 Qaraqoyunlu və Ağqoyunlu kimi  dövlətlərin daha sonra isə Səfəvilər tək qüdrətli  döv-

lətin yaranması ilə XI əsrdə özünün intibah dövrünü yaşayan fars dilli ədəbiyyatın zəifləməsi  

ana dilinin inkişaf edərək farca yazıb yaratmaq ənənəsini demək olar ki, sıxışdırmışdır.Lakin 

bu o demək deyil ki, şairlərimiz farsca şeirlər yazmamışlar. Ana dili ilə yanaşı farca şeirlər də  

yazmışlar. Azərbaycan şairlərinin  məhz ana dilli şeir nümunələrinə nəzər salıdıqda görürük 

ki, bu şeirlər istər milli ruhu istər mental təfəkkür tərzi, istərsədə poetik fuqur baxımında 

dünya ədəbiyyatının zənginləşməsində mühim rolu olmuşdur. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə