Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə70/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   66   67   68   69   70   71   72   73   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

909



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Gedən gedərgidir, mənim-sənin yox, 

Çıxılmaz dərdlərə vətən-bir ölüm. 

Mən nə istəyirəm, sonda mənim yox, 

Allahın xoşuna gedən bir ölüm...  

 

Şair çox səmimi və  hər kəsin arzusunda olduğu bir diləklə Tanrıya üzünü tutur. Bəs 



yaxşı, Allahın xoşuna gedən bir ölüm necə olur?!  İnsan rahat həyata alışdığı üçün ölümünün 

də rahat, ağrısız olmasını istəyir. Lakin əsas  Allahın bizə məsləhət gördüyü ölümlə barışmaq 

lazımdır. Bu ölüm ağrılar, əzablar içərisində də ola bilər, yuxuya getmək kimi rahat bir ölüm 

də. Hər iki formada olan ölüm insanın bu dünyadakı əməllərinin son nəticəsi kimi qəbul edil-

məməlidir. Allahın peyğəmbəri (s) də buyurur ki: “Qəfil ölüm mömünlər üçün güzəşt və kafir-

lər üçün bir qəzəbdir”. M.İsmayıl da onun alnına yazılan ölümün hansı formada olmasından 

asılı olmayaraq, məhz Tanrının xoşuna gələn bir ölüm olması arzusundadır. Çünki Allah biz-

lərə hər şeyin ən xeyirlisini bəxş edər. 

Ümumilikdə, qeyd edə bilərik ki, M.İsmayıl poeziyası üçün ölüm yoxun varlığı kimi 

qəbul olunub və insan həyatıının qaranlıq tərəfi kimi deyil, olumun əksi kimi qiymətləndirilib 

 

 

ARİF ABDULLAZADƏNİN “QANLI YADDAŞ” ROMANININ         



İDEYA VƏ MƏZMUN XÜSUSİYYƏTLƏRİ 

 

Pakizə ZAKİROVA 

AMİ-NİN ŞƏKİ FİLİALI 



zakirova.pakize@mail.ru 

AZƏRBAYCAN 



 

XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, lakin nədənsə haqqında çox 

az danışılan Arif Abdullazadə çoxistiqamətli bədii və elmi fəaliyyəti ilə sözün həqiqi məna-

sında qeyri-adi, ideya yükü baxımından orijinal əsərlər yaradan bir müəllifdir. Məqalənin 

yazılmasında əsas məqsəd məhz bu orijinallığı daha geniş şəkildə araşdırmaqla yanaşı, ədibin 

yaradıcılığının  daha geniş oxucu kütləsinə çatdırılmasına nail olmaqdan  ibarətdir. Çünki ək-

səriyyəti A.Abdullazadəni sağlığında şəxsən tanıyan şəxslər tərəfindən yazılmış bir neçə mə-

qaləni nəzərə almasaq, yazıçının yaradıcılığı, demək olar ki, geniş planda tədqiq olunmamışdır. 

Şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, 

professor Arif Əbdürəhman oğlu Abdullazadə (1940-2002) ədəbiyyat tariximizdə “60-cı illər 

nəsli”nin ən layiqli təmsilçilərindəndir. “Arzular” adlı ilk şeirlər kitabı 1964-cü ildə işıq üzü 

görən şair yaradıcılığının ideya istiqamətləri baxımından “altmışıncıların” bir çox nümayən-

dələri kimi sovet ideologiyasına nəinki xidmət edən, əksinə dissident ədəbiyyat təmsilçisi belə 

adlandırıla bilən müəlliflərdəndir. “Könüllərin dünyası”, “Hər yerdə, hər zaman”, “Ana dün-

yamız”, “Sevin Azərbaycanı”, “Səninlə sənsiz”, “Bəxtimizin kitabı”, “Ulu Qorqud” və başqa 

şeir kitablarının, “Aqillər” və “Evlərin axşamları” pyeslərinin müəllifidir. Şairin “Tövbə duaları” 

(2003)  adlı son şeirlər kitabı onun vəfatından sonra  işıq üzü görmüşdür.  Şairin “Seçilmiş 

əsərləri”ni  (1991) nəzərə almasaq, digər kitablarında işıq üzü görən nümunələrdə təkrar çapa 

yol verməmişdir. 

A.Abdullazadə həmçinin  “Novatorluq və üslüb”, “Şair C.Cabbarlı”, “Od nə çəkdi” adlı 

elmi monoqrafiyaların müəllifi, “Azərbaycan  ədəbiyyatı tarixi” V cildinin, “Ədəbiyyatda 

şəxsiyyət konsepsiyası” kitablarının əsas müəlliflərindən biridir.  

Arif Abdullazadə  həm də beş roman müəllifidir: “Bir ovuc torpaq”, “Duyum”, “İşıq 

zolağı”, “Qanlı yaddaş”, “Sınaq kürəsi”. Yazıçı ilk romanı olan “Bir ovuc torpaq” əsərini 70-

ci illərin əvvəllərində Türkiyədə tərcüməçi kimi işləyərkən şəxsən tanış olduğu bir zamanlar 

Azərbaycanı  tərk edərək orada yaşamağa məcbur olmuş  həmvətənləri ilə tanışlıqdan aldığı 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

910



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təəssürat  əsasında yazmışdır. II Dünya Müharibəsi zamanı almanlara əsir düşüb, konslager-

lərdə  əzablı günlər keçirən  İsmət  əsirlikdən sonra vətənə qayıtmağın yenidən eyni əzabları 

yaşamağa bərabər olduğunu anlayaraq, məhrumiyyətlərlə dolu mühacirət həyatını seçir. Son-

da Türkiyədə  məskunlaşan İsmət yeməyə bir parça çörək tapsa da (O, sovet mütəxəssisləri ilə 

müştərək tikilən zavodda tərcüməçi kimi işləyir), “insanlara bərabərlik  verilən” ana vətəninə 

bir də qayıda, doğmalarına qovuşa bilmir. Romanda  İsmətlə yanaşı, başqa mühacirlərin də 

taleyindən söz açılır. “Duyum”, “İşıq zolağı” romanlarında bir qayda olaraq ziyalı insanın ta-

leyinə müraciət edir. Nakam məhəbbət müəllifin sevimli mövzularından olduğundan “İşıq 

zolağı” romanda yenə qarşımıza çıxır.  

A.Abdullazadənin son çap olunan romanı (müəllifin ölümündən sonra) “Qanlı yaddaş” 

özlüyündə müəllifin əvvəlki romanlarında ötəri, epizodik halda müraciət etdiyi bütün mövzu-

ların küll halında  əks olunduğu  əsər olmaqla yanaşı, onun roman yaradıcılığının zirvəsidir. 

Əsərdə Qarabağ hadisələri, həmvətənlərimizin Ermənistandan, doğma ata-baba yurdlarından 

qovulması, Meydan hərəkatı, müstəqillik uğrunda mübarizə, qanlı yanvar hadisəsi əks olunub. 

Lakin bu mövzularda yazan bir çoxlarının saxta vətənpərvərlik dolu, yerli-yersiz müharibə 

dəhşətlərinin  əks olunduğu  əsərlərindən fərqli olaraq, A.Abdullazadə daha çox faciənin  

səbəblərini axtarmağa meyillidir. Onun qəhrəmanı faciəni çox-çox əvvəldən duyan, lakin 

ətrafdakıların nadanlığı ucbatından səsini kimsələrə çatdıra bilməyən ziyalıdır.  

Romanın əsas qəhrəmanı Adil (elə müəllifin özü) vətənini, millətini, onun tarixini sözün 

həqiqi mənasında sevən bir alimdir. Hamıya öz rəftarı ilə qəribə görünən bu “əhlikef” adam 

çiyinlərində bir millətin dərdini çəkən  əsil ziyalıdır. Onun ətrafında olan Səfər, Dəmir, 

Qorxmaz,  Əsgər və başqaları isə böyük bir elmi müəssisədə çalışsalar da, əsil ziyalı 

keyfiyyətlərindən məhrumdurlar. Onlar nə millət dərdi, nə xalq dərdi çəkirlər, əksinə Adilin 

də tariximizlə bağlı üzə çıxarmaq istədiyi faktlara nəinki inanmır, hətta ona “başını salamat 

saxlamaq üçün susmağı” tövsiyyə edirlər. Özünə həmfikir tapmayan Adil tənhalıqdan əziyyət 

çəkir. Adil klassik ədəbiyyatımızdakı  Əsgər, Fəxrəddin, Kefli İsgəndər, hətta Məcnun kimi 

ideyaları baxımından öz zəmanəsinə  sığmayan, zamanının fövqündə dayanan, bu üzdən də 

ətrafdakıların gözündə “qəribələşən” bir insandır. Yazıçı dəfələrlə qeyd edir ki, həyatının əsas 

işini – xalqımızın tarixi ilə bağlı yazdığı son dərəcə  dəyərli kitabını yazmaq üçün ittifaqın 

müxtəlif yerlərindəki arxivlərə, kitabxanalara olan ezamiyyətlərini nədənsə  ətrafdakılar 

“Adilin növbəti kef üçün səfəri” kimi qiymətləndirirlər. Onu dünyanın  ən qayğısız adamı 

hesab edənlərdən fərqli olaraq, Adilin dilindən verilmiş hissələrdə necə tənha, hətta bədbəxt 

olduğu, lakin əqidə, amal  baxımından həmişə mübariz qaldığı  ortaya çıxır. 

Romanın maraqlı cəhətlərindən biri əsərdə təhkiyənin bir nəfərin dilindən yox, müəlliflə 

bərabər Adil, Dəmir və Səfərin dilindən verilməsidir. Eyni hadisə haqqında onların hər birinin 

fərdi münasibəti romanı bir az da maraqlı edir. Müəllif müxtəlif məqamlarda milli faciənin 

yaxınlaşmasına qalan vaxtı qeyd etməklə oxucuya durmadan xəbərdarlıq edir, millətin 

ziyalısının baş verə biləcək faciəni necə duymasını göstərməyə çalışır. 

Müasir  ədəbiyyatımızda vətənpərvərlik ruhunda yazılan  əsərlərin səviyyəsini   nəzərə 

alsaq, Arif Abdullazadənin “Qanlı yaddaş” romanının  həqiqi vətənpərvərlik ideyalarının 

təbliği, hətta tədris prosesində ondan istifadə üçün nə dərəcədə əhəmiyyətli bir əsər olduğunu 

anlamaq çətin deyil. Bu üzdən əsərin daha geniş şəkildə araşdırılmasına ehtiyac duyulur. 

 

 



 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə