Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə73/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   69   70   71   72   73   74   75   76   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

915



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

DÜNYA VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINDA                                     

ŞEYTAN MİFİK OBRAZ KİMİ 

 

Aysel TALIBOVA 

Qafqaz Universiteti  



atalibova@qu.edu.az 

AZƏRBAYCAN 



 

Şeytan bir çox dində insanları pisliyə təşviq edən, ədalətsizliyin öndəri  kimi dəyərləndi-

rilən bir varlığın adıdır.  Şeytan sözünün mənşəyi ibrani dilində  rəqib, müxalif, pozucu və 

təxribatçı kimi mənalara gələn "Satan"dan, ya da ərəbcə "rəhmətdən uzaqlaşdı, haqqdan uzaq 

oldu" mənalarını verən "şətanə"dən gəlir. Müasir dinlərdə ya da mifologiyalarda, şeytan ümu-

miyyətlə, fövqəltəbii güclərə sahib, durmadan insanları dindən, dolayısı ilə yaradıcısının 

əmrlərindən uzaqlaşdırmağa çalışan bir varlıq kimi dərk olunmuşdur. 

Bəşəriyyətin tarixində şeytanın rolu bütün dinlərdə mahiyyət etibarilə eynidir. Lakin bu, 

şeytanın  ədəbiyyatdakı mahiyyətindən köklü şəkildə  fərqlənir.  Şeytanın  ədəbiyyatdakı 

mahiyyəti onun yezidilik fəlsəfəsindəki mövqeyi ilə bir çox oxşarlıqlara malikdir: 

a)  Şeytan fiqurunun yəhudi, xristian və müsəlmanlıqdakı bir bənzəri yezidilikdə  də var. 

Yezidilikdə Tanrı dünyanın yalnız yaradıcısıdır, ancaq davam etdiricisi deyil. İlahi iradənin 

vücuda gəlməsi üçün şeytan bir növ vasitə rolunu öhdələnmişdir. Eyni cəhəti  əsərlərdə  də 

görə bilərik. Cəmiyyətdə  mənəvi böhran maksimum həddinə çatanda ilahi qüvvə  şeytanın 

timsalında zühur edir. Əsərlərdə Tanrının rolunu, demək olar ki, görmürük. İnsanları əxlaq və 

mənəviyyat dəyirmanında üyütmək vəzifəsini yazıçı şeytanın öhdəliyinə verir. 

b) Yezidiliyə görə, axirət inancı kimi sonradan hesab veriləcək bir yerin varlığı 

mümkün deyil. İnsanın inancına və yaşayışına görə dünya cənnətə də cəhənnəmə də çevrilə 

bilər. Bəlkə də yazıçılar elə bu mövqedən çıxış edərək, şeytanı insanların qarşısına öldükdən 

sonra axirətdə deyil, real maddi dünyada çıxardır, axirət məhkəməsini real dünyaya gətirir. Və 

bu əsərlərdə şeytan özünü bütün insanlara dost bilir. Necə ki axirət məhkəməsi hər kəs üçün 

qaçınılmazdır, eləcə  də  şeytan məhkəməsi insanların ortaq taleyidir. Şeytanın fani dünyaya 

səyahəti ilk dəfə ədəbiyyatımıza H. Cavid yaradıcılığı ilə gəlir. Ondan əvvəl şeytan obrazını 

Ə. Haqverdiyev yaradıcılığında da görürük. Lakin burada şeytan real dünyada deyil, insanlar 

öldükdən sonra cəhənnəmdə meydana çıxır. 

c)  Yezidilik fəlsəfəsində şeytan daha yüksək mərtəbədə yerləşdirilir. Bu fəlsəfəyə görə, 

şeytan bütün bu işlərin nəzarət edicisi və Tanrının yer üzündəki kölgəsidir. Bədii  əsərdə  də 

yazıçı iblisin əli ilə  qəhrəmanlarının həyatını alt-üst edir, onları  məhv edir, bəlkə  də bütün 

həyat bağlarını  qırır. Lakin elə onların qazancı bu uçurum olur. Onlar mənən köklü şəkildə 

dəyişirlər. “İblis”  əsərində  sınaqdan bu cür qazancla çıxmış Arif yenə  də  İblisin özünü 

günahlandırır. H.  Cavid onu peşmançılıq hisslərinin müşayiətilə  tərbiyələnmiş  həddə 

çatdığını göstərsə  də, yenə  də  qəhrəmanına həqiqəti dərk etməyə imkan vermir. Əsərin 

sonunda o yenə də baiskar kimi İblisi görür.  Şeytanın dinimizdəki mahiyyətindən 

uzaqlaşdırılıb, həqiqət güzgüsü kimi təqdim olunması motivi ədəbiyyatımıza ilk dəfə H. 

Cavid qələmi ilə  gəldi.  İstər H. Cavidin, istərsə  də digər yazıçıların yaratdığı  şeytan obrazı 

çirkabların qaynağı olsa da, əslində bu çirkablar onun həyat həqiqətləri, dünyanı qavrama 

modeli deyildir. Onun da həyat həqiqətləri bütün dinlərin insanlardan tələb etdiyi əxlaqi-

mənəvi normalardır. Biz əslində  şeytanı eybəcərlikdən həzz alıb, gözəlliyə nifrət edən bir 

varlıq kimi dərk edirik. Şeytan, insanın bir növ heyvan olduğu düşüncəsini və dinlər üçün 

günah olanı  təmsil edir.Yəni ki, şeytan anlayışının kökü dini və  əxlaqi olan hər  şeyə qarşı 

çıxmaq və bunun tərsi olan hər  şeyi həyata keçirməyə dayanır.Halbuki  ədəbiyyatda  şeytan, 

gözəlliyi gözəllik kimi, eybəcərliyi də eybəcərlik kimi dərk və  qəbul edir. Və eybəcərliyin 

hökm sürdüyü qəlbləri cəzalandırır. İnsanları uçuruma çəkmək onun fərdi-mənəvi təlabatın-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

916



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dan doğan bir məqsəd kimi deyil, ilahi iradənin əmrinə əsasən yerinə yetirilən bir vəzifə kimi 

göstərilir. Məsələn, Hötenin Mefistofeli şeytan olduğu halda, insan olan Faustun ondan 

dilədiyi təmizqəlbli qızları öz şeytani əməllərinin qurbanına çevirməyə layiq görmür: 

Hər cür ifritəylə, adi cırtdanla 

Sənə hər dəqiqə qulluq edərəm. 

Lakin ifritəni hər qəhrəmanla 

Heç cür müqayisə edə bilmərəm. 

Bulqakov bu motivdən tamam fərqli  şəkildə istifadə edib. Əsərdə bir deyil, bir neçə 

nəfərdən ibarət  şeytan qrupu iştirak edir. Lakin onlar, qətiyyən mənfi obraz deyillər. Heç 

şeytan da deyillər. Onlara “cin-şəyatin” deyə xitab edənlər onların cəza xarakterli zərbələrinə 

tuş  gələnlərdir. Bəli, onlar insanlarla amansız rəftar edirlər, kimilərini öldürür, kimilərini 

alçaldır, kimiləri ilə  də amansız zarafatlar edirlər. Lakin bu həmlələrin hər biri o insanların 

hansısa mənfur  əməl və ya düşüncələrinə verilmiş konkret cavablardır. Bu şeytan dəstəsi 

insanları yoldan çıxartmaq üçün heç də böyük əmək sərf etmirlər. İnsanlar mənən o dərəcədə 

zəifləyiblər ki, artıq özləri yoldan çıxmağa, aldadıcı vədlərə, pula hərislikdən doğan inanclara 

birbaşa meyillidirlər. Lakin Bulqakovun şeytanlarını digər yazıçıların şeytanlarından fərqlən-

dirən əsaslı bir cəhət də var: digər yazıçıların əsərlərində şeytan ancaq cəza verən funksiyasını 

daşıyır. Bu əsərlərdə yazıçını maraqlandıran günahlar və onların cəzalarıdır. Lakin Bulqako-

vun şeytanları həm də mükafatlandırır. Onlar Masterə və Marqaritaya gözəl şəraitli həyat bəxş 

edirlər. “Xortdanın cəhənnəm məktubları”  əsərində insanlar pis əməllərin iblislik olduğunu 

dərk etsələr də, bu dərketmə qorxudan doğan natamam dərketmədir. Onlar iblisi günahlandı-

rırlar, lakin əsərdə cəhənnəm alovu öz vəzifəsini başa çatdıra bilmir, onların qəlbindən çirkabı 

silib ata bilmir. Çünki günahlar rəngarəng olduğu halda onların cəzasının bir rəngi var: alov. 

Halbuki Bulqakovun iblisi hər günaha öz rənginə uyğun cəza metodu ilə cavab verir. Və 

qəhrəmanlar səhv etdiklərini sözün əsl mənasında dərk edirlər. Bədii  əsərdə obrazın günah 

yolundan nədənsə qorxaraq dönməsi deyil, səhvini dərk edib öz qərarı ilə dönməsi daha təbii 

alınır. Bu mövqeni bir çox dünya klassiklərində görmək mümkündür. Mənəvi təmizlik və 

ilahi qüvvələrə bağlılıq müxtəlif konsepsiyalarda izah olunur. Lakin H. Cavid Avropa 

ədəbiyyatından hər nə qədər təsirlənsə də, milli psixologiyadan uzaqlaşa bilməmişdir. Avropa 

klassiklərinin  əsərlərində  şeytanla görüş obrazlar üçün müəyyən qazanclarla nəticələnsə  də, 

Cavidin obrazlarında bu qazancı görmürük. Arif İblisi kəşf etsə  də, onu özününküləşdirə 

bilmir. Öz məni kimi qəbul edə bilmir. Onu fizioloji bir varlığa sahib olan məxluq kimi dərk edir. 

Və inanır ki, müəyyən fiziologiyaya sahib bir varlıq onun ruhi-mənəvi sükanını  ələ keçirə 

bilər. 

İnsan psixologiyasının  ən gizlin nöqtələri  şeytanın həmlələri sayəsində  kəşf olunur. 



Bəşəriyyətin xislətində əzəldən bu cür psixologiya vardır ki, insanlar bəlkə, hansısa peşmanlıq-

dan duyduğu  əzabları yüngüllətmək, bəlkə  də müəyyən mənada bir sıra mənəvi-vicdani 

ağırlıqların yükündən xilas olmaq üçün xəyallarında mistik bir varlıq yaratmış  və onun 

varlığına inanmış, peşmanlıqlarının, ya da qalib gələ bilmədiyi hansısa zəifliklərinin səbəbini 

həmin varlığın mövcudluğunda axtarmışdır. Və özünü həmişə elə qələmə vermişdir ki, guya 

bu varlıq – İblis, Şeytan ən nifrət etdiyi, bəlkə də ən çox qaçdığı varlıqdır. Halbuki, biz ondan 

qaçmırıq, nə də ona nifrət etmirik. Çünki bizim ona ehtiyacımız var. Allah insanları sonuna 

qədər mükəmməl yaratmayıb, müəyyən zəiflikləri və çatışmazlıqları ilə birlikdə yaradıb. Allah 

insanları yaradıb həyatın yarış meydanına atdıqda, sözsüz ki, bu zəifliklər və çatışmazlıqlar 

müəyyən qüsur və xətaların meydana gəlməsinə səbəb olacaq. Bəs insanlar bu qüsur və xəta-

ların səbəbini harada axtaracaqlar? (üstəlik, bunları aşmaq üçün mübarizəyə niyyətlidirlərsə) 

Bunun üçün xəyallarında qarşı tərəfə məxsus bir rəqib, bir opponent uyduracaqlar. Psixologi-

yamız  əzəldən belə yaranıb:  əgər döyüşürüksə, ya da müdafiə olunuruqsa deməli, hansısa 

rəqib var, bunun əksi mümkün deyil. Və bu böyük döyüş  üçün biz insanlar rəqib olaraq şey-




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə