Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə81/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   77   78   79   80   81   82   83   84   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

931



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

4) Ala-  uca. ( Çətir otaq, ala seyvan dikdirdi ) Dastanda uca, hündür mənasını daşıyan  

bu söz dilimizin lüğət tərkibində “rəng” mənasında işləndiyinə baxmayaraq, dialektlərimizdə 

tam fərqli mənada işlənir.  Aralıq və Keçid şivələr qrupu dialektlərinə daxil olan Göyçay, 

Qərb qrupuna daxil olan Tovuz, Qazax, Gədəbəy dialektlərində “alaq” sözü “ala” şəklində 

tələffüz olunur. Şəki ləhcəsində ala- tərəvəz, göyərti mənasında işlənir. Bakı dialektində isə 

ala sözü- xəstəlik nəticəsində  əmələ  gələn ağ  ləkə  mənasında işlənir. Dərbənd və Xaçmaz 

dialektlərində isə “ala” – “ üstündə toyuqlar oturmaq üçün yer” mənasını verir. 

 

 

5) Yaşmaqlanmaq- üzünü örtmək. ( Çağırdılar, Beyrək gəldi. Banuçiçək yaşmaqlandı, 



xəbər sordu ) Milli adət- ənənəmizi özündə əks etdirən “yaşmaqlanmaq” feli dastanda ifadə 

etdiyi məzmunu qismən özündə saxlayaraq müasir  dövrdə dialektlərimizdə qalmaqda davam 

edir. “Yaşmax” Aralıq və Keçid şivələrinə daxil olan Cəbrayıl dialektində “qarğıdan tikilən 

evin çardağının baş  tərəfini örtmək üçün qarşıdan hörülmüş hissə” mənasını daşıyır. ( Mən 

yaşmax toxumağı billəm ) Ümumilikdə qeyd edə bilərik ki, “ Kitabi- Dədə Qorqud” dastanı 

möhtəşəm bir abidədir. 

 

 

AZƏRBAYCANDA İLK FOLKLOR TOPLUSUNUN MÜƏLLİFİ 



M.A.ABBASZADƏ  

 

Məlahət BABAYEVA 

ADPU 

milababayeva@mail.ru 

AZƏRBAYCAN 



 

İlk təhsilini Gəncədəki Şah Abbas məscidi nəzdindəki mədrəsədə Mirzə Xəlil Şeyxza-

manovdan və Molla Hüseyn Pişnamazzadədən alan Mirzə Abbas Abbaszadə ərəb, fars və türk 

dillərinə mükəmməl yiyələnmişdir. Nizami, Füzuli, Sədi və Hafizin əsərlərini mütaliə etməklə 

Şərq  ədəbiyyatına,  İslam mədəniyyətinə  dərindən bələd olmuşdur. 1893-cü ildə  səyahətə 

çıxaraq İranı, İraqı və Türkiyəni gəzmiş, Xorasanda və Səmərqənddə ali ruhani rütbəli şəxslər-

dən xüsusi dərs almışdır ki, bu da onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. 

 1905-1907-ci illər birinci rus inqilabı Gəncədə yeni həyat, maarif və məktəb uğrunda 

mübarizəyə təkan vermişdir. Sənət məktəbi, kişi və qadın gimnaziyaları şagirdlərinin inqilabi 

nümayişə  çıxmaları, erməni təcavüzünə qarşı "Difai" milli-müdafiə  təşkilatının yaradılması, 

yeni nəşrə başlayan "Həyat", "İrşad", "Fyüzat", "Molla Nəsrəddin" və digər qəzet və jurnall-

arın Gəncəyə gəlib çıxması, Rusiyanın müxtəlif ali məktəblərini bitirib doğma yurda qayıdan 

gənclərin inqilabi ideyalar təbliğ etməsi, xeyriyyə cəmiyyətlərinin fəaliyyətə başlaması, Gəncə 

bələdiyyəsinə daha çox azərbaycanlıların seçilməsi ictimai-siyasi və milli şüurun oyanmasına 

ciddi təsir göstərirdi. 

 1907-1908-ci illərdə rus-Azərbaycan məktəbinin müəllimi kimi M.A.Abbaszadə 7 

kitab nəşr etdirmişdir. 1900 və 1901-ci ildə ilk dəfə çap olunmuş, qaragüruhla qarşılanmış 

"Birinci kitab. Əlifba", "İkinci kitab. Qiraət" və şəriət dərslikləri ikinci dəfə çapdan çıxmışdır. 

Eyni zamanda "Türk dili. Qiraət" və "Lətaif" adlı  dərs vəsaitləri, bir də "Məşq məcmuəsi" 

metodik göstərişi nəşr olunmuşdur. 

 M.A.Abbaszadə "Mollazadə", "A.Mollazadə" kimi gizli imzalarla "Molla Nəsrəddin" 

jurnalında öz məqalələrini çap etdirirdi. O, bu imzalardan istifadə edərək 1907-ci ildə iki kitab 

da çap etdirmişdir. Onlardan birincisi "Molla Nəsrəddin"in təsiri altında ərəb dilindən tərcümə 

etdiyi və "Lətaif" adı altında Ömər Faiqin "Qeyrət" mətbəəsində Tiflisdə  nəşr etdirdiyi 

lətifələr kitabıdır.  İkincisi isə bütün məktəblərdə ikinci sinifdə  şagirdlərə oxutdurmaq üçün 

tərtib etdiyi "Türk dili və yaxud türkcə qiraət" adlı dərs vəsaitidir. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

932



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

1914-cü ildə M.A.Abbaszadənin 3 kitabı-"Əlifba", "Şəriət dərsi" təkrar və "Arvad ağısı" 

adlı folklor nümunələrindən ibarət kitabı ilk dəfə nəşr edilmişdir. "Arvad ağısı" Mirzə Abbas 

Abbaszadənin eyni zamanda xalq ədəbiyyyatımızın gözəl bilicisi və toplayıcısı olduğu-nu 

təsdiq edir. Əlifba dərsliyində  və qiraət kitabında geniş yer verdiyi folklor nümunələrindən 

məlum olur ki, o, şifahi xalq ədəbiyyatının inkişafını izləmiş, yeni yaranan nümunələri də nə-

zərdən qaçırmamışdır. Nəhayət topladığı bütün xalq ədəbiyyatı incilərini kitab şəklində nəşr 

etdirmək qərarına gəlmişdir. Bu toplu 90 ildən sonra-2004-cü ildə Azərbaycan MEA Folklor 

İnstitutu tərəfindən "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasının ikinci kitabı kimi çap 

edilərək folklorumuzun elmi əsaslarla nəşr olunmuş ilk antologiyası, Mirzə Abbas Abbasza-

dənin özü isə Azərbaycan folklorşünaslığı tarixində ilk toplu tərtibçisi qiymətini almışdır. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə M.A.Abbaszadə ictimai xadim səviyyəsinə 

yüksəlmişdir. O, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və Gəncə Türk Müəllimləri İttifa-

qının fəal üzvü kimi milli hökumətin tədbirlərində, xalqın bayram və matəm mərasimlərində 

şəhər müəllimlərini təmsil etmək hüququ, onların adından söz demək səlahiyyəti qazanmışdı. 

Azərbaycanda xalq maarifi milli əsasda yenidən qurulurdu. M.A.Abbaszadə elmi-peda-

qoji və ictimai fəaliyyətini genişləndirir, gənclərin tərbiyəsində xalq pedaqogikasından, milli 

pedaqoji sərvətlərdən, ictimai-mədəni və tarixi örnəklərdən istifadə edir, məqalələr yazıb ayrı-

ayrı qəzetlərə göndərirdi. "Azərbaycan" qəzetinin 1920-ci il 15 mart tarixli sayında dərc etdir-

diyi "Novruz bayramı" Gəncədə 50 ildən bəri Novruz bayramı tarixçəsi" adlı məqalə-xatirəsi 

öz aktuallığını bu gün də saxlamaqdadır. 

1918-ci ildə Xalq Cümhuriyyəti elan olunduqdan sonar qız orta məktəbində işləməsi M. 

A.Abbaszadənin ən böyük arzularından birinin reallığa çevrilməsi demək idi. O, dərs dediyi 

qızların qiraət kitablarına tələbatını ödəmək, eləcə də Azərbaycan qadınlarını ictimai-mədəni 

gerilikdən, mənəvi kasıblıqdan qurtarmaq üçün ilk dəfə 1914-cü ildə çap etdirdiyi “Arvad ağısı” 

kitabını 1918-ci ildə  nəşrə vermişdir.  Əlavələrlə 32 səhifədən ibarət bu kitab Qafur Rəşad 

Mirzəzadənin naşirliyi ilə Bakıda “Məktəb” jurnalının elektrik mətbəəsində çapdan çıxmışdır. 

M.A.Abbaszadənin "Arvad ağrısı" antologiyası Azərbaycan folklorşünaslığı tarixində 

elmi prinsiplərə əsaslanaraq hazırlanmış ilk folklor toplusudur. Topluda "Bayatılar",  "Haxış-

talar", "Laylalar" və digər folklor nümunələri öz əksini tapmışdır.  

Qırmızı ordu 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdikdən sonra may ayında milli 

hökuməti bərpa etmək uğrunda Gəncədə üsyan baş verdi. Işğalçı ordu üsyançılara divan tutdu. 

Böyük ziyalı və maarifçi M.A.Abbaszadə öz evində güllələnərək, bütün varı-yoxu dağıdılıb 

aparıldı. 

Böyük öndər Məmmədəmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində milli hö-

kuməti müdafiə etmək yolunda Azərbaycan qurbanlarının siyahısına Nəsib bəy Yusifbəyli, 

Fətəlixan Xoyski, Xudadat bəy Rəfibəyli, Firudin bəy Köçərli, Islam bəy Qəbulzadə ilə birlikdə 

pedaqoji sahədə qiymətli əməyi ilə ad qazanmış Mirzə Abbas Abbaszadənin də adını yazmışdır. 



 

 

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ MÜƏLLİF OBRAZI 

 

Əlimuxtar MUXTAROV 

AMEA Gəncə Bölməsi 



alimuxtar@gmail.com 

AZƏRBAYCAN 



 

Nizami Gəncəvi hələ öz sağlığında təkcə yazdığı əsərlərlə deyil, eyni zamanda obraz ola-

raq canlandırılacağı  əsərlər vasitəsilə  də  həmişəyaşşar bir sənətkar olduğunu bədii cəhətdən 

ifadə etmişdir. N. Gəncəvi yazır: 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə