Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə82/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   78   79   80   81   82   83   84   85   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

933



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Şeiri oxunanda bu Nizaminin 

Özü də hər sözdə görünər,yəqin 

Gizlənib özünü verməzmi nişan 

Sənə hər beytində bir sirr danışan 

Yüz il sonra sorsan bəs o, hardadır? 

Hər beyti səslənər burda,burdadır. 

 

Bu istiqamətdən yanaşdıqda görürük ki, Nizami Gəncəvini ölməz edən onun yazdığı 



əsərlərdirsə, digər tərəfdən də Nizami Gəncəvini yaşadan onun haqqında yazılan, ona həsr 

olunan elmi və bədii əsərlərdir. 

Ümumiyyətlə dünya və Azərbaycan ədəbiyyatı tarixinə nəzər salsaq görərik ki, elə bir 

sənətkar yoxdur ki, Nizami Gəncəvi obrazı qədər bədii əsərlərdə təsvir və tərənnüm olunsun. 

Azərbaycan ədəbiyyatı tarixinin demək olar ki, bütün dövrlərində Nizami Gəncəvi bir çox şair 

və yazıçılarımızın əsərlərində baş qəhrəman seçilmiş və dahi mütəfəkkirimizin ölməz obrazı 

bədii cəhətdən əks olunmuşdur. 

Bu məqamda sual meydana çıxır. Hansı  səbəbdən  şairlərimiz, nasirlərimiz və dramat-

ruqlarımız Nizami Gəncəvi obrazına bu qədər müraciət etmişlər? Əlbəttə səbəblər çoxşaxəli-

dir, onların bəzilərinə diqqətimizi yönəldəcəyik. 

Belə ki, M.Y.Mar yaır "Bəşəriyyət tarixində və bütün dünyada hələ indiyə qədər Niza-

miyə bərabər başqa bir şair yaranmamışdır”. M.Y.Marın dahi şairimiz haqqında söylədiyi bu 

fikirlər Nizami Gəncəvi sorağında olan ədiblərin onun obrazına müraciətlərinin başlıca qayə-

lərindən birini təşkil edir. Yəni hər bir sənətkar yazdığı əsərdə qarşısına məqsəd qoyur ki, əsəri 

uzunömürlü  və bütün dövrlərin əsəri olsun.Buna görə də Nizami Gəncəvinin dünya şöhrətini 

və qüdrətini nəzərə alan hər bir sənətkar ölməz dahimizin obrazı vasitəsilə yazdığı əsərə əbə-

dilik qazandırırmışlar. 

Nizami Gəncəvi obrazına müraciətin başqa bir səbəi isə yazıçının demək istədiklərini 

kamil bir insanın dili ilə demək istəməsidir. Hələ XV  əsrdə yaşamış məşhur təzkirəçi Dövlət 

şah Səmərqəndinin “Nizaminin fəzl və kamalda böyüklüyü o dərəcədədir ki, təhrirdən qələm 

və təqrirdən dil acizdir. Onun sözündə şirinlik,məlahət və gözəllik  vardır. Odur ki, kamal sa-

hibləri onu sevirlər.” fikri Nizami Gəncəvi surətini əsərlərində canlandıran sənətkarlara dahi 

şairimizin sözündəki şirinlik, məlahət və gözəllikdən istifadə edərək oxucuya çatdırmaq istə-

dikləri yüksək fikirləri Nizami Gəncəvi obrazı vasitəsilə daha canlı və təsirli çatdırmalarına 

imkan yaratmışdır. 

Azərbaycan ədəbiyyatı tarixində  Nizami Gəncəvi obrazının mövcud olduğu bədii  əsər-

lərə    nəzər saldıqda  bu əsərlərin hər üç ədəbi növdə olduğunun  şahidi oluruq.Yəni Nizami 

Gəncəvi obrazı poeziyamızda şairlərimizin, nəsrimizdə nasirlərimizin, dramaturgiyamızda isə 

dramatruqlarımızın hər zaman maraq dairəsində olmuşdur. 

 

 



XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNDƏ XALQ ŞEİRİ ƏNƏNƏLƏRİ 

 

Töhfə ƏMRAHLI 

Azərbaycan Milli Elmlər Akademiyası, 

Nizami adına Ədəbiyyat İnstitutu 

emrahli_1987@mail.ru 

AZƏRBAYCAN

 

 

XIX əsrdə Qarabağ ədəbi mühitində aşıq poeziyasının təsiri ilə yazılı ədəbiyyatda nəin-



ki aşıq şeiri ədəbi cərəyan kimi inkişaf edir, həm də Şərq ədəbiyyatı ənənələri (klassik üslub) 

da aparıcı rol oynayırdı. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

934



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Türk  şeir  ənənəsinin  Əhməd Yasəvidən, Yunis Əmrədən başlanan yolu Şah  İsmayıl, 

Qurbani yaradıcılığında yeni dəyərlər qazanaraq XVIII əsrdə Qarabağ ədəbi mühitində yeni 

bir mərhələ kimi formalaşır. XIX əsrdə Qarabağ ədəbi mühitində Molla Pənah Vaqifin bu mü-

hitdəki yaradıcı fəaliyyəti ədəbi prosesə fəal təsir göstərirdi.   

Yazılı ədəbiyyatda aşıq şeirinin, əsasən, iki mənbəyi var: şifahi xalq ədəbiyyatı və klas-

sik ədəbiyyat. Aşıq şeiri tərzində yazan şairlərin arasında farsca yazan şairlərə də rast gəlmək 

mümkündür. Bu şairlər klassik dövrün Firdovsi, Xəyyam, Nizami, Füzuli, Sədi, Xaqani, Hafiz 

kimi poeziya nəhəglərinin əsərlərinə də bələd idilər. 

Sözügedən dövrdə xalq aşıqlarının qoşmalarında rast gəlinən ərəb və fars sözləri əslində 

Azərbaycan dilinə keçib vətəndaşlıq hüququ qazanmış sözlər idi. Firdovsi, Hafiz, Nizami və 

Füzuli kimi klassiklərdən gələn təsirlər şifahi tərzdə keçən şeirlərdə özünü daha çox göstərir-

di. Beləliklə, aparılan tədqiqatlardan da aydın olur ki, aşıq poeziyası ilə klassik poeziya ara-

sında qarşılıqlı əlaqə olmuşdur. 

Bu səbəbə görə bəzən aşıq poeziyasını şifahi tərzini klassik ədəbiyyatla xalq ədəbiyyatı 

arasında körpü də hesab edirlər.  

Yazılı ədəbiyyatda yazılan şeirlərdə daha çox məhəbbət və gözəlin vəsfi mövzusu apa-

rıcı yer tutur. Məhəbbət mövzusunda yazılan şeirlərdə, əsasən, aşiqin öz sevgilisinə bəslədiyi 

təmiz, səmimi hisslər tərənnüm olunur. Bu sevgi ilahi eşqdən tamam uzaqdır. Aşiq öz sevgi-

lisinin vəfasızlığından, rəhmsizliyindən ona çəkdirdiyi həsrət acısından  şikayətlənir. Ancaq 

çəkdiyi bu cəfalardan yorulmayan aşiq bir gün vüsala qovuşub arzusuna çatacağı günün ümidi 

ilə də yaşayır. 

XIX  əsrin Qarabağ  ədəbi mühitinin görkəmli nümayəndələri Qasım bəy Zakir, Baba 

bəy Şakir, Məhəmməd bəy Aşiq, Ağabəyim ağa Ağabacı, Mirzə Həsən Mirzə, Aşıq Pəri, Mir-

zəcan Mədətov hesab olunur.  Bu şairlərdən Məhəmməd bəy Aşiq, Baba bəy Şakir, Qasım bəy 

Zakir və  Ağabəyim ağa öz yaradıcılıq fəaliyyətlərinə Vaqifin sağlığında başlamışlar və çox 

ehtimal olunur ki, hətta onun özü ilə də şəxsən əyani tanış olmuşdular. 

XIX əsr ədəbi mühiti birinci mərhələdə Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Aşıq 

Pəri, Mirzə Həsən Mirzə ilə sərhədlənir. Bu sənətkarların bir-biri ilə olan yazışmaları ədəbi 

mühitə xüsusi fəallıq gətirir, XIX əsrdə Qarabağ ədəbi mühitinin yaradıcılıq imkanlarını ge-

nişləndirir. 

Sözügedən dövrdə Qarabağın iki qadın şairəsi Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağa-

bacı ləqəbi ilə şeirlər yazan Ağabəyim ağa, digəri isə Aşıq Pərinin yaradıcılığı xüsusi diqqət 

cəlb edir.  

Qasım bəy Zakirin də yaradıcılığı XIX əsrdə Qarabağ  ədəbi mühitində  həmin dövrdə 

daha çox nəzərə çarpır. Məhz bu səbəbdən ədəbiyyatşünas tənqidçi F.Köçərli Sədini farsların, 

A.S.Puşkini rusların, Q. Zakiri isə  Azərbaycan türklərinin kamil ustadı olduğunu haqlı olaraq 

vurğulamışdır. 

Əsrin birinci yarısında xalq aşıq poeziyasından başlanan inkişaf  özünü əsrin ikinci yarı-

sında davam etdirmişdir. Bu dövrdə aşıq şeiri tərzində yazan şairlərdən biri də Məşədi Əyyub 

Bakidir. “Məclisi-fəramuşan”ın fəal üzvlərindən olan Baki Şərq poeziyasına dərindən bələd 

olmuş, saf, təmiz məhəbbəti tərənnüm edən qəzəlləri ilə yanaşı, ana dilində, heca vəznində 

yazdığı bayatı və rübailərin, şikəstələrin də müəllifidir. 

“Məclisi-fəramuşan”ın fəal üzvlərindən biri olan, sufiyanə  həyat tərzi keçirən Mirzə 

Fətəli Axundovun yaxın müasiri, canlı dostluq əlaqəsi yaratmış Mirzə Məhəmməd Katibin də 

yaradıcılığında xalq şeiri üslubunda yazdığı nümunələrə rast gəlinir. Onun yazdığı qoşmaları-

nın dili sadəliyi, səlisliyi ilə qəzəllərindən fərqlənir. 

Beləliklə, XIX əsr şairlərinin yaradıcılıqlarında, xüsusilə, Aşıq Pəri, Cəfərqulu xan Nə-

va, Məhəmməd bəy Aşiq, Mirzə Həsənin yazdığı qoşmalarda XVIII əsrin söz ustadlarından 

olan  Molla Pənah Vaqif, Aşıq Valehin təsiri açıq şəkildə duyulmaqdadır. XIX əsr şairlərinin 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə