Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə89/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   85   86   87   88   89   90   91   92   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

947



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

gətirən işıqlı, hərarətli hisslər, həyəcanlardır. Başqa vaxt əhəmiyyət vermədiyimiz, lakin şən, 

həssas, coşqun qəlbli şairin böyük vurğunluqla qarşımızda canlandırdığı həyatın nə qədər gö-

zəl, mənalı olduğunu anlayırıq. 

 

 

 



Təbiət varlıdır,təbiət xəsis 

 

 



 

İşlədərkən onu,sən ey mühəndis

 

 

 



Mən də qart başlara verdiyim bu hiss, 

 

 



 

Bu incə mənadan necə əl çəkim? 

 

 

 



 

Həyat dedikləri bu keşməkeşdən, 

 

 

 



Qəlbimdə,qanımda yanan atəşdən, 

 

 



 

Gecədən,gündüzdən,aydan,günəşdən 

 

 

 



Bu əngin fəzadan necə əl çəkim? 

Həyatın işıqları, fərəhləri, sevincləri ilə dolu olan şairin hər bəndin sonunda qışqıraraq 

“necə əl çəkim?” sualındakı məhəbbət, həyata vurğunluq, yaşamaq ehtirası, ölmək istəməməsi 

hissləri insanı necə də sarsıdır. Qarşımızda “gənc yaşlı, sinəsi şeir, söz dolu, arzuları, istəkləri, 

həyəcan və həvəsi ilə birlikdə yolları kilidli, uzaq-uzaqların əzabxanalarında susmuş bir şair, 

kövrək təbəssümlü, nigaran baxışlı, saf ürəkli, geniş könüllü xalqın əziz və nakam oğlu Müş-

fiq dayanmışdır. 

 

 

ŞƏYYAD HƏMZƏNİN “YUSİF VƏ ZÜLEYXA”                      

MƏSNƏVİSİNİN FONETİK XÜSUSİYYƏTLƏRİ 

 

Nuranə NƏSİRLİ 

Qafqaz Universiteti 



nurana.nasirli@gmail.com 

AZƏRBAYCAN 



 

Hz.Yusif hekayəsi Qur`anda 111 ayədənibarət olan “Yusif surəsi”ndə verilir. Bu möv-

zunu İslam ədəbiyyatında məsnəvi şəklində ilk dəfə fars şairi Firdovsi qələmə almışdır. Türk 

dilində ilk dəfə “QisseyiYusif” adı ilə Qul Əli yazmışdır. Anadoluda isə “Yusif və Züleyxa” 

məsnəvisini ŞəyyadHəmzə qələmə almışdır. Əruzun failatün failatün failat bəhrində yazılmış 

olan 1529 beytlik bu didaktik-romantik poemanın tam adı “Destan-ı Yusuf aleyhi`s-selam ve 

haza ahsenü`l-kasasi`l-mübarek”dir. Əsər XIII-XIV əsrlərə aid olduğu üçün təbii olaraq əsərin 

əlyazması türk dilində ərəb əlifbası ilə yazılmışdır. 1946 –cı ildə Dəhri Dilşin tərəfindən tədqiq 

olunmuş  tədqiqatın sonunda verilmiş fotokopyaya əsasən məsnəvinin fonetik xüsusiyyətləri 

haqqında aşağıdakıları deyə bilərik. 

A saitinin yazılışı 

Söz əvvəlində a saitinin yazılışında, əsasən, mədli əlifdən( ﺁ ) istifadə edilmişdir. Amma 

bunun əksi də - mədsiz əlifdən istifadə halları da  müşahidə olunur. 

Söz ortasında  da /a/ saitinin yazılışında daha çox əlif(  ا )  istifadə edilmişdir. Bəzi 

sözlərdə /a/ saiti yazılmayib. 

Söz sonundakı /a/ saitinin yazılışında daha çox hə (ﻩ) və əlif (ا), bəzən də yə (ى) qrafik 

işarəsindən istifadə edilmişdir . 

E,ə/Saitinin yazılışı 

Söz əvvəlində /ə, e/ Saitinin yazılışı əlif (ا) və  kəsralı əlifdən (ٲ) istifadə edilmişdir: Söz 

ortasında /ə/ saiti ümumiyyətlə yazılmayıb.  

Söz sonundaki /e, ə / saitinin yazılışında ümumiyyətlə hə (ﻩ), bəzən da əlif (ا) istifadə 

edilmişdir: 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

948



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Söz  əvvəlində  /ı, i/ saitlərinin yazılışında ümumiyyətlə  əlif yə  (ىا) istifadə edilmişdir. 

Bu saitlər qismən yazılmamış, qismən də kəsra (  ) ilə göstərilmişdir. Saitlər üçün bəzən kəs-

ra(  ) + yə (ئ) istifadə edilmişdir: 

Söz sonundakı /ı, i/ saitlərinin yazılışı üçün yə (ى) istifadə edilmişdir: 

Söz  əvvəlində /o, u; ö, ü/ saitlərinin yaılışında ümumiyyətlə  əlif-vav (وا) istifadə edil-

mişdir. 

Söz ortasında və  söz sonunda /o, u; ö, ü/ saitləri, əsasən, vav (و) ilə ifadə edilmişdir 

/b, p/ Samitlərinin Yazılışı  

/b, p/  bə( ب),  (  

پ )hərfləri ilə  işarə edilmişdir. Pe hərfinin qrafik işarəsi əlifbaya sonra-

dan farslar tərəfindən  əlavə edilmişdir. Mətndə b

olunur.

 -

 



ﭗﻟا -ayıdıb,

  

بﺪىا -alıp. Bu misallardakı –ıb şəkilçisi feili bağlama şəkilçisi olsa da, hər 



söz də fərqli hərflə ifadə olunmuşdur.  

/c, ç/ Samitlərinin yazılışı 

/c, ç/ samitlərinin yazılışında, cim (ج) işarəsindən istifadə olunub.Bəzi sözlər də  ç kimi 

oxunmuş. Alınma sözlərdə isə əslinə uyğun olaraq c kimi oxunmuşdur. نﻮﺟ– uc, جوا- çün. 

q, k samitlərinin ifadəsi üçün  qaf (ق  )hərfindən istifadə edilmişdir. Qaf hərfi bəzən  xe 

(  


خ ) hərfinin ekvivalenti kimi də işlənmişdir: Baq, çoq, yaqın və s. 

Sağır nun səsi(ڬﮕﮐ ) kök və şəkilçi morfemlərdə istifadə edilmişdir. Ərəb və fars dillərin-

də mövcud olmayan, lakin türk dillərinin qədim samitlərindən sayılan bu səs  özünəməxsus 

orfoqrafik xüsusiyyətlərə malikdir. Sağır nun səsi II şəxs mənsubiyyət və  şəxs, yiyəlik hal 

şəkilçilərinin tərkibində və türk mənşəli sözlərin kökündə işlənmişdir.Bu səs türk dilləri üçün 

müştərək olduğö halda  onun ayrı-ayrı türkdilli yazılardakı qrafik işarəsi fərqli olmuşdur:  

 ﮎ , 

ڬ,  ﻚﻧ  kimi qrqfik işarələr müxtəlif vaxtlarda və müxtəlif dillərdə sağır nun səsini ifadə 



etmişdir. Tofiq hacıyevin Orta əsrlərdə Azərbaycan yazı dili əsərində sağır nun səsinin XV 

əsrə qədər ﮎ hərfi ilə işarə edildiyini bildirir.Bu məsnəvinin dilində sağır nun kəf hərfi ilə ﮎ 

ifadə edilib.  

Söz kökündə: Tañrı, añuban, və s. 

Şəkilçi morfem daxilində: anıñladır, suçuñuz və s. 

 

 

İŞ FEİLLƏRİ ƏSASINDA YARANAN FRAZEOLOJİ                 

VAHİDLƏRDƏ VARİANTLILIQ 

 

Əminə RZAYEVA 

BDU 


reminem17@mail.ru 

AZƏRBAYCAN 

 

Frazeoloji birləşmələrin yaranmasında, məcaziləşmə yolu ilə dilin lüğət tərkibinin zən-



ginləşməsində feillər xüsusi rol oynayır. Çünki məcaziləşən sözlərin böyük çoxluğunu feillər 

təşkil edir. Felin lüğəvi məna növləri arasında daha çox işlək olanı iş feilləri olduğundan bu 

feillər vasitəsilə formalaşan birləşmələr dil sistemində çox mühüm yer tutaraq dilin lüğət tər-

kibini zənginləşdirir. İş feilləri əşyanın bu və ya digər hal-vəziyyətə salınmasını və ya təsirə, 

dəyişikliyə uğramasını, insanların məşğuliyyətini, sənətlə bağlı işləri bildirir. 

Son zamanlar frazeologiyada sinonimlik məsələsi ilə bağlı yeni bir problem-frazeoloji 



variantlılıq problemi meydana çıxır. Bu  məsələ ilə bağlı Azərbaycan dilçiliyində H.Bayramov, 

N.Rəhimzadə, M.Mirzəliyeva, H.Həsənov, A.Qurbanov, N.Seyidəliyev və başqaları tədqiqat 

aparmışlar. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə