Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə91/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   87   88   89   90   91   92   93   94   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

951



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Çağdaş türkcələrdə cümlənin sintaqmatik əsası sintaqmatik münasibətlərlə bağlıdır. Sin-

taqmatik münasibətlər həmişə in praesentia fəal ardıcıllıqla bərabər dərəcədə iştirak edən iki 

yaxud çox sayda münasibət üzvlərinə əsaslanır. Əksinə, assosiativ münasibət həmin münasi-

bətin üzvlərini virtual, mnemon cərgədə birləşdirir; onun üzvləri həmişə in absentiadır. 

Nitqin sintaqmatik əsası. Sintaqm nəzəriyyəsi nitqin praqmatik tərəfi ilə  sıx bağlıdır. 

Bütün istiqamətdlərdə nitqin sintaqmatik əsası öyrənilir. Bu zaman ümumi dil kompetensiyası 

da müəyyənləşə bilir. 

Sintaqmlar intonasiya ilə  qırılmaz tellərlə bağlıdır. Onlar bir tərəfdən intonasiyanın 

məhsulu, başqa bir tərəfdən isə onun tənzimediciləridir. 

Müəyyən şəraitdə türkcələrin cümlələri sintaqmın tipik təzahürü kimi çıxış edir. Ferdi-

nand de Sössür sintaqmatik münasibətlərdən bəhs edərkən göstərir ki, sintaqmın ayrı-ayrı 

hissələrini öz aralarında birləşdirən münasibətləri (məsələn, «hamıya qarşı» sintaqmında «qar-

şı» və «hamıya», yaxud «baş işçi, usta» sintaqmını nəzərdən keçirmək hələ kifayət deyil; bü-

tövü onun hissələri ilə bağlayan münasibətləri də nəzərə almaq lazımdır. Burada etiraz etmək 

olar: sintaqmın tipik təzahürü cümlədir, o da dilə yox, nitqə aiddir, buradan da belə çıxmırmı 

ki, sintaqm nitq sahəsinə aiddir? Biz güman edirik ki, belə deyil. Nitqin səciyyəvi xüsusiyyəti 

elementlərin kominiasiya azadlığıdır (müstəqilliyidir). Deməli, sual belə qoyulmalıdır: bütün 

sintaqmlar eyni dərəcədə  sərbəstdirmi? Lakin məsələ bununla bitmir. Müəyyən qayda ilə 

qurulan sintaqmların bütün tiplərini nitqə deyil, dilə aid etmək lazımdır. Əslində, dildə mücər-

rəd heç bir şey olmadığından, həmin tiplər ancaq o halda mövcud ola bilər ki, nümunələri 

dildə kifayət qədər qeydə alınmış olsun. Lakin etiraf etmək lazımdır ki, sintaqm sahəsində 

kollektiv  ənənə ilə möhkəmlənən dil faktı  və  fərdi azadlıqdan asılı olan nitq faktı arasında 

kəskin sərhəd yoxdur. Çox halda vahidlərin verilmiş kombinasiyasını buna, yaxud o birinə aid 

etmək çətinlik törədir, ona görə ki, həmin kombinasiyanın yaranmasında hər iki fakt, həm də 

elə bir nisbətdə iştirak edir ki, müəyyənləşdirmək mümkün olmur. 

Beləliklə, türkcələrdə sintaqmlar iki biçimdə özünü göstərir: bitmiş (tam) sintaqmlar, 

bitməmiş (yarımçıq, natamam) sintaqmlar. Sintaqmlar həmin dillərdə minimal (tərkibi: təyin-

siz, genişləndirilməmiş zərflik qrupu; beli sifət və feli bağlama tərkibləri; qoşmalı birləşmələr; 

həmcins üzvlər) və əsas sintaqmlar (tərkibi: mürəkkəb cümlənin tərkib hissələri) olaraq iki cür 

izah olunur. 

 

 



ORTAQ DEYİM MƏSƏLƏSİ VƏ BU SAHƏDƏ LÜĞƏTLƏRİN 

YARADILMASI PROBLEMLƏRİ (TÜRK VƏ AZƏRBAYCAN 

TÜRKCƏLƏRİNİN MATERİALLARI ƏSASINDA) 

 

Mesut KURNAZ 

Qafqaz Üniversiteti 

ssimsek@qu.edu.az 

AZƏRBAYCAN 

 

Deyimlərin  əmələ  gəlməsi, bir qayda olaraq, hər bir dilin milli-mədəni spesifikası ilə 



əlaqədardır. Türklər tarixən dil faktları və hadisələri üzərində müşahidə apararaq, əldə edilmiş 

təcrübəni ümumiləşdirmiş və deyim lüğətləri də yaratmışlar. 

 Deyim sözlüklərinin lüğət məqalələrində bütöv ifadə və ibarələr təhlil olunur. Obyekt 

burada deyimlərdir- frazeoloji vahidlərdir. Qeyd etdiyimiz kimi lüğət məqalələrində deyimlə-

rin mənası, formalaşma yolları, üslubi çalarları və s.göstərilir. 

İzahlı xarakter daşıyan deyimlər lüğətində məqsəd bir dilə aid olan deyimləri üzə çıxar-

maq və onların anlamını verməkdir. Belə lüğətlərdə deyim tərkibindəki komponentlərin miq-

darı qədər lüğətdə təkraretmə üsulu nəzərə alınır. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

952



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Şübhəsiz, hər bir türk dilinin özünəməxsus deyimlər lüğəti yaradılmışdır. Buraya atalar 

sözləri və ümumi deyimlərə (idiomlar) aid olan birləşmələr aid edilir. Mövcud lüğətlərə aşağı-

dakıları örnək olaraq göstərə bilərik: «Türk ata sözleri». Narodna Prosveta, 1965. 1976-cı ildə 

Ömer Asım Aksoyun «Atasözleri ve Deyimler Sözlüğü», 2, Deyimler Sözlüğü, Türk Dil Ku-

rumu Yayınları, (968 s.), 2007-ci ildə Mehmet Hengirmenin «Atasözleri ve Deyimler Sözlüğü» 

(Ankara, 606 s.) lüğətləri çapdan çıxmış və yayılmışdır. 1983-cü ildə Gözler H.Fethinin «Ör-

nekleriyle Türkçemizin Açıklamalı Büyük Deyimler Sözlüğü, II, Deyimler Sözlüğü. Genişlen-

miş 7, Baskı, İnkilap Kitabevi, İstanbul (475 s.) 

Azərbaycanda 1976-cı ildə Ə.Orucov «Azərbaycanca-rusca frazeoloji lüğət»ini (İzd-vo 

«Glm», Baku, 1976, 247 s.. Lüğət 5500 deyimi əhatə edir. 

Türkiyədə 1990-cı illərdə N.Yüzbaşıoğlu və M.Yüzbaşıoğlunun «Deyimlər sözlüğü» 

(İstanbul, 1990, 346 s.), M.Yurtbaşının «Örnekleriyle Deyimler Sözlüğü». Türkçenin zengin-

liğini ve yaratıcılığını kanıtlayan 25.000 deyim, 30.000 örnek cümle, binlerce resim, İstanbul, 

1996, 521 s.; S.Yörük və Y.Yörük «Açıklamalı Deyimler Sözlüğü», İstanbul, 1997, 221 s. 

Son illərdə Azərbaycanda nəşr olunan deyim lüğətləri: Nəriman Seyidəliyevin «Frazeo-

logiya lüğəti». Bakı, «Çıraq» nəşriyyatı, 2004, 272 s. Lüğətdə 4 mindən artıq deyim verilmiş-

dir. Bu frazeoloji vahidlərin hər biri Azərbaycan dastan və nağıllarından götürülmüş örnəklər-

də öz əksini tapa bilmişdir. 

Həsən Baxşıyevin «Azərbaycan dilinin müxtəsər frazeologiya lüğəti. Bakı, «Bakı Uni-

versiteti» nəşriyyatı, 2004, 185 s. 

Nigar Vəliyevanın «Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. 2 cilddə, Azərbaycan 

Dövlət Nəşriyyatı, Bakı, 2010. 

F.H.Hüseynov və B.B.Əhmədovun «Məktəblinin frazeoloji lüğəti. Bakı, «Elm və 

təhsil», 2011, 296 s. 

Qohum dillərin deyimlərini qarşılaşdırmaq, müqayisə etmək, ümumi və fərqli biçimləri, 

anlamları ortaya çıxarmaq bugün müqayisəli türkologiyanın qarşısında duran problemlərdəndir. 

İlk təşəbbüs kimi M.Musayevin «Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi» Bakı, 

2011, s.373-397) və  həmin müəllifin «Türkoloji dilçilik» kitabında (Bakı, 2012, s.361-413) 

yer alan kiçik deyimlər sözlüyünü dəyərləndirmək olar. Bu lüğətlərdə Azərbaycan dilinə məx-

sus deyimlər Türkiyə türkcəsinin deyimləri ilə qarşılaşdırılır, müqayisə edilir, bəzən mənaları-

na da toxunulur. 

M.Musayevin tərtib etdiyi lüğət «Azərbaycan türkcəsi-Türkiyə türkcəsi atalar sözləri 

lüğəti» adlanır. Sözügedən bölüm müəllifin 1975-ci ildə Türkiyədə yayımlanan «Türkce Açık-

lamalı Azerbaycan Atasözleri» (1995: 11-42) kitabında qismən yer almışdır. Kitab sonradan 

təkmilləşdirilərək yenidən hazırlanmış  və kitaba yeni atalar sözləri  əlavə edilmişdir. Bunlar 

yalnız «A» hərfi ilə başlanan atalar sözləridir. 

M.Musayev «Azərbaycan türkcəsi-Türkiyə türkcəsi frazeoloji lüğəti»ni də tərtib etmiş-

dir. Bunlar yalnız «A» hərfi ilə başlanan deyimlərdir. Məs.: Abi-neysan (abi-leysan) kimi göz 

yaşı axıtmaq (tökmək) (Nisan yağmuru gibi gözyaşı dökmek); Acığını...üstünə tökmək (Öfke-

sini almak\çıkarmak); 

Bu qısa lüğətdə deyimlərin bəziləri geniş izah olunur: Adı çıxmaq; adı çıkmak. Bu deyim, 

Azerbaycan Türkcesinde çoğunlukla «iyi ad sahibi olmak, ün kazanmak» anlamında kullanıl-

maktadır. Bunun yanı  sıra, Azerbaycan Türkcesinde söz komusu deyimin olumsuz anlamda 

kullanımı da gözlenmektedir. Sözgelimi: Kənd uşaqları arasında adı çıxmışdı. «Göy çocukları 

arasında kötü ad çıkarmıştı». Türkiye türkcesinde ise, söz konusu deyim sadece olumsuz 

anlamıyla kullanılmaktadır. Sözgelimi: Bir kere adı çıkmış artık ne yaparsa boşuna: İnsanın 

adı çıkacağına canı çıksın daha iyi. «Bir dəfə adı çıxmışdır, artıq nə etsə bir faydası yoxdur. 

İnsanın adı  çıxınca canı  çıxsa yaxşıdır». Böylece «Adı  çıxmaq: adı  çıkmak» deyimi, 

açıklamalı-aktarmalı bağlamda eşsesli dil birimi olarak seçilmektedir. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə