Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə88/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   84   85   86   87   88   89   90   91   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

945



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

  Qaleyla – yemişan ağacının meyvəsi. Məs.; -Qaleyla baş  ağrısı, təzyik və ürəyin 

dərmanıdı.  

  Dəhnə - çaydan arx üçün ayrılan su sahəsi. Məs.; -Uşax göndərin dəhnənin suyunu bu-

raxsın.  

  Çul düşməx' – yorulmaq, əldən düşmək. Məs.; -Səhərdən ağşamatan o qədər o yan-bu 

yana qaçırdı kı, axşamlar çul düşürdü.  

  Düzməx' – dönmək, çevrilmək. Məs.; Getdix'cə uşağın vəziyəti ağırraşır, pis xəsdəliyə 

düzürdü.  

  Ço:uş – arada söz aparıb - gətirən şəxsə deyilir. Məs.; -Sən arada ço:uş ha döülsən.  

  Rəzə - cəftə. Məs.; -Qapının rəzəsini vur.  

  Cöüz – qoz. Məs.; -Ay gəlin, cöüzü qır, ləpələ bir sini kömbə pişirəx'.  

  Qağa – ataya, ya da böyük qardaşa deyilir.Məs.; -Qağam gələnə kimi hər  şey 

hazırıydı.  

  Dinşəməx' – qulaq asmaq. Məs.; -Qonşularının qapısını dinşiyən qız birdən diksindi.  

  Ketman – alanı təmizləmək üçün alət. Məs.; -Göyü bütün ala basıf, oranı ketmannan 

təmizdə.  

  Təpiməx' – qurumaq.Məs.; -Susuzduxdan onun dili-dodağı təpimişdi.  

  Məst – yumşaq dəridən hazırlanan, alçaq ayaqqabı. Məs.; -Məsdinin çırıx olması qızı 

xeyli pərt elədi. 

  Atılamax – qarışdırmaq, çalxalamaq. Məs.; -Yığıntı köhnəlir, onu nəhrə; atax atıla;x.  

  Patıl – kiçik ot tayası. Məs.; -Otu qurudanda hasan çevrilməyi üçün patıl eliyirlər. 

  Boçca – yeməli bitki növü. Məs.; -Anamın hazırradığı boçcanın dadı damağımda qal-

mışdı.  


  Sijim – yük heyvanına yük bağlayarkən istifadə olunan ip. Məs.; -Gorölüsünü ata si-

jimnən yühlədilər.  

  Çatılamax – bağlamaq. Məs.; -Buzoyu tez çatıla.  

Hazırda Göygöl şəhərində  məlum tarixi hadisələrlə  əlaqədar olaraq müxtəlif bölgələr-

dən (Qərbi Azərbaycan, Şərqi Gürcüstan, Qarabağ və s.) deportasiya olunmuş əhali məskun-

laşmışdır. Göygöl şəhərinin tarixi almanlarla da sıx bağlıdır. Beləki, 1817-1818-ci illərdə Qaf-

qazda təşkil edilmiş 8 alman koloniyasının biri Yelenendorfda   (indiki Göygöl rayonu) yerlə-

şirdi. Hesab edirik ki, bu regionun dil xüsusiyyətləri həmin ərazinin tarixi, burada məskunlaş-

mış əhalinin etnik tərkibi, miqrasiyalarının coğrafiyası və tarixi ilə bir yerdə, kompleks şəklin-

də araşdırılsa,  daha effektli olar. 

 

 

MİKAYIL MÜŞFİQ POEZİYASINDA ANTONİMLƏR 



 

Gülnar  MƏMMƏDOVA 

Qafqaz Universiteti 



gmemmedova2@std.qu.edu.az 

AZƏRBAYCAN 



 

Bədii dilin rəngarəngliyində, onun ifadə imkanlarının zənginləşməsində antonimlər 

xüsusi əhəmiyyətə malikdir. Sözün antonimliyi dilin inkişaf tarixi ilə bağlıdır. Söz yarananda 

onun antonimi də meydana çıxır. Belə olmasaydı, insan ətrafdakı mühiti dərk edərkən yaxşını 

pisdən, böyüyü kiçikdən ayıra bilməzdi. 

A.N.Qvozdyev düzgün olaraq qeyd edir ki, bu və ya digər vəziyyəti qiymətləndirərkən 

biz, adətən onun müsbət və ya mənfi olub-olmamasını öyrənməyə çalışırıq və onları bir-birinə 

zidd olan cərgəyə qoyuruq. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

946



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Azərbaycan dilçiliyində Afad Qurbanov da antonimlərin üslubi əhəmiyyət daşıdığını 

qeyd edir və göstərir ki, “Antonimlər vasitəsi ilə əşya, şəxs, hadisə və s-nin müəyyən cəhətləri 

bir-biri ilə qarşılaşdırılır, bunun nəticəsində anlayış haqqında aydın, gözəl təsəvvür yaradılır. 

Eyni zamanda bu qrup sözlər fikrin daha dəqiq və emosional ifadəsinə xidmət edir”. 

Antonim sözlərin qarşılaşdırılması onların bir məna vahidi kimi mövcudluğunu zəruri 

edir.Antonim sözlərin işlədilməsi üçün bədii mətn  əvəzsiz zəmindir. Antonim sözlər üçün 

əsas şərt onların eyni tipli mətndə qoşa və ya distant işlədilməsidir. Sadə xalq danışıq dilində 

yazan Mikayıl Müşfiq də antonim sözlərdən geniş istifadə etmişdir. 1929-cu il “İnqilab və 

mədəniyyət” jurnalında “Tar konservatoriyadan çıxarıldı” sərlövhəli xəbərini oxuyanda məş-

hur “Tar” şeirini 

xalqına bəxş elədi və tarın şöhrətini bir az da qaldırdı: 

 Oxu, tar,oxu, tar!... 

 Səsindən ən lətif şeirlər dinləyim 

 Oxu tar bir qadar... 

 Nəğməni su kimi alışan ruhuma çiləyim. 

 Oxu,tar! 

 Səni kim unutar? 

 Ey  geniş kütlənin acısı, şərbəti 

 Alovlu  sənəti. 

Bu nüminədəki “acısı, şərbəti” antonimləri ardıcıl gəldiyi üçün şeirə xüsusi ritm verir. 

Müşfiq bir sənətkar kimi daima öz sənətini inkişaf etdirmək üçün çırpınmış, özündən narazı 

qalmış, poetik duyğularının, böyük arzularının ifadəsi üçün münasib, uyğun bədii təsvir vasi-

tələri tapmağa çalışmış, yeni forma axtarışlarını bir an belə dayandırmamışdır, heyf ki, ömrü 

çox qısa oldu. 

 

 



 

Həyat bir cümlədir. Həm gülməkdir, həm ağlamaqdır. 

- - - 

Zaman bir dərədir axıb dolanır, 



Bəzən durulursa,bəzən bulanır. 

-   -  - 

Heyf, ömür qısa, arzu genişdir, 

Kim bu qayğı ilə titrəməmişdir? 

-   -  - 

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, 

Mənə elə gəldi ki, 

Bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş. 

Başqa bir şeirinə nəzər salaq: 

 

 



 

Mən bir darğın zamanla bir xoş dövranın, 

 

 

 



Mən bir xarabalıqla,bir gülüstanın, 

 

 



 

Mən xəzanla baharın,qocayla gəncin 

 

 

 



Mən ölümlə həyatın,qəmlə sevincin 

 

 



 

Arasında qurulmuş böyük körpüyəm. 

Cəmi beş misralıq şeirdə on iki yığcam obrazdan ibarət altı təzadlı qarşılaşdırma veril-

mişdir. Bu, Müşfiqin ədəbi dilin zənginliyindən istifadə etmə bacarığının göstəricisidir. 

Hər poetik ifadədə, yüksək emosional ahəngdə biz on illik yaradıcılığı boyu inkişaf edən, 

yüksələn xalqın yeni dövranının istedadlı  şairi Müşfiqi görür, eşidir, duyur ,onun hissləri, 

düşüncələri ilə təsirlənir, həyəcanlanırıq. Gənc istedadın kövrək, həssas şair qəlbi gah xalqın 

dünənki faciələrindən buludlanmış, gah bu günki toy-düyünündən qol-qanad açmış, gah da 

gələcək şirin xülyaları ilə pərvaz etmişdir. 

1935-ci ilin məhsulu olan “Həyat sevgisi” şeirinin hər misrası,hər obrazı yaşamaq, ya-

ratmaq eşqi ilə dəniz kimi dalğalanan insan qəlbinin həyatda mövcud olmaq səadəti ilə riqqətə 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə