Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə96/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   92   93   94   95   96   97   98   99   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

961



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

N.Əbdülrəhmanlının fikrincə Yaradanın yer üzündə və yer altında insanlara bəxş etdiyi 

sərvətlər haçansa tükənə bilər. Ona görə  də bu sərvətlərə ümid edib arxayınlaşmaq lazım 

deyildir.  Ən böyük sərvət insandır, özü də  mənəviyyatlı insanlardır. “...Xalqın  ən böyük 

sərvəti torpağın altında-üstündə olanlar deyil; dedi, insanların mənəvi keyfiyyətləri daha 

vacibdi; dedi, nə qədər ki, bu həqiqəti anlamamışıq, inkişafımız həmişə  yarımçıq qalacaq...” 

N.Əbdülrəhmanlı  cəmiyyət üzərinə yağdırdığı  saysız “niyə”lərlə bir növ özü hakim 

rolunda cəmiyyəti ittiham edir. Bu cəmiyyəti dəyişdirmək üçünsə heç bir təşəbbüsdə 

bulunmur. Daha sadə desək, öz haqqını tələb etmək üçün təşəbbüs göstərmir. M.F.Axundzadə 

demiş “zalımın atasını yandırmır, sadəcə yüngülvari giley-güzarla kifayətlənir”.  

“Yolsuz”un qəhrəmanı layiq olmadığından daha çox iddialıdır. Müəllif bunu 

qəhrəmanın dilindən etiraf edir: “Qorxurdum deyə səkkiz il qadının olmuş kimsənin ruhuna 

bələd olmağı, qəlbinə girməyi, ehtiyac duyduğunu başqalarında axtarmasına yol verməməyi 

bacarmamısansa bundan sonra nəyə iddia edə bilərsən, yollar basa-basa arayıb-axtarmağınım 

bir anlamı varmı?”. 

Bir gənc olaraq təbii ki, sovet dövrünü yaşamamışam. Amma bu dövrün mənfi və 

müsbət cəhətləri haqqında bəzi bilgilər  əldə etmişəm. Bu dövrə  məxsus rüşvətxorluq, 

süründürməçilikdən dəhşətə gəlməmək mümkün deyildir. “Yolsuz”da təsvir olunan hadisələr 

sovet cəmiyyətində baş verdiyindən burada qəhrəmana müəyyən qədər haqq qazandırmaq 

mümkündür. Amma bütövlükdə götürüləndə  əsər zəifdir. “...Şairin cəmi üç kitabı  çıxmışdı; 

biri bəxt qapısını  hərdənbir arxasızların üzünə  də aralayan sovet quruluşunda işıq üzü 

görmüşdü, üstəlik bir az qonorar da alıb xeyli xoşbəxt olmuşdu, ikincisini düz qırx yaşında bir 

xeyirxah Allah bəndəsinin hesabına buraxdırmışdı, daha doğrusu təsadüfən qəzetdə bir şeirini 

oxuyan o Allah bəndəsi şairi axtarıb tapmış, yaradıcılığı, maddi vəziyyəti ilə maraqlanmışdı; 

sonra da kitabını çıxartdırmağa boyun olub dediyini kişi kimi yerinə yetirmişdi”. 

Bu gün cəmiyyətimizdə bahalı maşınlarda gəzən, dəbdəbəli villalar tikdirən və bununla 

fəxr edən insanlar cəmiyyətimizdə yetərincədir. Özlərini hamıdan ağıllı sayan, amma bəsirət 

gözləri kor olan belə insanlar həyatda mövcud olan hər şeyin, hətta özlərinin də yalnız Allaha 

məxsus olduqlarını, bu nemətlərin sadəcə daşıyıcıları olduqlarını  dərk etmək istəmirlər. 

Müəllif  yazır: 

“...bu ev-eşik, bu var-dövlət, vəzifə, aradakı çəkişmələr anlamağın ağrılarını ört-basdır 

eləməkdən ötrüdür, sən də bunları yadımıza salan bir Allah bəndəsisən; qanmaz adamlara 

fikir vermə, dərviş, dedi, onlar elə anadan ruhsuz doğulurlar, ruh adamları səni sevirlər, bilir-

lər ki, sən Allaha bizdən daha yaxınsan, Allah da həmişə sevdiyi bəndələrini sınağa çəkir, bə-

zən də onu ruhundan ayrı salır; bir vaxt söylədiyin söz yadımdan çıxmır. Dərviş, dedi, dedin 

insan cisminin dərdini çəkdikcə ruhunu itirir, bilmirəm, o “sağlam bədəndə sağlam ruh olar” 

sözlərini kim deyib, bordaq cöngə kimi sağlam, amma ruhsuz adamları azmı görmüşük, dedi...”. 

Ruhi xəstə sayılan dərviş əslində xəstə deyil, əsil xəstə olan cəmiyyətin özüdür. Dərviş 

də bu xəstə  cəmiyyətin sağlam üzvüdür. Kefli İsgəndər də yaşadığı  cəmiyyətdə  dəli 

adlandırılırdı. Amma başdan-başa dəlilərdən ibarət olan o cəmiyyətdə Kefli İsgəndər yeganə 

ağıllı adam idi. Bu mənada kefli İsgəndərlə Dərviş arasında bir oxşarlıq var. Fərq onda idi ki, 

İsgəndər xalqın arasında yaşayır, Dərviş isə öz istedanını  təsdiq edə bilmədiyinə görə tərki-

dünyalığı seçib insanlardan kənar gəzirdi. Və o bu cəmiyyətdə heç də tək deyil. 

N.Əbdülrəhmanlının fikrincə cəmiyyətdə layiqincə tanınmaq üçün çoxlu əsərlər yazmaq 

mütləq deyil, bircə kitabla də tarixdə qalmaq mümkündür”. Elələri var, Allahın diqtə etdiyi 

bir-iki əsər yaradandan sonra çəkilib ömürlərini sükut içində başa vururlar, yazdıqlarının da 

söz sərraflarının yanında qiyməti böyükdü; bir də ki, dərviş haqlıdı, hər kəs gərək öz sözünü 

söyləsin, onda sözünün də, səsinin də çəkisi, rəngi, dəyəri daha aydın görünür, söz yiyəsinin 

mahiyyəti də ortaya çıxır, saxta dəyərlər çıl-çılpaq qalır”. Bu sözlər bütün mənası ilə 

N.Əbdülrəhmanlıya da aiddir.  




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

962



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

N.Əbdülrəhmanlının özəlliklərindən biri də odur ki, o, yazdığı bir çox əsərində növbəti 

əsərin anonsunu verir, süjetini qurur. “Yolsuz”da bir kor səyyah haqqında düşüncələrini ifadə 

edərək yazır: Gözlərim yetmiş il yolda gördüklərimdən doyub kor oldu, indi xəyalımdakı 

yolları əriş-arğac eləməkdən başqa əlacım yoxdu, Allah-təalanın verdiyi möhlət bitib, bunda 

sonra nə yaşasam qənimətdi; deyirdi, məmləkətdən çıxan illər  ərzində başımım tükü sanı 

yollar gördüm, amma qəfildən anladım ki, ALLAHIN YOLUndan başqa YOL yoxdu, bütün 

yollar O-na aparır, o Yoldan sapanlar yolsuzdan başqa bir şey deyillər...”. 

Adətən belə insanlar haqqında öldü, rəhmətə getdi yox, dünyasını  dəyişdi deyirlər. 

Sağkən canlı ölülər, heç kimin işinə yaramayan canlı ölülər, paxıllar cəmiyyətimizdə yetərin-

cədir. Bu gənc yaşımda  dəfələrlə belə halların şahidi olmuşam.  

QEYD: “Yolsuz” hələlik mətbuatda müzakirə olunmadığından biz əsərin təhlili zamanı 

digər mənbələrə istinad edə bilmədik. 

 

  

ÇAĞDAŞ AZƏRBAYCAN ROMANINDA TARİXİ GERÇƏKLİK                   

VƏ BƏDİİ HƏQIQƏT(ÇİNGİZ HÜSEYNOVUN                                          

“FƏTƏLI FƏTHİ” ROMANI FONUNDA) 

 

Arzu MÜRSƏLLİ 

BDU 

arzu.mursalova@gmail.com 

AZƏRBAYCAN 

 

Tarixi mövzulara, hadisə  və  şəxsiyyətlərə qarşı maraq müasir dövrdə  ən çox müraciət 



olunan janrlardan biri kimi tarixi romanın aktuallığını qoruyub saxlamaqdadır. Ə.Nicat, N.Hə-

sənzadə,  Ə.Cəfərzadə, Ç.Hüseynov kimi müəlliflərin yaradıcılığında tarixi romançılıq  ənə-

nələrinin uğurlu davamının, çağdaş  nəsrdə tarixi gerçəkliyin və  bədii həqiqətlərin müasir 

problemlərlə qarşılıqlı vəhdətdə təsvirinin şahidi oluruq.  

Tarixi romanın inkişafının müasir mərhələsində müəlliflər tarixi həqiqətlərin mövcud-

luğunu, baş vermiş real hadisələri şübhə altına almır, oxucuya qeyri-müəyyən suallar vermək-

lə onda keçmişə maraq yaradır, müasir insanı tarixin kitablarda yazılmayan, hər kəsə məlum 

olmayan tərəfləri haqqında düşünməyə və nəticə çıxarmağa vadar edir.  

Görkəmli roman ustası,  ədəbiyyatşünas, tənqidçi Çingiz Hüseynov özünün “Məhəm-

məd, Məmməd, Məmiş” , “Doktor N” , “Ailə gizlinləri” , “Fətəli fəthi” romanlarında müasir 

cəmiyyət üçün aktual olan bir sıra məsələlərə aydınlıq gətirmiş, bir xalqın, şəxsiyyətin taleyi  

fonunda ümumilikdə bəşəriyyəti narahat edən suallara cavab tapmağa nail olmuşdur. Yazıçı-

nın “sənədli fantaziya” adlandırdığı, baş qəhrəmanı Mirzə Fətəli Axundov olan “Fətəli fəthi” 

romanı tarixi-bioqrafik romanın janr xüsusiyyətləri ilə hüdudlanmayıb, özünəməxsus dil və 

üslub formasına görə çağdaş nəsrimizdə yeni tipli roman kimi qiymətləndirilir. Müəllif əsərdə 

xalqın taleyini, ona qarşı əsrlər boyu davam edən müstəmləkəçilik siyasətini, ölkənin bütöv-

lüyü məsələsini təsvir edərkən geniş zaman kəsiyində baş vermiş hadisələri işıqlandırır, həm 

tarixi sənədlər, həm də yazıçı təxəyyülü vasitəsilə səbəblərə aydınlıq gətirir.  

Tarixi dəqiqliyə sədaqətlə sənətkar təxəyyülünün düzgün nisbəti tarixi romanın mühüm 

estetik  şərtlərindən biridir. Yazıçı tarixi faktları onların təfsirlərindən çox incə  və  də-qiq 

şəkildə ayırmalıdır. Çingiz Hüseynovun özünün də qeyd etdiyi kimi, “Fətəli fəthi”  əsəri də 

sənədlər üzərində qurulan, lakin tarixi sənədlərin müasir gözlə oxunduğu bir romandır. Roman-

da Fətəli-Şamil, Fətəli-Nikolay və s. kimi görüş səhnələrini təsvir edən müəllif, bu hadisələrin  

həqiqətən  olduğunu iddia etmir, sadəcə olaraq “ola bilərdi və tarixə zidd deyil” qənaətindədir.  

Ənənəvi tarixi-bioqrafik romanlardan fərqli olaraq əsərdə Mirzə  Fətəli Axundov şəxsiyyəti 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə