Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə94/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   90   91   92   93   94   95   96   97   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

957



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

mahiyyətinin konkret olaraq müəyyənləşdirilməməsi də bu məsələ ilə məşğul olan tədqiqat-

çılar arasında fikir ayrılıqlarının yaranmasına gətirib çıxarmışdır ki, bu fikir ayrılıqlarının 

nəticəsi olaraq meydana çıxan çoxvariantlı nəşrlərdə kəskin fərqlər müşahidə olunmaqdadır. 

Deməli, bu problemin həllinə ilk növbədə “soylama nədir?” sualı ilə başlamaq lazımdır. 

Məsələ burasındadır ki, bu sualın cavabı hər nə qədər asan görünsə də, indiyədək nəşr olunan 

“Kitabi-Dədə Qorqud” mətnlərindən bir neçəsini (Məsələn, Samət  Əlizadə, Orhan Şaik 

Gökyay, Məhərrəm Erginin nəşrləri) diqqətli  şəkildə  nəzərdən keçirdikdə görürük ki, 

soylamalara sadəcə “oğuznamələrin nəzmlə söylənilən hissələri” kimi tərif vermək bir qədər 

çətinləşir. Belə ki, mətnlərin müqayisəsi zamanı belə bir mənzərənin  şahidi oluruq ki, 

müəlliflər bəzi hallarda soylamaları  mətnin digər hissələrindən fərqləndirməmişlər, daha 

dəqiq desək,  əksər hallarda üzərində soylama yazılmayan, ancaq poetik forma etibarilə 

soylamalarla eyni olan hissələrlə rastlaşırıq ki, bu da bir daha soylamaların bəzi müəlliflərin 

iddia etdiyi kimi təkcə qopuzun müşayiəti ilə söylənilən  parçalardan ibarət olması fikrini 

təkzib edir. Mətnlərin müqayisəsi zamanı ortaya çıxan digər bir problem isə ondan ibarətdir 

ki, soylama kimi verilən, lakin poetik forma etibarilə mətnin digər hissələrindən seçilməyən 

parçalar qarşımıza çıxır. Deməli, soylamaların yalnız qəhrəmanların müraciətindən ibarət 

olması fikri ilə də razılaşmaq olmaz. Bütün bu müşahidələr bir daha göstərir ki, soylamalar 

nəzm parçaraları anlayışının çərçivələrindən kənara çıxaraq bir çox xarakterik xüsusiyyətləri 

özündə  cəmləşdirir. Soylamaların sadəcə bir xüsusiyyətə malik olduğu fikrini qəbul etsək, 

əski oğuz şeirinin əhatə dairəsini məhdudlaşdırmış olarıq. Yuxarıda qeyd etdiyimiz məqamlar 

da bu qənaətə gəlməyimizə əsas verir. Onu da nəzərə almaq lazımdır ki, soylamalarda həm 

qəhrəmanların müraciəti var, həm qopuzla müşayiət olunma var, həm də  tərif, öygü var, 

soylamalar həcm etibarilə mətnin digər hissələrindən seçilsələr də, poetik forma etibarilə ilə 

digər parçalarla həm fərqli, həm də ortaq xüsusiyyətlərə malikdirlər, soylamalar həm ritmik 

nəsr, həm də mənsur şeir kimi oğuznamə mətnlərdə öz əksini tapır. Ən əsası isə “Kitabi-Dədə 

Qorqud” boylarındakı soylamalar bu abidədən daha qədim olan türk poetik sisteminin 

özəlliklərinin mühafizə olunduğu parçalardır. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, hər nə 

qədər “Kitabi-Dədə Qorqud” oğuznamələrində  nəzm və  nəsrin nisbəti düzgün 

müəyyənləşdirilməsə də, əksər hallarda soylamalar mətnin digər hissələrindən seçilir, lakin bu 

da tam şəkildə soylamaların oğuznamə mətnlərindəki mövqeyini, sərhəddini müəyyən etməyə 

imkan vermir. Bu problemin həllində başlıca meyar subyektivlikdən kənar tədqiqatların 

aparılmasıdır. Yalnız obyektiv yanaşma və sistemli, ardıcıl  şəkildə aparılan tədqiqatlarla 

soylamaların “Kitabi-Dədə Qorqud” oğuznamələrindəki sərhəddini dəqiq  şəkildə müəyyən 

etmək olar. Bu məsələdə  əsas istinad nöqtəsini də qeyd olunduğu kimi məhz oğuznamə 

mətnləri təşkil etməlidir.  

 

 

"KİTABİ DƏDƏ QORQUD" DASTANINDA SƏFƏR MOTİVİNİN 



İŞLƏNMƏ ÖZƏLLİKLƏRİ("QAZAN BƏYİN OĞLU URUZ                      

BƏYİN DUSTAQ OLDUĞU BOY"un ƏSASINDA) 

 

Nuranə KƏRİMOVA 

AMEA Folklor İnstitutunun 



qafarqafarov@gmail.com 

AZƏRBAYCAN 

 

Hər bir  xalqın  tarixi, həyat tərzi, fəlsəfi və  bədii-estetik təfəkkürü onun poetik söz abi-



dələrində özünü əks etdirir. İllər boyu tədqiqat obyektinə çevrilmiş "Kitabi Dədə Qorqud" 

eposu və onun süjet daxilindəki bir sıra motivləri xalqımızın qəhrəmanlıq şücaətinin gələcək 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

958



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

nəsillərə birbaşa ötürücüsüdür. Eposda çatdırılacaq ideya ilə sıx şəkildə əlaqəli olan səfər mo-

tivinin tədqiqata cəlb olunması və onun ayrı-ayrı boylarda müxtəlif təzahür formalarında inikas 

olunmasının araşdırılması xüsusi önəm daşıyır. Səfər eposda ana motiv olub öz dominantlığı 

ilə səciyyələnir və eyni zamanda, motivlər fəzası olmaqla tarixi düşüncəni epik ənənə ilə bağlayır. 

Eposun hər bir boyunda səfər motivinə rast gəldik və onu daha dərindən tədqiq etmək 

üçün boylara ayrı-ayrılıqda nəzər salmağı lazım bildik. Səfər motivi ilə zəngin olan "Qazan 

bəyin oğlu Uruz bəyin dustaq olduğu boy"da sözügedən motivi şərtləndirən bir sıra detallar 

vardır. Səfərə çıxmağa ilkin səbəb Uruz bəyin baş kəsib qan axıtmaması, ad qazanmaması və 

ya başqa sözlə desək, kişilik statusuna keçməməsidir. Məlumdur ki, hər bir qəhrəman öz 

igidliyini, əsasən, səfərlərdə göstərir. Bu səfərlərin hansı sonluqla yekunlaşacağını müəyyən 

edən detallar sırasında isə səfərəçıxmada olan məqsəd önəmlidir. Məkan baxımından, kosmos 

və xaos kimi iki qütbə ayrılan Oğuza və düşmən yurduna müəyyən ictimai toqquşmaları özün-

də əks etdirən bir neçə hərbi səfərlər edilir.  

İlk səfərdə məqsəd ov ovlamaqdır. Təbii ki, ov ovlamaq özlüyündə müəyyən detalları 

inikas etdirir. Bu kifayət qədər təhlükəli sayıla bilər. Ümumilikdə, sözügedən boyda edilən sə-

fərləri aşağıdakı kimi qruplaşdırmaq olar: 

1. Qazan xan və oğlu Uruzun ov ovlamaq üçün düşmən sərhəddinə yaxın ərazilərə 

səfəri. Qazan xan yeddi günlük azuqə ilə yola düşüb, oğlunu düşmən sərhəddinə, qılınc vurub 

baş kəsdiyi yerlərə aparır. Ovdan sonra  hər iki qəhrəman yuxuya gedir. Qəhrəmanın düşmən 

sərhəddində yuxuya getməsi və onun əsir alınması motivinə irihəcmli epik folklor nümunələ-

rində dəfələrlə rast gəlmişik. Burada vertikal və horizantal istiqamətlərdə edilən səfərləri qeyd 

etməliyik. Məlum olduğu kimi, hər iki qəhrəman horizantal istiqamətdə düşmən elinə səfər edir. 

Belə  səfərlərə eposun mətnində "aktiv" şəkildə rast gəlirik. Bu aktivlik dastan yaradıcılığı 

ənənələrinin mifik görüşləri üstələməsində özünü əks etdirir. Vertikal şəkildə edilən səfər isə 

passiv inikas zamanı yuxu vasitəsilə xaosa edilən səfərdir. Xaosa yuxu ilə edilən mifik səfər 

qəhrəmanın irəlidə ağır sınaqlardan keçəcəyinə də işarə edir. Bu dünya ilə o biri dünya arasın-

da keçid funksiyasını daşıyan yuxu digər tərəfdən isə inisiasiya− ölüb-dirilmə prosesilə özünü 

göstərir. 

Beləliklə, Uruz kafir elində dustaq olur. Onun dustaq olması növbəti səfərlərə zəmin ya-

radır. Qazan xan bu hadisədən xəbərsiz şəkildə Oğuz elinə yola düşür. 

2. Qazan xanın oğlunu xilas etmək üçün kafir elinə  −  Dərbəndə  təkbaşına hərbi 

səfəri. Qazan xanın ovdan oğulsuz gəlməsi Burla xatunu narahat edir. Bu hadisələr "Dirsə xan 

oğlu Buğacın boyu"nu xatırladır. Belə ki, hər iki boy ovdan atanın oğulsuz geri qayıtması ilə 

səciyyələnir. Qazan xan kafir elinə səfər edir. Bu səfərdə isə məqsəd Uruzu dustaqlıqdan xilas 

etməkdir. 



3. Burla xatunun kafir elinə səfəri. Xan qızı Qazan xanın gəlmədiyini görür və Qara 

ayğırını çəkib düşmən elinə səfər edir. "Koroğlu" dastanında bəy qızlarının Çənlibelə  səfər 

etdiklərini görürük. Bu səfərlərin geri dönüşü olmadığından onları səfər deyil, köç adlandır-

maq daha doğru olardı. "Kitabi Dədə Qorqud" dastanında isə qadınlar qılınc oynadır və 

kişilərlə birlikdə hərbi səfərlərə gedirlər.   

4. Oğuz igidlərinin Dərbəndə səfəri. Eposda oğuz igidlərinin birliyi bu boyda da özü-

nü göstərir. Məhz  bu birlik orta əsrlərin, eləcə də müasir dövrümüzün qəhrəmanlıq simvoluna 

çevrilən "Koroğlu" dastanına trasnformasiya olunur. Belə ki, Koroğlunun Eyvaz, Dəmirçioğlu 

və ya başqa igidləri dustaqlıqdan azad etmək üçün Çənlibeldən - kosmosdan düşmən elinə- 

xaosa etdiyi səfərlər, eynilə Koroğlu darda olan zaman Çənlibel dəlilərinin Koroğlunu xilas 

etmək üçün binasın qoyduqları  səfərlər Oğuz igidlərinin səfər rituallarından qaynaqlanır və 

onları xatırladır. 

Nəhayət, belə qənaətə gələ bilərik ki, burada səfərlərin çoxluğu süjetdaxili ziddiyyətlər-

dən irəli gəlməkdədir. Qəhrəman kişilik statusuna keçmək üçün səfərlərdə müəyyən sınaqların 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə