Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə93/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   89   90   91   92   93   94   95   96   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

955



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ NİTQ ETİKETLƏRINİN 

BƏZİ SEMANTİK-STRUKTUR FƏRQLƏRİ

 

 

İlahə ƏLİYEVA 

ADU 

ilakhazabilovna@yahoo.com 

AZƏRBAYCAN 

 

Dil vahidləri və vasitələri dil sistemində müəyyən funksiyaları yerinə yetirir. Funksiya 



ünsürün və ya elementin sistem daxilində müəyyən üsul və formada mövcud olması  və bu 

sistemə müəyyən  şəkildə xidmət göstərməklə  təyin olunur. Əgər bir tam kimi cümlənin 

funksiyası onun kommunikativ təyinatı ilə bağlıdırsa, onun elementlərinin, tərkib hissələrinin 

funksiyaları kommunikativ vahidi qurmaqdır. Cümlənin tərkib hissələrinin, ünsürlərinin kom-

binator imkanları cümlənin quruluşunda reallaşır. Cümlə əsas kommunikativ vahiddir. Bu kom-

munikativlik şərti cümləyə xas olan predikativlikdən irəli gəlir.  

İngilis dilində nitq etiketində imperativlər, əmr cümlələri az işlənir. İmperativlər çox za-

man sual cümlələri ilə əvəzlənir. İngilis dilinin bu qəbildən olan etiket qəliblərinin hərfi tərcü-

məsi semantik baxımdan başqa cür qavranıla bilər. 

Would you like to write this exercise? Bu cümlənin hərfi tərcüməsi belədir: “Siz bu 

tapşırığı yazmaq istəyirsinizmi?” Belə suala birbaşa doğru cavab “Yox, istəmirəm” ola bilər. 

Qeyd edilən halda adresatın ona olan müraciəti düzgün başa düşülməsi aşkara çıxır. Əslində, 

yuxarıdakı etiket qəlibi “Zəhmət olmasa, bu tapşırığı yazın” kimi başa düşülməlidir. 

Azərbaycan nitq etiketində imperativlik qeyd edilən tipli sual cümləsi ilə əvəz edilməsi 

yoxdur. Belə hallarda əmr cümlələrinin işlədilməsi məqbuldur. Ən nəzakətli halda əmr cümlə-

lərinin əvvəlinə “xahiş edirəm” qəlibi artırılır. Yuxarıda ingilis dilində olan nitq etiketi konst-

ruksiyası Azərbaycan dilində “xahiş edirəm bu tapşırığı yazasınız” formasında olacaqdır. 

Amerikalı biznesmen işə götürdüyü rus katibəsinin onun tapşırıqlarını yerinə yetirmə-

diyini narahat olur. Bu barədə dostuna danışanda məlum olur ki, o katibəsinə tapşırıq verərkən 

imperativləri sual cümlələri ilə əvəz edirmiş. Could you possibly type these letters? - Siz bunu 

çap edə bilərsinizmi? (Ola bilsin siz bunu çap edə bilərsiniz). Could you possibly trouble you 

to take a moment to do it? Siz vaxt tapıb bu işi görə bilərsinizmi? 

Rus dilinin nitq etiketində yuxarıdakı məzmunda olan cümlələr işin yerinə yetirilməsi-

nin o qədər də vacib olmadığını ona görə işdən ayrılmağın lazım gəlmədiyi kimi başa düşülür. 

İngilis nitq etiketində istifadə olunan bu cür struktur-semantik formaların Azərbaycan 

dilinə hərfi tərcüməsi anlaşılmayan və ya düzgün başa düşülməyən məna verir. 

İngilis etiket qaydalarında müəllim şagirdə, valideyn uşağa və ya digər işin görülməsi 

üçün  əmr cümləsi ilə deyil sual cümləsi ilə müraciət edir. Məsələn, ata oğluna  Could you 

switch the television off? “Sən televizoru söndürə bilərsənmi? –deyə müraciət edir. Əgər bu 

müraciətə reaksiya verilmirsə sonrakı müraciət You might like to switch the television off 

now “sən indi telefizoru söndürməyi bacararsanmı?” sualı səslənir. Əgər bu dəfə də nəzərdə 

tutulan iş görülmürsə  Would you ever switch that television off? “Sən haçansa televizoru 

söndürəcəksənmi?” sualı səslənir. 

Azərbaycan dilində nə imperativlərin, nə də direktivlərin yumşaldılması, istəyin dolayı 

yolla ifadə edilməsi geniş yayılmışdır. Azərbaycan dilində belə məqamlarda əmr cümləsindən 

istifadə edilir. Məsələn: Televizoru söndür. Dur televizoru söndür və s.  

Bu formalar etiket normalarını pozmur. Eyni xahiş bir qədər yad adama ünvanlandıqda 

nitq etiketi normalarına görə  əlavə nitq etiketi qəlibindən istifadə olunur. Məsələn, Zəhmət 

olmasa televizoru söndür. Xahiş edirəm televizoru söndür. Əgər baxmırsansa, televizoru 

söndür və s. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

956



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İngilis və Azərbaycan dillərində müxtəlif şəraitlərdə istifadə olunan nitq etiketi qəliblə-

rinin struktur-semantik təhlili onların fərqli xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir. 

Məsələn, restoran və kafedə ofisiantla dialoqda istifadə edilən nitq etiketi formalarında ingilis 

dilində sual formaları əsas hissəni təşkil edir. İngilis nitq etiketində ofisianta müraciətlə “Bring 

me the menu, please” müraciəti edilir. İngilis nitq etiketində bu məqamda “May/Can/Could I 

see the menu please?” sintaktik konstruksiyasından istifadə olunur. Azərbaycan dilində “men-

yunu gətirin”, “Zəhmət olmasa, menyunu gətirin”, “Menyunu olarmı?” kimi formalar işlədilir. 

Bu formaların heç biri etiket normalarını pozmur. Onların bir-biri ilə müqayisəli bir formanın 

digəri ilə müqayisədə qismən nəzakətli, qismən hörmətlə deyilmiş forma olduğu aydınlaşır. 

İngilislərdə valideynlər uşağa iş tapşıranda sual cümlələrindən daha çox istifadə edirlər. 

Would you go down to the shop for me? / Will you run down to the shop, please? / Could you 

possibly go to the shop? / Would you mind popping down to the shop? 

Bu formaların aşağıdakı  hərfi tərcüməsi vardır: Mənim üçün mağazaya gedərsənmi? 

Mağazaya getməzdin? Bəlkə mağazaya gedə bilərsən? Mağazaya getməyə etiraz etməzsən? 

Azərbaycan dilində daha çox “mağazaya get”, “qaç mağazaya” formaları, nadir hallarda 

“xahiş edirəm, mağazaya get” konstruksiyası qeydə alınır. Qadağan olunmuş yerdə saxlanmış 

maşının sürücüsünə yol müfəttişi ingilis etiket qaydalarına görə belə müraciət edir: Could you 



please move your car? / Would you please move it? / Would you mind moving it 

please?Maşının yerini dəyişdirməzdinizmi? Maşının yerini dəyişməyə etiraz etmirsiniz ki? 

Beləliklə, ingilis və Azərbaycan dili etiket normalarına görə istifadə edilən etiket 

formalarına aid imperativ və direktivlərin işlənməsində struktur-semantik fərqlər vardır. 

İngilis dilinin nitq etiketində istifadə olunan kommunikativlərdə kommunikantlar müsahibə 

təsiri azaltmağa, minimallaşdırmağa çalışırlar. Bu zaman onlar dolayı hökmlərdən,  əsas 

məqsəddən yayındırıcı formalardan istifadə edirlər. 

 

 

“KİTABİ-DƏDƏ QORQUD” OĞUZNAMƏLƏRİNDƏ                  



SOYLAMALAR PROBLEMİ 

 

Aygül AĞAYARLI (QURBANOVA) 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu 



aygul12@box.az 

AZƏRBAYCAN

 

 

Dilinin və poetik strukturunun zənginliyi ilə daima araşdırıcıların diqqət mərkəzində 



olan “Kitabi-Dədə Qorqud” oğuznamələri ilə bağlı kifayət qədər tədqiqat  əsərləri meydana 

çıxsa da, bir sıra problemlər hələ də öz həllini tapmamışdır. Bu problemlərdən biri də oğuzna-

mələrdəki soylamalarla bağlıdır. Belə ki, “Kitabi-Dədə Qorqud” boylarındakı soylamaların 

sərhəddinin dəqiq müəyyənləşdirilməməsi nəticəsində çoxvariantlı nəşrlər meydana çıxmışdır 

ki, bu da başlıca olaraq oğuznamələrin poetik forması ilə bağlı fikirlərin məhdudluğundan 

irəli gəlir. Əlbəttə, bu sərhəddin müəyyənləşdirilməsi heç də asan məsələ deyildir, problemin 

həlli üçün ilk növbədə hər bir boyun sistemli şəkildə araşdırılmağa ehtiyacı vardır. Çünki səthi 

müşahidələrə əsaslanaraq “Kitabi-Dədə Qorqud” oğuznamələrindəki soylamaların xarakterik 

xüsusiyyətlərini, mətnin başqa hissələrindən nə ilə fərqləndiyini, həmçinin ifa tərzini müəyyən 

etmək mümkün deyildir. 

“Kitabi-Dədə Qorqud”un bir çox nəşrlərinə müraciət etsək görərik ki, müəlliflərin soy-

lamalara olan münasibəti birmənalı deyildir. Belə ki, bəzi nəşrlərdə soylama kimi verilən his-

sələr digərlərində soylama kimi verilməmişdir. Bu da başlıca olaraq müəlliflərin məsələyə 

subyektiv xarakterli münasibətindən irəli gəlir. Həmçinin soylamaların xarakterik özəlliklərinin, 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə