Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə95/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   91   92   93   94   95   96   97   98   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

959



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

öhdəsindən gəlməli,  bu sınaqların yekunu kimi ad qazanmalı  və ya evlənməlidir. Evlənmə 

ritualı daha çox "Qanlı Qoca oğlu Qanturalı boyu" və "Baybörə oğlu Bamsı Beyrək " boyların-

da əks olunur. "Uşun qoca oğlu Səyrək boyu"nda isə evlənmə göstərilən sınaqlardan əvvəl baş 

verir. Sözügedən boy isə evlənmə ilə yekunlaşmır. Səbəb  qəhrəmanın öz igidliyini tam şəkil-

də göstərə bilməməsi və dustaq olmasıdır. Bu igidliyin sübutu və kişilik statusuna keçid "Salur 

Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy"da əksini tapır. Səfər motivi qəh-

rəman obraz yaratmaqda xüsusi rol oynayır və sözü gedən boyda Uruz bəyin səfərə çıxması 

bu qəhrəmanlığa gedən yolda atılan ilk addımlardır. 

 

 



AZƏRBAYCAN FOLKLORUNDA MİF VƏ NAĞIL MÜNASİBƏTLƏRİ 

 

Günеl VƏKİLOVA 

AMЕA Fоlklоr İnstitutunun 



gunel_novruzova@mail.ru 

AZƏRBAYCAN 

 

Folklorun geniş yayılmış janrlarından biri olan nağıllar zəngin forma və məzmuna, gen-



iş əhatə dairəsinə malikdir. Qədim dövrlərdən əcdadlarımızın mifik görüşləri və onların düşün-

cə  tərzi yaratdıqları nağıllarda öz əksini tapmışdır. Belə ki, nağıl mətnlərinin  əsasında mif, 

mifoloji düşüncə, inanclar, kultlar, mifoloji düşüncənin gərçəkləşdirdiyi əsatir mətnləri durur.  

Xüsusi vurğulamaq lazımdır ki, mənşəyindən danışarkən nağılların miflə  (əsatirlə) 

əlaqəsini nəzərdən qaçırmaq olmaz. Təsadüfi deyil ki, folklorşünaslıq elmi mifin nağılla 

bağlılığı məsələsinin tədqiqi əsasında  meydana gəlmişdir. Oxşar nağıl sujetlərini bir-biri ilə 

müqayisə edib araşdıran Qrim qardaşları keçən  əsrin 40-cı illərində “Mifoloji məktəb” adlı 

nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyənin əsasında mifin nağıla təsiri dururdu. (2, 128) 

Ümumiyyətlə, nağılla mifin əlaqəsi məsələsi üzərində bir çox alimlər tədqiqatlar 

aparmışdır. Azərbaycan alimləri Y.V.Çəmənzəminli, M.Seyidov, M.Təhmasib, P.Əfəndiyev, 

V.Vəliyev, A.Nəbiyev, O.Əliyev, R.Əliyev, R.Qafarlı və başqalarının monoqrafiya, dərslik və 

məqalələrində bu problemin həlli yollarına toxunulur. Mif və nağıl  əlaqəsində onları bir-

birindən ayıran cəhətlər də var.  Belə ki,  mif təbiət qarşısında aciz qalan insanların kortəbii 

inancından doğan obrazlar sistemidir. Nağıl isə xalq epik ənənəsinin özünəməxsus forma və 

məzmununa malik bitgin formasıdır.  

Nağıllardan fərqli olaraq miflər nəyinsə izahına və aydınlaşdırılmasına yönəlir, onlar 

əvvəl qeyri-şüuri şəkildə yaradılır, sonradan hansısa məqsədə yönəldilir.Nağıl isə ağlın, baca-

rığın, sağlam düşüncənin vasitəsi ilə həyatın rəngarəng şəkildə təsvir edərək marqlı sujet qur-

mağa xidmət edir. Bütün bunlarla yanaşı mif öz inanış formasından çıxaraq, bədiilik və obraz-

lılıq qazanaraq bəzən açıq şəkildə, bəzən də simvollaşmış halda nağıl sujetinə daxil olur. 

Görkəmli filosof, alim Ağayar Şükürov “Mifologiya” adlı əsərində yazır: “Bəzi tədqi-

qatçıların fikrincə, antik mifi nağılda adlandırmaq olar. Çünki nağıl xalq yardıcılığının məhsu-

ludur. Onlar şüurlu  şəkildə uydurulur, özü də  əvvəlcədən məqsəd və ideya məludur. Eyni 

zamanda həm nəql edən, həm də dinləyən danışılanların uydurma olduğunu başa düşür və ona 

şərti olaraq inanır”. (3, 6) 

Müxtəlif forma və  məzmuna malik mifoloji mətnlər sadə  və mürəkkəb qurluşlu olur. 

Nağıl sujeti-nin əsasında duran sadə qurluşlu mifoloji mətnlər daha yığcam, kiçik həcimli mi-

foloji mətnlərdir. Sadə qurluşlu mifoloji mətnlərdən fərqli olaraq, mürəkkəb qurluşlu mifoloji 

mətnlər nağıl sujetinin böyük hissəsini,  bəzən də bütün sujet xəttini əhatə edə bilir. 

R.Əliyev mifoloji mətnləri aşağıdakı kimi təhlil etmişdir: “Nağıl sujetinin əsasında 

duran mifoloji mətnlər irihəcmli olub, kiçik məzmun da daşıya bilir. Bu cəhətdən nağıllardakı 

mifoloji mətnləri iki yerə ayırmaq mümkündür: sadə qurluşlu mifoloji mətnlər, mürəkəb qur-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

960



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

luşlu mifoloji mətnlər. Sadə qurluşlu mətnlər nağılın tərkibində yaşayan kiçik mifoloji mətn-

lərdir. Mürəkkəb qurluşa malik mifoloji mətnlər demək olar ki, bütün sujet xəttini təşkil edir 

və hətta bu sujet xəttinin içərisində kiçik mətnlərdə daxil ola bilər. Nağılın bütün sujet xətti 

mifoloji mətndir. Ancaq bu sujet xəttinin içərisində kiçik mifoloji mətnlər də vardır. ” (1, 145) 

Ətrafdakı hadisələri dərk etməkdə çətinlik çəkən insanlar bu qorxu və acizliyin təsiri ilə 

müxtəlif hadisələrə inanmış, heyvan və  əşyaları ilahiləşdirərək onlara sitayiş etmişlər. Bu 

şəkildə öz inanclarını formalaşdırmağa, aciz qaldıqları hadisələrə müəyyən don geyindirməyə 

çalışmışlar. Nəticədə müxtəlif miflər, inanclar, kultlar, ayinlər və s. formalaşmışdır. Lakin 

şüur inkişaf etdikcə bu təsəvvürlərə inam azalmış, bu inanc və ayinlərin bir çoxu əhəmiyyətini 

itirərək unudulmuşdur. Bir qismi isə dildən-dilə keçərək müəyyən dəyişikliyə uğramış, bədiilik, 

obrazlılıq qazanaraq müxtəlif nağıl sujetlərinin tərkibində günümüzə  qədər gəlib çatmışdır.  

Bu da onu göstərir ki, bu günün adət-ənənələri, toy və yas mərasimləri ilə nağıllarımız arasın-

da birbaşa genetik əlaqə var.  

Y.M.Meletinski mifin nağılla  əlaqəsi haqqında yazır: “mərasim sona yetir, onun ilkin 

dini mahiyyəti, mifoloji hadisələrin həqiqiliyinə inam zəifləyir, bu zaman ayin və ritual da öz 

əhəmiyyətini itirir, unudulur, ilahi mənşəli mifoloji qəhrəmanlar adi nağıl qəhrəmanları ilə 

əvəz olunur, mifoloji zaman bilinməyən bir zaman tipinə çevrilir, əski dəyərlər yox olur, 

kollektivçilik itir, əvəzində şəxsiyyətin rolu önə çəkilir”. (4, 142) 

Mifoloji obrazlara bir çox Azərbaycan nağıllarında rast gəlmək olar. Məsələn: “Naşükür 

qız” na-ğılında qızın qoyun dərisi ilə libas dəyiş-məsi, “Göyçək Fatma” nağılında Fatmanının 

qardaşının sehirli bulaqdan su içərək inəyə çevrilməsi, meşəni təmsil edən və Fatmaya kömək 

edən qarı obrazı, “Məlikməmməd və Məlik Əhməd” nağılında su və alma mifoloji motiv və 

obrazlara misaldır. Göstərilən bu vasitələrin nağıllardakı  vəziyyətləri də mifoloji aspektdən 

izah olunur. 

Beləliklə, Azərbaycanın qədim xalq yardıcılığı örnəklərindən biri olan nağıllar mifoloji 

motivlərlə  zəngindir. Bu isə  tədqiqatçılarımıza xalqımızın ilkin təsəvvürləri, adət-ənənələri, 

inamları haqqında bir çox  məsələləri araşdırmağa imkan verir. 

 

 

NƏRİMAN ƏBDÜLRƏHMANLININ “YOLSUZ”                              



ROMANI HAQQINDA DÜŞÜNCƏLƏRİM 

 

Yeqzar CƏFƏRLİ 

Qafqaz Universiteti 



yeqzar_91@mail.ru 

AZƏRBAYCAN 

 

Qaldırılan problemlərin oxşarlığı cəhətdən “Yolsuz”u özündən əvvəl yazılmış əsərlərin 



davamı hesab etmək olar.  İlk hekayələr, povest və romanlarında olduğu kimi burda da nakam 

insanlardan, tale qisməti, alın yazısından söhbət açılır. Daha əvvəlki əsərlərinin təhlili zamanı  

qeyd etdiyim kimi onun qismət konsepsiyasında bir ziddiyyət vardır. N.Əbdülrəhmanlının 

qəhrəmanları gah  taleyi ilə barışaraq bütün bunları Allahın qisməti sayır, gah da üsyan edib 

elə bu qismətə qarşı çıxırlar. “Əslində bu vaxtacən bir dəfə də olsun qismətimdən narazılığımı 

dilimə gətirməmişdim, ümidsiz günlərimdə belə, hardansa qapı açılacağına altıncı duyğumla 

duyurdum...” 

 “Yolsuz”da müəllifin cəmiyyətə, ailəyə, qadına münasibət maraq doğurur. “Bu xanım 

aktrisadı, incəsənət adamıdı, hamının tayı ola bilməz, hamı onunla yanaşı dura bilməz, 

sənətkar gərək kütlədən fərqlənsin”. Fikir verin, psixoloq bu düşüncələri ilə özü onun doğru 

yoldan azmasına  şərait yaradır. Arvadının oynaşı olmasını bilə-bilə ona güzəştə gedir. Bu 

sözlər həqiqətən də bir Azərbaycan kişisinə aiddirmi?  




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə