Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə86/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   82   83   84   85   86   87   88   89   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

941



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İLYAS ƏFƏNDİYEVİN "GERİYƏ BAXMA , QOCA"ƏSƏRİNDƏKİ 

QADINLARIN TİMSALINDA ANA OBRAZI 

 

Pərvanə KƏRİMOVA 

Qafqaz Üniversiteti 



ince_kapli@hotmail.com 

AZƏRBAYCAN 

 

Geriyə bax , qoca! orda sən keçmişi görəcəksən , bəlkə də xatırlamaq istəmədiyin əzablı 



anları, həyatını  dəyişən o günləri xatırlayacaqsan . Amma nə qorx nə  də geriyə  çəkil  , bu 

keçmişdə şirin xatirələrin yatır . Qulaq ver bu xatirələrə nənənin danışdığı əhvalatlara , ananın 

laylasına . Körpü yarat uzaq keçmişlə bizim aramızda , icazə ver bu körpüdən boylanıb arada 

keçmişimizə baxaq , unutmayaq nənələrimizin , babalarımızın həyatını , gələcəyimizə işıq sal-

sın bu xatirələr . Öz ağlı , fərasəti ilə canişinin rəğbətini qazanan Xanım nənələrdən əhdə sə-

daqətdə, məğrurluqda Səkinə xanımdan, övladlarına ,obasına etdiyi xəyantin  əvəzini görən 

Qızyetərin başına gələnlərdən xəbər tutsunlar. Qoy gənclərimiz,  qız-gəlinlərimiz bu qadınla-

rın həyatını öyrənib onları bir qadın və ana kimi etdiyi fədakarlıqlardan dərs alsınlar.  

Əsərdəki bu qadınlar müəllifin keçmişinin bir parçası, anası, nənələridir və bunları 

birləşdirən  əsas ortaq cəhətlərdən biri onlara verilən ad, ana adıdır. Amma bu qadınların 

taleləri bir-birinə  bənzəmir . Bəzisi hələ övladları körpə ikən  onları  tək böyütməli olur , 

bəzənsə bunun ağırlığına dözməyib övladlarını atıb gedir . Bəs bunların hər ikisinə  də ana 

demək olarmı ? Dünyanın bütün naz nemətlərindən əlini çəkib tək övladını böyüdən Xəlsə , 

Səkinə kimi qadınlara qarşı haqqsızlıq olmazı Qızyetərə də ana adı verilsə ?  

Ana adına sahib olan gərək övladını qoruyub müdafiə etsin , istər Fazil kimi şikəst bir 

övlada sahib olsun istərsə də Murad kimi ağıla düşüncəyə və ya Qaraca kimi qocaq olsun fərq 

etməz . Lakin Qızyetər tab gətirmir bu yükün ağırlığına və övladlarını atıb gedir . Muradın dili 

ilə desək insan ağlına sığışdıra bilmir bir ananın bu cür hərəkətini . Bəlkə də Qızyetərin bu 

hərəkətinə aramızda haqq qazandıranlarda olacaq , ərinin ailəsinin ona qarşı münasibətini 

misal göstərərək. Lakin səbəb nə olur olsun bu ona haqq qazandırmamalıdır.  

Bəs Fatma qarının övladları arasındaki ayrı seçgiliyinə nə ad verməli ? Məni ana obrazı 

ilə bağlı düşündürən əsərdə əsas cəhətlərdən biri Fatma qarının iki ayrı övladına, oğluna qarşı 

münasibətidir. Niyə bu qadın birinci ərindən olan oğluna qarşı bu qədər biganə olarkən , onu 

hər zaman təhqir etsədə Nuru kimi bir oğul onun daima narahatcılığına səbəb olur. Bəzən 

hətda haqq qazandırmaq üçün bu qarıya keçmişdə yaşadıqlarını xatırlamamaq üçün mü geriyə 

baxmır deyə düşünürəm ama yenə də bu ona haqq vermir. Axi o, anadır və bir ananın bu cür 

davranışına heç çür haqq qazandırmaq olmaz. Ana və qadın arasında əslində böyük fərq var . 

Hər kəs ana adına sahib ola bilmir . Ana, yeri gələndə öz oğlunun qatilini belə  xəstəlikdən 

sağaltmağa qadirdir . Hüseyin Cavidin anası öz oğlunun qatilini evində qoruduğu kimi Ballı 

qarı da evində  oğlunun qatilini xəstəlikdən qurtarır. O zaman Ballı qarınının sözlərini 

xatırlayıram mən anayam deyir. Oğlunun ölümünə  səbəb olan bu hökümdarın övladını ana 

olduğu üçün sağaldır , ama eyni zamanda bir qadın olaraq oğlunun intiqamını alır. Təkcə bu 

misal ana adının qüvvəsini, qüdrətini göstərməyə kifayət edir deyə düşünürəm. 

Əsərdə  ana obrazı ilə yanaşı bir parçada da olsa ögey ana leymotivi də yer alır və ögey 

ananı Murad dünyanın  ən qəddar məxluqu adlandırır. Anasını itirmək bir gün ögey ananın 

ixtiyarıda qalmaq onu daim qorxudur. Əslində bu qadına ana demək olarmı? İstər ögey olsun 

istər sə  də doğma, ana elə bir əl çatmaz varlıqıdır ki, heç vaxt ayrı seçgilik etmir uşaqlar 

arasında. Misal olaraq Yaqut xanıma nəzər salmağınızı istərdim. Qızyetərin atıb getdiyi 

uşaqlara qarşı bir mərhəmət var, Abdulla Qaracaya acıqlananda müdafiəsinə qalxır, bəzən 

xəlvət uşaqlara yemək belə göndərir. Yaqut xanım ana obrazı olaraq hər cəhətdən əsərdəki bir 

çox qadınlardan öndədir deyə düşünürəm . Əsərdəki qadınlar, onların taleyi haqqında çox da-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

942



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

nışmaq olar lakin mən qısa misallarla çalışdımki, müəyyən qədər əsərdəki qadınların bir qadın 

kimi xüsusiyyətlərini yox, ana kimi məsuliyyətlərini və əməllərini təhlil edim. Sonda isə əsər-

də fərqli xarakterlərə və düşüncələrə sahib bu qadınlardan hansının ana adına layiq olduğunu 

müəyyənləşdirməyi oxucuların öhdəsinə buraxıram. 

 

 



VAQİF HÜSEYNOVUN SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ 

 

Niyaməddin HAŞIMOV 

Qafqaz Universiteti 



nhasimov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tarixi onun ayrı-ayrı bölgələri ilə birlikdə bü-



tövlük təşkil edir. XX əsrin 50-60-cı illərində Azərbaycan ədəbiyyatında  yeni ədəbi qüvvələr 

içərisində öz üslubu, geniş diapazonu, incə yumoru ilə tanınan Lənkəran ədəbi mühitinin yazı-

çılardan biri də Vaqif Hüseynovdur. 

  “Göylər” adlı ilk mətbu şeiri məhz 1958-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc 

olunmuşdur. 1967-ci ildə onun ilk povesti “Sevərək yaşayanlar” çap edilmişdir. Ölümündən 

sonra isə onun şeirləri “Vətən sənə borcum qaldı” adı altında bir kitabda toplanmış və 1996-cı 

ildə “Dünya” nəşriyyatı tərəfindən nəşr olunaraq sənətsevərlərə təqdim edilmişdir.   

 V.Hüseynov Azərbaycan  ədəbiyyatında tam öyrənilməsə  də, yaradıcılığı  tədqiqata az 

cəlb olunsa da, onun şeirləri saf, büllur bulaq suyu kimi insanın qəlbinə hopur. Onun əsərləri 

insana hörmət etmək, insanın haqqını qorumaq, təbiətlə vəhdətini, məhəbbətin insanı təmizlə-

diyini, saflaşdırdığını təbliğ edir. 

Ədibin yaradıcılığında təbiət lirikası da əsas yer tutur. Onun şeirlərində doğma yurdun 

başıqarlı dağları, güllü-çiçəkli yaylaqları, bulaqları, lalə-nərgizli yamacları, otları, ocaqları, 

quşları, otlaqları, heyvanları bədiiliklə canlandırılır. Bu şeirlərdə təbiət insanların ilk məskəni 

– beşiyi kimi mənalandırılır. Şair təbiət gözəlliklərinin vəsfindən yorulmur, obrazlı dillə, bədii 

boyalarla yaşadığı torpağı nəzmə çəkir və bundan usanmır.  

Vaqif əsl vətənpərvər şairdir. O, yaşadığı Lənkəranı dönə-dönə vəsf edir, onun əzəmə-

tini, qüdrətini oxucuya poetik dillə çatdırır.  

Lənkəran deyəndə qabarır sinəm, 

Onun sinəsində ehtişama bax. 

Lənkəran tükənməz, zəngin xəzinəm

Bir tərəfi dəniz, bir tərəfi dağ. 

deyən şair bu dörd misra ilə vətənini oxucunun gözləri qarşısında canlandırır. Şair kai-

natı şeirə, Vətənini isə “bu şeirin ən gözəl bəndinə” bənzədir. “Lənkəran” sonetlər çələngində 

deyir: 


...Ana təbiətə mat qalmışam, mat, 

Duzlu bir şeirdir sanki kainat. 

Lənkəran bu şerin ən gözəl bəndi. 

Vaqif poeziyasında insanın əzəməti, onun xariqələr yaratmağa qadir olduğu da xüsusilə 

vurğulanır.  

Qəzəbimi sıyırmışam düşmən duyub 

tir – tir əsib, 

Neçə - neçə cahangiri burda kinim 

bir – bir əzib. 

Məlul – müşkül durmamışam bir qonağam 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə