Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə77/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   73   74   75   76   77   78   79   80   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

923



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

    Qara 

polat 

uz 

qılıncın vergil mana,   

 

 

    Sadağında səksən oqun vergil mana.  

 

 

 

 

 

 

Ağ tozluca qatı yayın vergil mana,   

 

 

 

 

 

 

Kafirə mən varayın,   

 

 

 

 

 

 

 

 

Yenidən toğanın öldürəyin, 

    

 

 

 

 

Yenümlə alnum qanın bən siləyim, 

   

 

 

 

 

Ölürsəm, sənin uğruna bən öləyim, 

   

    Allah 

Taala 

qorsa, 

evini 

bən qurtarayın!-dedi.    

Bu nümunədə də görürük ki, ilk altı misrada xəbərlə tamamlıq öz yerlərini dəyişərək in-

versiyaya uğramışdır. Və yuxarıda da qeyd etdiyimiz kimi, burada obyektiv sıradan fərqli ola-

raq, subyektiv sıradan istifadə olunmuşdur. Bu sıralanmanı emosional söz sırası adlandırmaq 

olar. Bu nümunədə bir məqamı da qeyd etmək lazımdır ki, burada leksik təkrardan da istifadə 

olunmuşdur. Belə ki, “aydır” felinin “dedi” feli ilə, yəni sinonimi ilə əvəz edilməsi həm nor-

mativlik baxımından baş verir – dili ağırlıqdan xilas edir, həm də üslubi yük daşıyır. Eyni za-

manda bu iki söz “aydır-dedi” mətni başlayır və tamamlayır, başqa sözlə mətni çərçivəyə salır. 

Yuxarıda göstərdiyimiz nümunələrə  əsaslanaraq da deyə bilərik ki, şeirlərdə - nəzm 

əsərlərində sözlərin və komponentlərin yerdəyişməsinə daha çox rast gəlirik. Və buradan da 

belə qənaətə gələ bilərik ki, söz sırası əsərin janrı ilə də bağlıdır. Yəni, nəsrlə yazılmış əsərlər 

şeirdən fərqləndiyi kimi, elmi əsərdə də söz sırası hər cür bədii əsərdən fərqlənir.    

Bütün dediklerimizi ümumiləşdirib deyə bilərik, mətnin komponentlərini təşkil edən 

cümlələr eyni hüquqlu deyildir. Yəni, mətndə sıralanan cümlələrdən biri mərkəzi rol oynayır. 

Digər cümlələr isə mərkəzi cümlədə qoyulan fikri açmağa, onu tamamlamağa xidət edir. Və 

nəticədə fikrin-mənanın açılması prosesində sonrakı cümlənin strukturunda dəyişiklik baş 

verə bilər. Yəni, mətndə cümlə - komponent inversiyaya məruz qalır. 

 

 



“OĞUZNAMƏ”DƏ KEÇMİŞ ZAMANIN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ 

 

Günay İMAMƏLIYEVA 

Sumqayıt Dövlət Universiteti 



gunayimamaliyeva@gmail.com 

AZƏRBAYCAN 

 

Feilin zamanları zəngin məna və sintaktik xüsusiyyətləri ilə yanaşı bir sıra üslubi xüsu-



siyyətlərə  də malikdir. Üslubi xüsusiyyətlər deyərkən,  əsasən, keçmiş zamanların bir-birini 

əvəz etməsi, keçmiş zamanın isə indiki zamanı əvəz etməsi və s. nəzərdə tutulur. 

A.Axundov yazır: “Azərbaycan dilində keçmiş zaman iki forma: şühudi keçmiş və nəqli 

keçmiş formaları ilə ifadə olunur. Bunlardan birincisi daha çox hərəkəti, digəri isə hərəkətin 

nəticəsini ifadə edir. Bunlardan birincisi  hərəkəti şahidlik yolu ilə bildirir, digəri isə nəql edir. 

Məna müxtəlifliyi bu zamanları qrammatik düzgünlük cəhətdən qarşı-qarşıya qoyur və 

onların işlənmə yerlərini müəyyənləşdirir”  

Ədəbi dildən fərqli olaraq bədii dildə bəzən nəqli keçmiş şühudi keşmişlə, şühudi keş-

miş nəqli keçmişlə əvəz oluna bilir. Bu da, daha çox müəllifin hərəkətimi, yoxsa hərəkətin nə-

ticəsinimi daha qabarıq şəkildə ifadə etmək istəyindən asılı olaraq dəyişir. 

Keçmiş zamanın üslubi xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 

1)  Şühudi keçmişin nəqli keçmiş zamanı  əvəz etməsi. Aşağıdakı nümunələrə  nəzər 

yetirək: 

Aqçacığın var ikən “dobra yunaq” dedilər, 

Aqçacığın yedilər, “poydi z boğom!” dedilər.

 25 


Budur qanun ki, sevdilər sevəni, 

Könüldən savdılar gözdən savanı.

 71 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

924



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Qartala oq toqunmuş, oq yeləgin göricək “bana bəndən oldı” demiş

 140; Könül yap-



dın, əriş yapdın; könül yıqdın, əriş yıqdın

150; 


Gəldünsə, gerü var

Hər nəsnənin yeri var.

 154 


Gögdən nə yağdı ki, yer anı yutmadı

 156; Gögdən dörd kitab endi, beşinci kötək, 157; 



Verəsiyə aldım, yabanda buldum sandum, 

İssi aqçasın istəyicək canalıcı sandum.

 167 


 

Göyənlər xardan xurma yedilər

Qoruqdan səbr ilə xalva yedilər.

 172 


Göründüyü kimi, bu nümunələrdə şahidlikdən daha çox nəql etmə, hal və ya hərəkətin 

nəticəsi özünü göstərir. Formaca -dı



4

 – şühudi keşmiş zaman vasitəsi ilə ifadə olunsa da, məz-

munca nəqli keçmiş zaman mənasını ifadə edir. 

Azərbaycan dilində bu xüsusiyyətlər üslubi xüsusiyyətlər hesab olunsa da, bəzi türk dil-

lərində bu norma kimi qəbul edilib. 

G.Fəxrəddin qızı bu haqda yazır: “Azərbaycan və türk dillərində -mış şəkilçili keçmiş 

zaman formasının olmasına baxmayaraq çox vaxt türk dilində bu zaman –dı şəkilçisi ilə verilir. 

Türk dilində bu norma sayılsa da, Azərbaycan dilində üslubi xüsusiyyətlər hesab olunur” 

180. 

2) İndiki zamanın şühudi keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə nəzər yetirək: 



Oğlan evləncək “Bəg  oldum”sanur

24;  Xorata  xordu, xorata ilə kişi kafirolur91; 



Gördün kim, buçuq mövt, bəla gəlür; sən bir mövt olup, qarşu var

146; Kosa ilə dost olayım 



deyirsən, “saqalun gəlürdi

153. 


Burada –ır

4

 indiki zaman şəkilçisini asanlıqla şühudi keçmiş zamanın şəkilçisi ilə əvəz 

etmək olar. 

3) Qeyri-qəti gələcək zamanın nəqli keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə 

nəzər yetirək: 

Bu şimdiki zəmanəyə gül yaramaz, dikən olar, 

Əriylə dost oluban, övrəti... yarar.

68 


 

Qurda “Boynun neçün yoğundur?” demişlər, 

“İşüm kimsəyə inanmazın” demiş.

141 


 

Birinci nümunədə asanlıqla qeyri-qəti gələcək zaman şəkilçisini –ıb



4

 şəkilçisi; ikinci nü-

munədə isə -mamış

2

 nəqli keçmiş zamanın inkar forması ilə əvəz etmək olur. 

Eyni zamanda, ədəbi dilimizdə bir qrup sözlər vardır ki, onlar nəqli keçmiş zaman şəkil-

çisi ilə işlənsə də, məzmunca indiki zamanı ifadə edir. Həmin sözlər haqqında N. Məmmədov 

yazır: “Nəqli keçmiş zaman hal, vəziyyət bildirən (oturmaq, durmaq, qalmaq, yatmaq, dayan-

maq, uzanmaq, söykənmək) feillərlə işlənərək, həm də indiki zamanı bildirir”. 

Doğrudan da, oturmuşam, durmuşam, qalmışam, yatmışam, dayanmışam, uzanmışam, 



söykənmişəm və s. kimi sözlər formaca nəqli keçmiş zamanda işlənsə də, əslində indiki zaman 

məzmununu ifadə edir. 

4)  Şəkilçinin ixtisara uğraması. Keçmiş zamanın üslub xüsusiyyətləri yalnız nəqli və 

şühudi keçmişin bir-birini əvəz etməsi, keçmiş zamanın indiki və gələcək zamanla ifadə olun-

ması ilə məhdudlaşmır. 

Bədii dildə bəzən üslubdan asılı olaraq şəxs sonluqları və ya şəkilçilərin saitləri ixtisar 

olunur. Bizcə, bu xüsusiyyəti də keçmiş zamanın üslubi xüsusiyyətlərinə daxil etmək olar. 

Aşağıdakı nümunələrə nəzər yetirək: 



Dünyada ölüm olmasa, adam adam ətinyerdi

, 101; Kəl bulsa, kəndü başın xoş eylərdi 

,145. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə