Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə75/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   71   72   73   74   75   76   77   78   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

919



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təkamülünə qısa nəzər salaraq, “yeni hekayə”nin yerini də araşdırmışdır. Həmin kitabda həm 

müxtəlif tənqidçilərdən verilmiş sitatlar, həm də müəllifin şəxsi qənaətləri “yeni hekayə”nin 

öyrənilməsində əlverişli vasitədir.  

Bəs müаsir  Аzərbаycаn nəsrində  hеkаyənin yеri nеcədir? 60-cı illərdən bəri  ədəbi 

tənqidin cаvаbını vеrməyə çаlışdığı suаllаrdаn biri də budur. Еlçin “Tənqid və ədəbiyyatımı-

zın problemləri” adlı məqаləsində оnu “fоrmаlаşmış, məхsusi bir jаnr” kimi qiymətləndirir və 

göstərir ki, bu gün hеkаyə ən yахşı nümunələrində mövcud mənəvi ictimаi prоblеmləri, оn bеş, 

iyirmi il bundаn əvvəlkinə nisbətən dаhа hərtərəfli əhаtə еdir və ən bаşlıcаsı isə, bu prоblеmа-

tikаnın bədii  еstеtik təcəssümü  хеyli dоlğundur. Tənqidçi müаsir  Аzərbаycаn hеkаyəsinin 

əldə еtdiyi nаiliyyətlərin dörd əsаs cəhətlə bаğlı оlduğunu yаzır: 

а)  Mövzu rəngаrəngliyi;  

b)  prоblеmаtikа vüsəti;  

c)  хаrаktеrlər qаlеrеyаsının zənginliyi;  

ç) sənətkаrlığın аrtmаsı, еstеtik kаmillik.  

Elçin hekayənin XX əsrin sonlarına doğru  əldə etdiyi nəaliyyətləri yüksək qiymətlən-

dirir, amma milli ədəbiyyatımızın  ən böyük bəlası olan epiqonçuluğun, təkrarçılığın hekayə 

janrını da öz qucağına almasını diqqətdən qaçırmır. Əlbəttə, tənqidçi, 70-ci illər Аzərbаycаn 

hеkаyəsinin vəziyyətini ümumimləşdirərkən yаrаnmış bütün nümunələrin idеyа-bədii cəhət-

dən mükəmməl оlmаsı fikrindən uzаqdır. Əksinə, 70-ci illərdə bu jаnrın mənzərəsini vеrərkən 

“şеir  ахını ilə” qоşа  аddımlаyаn “hеkаyə  ахını”ndаn “ədəbi bəlа”kimi dаnışmаqlа  yаnаşı, 

istеdаdlı  sənətkаrlаrın qələmindən çıхаn idеyа-bədii cəhətdən zəif  əsərlərə  tənqidin “göz 

yummаsı”nın dа yоl vеrilməz оlduğunu bildirir. 

Eyni zamanda qeyd etmək lazımdır ki, yeni nəsrin daha da gücləndiyi 70-ci illər ədəbiy-

yatında hekayə janrı klassik ədəbi  ənənələrimizi özündə  cəmləşdirir. Tənqidçi V.Yusiflinin 

“Dövrün mоzаikаsı”  аdlı icmаl məqаləsindəki 70-80-ci illərdə bu jаnrın  ədəbiyyаtımızdаkı 

mövqеyi ilə  bаğlı  bəzi qənаətləri bu baxımdan mаrаq dоğurur.  İlk növbədə  о, sоn illərin 

hеkаyələrində ənənəyə güclü bаğlılıq görür və bu bаğlılığın kоnkrеt tərəflərini müəyyənləş-

dirir: İdеyаlılıq, хəlqilik, dövrün, zаmаnın ən mühüm mətləblərini yığcаm şəkildə ümumiləş-

dirmək, lаkоniklik, psiхоlоgizmə mеyl klаssik hеkаyələrimizdən gəlir 

 

 

 



 

M.Ə. SABİRİN BƏDİİ TİPLƏRİ İCTİMAİLYİN FƏRDİ TƏZAHÜRÜNDƏ 

 

İnci NAĞIYEVA 

Qafqaz Universiteti 



nagiyeva_80@mail ru 

AZƏRBAYCAN 

 

Mirzə Ələkbər Sabirin yaradıcılığı  Azərbaycan ədəbiyyatında öz məzmunu, poetik qu-



ruluşu, estetik strukturu baxımından yeni bir səhifə hesab olunur. Onun yaradıcılığında 

diqqəti cəlb edən  əsas məsələlərdən biri satira – tiplər aləmidir.Sabirəqədərki Azərbaycan 

poeziyasında satira özünə müəyyən qədər yer alsa da, etiraf etməliyik ki, Sabir biçimində, 

üslubunda davamlı şəkildə olmamış, satirik poeziya sahəsində Sabir şeiri ucalığına yüksəlmə-

mişdir. Sabirin yeni tipli satirasında gülüş ilk baxışda görünmür, sənətkar ciddi şəkildə, az 

qala inandırıcı halda sözünü deyir, yaxud ifşa etdiyi tipi danışdırır, nəticə  çıxarmağı isə 

oxucunun ixtiyarına buraxır. Sabir gülüşü əslində göz yaşları içində olan gülüşdür. Təsadüfi 

deyildir ki, Sabir gizli imzalarından birini “Ağlar güləyən”  şəklində işlətmişdir. 

Böyük satirik şairimiz tipin xarakterini yaradarkən müxtəlif  üsul və vasitələrdən 

istifadə etmişdi. Tipik şəraitin və hadisələrin təsviri, xarakterin fərdi səciyyələrinin realist 

təqdimatı satirik şairin tip yaratmaq sənətkarlığının atribusiyasını  təşkil edir. Şair xarakter 

yaradarkən real obrazların ümumiliyinin fərdi təzahürünə, onların satirik fonda portretlərinin 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

920



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təsvirinə, fərdi–poetik nitqinə xüsusi əhəmiyyət verirdi. Satirik tipin dilindən verilən  hər han-

sı bir söz bədii stukturda müəyyən funksionallıq  qazanır, onun obrazının tamamlanmasında 

əsas rol oynayırdı. 

Bəzən ədəbiyyatşünaslıqda  sosioloji tiplə ədəbi tip qarışdırılır. Biz yaxşı diqqət etsək, 

bu iki tipin hər birinin öz prinsip və qanunauyğunluqları vardır və onları bir – birinə qarışdı-

rmaq yanlışdır. Biz əgər təhlil etdiyimiz tipin yalnız ictimai məzmunundan danışırıqsa, deməli 

biz tip mövzusundan deyil, sosioloji mövzudan söhbət açırıq. Sosiologoyada tipin fərdiliyi 

məsələsi bir tendensiya olaraq ortaya qoyulmur və bu, bir məsələ olaraq izlənilmir. 

Y. Qarayev  “Tənqid: problemlər, portretlər” kitabında satira və M. Ə. Sabir tipləri ilə 

bağlı müəyyən fikirlər irəli sürür: “Sabir  qəhrəmanları əksərən “adsız qəhrəmanlardır”. Nov-

ruzəli, Usta Zeynal, Məmmədhəsən əmi, Baqqal Məşədi Rəhim – fərdi realist tiplərin adların-

dan ibarət belə mükəmməl siyahını “Hophopnamə”dən tərtib etmək qeyri – mümkündür... 

Sabir satiralarında təkliyin, fərdiliyin yox, məhz çoxluğun, kütləviliyin stixiyası əks olunmur-

mu?... “Hophopnamə”dəki satirik monoloqlardan heç biri ayrılıqda bir burjuyun oxuduğu 

“solo” deyildir, bəlkə, əksinə, bütün burjuyların birlikdə ifa etdikləri qəribə bir xor misalın-

dandır. Bu, artıq “eyni bir ictimai ölüm və matəm mahnısı oxuyanların” vahid xoru idi”. 

Təkcə Y. Qarayev deyil, əksər tənqidçi və  ədəbiyyatşünas alimlərimiz bu fikirlərlə 

razılaşırlar və düşünürlər ki, Sabir tipləri yalnız ümumi - ictimai səciyyə daşıyır.  

Bəli, Sabir satiralarında “adsız qəhrəmanlar” çoxdur, amma bu bizə heç bir əsas vermir 

ki,  həmin qəhrəmanlara ümumiliyin bir parçası kimi baxaq. Əlbəttə,  şairin xüsisi adlardan 

istifadə etdiyi satiraları da var. Bir düşünün, əgər Sabir hər şeirindəki pesonaja bir ad qoysa 

idi, nə  dərəcə gülünc bir vəziyyət alınardı. Biz dünya ədəbiyyatına və milli ədəbiyyatımıza 

diqqət yetirsək, xeyli miqdarda adı olmayan, amma süjetin əsas və qaynar xəttini təşkil edən 

qəhrəmanlara rast gələ bilərik. 

Ümumiyyətlə, ədəbiyyatda və ya ədəbi təhlil zamanı biz tiplərin mənəvi, psixoloji aləminə 

nüfuz etmir, onların fərdi özünəməxsusluqlarını aşkara çıxarmayıb, yalnız ictimai məzmundan 

danışırıqsa, deməli, biz heç nə əldə etmirik. Ola bilsin ki, ədəbiyyatda çox az yayılmış xüsu-

siyyətləri daşıyan bir tiplə qarşılaşaq, amma o, öz səciyyəviliyi ilə ən məşhur personajlardan 

belə daha çox diqqəti çəksin və yaddaqalan olsun. Məncə,  ədəbiyyatda fərdilik  bir vacib 

məsələ kimi birinci yerdə durmalıdır, çünki yeni obraz yaranır və o, əvvəlki sələflərindən çox 

fərqlənir, yəni o, tamamilə başqadır, özünəməxsusdur. O obrazın  fərdi təzahürü olmasa, özü-

nün  ədəbi vahidliyini təstiq etdirməsə,  ədəbiyyat üçün maraqsızdır. Məsələn, M. Ə. Sabirin 

personajları arasında bir sıra  orijinal tiplər var ki, onlar ədəbiyyatda öz yenilikləri və fərdilik-

ləri ilə seçilir, alqışla qarşılanır.  Onlardan bəhs edərkən bu obrazların zahiri görkəmi, səs tonu 

ağlımızda tam mahiyyəti ilə əks olunur. Məsələn, biz “Millət necə tarac olur olsun, nə işim 

var” satirasının qəhrəmanını “Bir məclisdə on iki kişinin söhbəti” satirasındakı tipləri və ələx-

sus da birinci əsərdəki etinasız sahibkarla ikinci əsərdəki taciri bir – birilə qarışdıra bilmərik, 

çünki bu personajların hər birinin ayrı görünüşü, hər birinin ayrı dünyagörüşü və hər birinin 

bir tip kimi ayrı dəsti – xətti var və ya “Çatladı, Xanbacı, qəmdən ürəyim” deyib haray qopa-

ran tiplə “Qoyma gəldi” deyib qorxusundan Xandostunun arxasında gizlənən vətən qızlarının 

da naratçılığı və ələmi də eyni deyil, oların hər birinin oxucu gözündə ayrıca bir su-rəti var. 

Bəli, bu tiplər eyni vaxtın, eyni sosial zəminin, eyni ictimai mühitin “qəhrəmanlar”ıdırlar, 

Sosial mühit onları bu qədər”inkişaf” etdirib amma onlara fərdi yanaşmaq və hər birini ayrı-

lıqda təhlil etmək lazımdır. Çünki onlar  bir – birindən çox fərqli xüsusiyyətlər daşıyırlar. Sa-

birin hər gün rastlaşdığı və satira atəşinə tutduğu nə məmur digərinin eynisidir, nə tacir digəri-

nin eynisidir, nə avam, nə də riyakar molla... Onların hər birinin bu dünyada özgə “dərdi” var. 

Mənim böyük şairin tiplərinə bir yerə toplanılmış, əyinlərinə eyni rəngdə və eyni biçimdə 

əlbisə geyindirilmiş xor dəstəsi kimi baxmaq fikrim yoxdur. Mənim nəzərimdə Sabir tiplərinin 

əksəriyyəti “şaqraq səsli”, “möhtəşəm ifaya sahib olan”, səhnəyə çıxanda tamaşaçını mat qoyan, 

ifasını məharətlə sona çatdıran, müthiş “solo” ifaçısıdırlar. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə