Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə56/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   52   53   54   55   56   57   58   59   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

881



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Azərbaycan Respublikasının «Reklam haqqında» qanununda reklama aşağıdakı kimi 

tərif verilmişdir: «Reklam - fıziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər haqqında maraq 

formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəə, ideya və yeniliklərin realizə olunmasına 

kömək göstərmək məqsədi güdən informasiya xidmət sahəsidir. Bu qanun Azərbaycanda rek-

lam fəaliyyətinin formalaşmasına və inkişafına zəmin yaradır, həyata keçirilməsinin hüquqi 

bazasını təmin edir, haqsız reklam hallarının qarşısını almağa imkan verir, reklamın dövlət tən-

zimlənməsini nəzərdə tutur».  

Reklam, "birbaşa satmaqdan daha çox, hədəf kütləni satın almağa hazırlayan və satın al-

mağa sövq edən bir vasitədir". 

Reklamın xüsusiyyətlərini belə sıralaya bilərik: 

 müəyyən bir məbləğ qarşılığında edilir. 

 reklam verəndən istehlakçıya (hədəf kütləyə) doğru axan prosesdir. 

 reklam kütləvi informasiya vasitələri yoluyla reallaşdırılar. 

Reklamın ümumi məqsədi isə hədəf kütləyə məhsul və ya xidmət barəsində eşitdirmək 

(bilgiləndirmək) məhsula, markaya qarşı istehlakçılarda müsbət fikir yaratmaqdır. Başqa sözlə 

reklam, qazanc əldə etməyi asanlaşdırmağa istiqamətlənməklə yanaşı  istehsalçı və istehlakıçı 

arasında bir növ ünsiyyət rolunu oynayır. Buna görə də, reklam hədəf kütlədə satın alma arzu-

su yaradaraq onları mal və ya xidməti istehlak etməyə yönəltməyə çalışır. 

Reklam minlərlə məhsulun yarışdığı sərbəst bazar mühitində insanlardakı romantik mo-

tivlərə səslənərək, onlarda çatışmazlıq və narahatlıq hissi yaradaraq reklamı edilən məhsul ilə 

bu çatışmazlığı aradan qaldıracağına və xoşbəxt olacağına inandırmağa çalışır. Həmin məhsu-

la simvolik dəyərlər yükləyərək və yeniliyi ön plana çıxararaq "istifadə et, istehlak et, at" və 

"köhnəsini gətir, yenisi ilə dəyişdir" fəlsəfəsindən çıxış edərək yeni olan hər şeyi almağı müx-

təlif yollarla təlqin etməyə çalışır. Reklamların hamısı yalnız tanıdılan məhsulun xüsusiyyətlə-

rini izah etməyi qarşıya məqsəd qoymur. Bəzi reklamlar təkrar-təkrar göstərilməklə insanların 

özlərini daha yaxşı hiss etməsinə səbəb olur. 

Bir çox firmalar reklamdan istifadə edirlər ki, özləri və ya istehsal etdikləri məhsul haq-

qında  auditoriyaya zəruri informasiya ötürsünlər və nəticədə cavab reaksiyası əldə etsinlər. 

Cavab reaksiyası olduqca müxtəlif ola bilər. Məsələn, istehlakçılarda firma və ya məhsul haq-

qında müsbət fikir yarana bilər. Bundan başqa, istehlakçılarda reklam olunan məhsulu almaq 

fikri də formalaşa bilər. 

Reklam fəaliyyətinin qarşısında bir sıra məqsədlər qoyulur və bu məqsədlər onun yerinə 

yetirdiyi vəzifələri və funksiyaları müəyyənləşdirir. 

Reklamın  məqsədləri: 

– məhsul haqqında istehlakçılarda müəyyən səviyyədə bilik formalaşdırmaq; 

– istehlakçılarda firma haqqında müəyyən təsəvvür yaratmaq; 

– konkret məhsula tələbat yaratmaq; 

– istehlakçılarda konkret firmaya müraciət etmək fıkri formalaşdırmaq; 

– istehlakçını firmanın konkret məhsulunu almağa inandırmaq; 

– məhsulun satışını stimullaşdırmaq; 

– mal dövriyyəsini sürətləndirmək və həcmini artırmaq; 

– konkret istehlakçını firmanın daimi müştərisinə, onun məhsulunun daimi alıcısına çe-

virmək; 


– fırma haqqmda digər firmalarda etibarlı tərəf müqabil obrazı yaratmaq. 

Praktikada, adətən reklam  tək bir məqsəd daşımır. Bir qayda olaraq reklam kompaniya-

sında bir neçə məqsəd birləşir. Reklamın qarşısında qoyulan məqsədlərdən asılı olaraq onun 

vəzifələri müəyənləşdirilir. Reklam ancaq bazarda hədəf alınan kütlədə ehtiyac olduğu bilinən 

çox sayda məhsullar arasında ən uyğun olanı göstərmək deyil, reklam hədəf kütlənin bilmədi-

yi ehtiyaclarının da ortaya çıxarılmasıdır. Məhsullar və markaları müştərilərə tanıtmaqla yanaşı 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

882



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

müştərilərin ürəyinə yol tapmalıdır. Reklam məlumat vermək, tanıtdırmaqdan əlavə müştərilə-

rin yaddaşlarında olan digər məhsulları sıxışdırmalıdır. Bütün bunlar isə öz növbəsində uğurlu 

bir reklamın reallaşması ilə nəticələnir. 

 

 

FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN BƏDİİ                                                

TƏSVİR VƏ TƏSİR İMKANLARI 

 

Kəmalə ƏLİYEVA

 

Gəncə Dövlət Universiteti 

ekrq1991@mail.ru 

AZƏRBAYCAN 



 

Şeir poetikasının tələblərinə yeni baxış və yaradıcı münasibət dil problemini poeziyanın 

başqa komponentləri ilə vəhdətdə götürməyi tələb edir. Bu da poeziya dilinin hərtərəfli inki-

şafı və yeniləşməsi prosesini şərtləndirir. 1960-1980-ci illərdə ədəbi prosesdə bədii dil məsə-

ləsi, bədii nitq mədəniyyətinin spesifik cəhətləri, keyfiyyət dəyişmələri və təkamül yeni istiqa-

mət aldı. Poeziyanın dilində həyatilik qüvvətlənməyə başladı, coşqun yaradıcılıq çeşməsi xalq 

dilinin təbii ifadə üsulları ilə şəffaflaşdı. Fikrin ifadəsində elastiklik, anlaşıqlıq, emosionallıq 

və ekspressivlik kimi məziyyətlərin yüksəlişi öz başlanğıcını poetik dilin ahəngində görünmə-

yə  və  tərəqqi etməyə başlayan təzələnmələrdən alır. Canlı ünsiyyət dilinin poeziyaya güclü 

nüfuzu, təbii haldır ki, bədii düşüncənin də aydınlaşma prosesinə, yeni poetik əhvali-ruhiy-

yənin formalaşmasına müsbət təsirini göstərir. 1960-1980-ci illər poeziyası mühüm bir inkişaf 

mərhələsi kimi, demək olar ki, ədəbi tənqid və ədəbiyyatşünaslıq, linqvistik poetika tərəfindən 

qəbul və təqdir edilmişdir. Azərbaycan şeirinin ümumi mədəni səviyyəsinin yüksəlməsi təbii 

olaraq forma xüsusiyyətlərinin, o cümlədən də bədii sözdən istifadə səriştələrinin yeni bir mər-

hələyə yüksəlməsi ilə müşayiət olunmuşdur. Poetik təfəkkürün sürətli inkişafı dilin ahənginə, 

onun sadələşməsi və aydınlaşması prosesinə müsbət təsir göstərmişdir. Bu yeniləşmə  hər 

şeydən  əvvəl, bədii dildəki konkretlik və  dəqiqliyin dərinləşməsi, ümumxalq danışıq dilinə 

daha artıq yaxınlaşmaqla ondan səmərəli faydalanması istiqamə- tində gedirdi. Dil və üslub 

cəhətdən yüksək bədii-estetik ləyaqət qazanması göstərilən illər ərzində şeirimizin sənətkarlıq 

25 cəhətdən təkamülü prosesi ilə daxili vəhdətin bilavasitə nəticəsidir. 

1960-1980-ci illər poeziyasında baş verən düşüncə tərzinin yeniləşməsi, bir tərəfdən, şeir 

sənətinin canlı həyatda daha yaxın təması ilə əlaqədardırsa, digər tərəfdən, xalq danışıq dilinə, 

onun təbiiliyinə və daxili qüvvəsinə meylin güclənməsi ilə bağlıdır. Dilin bədii məntiqinin də-

rinləşməsi və kamilləşməsi, söz duyumunun genişlənməsi ilə əlamətdar olan bir dövrdə poezi-

yanın dili canlı xalq dilindən gələn linqvistik materiallarla xüsusi təravət kəsb etmişdir. Poezi-

yanın ən başlıca və diqqətəlayiq keyfiyyətlərindən birinə – dilimizin ilkinliyinə qaydış möv-

qeyinin yeni vüsət almasıdır. Ulularımızın yaratdığı misilsiz mənəvi sərvətimizin dərin köklə-

rinə prinsipial şəkildə və yeni baxışlarla yanaşmaq tələbi bütün səviyyələrdə, xüsusilə frazeo-

loji söz birləşmələrinin şairlərin yaradıcılıq laboratoriyasında yeni keyfiyyətlər kəsb etməsi ilə 

nəticələnmişdir. 1960-1980-ci illər Azərbaycan poetik dilinin elə bir inkişaf mərhələsi, elə bir 

təkamül həddidir ki, bu mərhələdə canlı danışıq dili səviyyəsində  xəlqilik yaradan vasitələr 

şeirin nitq sistemində aparıcı mövqedə dayanır, frazeoloji leksikanın poetik dilə güclü müda-

xiləsi hiss olunur, orijinal ekspressiya mənbələri aşkarlanır. Frazeoloji materialların obrazlılıq 

cizgiləri poeziya aləminin poetikasına getdikcə daha geniş miqyasda daxil olur. Müxtəlif üslu-

bi təmasda, söz əhatəsində, qaynayıb-qarışdığı ayrı-ayrı linqvistik vahidlər mühitində rəngarəng 

poetik qənaətlərin uğurlu ifadə vasitəsinə çevrilir. Poetik sözlər kimi, frazeologizmlərin emo-

sional mühakimə tərzinə fəallıq verməsi onların ən əhəmiyyətli və uğurlu cəhətlərindəndir. Küll 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə