Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə23/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   19   20   21   22   23   24   25   26   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

815



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

yaraşıqlıdır, güclüdür, ağıllıdır,  şah nəslindəndir, nadir sənətkardır. Arifin Fərhadı Nizaminin 

Fərhadı qədər vəfalı, sədaqətli sayıla bilməz. Çünki Nizaminin Fərhadı Şirinə - ilk  sevgisinə 

sona qədər sadiqdir, yalnız onu düşünür, onun eşqindən ilhamlanır.  Ərdəbilinin  Fərhadı 

Gülüstan vəfat edəndə uzun müddət özünə gələ bilmir, onu unutmur, sevgilisinə yas saxlayır. 

Lakin Şirini gördükdən, Şirin ona ürəyini açdıqdan sonra vəziyyət dəyişir, Gülüstanı demək olar 

unudur. Hətta övladlarını    Müqbilə  vəsiyyət edib Şirinlə birlikdə gedir. Yalnız  Şirin ondan 

xəbərsiz Şavurla Qəsri– Şirinə gedəndən sonra Gülüstanı xatırlayır. 

Fərhadın ölümü “Fərhadnamə”də  fərqlidir, o, vaxtilə canına qıydığı cavanın anası 

tərəfindən zəhərlənərək öldürülür. 

“Fərhadnamə”dəki digər maraqlı obraz Şirindir ki, onun Nizami qəhrəmanından bir çox 

fərqli xüsusiyyətləri vardır.  Ərdəbilinin Şirini bir qədər hərdəmxəyal, öz zövq və istəyinə qalib 

gələ bilməyən bir obrazdır.  Əvvəlcə  Fərhadı görən  Şirin ona vurulur, onu arzulayır. Xosrovu 

gördükdən sonra onun da məhəbbətinə sevgiylə cavab verir, onunla gün keçirir. Gülüstan vəfat 

etdikdən sonra Fərhadın vüsalına çatmaq istəyir. Bəlkə də Arifin özünün dediyi kimi, Şirin daha 

real, həyati obrazdır.  

Şirinin Fərhadın qəbri üstdə türbə tikdirməsi motivi də yenidir.  

“Xosrov və Şirin”də maraqlı obrazlardan biri də Şapur obrazıdır ki, Ərdəbili onu Şavur 

adlandırmışdır. Şavur Ərmən elindəndir, xristiandır, məşhur Çin rəssamı Maninin məktəbində 

təhsil almaq üçün Çinə getmiş, orada Fərhadla tanış olmuş, onun nədimi olmuşdur. Nizaminin 

əsərində olduğu kimi burada da qəhrəmanların (Fərhad və Gülüstan) vüsalının səbəbkarı Şavur-

dur. O,  Fərhadın yaxın dostudur. Lakin obrazın anlaşılmayan xüsusiyyətləri vardır: Şirinlə bir-

likdə Qəsri–Şirinə gizlicə yollanır, Fərhadın əzab çəkdiyini bilə-bilə ona xəbər vermir,  əsərin 

sonunda Xosrovun arvadı  Məryəmin yanında qalır, xidmətində dayanır, Fərhadsa təkbaşına 

Bisütuna yollanır. Şavurun evlənməsi Nizami əsərində olduğu kimidir;  o, qəhrəmanın vüsala 

yetməsindən sonra gözəllərdən biri ilə ailə qurur. Arifin Şavuru hətta  İran sarayına gedib 

Hürmüzün xidmətində dayanır,  Xosrovla tanış olur, dostlaşır, onun Şirinlə olan münasibətin-

dən, hisslərindən xəbərdar olur. 

Xosrov “Fərhadnamə”də bir qədər kölgədə qalmışdır. Burada da o, hökmdar Hörmüzün 

oğlu, vəliəhdidir. Arifin Xosrovu da Şirini sevir, onu arzulayır. Onun Fərhadla birlikdə 

olduğunu eşidəndə buna qəzəblənir, Fərhadı məhv etmək qərarına gəlir. Lakin artıq o Məryəmlə 

evlənmişdir. Onun bu evliliyinin səbəbi Nizaminin “Xosrov və  Şirin” poemasında olduğu 

kimidir.  Maraqlı cəhət burasındadır ki, Xosrovun Fərhadın qətlində heç bir iştirakı olmur, hətta 

bu xəbərdən dərin kədərə qərq olur. Burada Xosrov zəif xarakterli, eyş– işrət düşkünüdür.  

Məryəm də Gülüstan kimi öz sevgisinə sadiq qadındır. Yalnız  əsərin sonlarına yaxın 

səhnəyə  gələn Məryəmin ölümü “Fərhadnamə”də yoxdur. Məryəm həm də  rəhmdil obrazdır, 

Fərhadı öldürən qadın onun yanına muştuluğa gələndə onu yanından qovur, qətlə əsla sevinmir.  

“Fərhadnamə”də Məhinbanu Şirinin anasıdır, əri Abxaz hökmdarıdır. Ərindən sonra taxta 

çıxmış, ədaləti hər yerdə bərqərar etmişdir. Lakin hər iki əsərdə onun Şirinə öyüd verməsi, onu 

hüzura çağıraraq nikah–kəbinsiz Xosrovun arvadı olmamasını tapşırması paraleldir.  

Çin fəğfuru-Fərhadın əmisi, əmisi oğlanları, abxaziyalı ustad, onun arvadı, Fərhadın bacı-

sı və yeznəsi, Müqbil, Hürmüz, Gəray əsərdə epizodik səciyyə daşıyırlar. Bu obrazların hadisə-

lərin gedişinə o qədər təsiri yoxdur, bəzən yalnız adları çəkilir. Çin fəğfuru qardaşı öldükdən 

sonra taxtı  ələ keçirmiş, öz qardaşının arvadını- Fərhadın anasını özünə zövcə etmişdir. 

Fərhadın yeznəsinin onun oğlanlarını  əsir tutmasından sonra Fərhada məktub yazaraq taxtda 

gözünün olmamasını qeyd etməsi də ikiüzlü təsir bağışlayır.  

Abxaziyalı ustad və onun arvadı (Gülüstanın valideynləri) zəhmətkeş kütlənin  mehriban 

nümayəndələridir. Abxaz şahı da ədalətli hökmdardır.  Maraqlı  cəhət budur ki, Abxaz şahı 

Fərhadın Çin fəğfurunun oğlu olduğunu bildikdən sonra Şavura bunu əvvəldən söyləmiş 

olsaydı, öz qızı Şirini Fərhada ərə verəcəyini söyləyir.  




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

816



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Müqbil Çindən Abxaza qədər Fərhadın yol yoldaşı, köməkçisidir. Vəfalı, sədaqətli insan 

olan Müqbilə Fərhad hətta öz övladlarını etibar edir.  

“Fərhadnamə”də  Gəray yeni obrazdır, Xosrovun silahdaşıdır,  Şirini izləyərək Bisütuna 

gəlir. Burada Fərhadla Şirini görür, lakin Şirin Fərhadla onu qan qardaşı edəndən sonra gördük-

ləri haqda heç kimə danışmayacağını bildirir. Lakin Fərhad ona bir tağ tikir, baxmaq üçün tağa 

çıxan Gərayı  Fərhad itələyib yerə salaraq öldürür. Fərhadın belə acizlik, qorxaqlıq göstərdiyi 

anlaşılmayan səhnələr əsər boyu diqqət çəkir. Məsələn, Şirinlə Xosrovdan gizli görüşür, görüş-

lərə axşamlar gedir, Xosrovun bu münasibətdən duyuq düşməsindən ehtiyat edərək, uzun müd-

dət  Şirindən ayrı qalır. Yaxud Şirinin Xosrovdan əvvəlki nişanlısından qorxaraq Qəsri–Şirinə 

yola düşməsinə səssiz qalır, əsərin sonuna qədər öz sevgisini etiraf etmir. Xosrovun hüzuruna 

divanə kimi gəlir, vəziyyətinin səbəbini vəfat etmiş sevgilisi – Gülüstan olduğunu deyir, ancaq 

Şirinə olan hisslərini dilə gətirməkdən çəkinir. 

 

 



MƏTBUAT VƏ TƏNQİD (XX ƏSRİN 90-CI İLLƏRİNDƏ) 

 

Nərgiz ƏLİBƏYLİ 

nargiz_sn@inbox.ru 

AZƏRBAYCAN 

 

Azərbaycan ədəbi tənqidi fikir tarixində publisistikanın böyük rolu olmuşdur. Azərbay-



can mətbuat tarixinin formalaşması ötən əsrin ortalarına təsadüf edir.İlk milli mətbuat orqanı-

mız olan “Əkinçi” qəzeti işıq üzü gördü. Daha sonralar bir çox mətbuat orqanları  fəaliyyət 

göstərsə də, “Molla Nəsrəddin” jurnalı mətbuatda ədəbi tənqidin formalaşmasında bəlkə də ilk 

bünövrə oldu. Jurnal sırf tənqidi xarakter daşıyıb istər ictimayi həyatla bağlı, istərsə də ədə-

biyyatla  əlaqədar tənqidi məsələləri özündə birləşdirirdi. Artıq müstəqillik illərində  mətbuat 

daha azad, buxovlardan nisbətən azad olmuş şəkildə fəaliyyət göstərirdi. Publisistika ədəbiy-

yatın daha sərbəst formasıdır. Publisistika tənqidçiyə geniş yaradıcılıq və axtarış imkanı ver-

məklə yanaşı fikirlərini və görüşlərini də daha rahat şəkildə ifadə imkanı verir . Ədəbiyyatı 

hər cür ideolojiliklərin qanadı altından çıxarıb onu zamanın fəlsəfi, estetik və siyasi düşüncə 

tələbatının fövqünə qaldırmaq kimi fundamental xidməti ədəbiyyatımıza məhz təcrübəsi, tarixi, 

professonallığı və dəyərli ədəbi-bədii material uğrunda prinsipial mövqeyi olan qəzet – jurnal 

yaradıcıları həyata keçirə bilər.  

90-cı illərdə bir sıra mətbuat orqanlarının ədəbi tənqidin inkişafında bilavasitə və müs-

təsna rolu olmuşdu. “Azərbaycan”, “Ulduz”, “525-ci qəzet”, “Ədalət”, “Yeni Azərbaycan”, 

“Sənət”, “Ədəbiyyat”qəzeti kimi ədəbi mətbuat orqanları ədəbiyyatın və ədəbi tənqidin aparıcı 

qolu olmuşdurlar. Bütün bu müzakirə  və narahatlıqların nəticəsi olaraq 90-cı illərdə  “Ədəbi 

tənqid” jurnalı  nəşrə başlamışdır. Lakin təəssüf ki, yalnız bircə nömrəsi işıq üzü gördükdən 

sonra  nəşri dayandırılmışdır. Bu baxımdan “Azərbaycan” jurnalının imkanları daha genişdir. 

Jurnal ilk olaraq “İnqilab və mədəniyyət” adı ilə nəşrə başlamışdır. Jurnal müxtəlif adlar 

altında: “Maarif və mədəniyyət” (1923- 1927; 1946- 1952), “İnqilab və mədəniyyət” (1928- 

1936), “Revolyusiya və kultura” (1936- 1941), “Vətən ugrunda” (1941- 1946), nəhayət, 1953- 

cü ildən bu günə kimi “Azərbaycan” adı ilə  nəşr olunmuşdur. Fəaliyyət göstərdiyi 90 il 

ərzində onun səhifələrində bu və ya digər əsəri nəşr etdirməmiş Azərbaycan yazıçısını təsəv-

vür etmək çox çətindir. Jurnal Azərbaycan yazıçılarının- Azərbaycan şair və nasirlərinin, dra-

maturq, publisist, tənqidçi və ədəbiyyatşünaslarının doğma ocağıdır. Əsas məqsədi Azərbay-

can ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin 

mənzərəsini  əks etdirmək, çağdaş dünya ədəbiyyatı  və  mədəniyyətində gedən proseslərin

mövcud cərəyan və təmayüllərin millidüşüncədə təzahürünü, eyni zamanda qloballaşma şərai-

tində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə