Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə24/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   20   21   22   23   24   25   26   27   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

817



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Yaradıcılıq fəaliyyətini və proqramını Azərbaycan və dünya ədəbiyyatı,  ədəbiyyatşü-

naslığı, nəzəri-estetik baxış  və  cərəyanları özündə  əks etdirmək prinsipləri üzərində quran 

yaradıcı heyət bu işi, poeziya, nəsr, “tənqid və ədəbiyyatşünaslıq”, “publisistika” şöbələrində 

həyata keçirir. Jurnal təkcə Azərbaycan  ədəbiyyatında yaranan tendensiya və prosesləri  əks 

etdirməklə qalmayıb dünya ədəbi mühitində baş verənləri də oxuyuculara çatdırır. Jurnal 

dünya ədəbiyyatından: Alber Kamyu, Qoderzi Coxeli, İvan Bunin, Əziz Nesin, Əhməd Temir, 

Mikloş Bamoş, Toğrul Kəskin, Ömər Seyfəddin, Vasili Şukşin, Yasunavi Kavabata, Boris 

Morjanov, Saad Həmid, Vasil Papov, Xorxe Luis Borxes, Tatyana Tolstaya, Puşkin, Ceyms 

Qrinvud, Marsel Eme, Uilyam Folkner, Mixail Bulqakov, Fakir Baykurt, Somerset Moyem, 

Con Patrik və b. yazıçıları  səhifələrinə  gətirmişdir . Jurnal müxtəlif bölmələrdən ibarətdir. 

Tənqid və  ədəbiyyatşünaslıq bölməsində  tənqidi məqalə , söhbət və müzakirələr yer alır. 

Tənqidçilərin və nəzəriyyəçilərin iştirakı ilə  “Bizim sorğu”, “Polemika”, “Dəyirmi masa” ki-

mi layihələr  keçirilmişdir ki , bu söhbətlərdə ciddi, elmi – fəlsəfi və nəzəri əsaslara söykənən 

ədəbi-bədii zövq və intellekt üçün dəyərli olan fikirlər ortaya çıxmışdır. Jurnalın ildə 12 nöm-

rəsi çıxır. Yusif Səmədoğlu deyərdi ki, yaxşı yazı gətirən varsa, onu növbə siyahısına salmaq 

lazım deyil. 

 

 

 

1960-70-Cİ İLLƏR AZƏRBAYCAN NƏSRİNDƏ TARİXƏ                    

MÜASİR BAXIŞ VƏ ƏDƏBİ TƏNQİD 

 

Təranə RƏHİMLİ 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



terane.turan@gmail.com 

AZƏRBAYCAN 

 

1960-70-ci illərdə Azərbaycan bədii nəsrinin tarixi mövzuya müraciəti intensivəşir, 



tarixi gerçəkliklərə çağdaş sənətkar baxışı başlıca yaradıcılıq keyfiyyəti kimi diqqəti cəlb edir. 

Bu mərhələdə  ədəbi tənqid tarixə müraciətin, tarixi hadisələrin yenidən, obyektiv dərkinin 

müasirliyin bədii dərkinə  də yardımçı olduğu qənaətinə  gəlir. «Bədii tarixilik», «tarixi 

mövzu» anlayışlarının yeni mərhələdə təzahür edən bədii-estetik, fəlsəfi-sosioloji istiqamətlə-

rinə diqqət yetirilir, bədii sənətin tarixə estetik münasibətinin dəyişməsi müşahidə olunurdu. 

Bu mərhələdə tənqid tarixiliyi «təkcə tarixi mövzuda yazılmış əsərlərin keyfiyyəti kimi yox, 

müasirliyin bədii dərki prinsipi kimi», «estetik qiymətləndirmə vahidi olaraq dərk edir və 

dəyərləndirirdi. Həmin mərhələnin tənqidində  İnsan, Tarix və Zamanın bədii düşüncədəki 

vəhdəti diqqət mərkəzindədir. Tənqid məhz bu vəhdət prinsipinin gözləndiyi əsərdə tarixi şəx-

siyyətin obrazının öz milli və fərdi xüsusiyyətləri ilə güclü xarakter kimi rəğbət doğurduğunu

ümumbəşəri miqyas və vüsət kəsb etdiyini vurğulayır. Bu cəhətdən  İsmayıl  Şıxlının “Dəli 

Kür” romanı və Fərman Kərimzadənin “Qarlı aşırım” povestinə ədəbi tənqidin münasibəti ciddi 

maraq doğurur.  

Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan İsmayıl Şıxlının “Dəli Kür” 

romanı ötən  əsrin 60-cı illərinin başlanğıcında nəsrimizin yeni inkişaf mərhələsinə  qədəm 

qoyduğunu isbat edən dəyərli  əsərlərdən biri kimi ədəbi ictimaiyyətin diqqətini cəlb etdi.  

Əsərin ideyası, müəllif qayəsi, XVIII əsrin sonlarında Azərbaycanda sosial-siyasi gerçəkliyinə 

yazıçı müdaxiləsi, sosial mühit və xarakter, şəxsiyyət və zaman problemlərinə sənətkar müna-

sibəti, milli tarixi varlığın mükəmməl ifadəçisi kimi ciddi maraq oyadan Cahandar ağa obrazı, 

əsərin dil-üslub xüsusiyyətləri və s. yaradıcılıq məsələləri ədəbi tənqidin fəal təhlil obyektinə 

çevrildi. “Xarakterlər romanı” kimi dəyərləndirilən “Dəli Kür”, eyni zamanda, çar Rusiyası 

istilası dövründə Azərbaycan həqiqətlərinə müasir baxışla fərqlənən  əsər kimi elmi-nəzəri 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

818



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təhlillərdə yer aldı. Yazıçının özünün yaşadığı sovet istilası dövrünün reallıqlarını tarixə baxış 

kontekstində izah etməsi, 60-cı illərdə sovet ədəbi stereotiplərinin tüğyan etdiyi, bədii fikrin 

məhdud çərçivədə fəaliyyət göstərdiyi bir tarixi dönəmdə tarixə müraciətlə müasir cəmiyyət 

haqqında fikirlərini üstüörtülü şəkildə çatdırması ədəbi tənqidin diqqətindən yayınmamışdır. 

Cahandar ağa – Əşrəf, Cahandar ağa – Kipiyani, Rus Əhməd mükalimələrində, eləcə də apa-

rıcı qəhrəmanın monoloqlarında bunu dönə-dönə müşahidə etmək mümkündür. 

Fərman Kərimzadənin “Qarlı aşırım” povesti də “Dəli Kür” kimi ilk növbədə tarixə mü-

asirlik mövqeyindən yanaşma aspekti ilə ədəbi-nəzəri fikrin təhlil obyektinə çevrilmişdir. 1967-

ci ildə çap olunmuş "Qarlı aşırım" gələcəkdə dəyərli tarixi romanlar müəllifi kimi tanınacaq 

qüdrətli bir sənətkarın istedadından xəbər verirdi. Yazıçı "Qarlı  aşırım"da son dərəcə 

mürəkkəb bir tarixi dönəmin – 1930-cu illərin sosial-siyasi ziddiyyətlərini, kollektivləşmə 

dövrünün çətinliklərini fərqli tərzdə, özünəməxsus yaradıcılıq ruhu ilə əks etdirmişdi. 30-cu 

illərə 60-cı illər Azərbaycanının gözü ilə baxış, hadisələrin yeni məcrada dəyərləndirilməsi 

əsərin böyük rəğbət qazanmasını  şərtləndirdi. Xalq qəhrəmanı Abbasqulu bəy  Şadlinskinin 

ömrünün son üç günü, xalqının rifahı yolunda ürəyini məşələ çevirməsi, cəsarəti və 

qorxmazlığı, yüksək ağıl və idrak sahibi kimi tədbirli hərəkətləri, Kərbəlayı İsmayılla dədə-

baba dostluğuna, duz-çörəyə inamı və s. yazıçının tarixi fakt və hadisələrə böyük duyum və 

həssaslıqla yanaşdığını isbatlayır. Lakin onu da qeyd etmək lazımdır ki, əsərdə heç də bütün 

bolşevik obrazları müsbət göstərilmir, Talıbov bolşevik olsa da ənənəvi bolşevik surətlərindən 

fərqli olaraq qorxaq təsvir edilir. Yaxud, Kərbəlayı  İsmayıl obrazı  ənənəvi bəy, mülkədar 

obrazından fərqli olaraq cəsur, igid, el adət-ənənəsinə hörmətlə yanaşan, patriarxal qanunlara 

sədaqət hissi ilə seçilən əzəmətli ağa kimi dərin təsir bağışlayır. "Ə, nə hökumət, hansı höku-

mət?  Mən belə hökumət tanımıram!" – sözləri ilə yaşadığı dövrun siyasi çevrilişini qəbul 

etməyən, sovet hökumətinə meydan oxuyan Kərbəlayi  İsmayıl məhz hər cür istilanı  lənət-

lədiyini, öz dədə-baba torpaqlarında azad yaşamaq uğrunda mübarizliyini təsdiq edir. "Qarlı 

aşırım"ın aparıcı qəhrəmanının bu sözləri sovet hökumətinin “qılıncının tiyəsinin də, qəbzə-

sinin də kəsdiyi” illərdə, siaysi təzyiqlərin ən güclü vaxtında – 1967-ci ildə Fərman Kərimza-

dənin cəsarətli yazıçı mövqeyinin ifadəsi idi. F.Kərimzadə “qırmızı ilğım”ın puç və  əfsanə 

olduğunu, işğalçı hökumətin saxtakarlığını yazıçı  fəhmi ilə bir çox müasirlərindən  əvvəl 

duymuş, Kərbəlayı  İsmayılın timsalında onun qondarma bir hökumət olduğunu dilə  gətir-

mişdi. "Qarlı aşırım" romanı milləti böyüklükdən cılızlığa, ağalıqdan, bəylikdən köləliyə sü-

rükləmək missiyasını həyata keçirən sovet cəmiyyətinin iç üzünü açır, aşırımın o biri üzün-

dəki həqiqətləri açıb göstərirdi. Milli şüurun yetkinliyi, milli varlıq üğrunda mübarizə əsərdə 

əsas ideya kimi tənqidin diqqətini cəlb etmişdir. 

1970-ci illər tənqidi bədii tarixiliyin estetik kateqoriya kimi spesifikasını aydınlaşdırma-

ğa səy göstərir, onu insan taleyini tarixi dövrlə, tarixi gerçəkliklə dialektik əlaqədə  təqdim 

edən yazıçının bədii təsvir imkanları ilə izah edirdi. Bu illərdə  tənqid  ədəbiyyatda bədii 

tarixiliyin təzahür özünəməxsusluğuna diqqət yetirir, müşahidə edir ki, «sənətkar hadisə və ya 

şəxsiyyətin müraciət etdiyi epoxanın obyektiv qanunauyğunluğuna muvafiq bədii şərhini ver-

məklə yanaşı, konkret insanın davranışında, əməl və fəaliyyətində, psixologiyasında cəmləşdirir.» 

 

 



 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə