Сечилмиш ясярляри
311
PAYTAXT ŞƏHƏRİMƏ
Bakıya «beynəlmiləl şəhər» deyirlər. Bu o deməkdir ki,
özgələr üçün özününkülərdən keç. Yazıq Bakı,
«dərd çox, həmdərd yox…»
Sənə ad qoyulub ikinci dəfə,
Sənə od qoyulub mininci dəfə –
Xəzər olmasaydı, yanardın bəlkə,
Bu ad taleyində qara bir ləkə.
Nədir ərəb sözü «beynə-əl-miləl»?
«Millətlərarası» deməkdir, Bakı.
Biz hansı millətlər arasındayıq,
Bu hansı millətə köməkdir, Bakı?
Hər xalqın tacıdır paytaxt şəhəri,
Görmüşük bir başa qoyalar tacı.
Çıxıb yadımızdan qardaş-bacımız,
O qədər «qardaş» var, o qədər «bacı».
«İnqilab beşiyi» dedilər sənə,
Hərdən «proletar şəhəri» oldun.
Şimalın gözündə, Qərbin gözündə
Sən Şərqin «işıqlı səhəri» oldun.
Bakıya ad qoyan ulu babamın
Bu təzə adlardan xəbəri yoxdur.
«İnqilab beşiyi» olan şəhərin
Adını qorumaq təpəri yoxdur.
Адил Ъямил
312
Millətlərarası şəhərdir Bakı –
Burda hər millətin oğlu-qızı var.
Buluddan boylanan səhərdir Bakı,
Bu adı tapandan sızıltısı var.
El deyib «gələrsən qadanı allam»,
Deməyib gedənə yalvarıb «gəl» de.
Bir xalqın evini yıxmaq istəsən
Onun paytaxtına «beynəlmiləl» de…
1989
Сечилмиш ясярляри
313
DON ÇAYI
Mən görəndə durğun idin, Don çayı,
Yaralıtək uzanmışdın elə bil.
Durğun idin, yorğun idin, Don çayı,
Çay olmaqdan usanmışdın elə bil.
Sahilində bir söyüdə söykənib
Ağ köpüklü göy ləpənə baxırdım.
Yaddaşımdan bir «Sakit Don» yol gəlib
Qənşərimdə sakit-sakit axırdı.
Ləpələrin güzgüsünə boylanıb
Gəl-gəl deyən neçə kəndlər görürdüm.
Mən səninlə qabaq-qənşər dayanıb
Əfsanələr, həqiqətlər görürdüm.
Meh əsdikcə yellənirdi qovaqlar,
Ləpələrin bir-birini kəsirdi.
Bığıburma, yapıncılı kazaklar
«Layka» pencək, «cins» şalvarda gəzirdi…
Sahil boyu «tor tutduqca» suların
Düşünürdüm kim çəkəcək bu toru.
Balıqlardan «bar tutduqca» suların
Sevinirdi balıqçılar xutoru…
Mən görəndə durğun idin, Don çayı,
Yaralıtək uzanmışdın elə bil.
Durğun idin, yorğun idin, Don çayı,
Çay olmaqdan usanmışdın elə bil…
Rostov, 1984
Адил Ъямил
314
BİR HİNDLİYƏ
Səhərdən axşama
əlləş-vuruşla
Tapdığı çörəyi
böldü gəmidə.
Böyük Yer üzündə
o, yersiz oldu –
Doğuldu gəmidə,
öldü gəmidə…
1984
Сечилмиш ясярляри
315
SÜRMƏ BU QAYIĞI GEDƏR-GƏLMƏZƏ
Şamxal Rüstəmə
Nə vaxtdır gözlərim yolunu gözlər,
Əziz dost, hardasan, yerin görünmür.
Ən dərin dəryalar, dibsiz dənizlər
Uzaqdan baxanda dərin görünmür –
Sürmə bu qayığı gedər-gəlməzə…
Açma ürəyini bu dənizə sən,
Dalğalar sirrini yayar aləmə.
Sən ki, bu torpağın sinəsindəsən,
Dəli dalğalarla dostluq eləmə –
Sürmə bu qayığı gedər-gəlməzə…
Aldanma ağaran üfüq xəttinə,
Uzatma əlini – əl çatan deyil.
Uzaqdan boylanan sabah xətrinə
Min il yol gedəsən yol çatan deyil -
Sürmə bu qayığı gedər-gəlməzə…
Bələdəm qəlbinin qasırğasına –
Əziz dost, şerinə, sözünə qayıt.
Kim deyib bəxtini dənizdə sına?
Yapış bu torpaqdan özünə qayıt,
Sürmə bu qayığı gedər-gəlməzə…
1984
Адил Ъямил
316
SƏNİN DƏRDİN BÖYÜKDÜR
Bəzi idarə rəhbərləri vəzifəsindən ata malı kimi istifadə edir və üzünə
qayıdan, səhvini deyən vicdanlı işçilərini gözümçıxdıya
salmaqdan çəkinmirlər…
Ey başımın ağrısı,
Ey dilimin «əzbəri».
Arvadının qulusan,
İdarənin rəhbəri.
Nə pis olur adamın
İtə dönüb hürməsi.
Fələk oğlu fələk də
Gördüyünü görməsin.
Sən irəli çəkirsən
Kütbeyini, malbaşı.
Qorxursan ağıllılar
Yıxa səntək kalbaşı.
İşi bilən işçilər
Ayaqda toz olubdur.
Sifətini görəndən
Hamı nevroz olubdur.
«Nisyə girməz kisəyə»,
Aldanmırsan boş vədə.
İlan kimi sürünüb
Sarmaşırsan rüşvətə.
Guya çəkdiyin bu kef
Vəzifə kefi deyil?..
Qovma məni otaqdan –
Dədənin evi deyil…
Сечилмиш ясярляри
317
Toplamısan başına
Başsız dostu, qohumu.
Qayğın ilə cücərir
Yaltaqlığın toxumu.
Üzünə təriflənib
Daldada söyülürsən.
Dost, qohumun içində
İçindən yeyilirsən.
Sənə yazığım gəlir –
Xəbərin yox özündən.
Həyatda gördüklərin
Görüm gəlsin gözündən.
Yaxşıca xanımları
«Yaxşı işçi» sayırsan.
Dövlətin hesabına
Arvad da saxlayırsan.
Guya çəkdiyin bu kef
Vəzifə kefi deyil?
Qovma məni otaqdan –
Dədənin evi deyil!..
Nə deyim, nədən deyim,
Sənin dərdin böyükdür.
Möhürə mehr salma –
Vəzifə də dönükdür…
1984
Dostları ilə paylaş: |