Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

 

35

Der Səfili, bir yadigər də səndən



Toymax olmaz paldan tatli lisandan, 

Beyvəfa arvatdan, pinti insandan, 

Sarılmaya bayır tosun yaxşidür. 

 

 



               14. Yaxşidür 

 

Qadir məvləm qələmində buyurmiş 

Pis dünyayi gözdən atsan yaxşidur. 

Namərdin əlinə keçib qalmadan, 

Dəryalara düşüb batsan yaxşidür. 

 

Hürmətsiz məclisdə qurub qalmadan, 



Xeyirsiz qazanci satıb almadan, 

Beyxəbər dünyada xor geçinmədən, 

Qara torpax içrə yatmax yaxşidür. 

 

Der Səfili necə oldi bu halım, 



Güni-gündən artar bu qalmaqalım. 

Qiymətsiz yerlərdə qahr etmə malın, 

Malın var, zərrəfə satsan yaxşidür. 

 

 



                     15. Oğul 

 

Övlədə yükün tütüldi. 

Hayıf ki, belim büküldi. 

Didalın yoli tokuldi

Dəryalara gedən oğul. 

Bəni candan edən oğul. 

 

Yollara furcun düzüldi, 



Vay nə edəm bağrım əzildi, 

Ayrilux haqdan yazıldi, 

Dəryalara gedən oğul, 

Bəni candan edən oğul. 




 

36

Gediyer qaç neçə tənəsi, 



Məlül məxsuldur anası, 

Dört qardaşın bir tənəsi, 

Dəryalara gedən oğul, 

Bəni candan edən oğul. 

 

Kurban olem gözəl saçli, 



Yurəgimə çəkdurmə cəhri, 

Kafir əlindən içmiş zəhri, 

Dəryalara gedən oğul, 

Bəni candan edən oğul. 

 

 

                   16. Yaxşidur 



 

Eşk Səfili, dəli könül, qayna soğulma, 

Maç urud dəryaya taşmax yaxşidur, 

Qədirsiz ölkədə turma, boğulma, 

Aşıb qarli taği getmax yaxşidur. 

 

Aşıxluxdan düşmişim bən bu amana, 



Millət pic törədi, döndi zamana, 

Sağın, ağza sögmə, dinə-imana, 

Tövbə et günahın pişman yaxşidur. 

 

Der Səfili, namus ari bilmiyan



Ətmək tanımiyan, tuzi bilmiyan, 

İlim ögrənmiyan, yazi bilmiyan, 

Ağnamiyan dostdan düşman yaxşidur. 



 

37

                   17. Yaxşidur 



 

Bir məclisə varanda özüni ögmə 

Şeytana can verib yoxsuli döqmə, 

Haxsıza haqq deyib düzləri əqmə, 

Deməki dünyada zülüm yaxşidur. 

 

Deli qönül bəndən sənə nəsihət, 



Deməki dünyada varım yaxşıdır. 

Bir qün olur qohum qardaş yad olur

Demə ki, zənginim param yaxşidur. 

 

  

                   18. Ağlasin 

 

Yaşılbaş sonalar ötər göllərdə, 

Qırıldı qanadım qaldım çöllərdə, 

Anasız, babasız gəzdim ellərdə, 

Bən ağlamiyem, kimlər ağlasın. 

 

Bir yandan ğəm gəldi, bir yandan farağ, 



Qaldım qürbət eldə, Vətənim irağ. 

Qürbət eldə nasıl yaşiyağ, durax, 

Bən ağlamiyem, kimlər ağlasın. 

 

 



              19. Nə gözəl uymiş  

 

Çıxa-çıxa çıxdım dağlar başına,  



 

Duman dağlara nə gözəl uymiş.  

 

Şükr elədim haxdan gələn əmirə,  



 

İman möminlərə nə gözəl uymiş.  

 

 



 

38

Dügündə-bayramda edərlər zinət,    



Haqq bizə buyurdi farz ilə sünnət,    

Kafirə cəhənnəm, islama cənnət,  

 

Nalet kör şeytana nə gözəl uymiş.    



 

Səfili der, İncil endi İsaya,    

Dil verildi əlindəki əsaya,  

 

Zəbur Davuda, Tövrat Musaya,  



 

Quran Məhəmmədə nə gözəl uymiş

31



   




 

39

DASTANLARI 



 

 

Ey Səfili, ataş aldi tən viran, 

Aç gözün, biçarə, ğəflətdən oyan. 

Sancağım Axısxa, yerim Kobliyan, 

Kəzamız da Adiqönə yetişdi 

            Molla Məhəmməd Səfili 

 

20. Pulateli Molla Məhəmmədin 



Kobliyan kövlərinə olan qoşmasi

32

 

 

Ağalar, Derseldən başladım mətə, 



Qavği gördüm dilindən çıxmaz xətə, 

Namniyavur, Ququnaur, yapi qat-qata, 

Cani oğli Kortsox qalsin bir yana. 

 

Kortsoxtda kəndimi qılmişəm zahir, 



Bir şahzadə gördüm elimdə mahir, 

Ağzi şəkər, qafa toli çavahir, 

Molla Yusif degər Sixisubana. 

 

Moxe zinnətlidür, elim turaği, 



Dövlət buldi yaxın ilə iraği, 

Əfəndi həzrətim  dinin çiraği

Dəstəni bus edem varem Kexvana. 

 

Keçdim Kexvana, çəkməm talaşi, 



Süngəri halvasi, əmtəqi aşi, 

Daimə mət edem molla Kələşi, 

Dəliğanliləri bərzər hüri ğılmana. 

 

Çaxsal ağay  gördüm dövlət sahibi. 



İşarət eylədi açdilər babi, 

Döşəklərdə gördüm atlası, zərbabi, 

Nəzər etdim, döndüm oyan bu yana. 



 

40

Endim Çelaya, çesladur bəndi, 



Gendiləri düzənli, olmuşlər fəndi, 

Düşkünlər pənahi Said Əfəndi, 

Paşa qədər hükmi vardur sayana. 

 

Səvirmiya xoş məkən, sudların yeri, 



Apiyet də yaxşidur, qalmazlar geri. 

Ğortubanda Rəşid xoça ərənlər piri

Zediban da ziya verir o yana. 

 

Pulatelilər namaz qılandur, 



Laşelilər şəriyatdan biləndur, 

Zarzmalilər göz yaşıni siləndur, 

Onlar da məxsusdur əlli ülfənə. 

 

Qodersdə söylənur odunun hali, 



Şeytan bazarında  var qalma-qali, 

Utqusubanda Mövlud ağa yedurdi pali 

Daima şen olsun demişlər ona. 

 

Adigündə oturur paşazədələr, 



Çalğilər çalunur, turli sədələr, 

Xizmətdə tolanur, verür badələr, 

Haxlızı aldurub olman divana. 

 

Rabat şəhər olmiş, cərgə binasi, 



Hər gün nardi oynar Sire ağasi

Zanav şöhrət buldi starşinası, 

Binar yorğa qırat, bənzər ceyrana. 

 

Baxşi beg əfəndinin öpərim əlin 



Allah bağışlasin dövlətin malin, 

Kərəm et, görəyim, Qorqulun halın, 

Nəzər etdim, çox xor baxiyersin bənə. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə