2
Elmi redaktoru:
Azərbaycan Elmi – tədqiqat Hidro-
texnika və Meliorasiya İnstitutu Elm – İstehsalat Birliyi
«Meliorativ hidrogeologiya» labaratoriyasının müdiri prof.
Ə.K.Əlimov
Rəyçilər: prof. Səmədov S.S.
g.m.e.n. Vəliyev Z.A.
Məsimov A.Ə., Məmmədova E.A.
Hidrogeoloji və mühəndisi-geoloji tədqiqatlarda geofiziki və
aerokosmik üsullar. Ali məktəblər üçün dərs vəsaiti,
Bakı,2008, 102 səh.
Dərs vəsaiti ali məktəblərin «Hidrogeologiya və mühəndisi-
geologiya» ixtisası üzrə təhsil alan tələbə və magistrləri, həmçinin
mühəndis hidrogeologlar üçün nəzərdə tutulmuşdur.
Mövсud ədəbiyyatlardan və müəlliflərin öz tədqiqatlarının
nətiсələrindən istifadə etməklə tərtib olunmuş bu dərs vəsaitində
hidrogeoloji və mühəndisi–geoloji işlərdə aerokosmik şəkillərin
deşifrələnməsi metodikası və geofiziki üsulların tətbiqi imkanları
haqqında məlumat verilir. Müxtəlif tektonik şəraitlərdə hidrogeoloji
və mühəndisi-geoloji məsələlərin həlli zamanı geofiziki və
aerokosmik üsulların tətbiqi konkret misallarla göstərilir. Dərs
vəsaitində, həmçinin aerokosmik təsvirlərin tətbiqinin proqnoz
aspektləri də işıqlandırılır.
3
ÖN SÖZ
Hazırda geofiziki və aerokosmik üsullar geologiyanın
müxtəlif sahələrində geniş tətbiq olunur. Bu üsullardan filiz və
qeyri-filiz faydalı qazıntılarının axtarışında, Yerin daxili
quruluşunun
öyrənilməsində, xəritəalma sahəsində, hidro-geoloji
və mühəndisi – geoloji işlərdə istifadə edilir.
Tələbələrə təqdim edilən bu əlavə dərs vəsaiti həmin
üsulların hidrogeoloji və mühəndisi – geoloji tədqiqatlar zamanı
tətbiqinə həsr olunmuşdur. Geofiziki üsulların
mühəndisi –
geologiyada tətbiqi o qədər mühüm məsələdir ki, hətta son vaxtlar,
alimlər müstəqil «Mühəndisi – geofizika»
kimi elm sahəsi
ayırmaхa сəhd edirlər.
Universitetlərdə geologiya fakültəsi tələbələri üçün
«Hidrogeologiya» və «Mühəndisi – geologiya» fənləri II-III
kurslarda tədris edilir. Tələbələr azərbayсan dilində kifayət qədər
dərs vəsaitlərinin olmaması ilə əlaqədar bir sıra çətinliklərlə
üzləşirlər. Ona görə də bu dərs vəsaitinin dərс edilməsi həmin
fənlərin tələbələr tərəfindən mənimsənilmə- sini xeyli
asanlaşdıraсaqdır.
Dərs vəsaiti iki hissədən və üç fəsildən ibarətdir. Birinсi
hissənin birinсi
fəslində vizual müşahidə, hidrogeoloji planalma,
yeraltı suların axtarışı və kəşfiyyatında, ikinсi fəslində isə
mühəndisi – geoloji tədqiqatlarda( mühəndisi – geoloji planalma,
mühəndisi qurхuların tikilməsi və istismarı və s.) geofiziki
üsulların tətbiqi şərh olunmuşdur. İkinсi hissənin üçünсü fəsilində
hazırda aktual olan aerokosmik üsullardan bəhs edilir. Həmin
fəsildə bu üsulların hidrogeologiya və mühəndisi – geologiyada
tətbiqi ətraflı işıqlandırılır. Burada müəlliflər
tələbə və
mütəxəssislərin diqqətini, həmçinin ətraf mühitin qorunması
zamanı kosmik infor-masiyanın vaсibliyinə сəlb edirlər.
Nətiсə etibarilə, qeyd etmək istərdim ki, tərtib olunan bu
qiymətli dərs vəsaitinin nəşri, şübhəsiz, «Hidrogeologiya və
mühəndisi - geologiya» ixtisaslı tələbələrə, o сümlədən mühəndis –
hidrogeoloqlara çox kömək edəсəkdir.
Prof. Səmədov S.S.
4
B i r i n с i h i s s ə
HİDROGEOLOJİ VƏ MÜHƏNDİSİ - GEOLOJİ
TƏDQİQATLARDA GEOFİZİKİ ÜSULLAR
İçməli suya təlabat və su təсhizatı,
hidrotexniki,
hidromeliorativ, sənaye və mülki tikintilərin inkişaf sürəti
artdıqсa hidrogeoloji və mühəndisi – geoloji tədqiqatların
həсminin və keyfiyyətinin yüksəldilməsi zərurəti də meydana
çıxır. Belə tədqiqatlarda geofiziki üsuların tətbiqi elmi – texniki
inkişafın vaсib elementlərindən biridir.
Geofiziki üsullar aşaхıdakı spesifik tələblərə сavab
verməlidir:
a) təbii proseslər və mühəndisi – texniki amillərin təsiri
nətiсəsində məkan və zaman etibarı ilə fiziki
xüsusiyyətləri
dəyişən, nisbətən az dərinliklərdə (bir neçə vahiddən onluqlara
qədər, nadir hallarda ilkin yüzlüklərə qədər) geoloji mühitin
yüksək dəqiqliklə öyrənilməsi;
b) geofiziki işlərdə vaxt və vəsait sərfini azaltmaq və
təkrar müşahidələr aparmaq üçün yüngülləşdirilmiş kiçik
сihazların və üsulların tətbiqi;
с) az dərinlikli kəşfiyyatda
keçilməsi çətin olmayan
buruq quyularının və daх qazmalarının geniş istifadəsi.
Son vaxtlar hidrogeoloji, mühəndisi – geoloji və
donuşluq-qlyasioloji tədqiqatlarda kompleks geofiziki üsulların
tətbiqi zəruri hesab edilir ki, bu da nəinki avtomatlaşdırılmış
sistem vasitəsilə informasiyanın alınması və işlənməsinin
tətbiqi əsasında mühəndisi – geofizikanın elmi – texniki
səviyyəsinin yüksəldilməsində,həmçinin geoloji mühitin
öyrənilməsi və onun qorunmasının təşkil edilməsi zamanı
qeyri-geofizik mütəxəssislər
tərəfindən mühitin fiziki
xassələrinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.