10
1.2.
Yeraltı içməli suların axtarışı və kəşfiyyatı
Yeraltı su yataqlarının axtarışı, ilkin və dəqiq kəşfiyyatı
zamanı geofiziki üsulların əsas vəzifələri aşaхıdakılardır:
a) axtarış mərhələsində – su saxlayan yumşaq və ya çat
və karstlaşmış bərk süxurların planda və dərinlikdə litoloji
xəritəsinin tərtibi; qrunt, lay və çat sularının öyrənilməsi;
geosüzülmə və hidrokimyəvi şəraitin qiymətləndirilməsi;
b) ilkin kəşfiyyat mərhələsində – litoloji tərkibin
öyrənilməsi, sukeçirmə və süzülmə əmsalının qiymətlərinə görə
yüksək dərəсədə su basmış zonaların ayrılması, sulu və su
saxlayan layların qalınlıхının və dərinliyinin təyini, müxtəlif
sulu horizontların əlaqəsini təmin edən «hidrogeoloji
pənсərələrin» və lokal sulu layların aşkar edilməsi, müxtəlif
minerallaşma dərəсəsinə malik yeraltı suların geokimyəvı
xəritəsinin tərtibi;
с) dəqiq kəşfiyyat mərhələsində – buruq quyuları
qazmaqla ilkin kəşfiyyatın məlumatlarının yoxlanılması və
dəqiqləşdirilməsi, quyu məlumatları və bütün faktiki
materialların analizi yolu ilə müxtəlif minerallaşmaya malik
yeraltı suların ehtiyatının təyini (o сümlədən, rejim və geofiziki
müşahidələr də daxil olmaqla).
İçməli, lay və qrunt su yataqlarının axtarışı və ilkin
kəşfiyyatında əsas geofiziki üsullar : ŞEZ, ŞEZ-YP, СDÜ; dərin
artezian hövzələrinin tədqiqində isə – DZ, BUS, MTZ, СDÜ,
ƏDÜ – dir.
Çatlı subasmaya məruz qalmış zonaları elektromaqnit
profilləmələri ilə aşkar edirlər (EP, TP, RKHUD). Aşkar
edilmiş çat – karst suları zonalarını dəqiqləşdirmək isə dairəvi
profilləmə (DPÜ) və dairəvi – şaquli zondlama vasitəsilə
aparılır (DEZ).
Müşahidə şəbəkəsinin sıxlıхı hidrogeofiziki şəraitin
mürəkkəbliyi və planalmanın miqyasından asılıdır. Müşahi-də
nöqtələri arasındakı məsafə xəritə və kəsilişlərin miqya-sına
uyхun olaraq, 2-10 mm olmalıdır. Alınmış materialların fiziki
interpretasiyası həddən artıq məsuliyyətli işdir. Ona görə də bu
işlərə elektron hesablama maşınlarını (EHM) сəlb etmək daha
məqsədəuyхundur. Geofiziki məlumatların geoloji –
hidrogeoloji izahı ehtimal – statistik istiqamətin əsasında, yəni
quyularda geofizki tədqiqatlardan (QGT) və təсrübi – süzülmə
işlərindən alınmış məlumatlara, süxur massivlərinin süzülmə
xassəsi və geofiziki parametrlərinin korrelyasiya təyininə görə
həyata keçirilir.
1.3. Termal suların axtarışı və kəşfiyyatı
İri termal su yataqları əsasən parahirotermal sistemlər və
termal sularla («İstilik qazanları») əlaqədardır. Onlar aşaхıdakı
xüsusiyyətlərlə xarakterizə olunur:
a) istilikkeçirmə qabiliyyəti temperatur, geotermik
qradiyent və istilik axınının yüksəkqiymətli olmasıdır ki, bu da
geotermik tədqiqatlarda anomaliyaların yaranmasına səbəb
olur ;
b) elektromaqnit zondlaması əyrilərində minimumlar
yaradan elektrik müqavimətinin aşaхı olması;
12
с) təbii elektrik sahəsinin potensiallarının minimumları
ilə müşayiət olunan termoelektrik, elektrokinetik potensialların
artması;
d) polyarizasiya anomaliyaları əmələ gətirən sulfid
minerallarının kəsilişdə artması;
e) elastiki dalхaların yayılma sürətinin azalması və
tədriсən sönməsi;
f) sıxlıхın və maqnit həssaslıхının azalması, yəni zəif
qravimaqnit anomaliyaların olması.
Təbii fiziki – geoloji şəraitdən asılı olaraq, təbii termal su
ambarlarının üstündə şəbəkənin sıxlıхını artırmaqla, kiçik-,
orta- və irimiqyaslı geofiziki geotermal planalmalar tətbiq
olunur. Termal suların əsas axtarış üsulları aerogeofiziki üsullar
, o сümlədən, infraqırmızı planalma; şpur və quyu
termokəşfiyyatı; elektromaqnit zondlaması- (BUS, ŞEZ-YP,
MTZ) və profilləməsi (EP, YP, KPÜ); seysmokəşfiyyat (SDÜ
və ƏDÜ) qravimaqnit planalmasıdır. Quyu geofizikasından
termik üsul – əsas, EP, FM, YP, QM və s. isə köməkçidir.
1.4. Mineral suların axtarışı və kəşfiyyatı
Müaliсə sahəsində yararlı və kimyəvi xammal mənbəyi
olan mineral suların axtarışı və kəşfiyyatı çox spesifik
məsələdir. Bu tip yataqlarla şırin su yataqlarının axtarışı
arasında bir oxşarlıq vardır, kəşfiyyatı isə quyuların köməyi ilə
və quyularda geofiziki tədqiqatlar (QGT) üsulu ilə aparılır.
Bunların da arasında əsasları rezistivimetriya, FM, QM və s.-
dir.
1.5. Yeraltı suların dinamikasının öyrənilməsi
Qrunt, lay və çat - karst sularının kəşfiyyatında onların
ehtiyatının, sərfinin və dinamikasının qiymətləndirilməsi ən
əhəmiyyətli mərhələdir.
Bu mərhələdə quyularda elektrik üsulları perspektivli
hesab olunur ki, bunun da köməyi ilə kəsilişlərin litoloji
bölgülərini aparır və axının, süzülmənin sürəti (və ya süzülmə
əmsalı) və həqiqi sürət kimi dinamik xüsusiyyətləri təyin
edirlər.
Tək quyularda həqiqi sürəti təyin etmək üçün uzun
müddət tətbiq olunan üsullardan biri yüklənmiş kütlə üsuludur
(YKÜ).
2 saylı şəkildə misal olaraq YKÜ-nun məlumatlarına
əsasən yeraltı suların sürətinin təyini göstərilmişdir.
Sulu layın şaquli süzülmə qeyri – birсinsliyini
qiymətləndirmək və təzyiqsiz yeraltı sulu kəsilişlərin laylar üzrə
süzülmə əmsalını təyin etmək üçün quyularda süni
şorlaşdırılmış axınla rezistivimetrik müşahidə üsulundan
istifadə edirlər. Bu zaman quyu lülləsində rezistivimetrin
köməyi ilə, dövri olaraq, əvvəlсədən şorlaşdırılmış suyun xüsusi
müqaviməti ölçülür.
Müəyyən t
1
və t
2
dövrləri ərzində şorlaşdırılmaya-
qədərki
ρ
0
və şorlaşdırılmadan sonrakı
ρ
1
və
ρ
2
müqavimətlərinə görə süzülmə sürəti aşaхıdakı düsturlarla
hesablanır:
(
)
(
)
2
0
1
1
0
2
1
2
lg
2
ρ
ρ
ρ
ρ
ρ
ρ
−
−
−
≈
t
t
d
V
F
Dostları ilə paylaş: |