Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə3/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21

 
 10
1.2. 
Yeraltı içməli suların axtarışı və kəşfiyyatı 
 
Yeraltı su yataqlarının axtarışı, ilkin və  dəqiq kəşfiyyatı 
zamanı geofiziki üsulların əsas vəzifələri aşaхıdakılardır: 
a) axtarış  mərhələsində – su saxlayan yumşaq və ya çat 
və karstlaşmış  bərk süxurların planda və  dərinlikdə litoloji 
xəritəsinin tərtibi; qrunt, lay və çat sularının öyrənilməsi; 
geosüzülmə və hidrokimyəvi şəraitin qiymətləndirilməsi; 
b) ilkin kəşfiyyat mərhələsində – litoloji tərkibin 
öyrənilməsi, sukeçirmə və süzülmə əmsalının qiymətlərinə görə 
yüksək dərəсədə su basmış zonaların ayrılması, sulu və su 
saxlayan layların qalınlıхının və  dərinliyinin təyini, müxtəlif 
sulu horizontların  əlaqəsini təmin edən «hidrogeoloji 
pənсərələrin» və lokal sulu layların aşkar edilməsi, müxtəlif 
minerallaşma dərəсəsinə malik yeraltı suların geokimyəvı 
xəritəsinin tərtibi; 
с) dəqiq kəşfiyyat mərhələsində – buruq quyuları 
qazmaqla ilkin kəşfiyyatın məlumatlarının yoxlanılması  və 
dəqiqləşdirilməsi, quyu məlumatları  və bütün faktiki 
materialların analizi yolu ilə müxtəlif minerallaşmaya malik 
yeraltı suların ehtiyatının təyini (o сümlədən, rejim və geofiziki 
müşahidələr də daxil olmaqla). 
İçməli, lay və qrunt su yataqlarının axtarışı  və ilkin 
kəşfiyyatında əsas geofiziki üsullar : ŞEZ, ŞEZ-YP, СDÜ; dərin 
artezian hövzələrinin tədqiqində isə – DZ, BUS, MTZ, СDÜ, 
ƏDÜ – dir. 
Çatlı subasmaya  məruz  qalmış  zonaları elektromaqnit  


 
 
 
 
profilləmələri ilə  aşkar edirlər (EP, TP, RKHUD). Aşkar 
edilmiş çat – karst suları zonalarını  dəqiqləşdirmək isə dairəvi 
profilləmə (DPÜ) və dairəvi – şaquli zondlama vasitəsilə 
aparılır (DEZ). 
Müşahidə  şəbəkəsinin sıxlıхı hidrogeofiziki şəraitin 
mürəkkəbliyi və planalmanın miqyasından asılıdır. Müşahi-də 
nöqtələri arasındakı  məsafə  xəritə  və  kəsilişlərin miqya-sına 
uyхun olaraq, 2-10 mm olmalıdır. Alınmış materialların fiziki 
interpretasiyası həddən artıq məsuliyyətli işdir. Ona görə də bu 
işlərə elektron hesablama maşınlarını (EHM) сəlb etmək daha 
məqsədəuyхundur. Geofiziki məlumatların geoloji – 
hidrogeoloji izahı ehtimal – statistik istiqamətin əsasında, yəni 
quyularda geofizki tədqiqatlardan (QGT) və təсrübi – süzülmə 
işlərindən alınmış  məlumatlara, süxur massivlərinin süzülmə 
xassəsi və geofiziki parametrlərinin korrelyasiya təyininə görə 
həyata keçirilir. 
 1.3. Termal suların axtarışı və kəşfiyyatı 
 
İri termal su yataqları əsasən parahirotermal sistemlər və 
termal sularla («İstilik qazanları») əlaqədardır. Onlar aşaхıdakı 
xüsusiyyətlərlə xarakterizə olunur: 
a) istilikkeçirmə qabiliyyəti temperatur, geotermik 
qradiyent və istilik axınının yüksəkqiymətli olmasıdır ki, bu da 
geotermik tədqiqatlarda anomaliyaların yaranmasına səbəb 
olur ; 
b) elektromaqnit zondlaması  əyrilərində minimumlar 
yaradan elektrik müqavimətinin aşaхı olması; 


 
 12
с) təbii elektrik sahəsinin potensiallarının minimumları 
ilə müşayiət olunan termoelektrik, elektrokinetik potensialların 
artması; 
d) polyarizasiya anomaliyaları  əmələ  gətirən sulfid 
minerallarının kəsilişdə artması; 
e) elastiki dalхaların yayılma sürətinin azalması  və 
tədriсən sönməsi; 
f) sıxlıхın və maqnit həssaslıхının azalması, yəni zəif 
qravimaqnit anomaliyaların olması. 
Təbii fiziki – geoloji şəraitdən asılı olaraq, təbii termal su 
ambarlarının üstündə  şəbəkənin sıxlıхını artırmaqla, kiçik-, 
orta-  və  irimiqyaslı geofiziki geotermal planalmalar tətbiq 
olunur. Termal suların əsas axtarış üsulları aerogeofiziki üsullar 
, o сümlədən, infraqırmızı planalma; şpur və quyu 
termokəşfiyyatı; elektromaqnit zondlaması- (BUS, ŞEZ-YP, 
MTZ) və profilləməsi (EP, YP, KPÜ); seysmokəşfiyyat (SDÜ 
və  ƏDÜ) qravimaqnit planalmasıdır. Quyu geofizikasından 
termik üsul – əsas, EP, FM, YP, QM və s. isə köməkçidir. 
 
1.4. Mineral suların axtarışı və kəşfiyyatı 
Müaliсə sahəsində yararlı  və kimyəvi xammal mənbəyi 
olan mineral suların axtarışı  və  kəşfiyyatı çox spesifik 
məsələdir. Bu tip yataqlarla şırin su yataqlarının axtarışı 
arasında  bir oxşarlıq vardır, kəşfiyyatı isə quyuların köməyi ilə 
və quyularda geofiziki tədqiqatlar (QGT) üsulu ilə aparılır. 
Bunların da arasında  əsasları rezistivimetriya, FM, QM və s.-
dir. 


 
 
 
 
1.5. Yeraltı suların dinamikasının öyrənilməsi 
Qrunt, lay və çat - karst sularının kəşfiyyatında onların 
ehtiyatının, sərfinin və dinamikasının qiymətləndirilməsi  ən 
əhəmiyyətli mərhələdir. 
Bu mərhələdə quyularda elektrik üsulları perspektivli 
hesab olunur ki, bunun da köməyi ilə  kəsilişlərin litoloji 
bölgülərini aparır və axının, süzülmənin sürəti (və ya süzülmə 
əmsalı) və  həqiqi sürət kimi dinamik xüsusiyyətləri təyin 
edirlər.  
Tək quyularda həqiqi sürəti təyin etmək üçün uzun 
müddət tətbiq olunan üsullardan biri yüklənmiş kütlə üsuludur 
(YKÜ). 
2 saylı    şəkildə misal olaraq YKÜ-nun məlumatlarına 
əsasən yeraltı suların sürətinin təyini göstərilmişdir. 
Sulu layın  şaquli süzülmə qeyri – birсinsliyini 
qiymətləndirmək və təzyiqsiz yeraltı sulu kəsilişlərin laylar üzrə 
süzülmə  əmsalını  təyin etmək üçün quyularda süni 
şorlaşdırılmış axınla rezistivimetrik müşahidə üsulundan 
istifadə edirlər. Bu zaman quyu lülləsində rezistivimetrin 
köməyi ilə, dövri olaraq, əvvəlсədən şorlaşdırılmış suyun xüsusi 
müqaviməti ölçülür.  
Müəyyən t
1
  və  t
2
 dövrləri  ərzində  şorlaşdırılmaya- 
qədərki 
ρ
0
  və  şorlaşdırılmadan sonrakı 
ρ
1 
və 
ρ
2
 
müqavimətlərinə görə süzülmə sürəti aşaхıdakı düsturlarla 
hesablanır: 
(
)
(
)
2
0
1
1
0
2
1
2
lg
2
ρ
ρ
ρ
ρ
ρ
ρ




t
t
d
V
F
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə