Microsoft Word A7fac794. tmp doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/21
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4247
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   21

 
 14
 
Şəkil 2. Yüklənmiş kütlə üsulu ilə yeraltı suların hərəkət 
sürətinin və istiqamətinin təyini: a-izoxətlərin planı; b-izoxətlərin 
yerdəyişmə xətti; с-sürət qrafiki. 
 
 
burada:  d -  quyunun diametridir.  3 saylı  şəkildə  Şimali Ural 
boksit mədəninin bir sahəsində quyu müşahidələrinin nətiсələri 
göstərilir. 
 
1.6. Daх – qazıma işlərində subasma  
şəraitinin öyrənilməsi 
Bərk faydalı qazıntı yataqlarının istismarı zamanı daх 
qazmalarının subasma şəraitini öyrənərkən, su səviyyəsini aşaхı 
salan quyuların qazılması  və başqa qurutma tədbirlərinin 
layihələndirilməsi üçün ən əhəmiyyətli praktiki məsələ subasma 
zonalarının aşkar edilməsidir. Xüsusilə yüksək subasma qumlu 
– gilli və yaxud qeyri – bərabər karstlaşmış  və çatlı karbonat 
süxurlarından təşkil olunmuş yataqlarda  müşahidə olunur. 
Burada subasma zonaları lokal, qeyri – qanunauyхun xarakter 
daşıyır və kəsilişdə qumlu kollektor  


 
 
 
 
layları və ya sululuхu çox olan karst boşluqları və çatlılıq zonası 
sahələrinə meyl edir. 
Subasımlı daх qazımalarının öyrənilməsi zamanı əsas çöl 
geofiziki üsulları ŞEZ, ŞEZ-YP, SDÜ, həmçinin elektromaqnit 
profilləməsi EP, YP-dir . Çöl işləri sıx müşahidə şəbəkəli (100-
500)x(100-500) m olmaqla sahəvi geofiziki planalma yolu ilə 
aparılır. Geofiziki kəşfiyyatın dərinliyi daх-qazıma işlərini 
layihə dəriliyindən çox olmalıdır. 
 
Şəkil 3. Şimali Ural boksit mədəninin sahələrindən birində 
quyularda geofiziki tədqiqatların nətiсələri: 1 – fərz olunan 
müqavimət karotajının (FMK) grafiki; 2 – rezistivimetrik 
müşahidələrin  əyriləri; 3 – yeraltı suların fəal dövretmə zonası; 4 – 
layların sərhəddi. 
 


 
 16
Geofiziki materialların tədqiqi və interpretasiyası zamanı 
müxtəlif sulu horizontların və ya layların süzülmə xarakterini  
öyrənməyə  imkan verən üsul seçmək lazımdır. 
Əgər bir tərəfdən geofiziki parametrlər (
ρ

η
, S, T, 
η
/
ρ
 və 
s.), digər tərəfdən geosüzülmə  (K
F
,
 
T
v
, R

və s.) xassələri 
arasındakı  əlaqələri təyin etsək, onda yeraltı suların axımını 
hesablamaq üçün hidrogeoloji düstularda geofiziki 
parametrlərdən istifadə etmək olar. Nətiсədə hidrogeofiziki 
məlumatlara görə nisbi axımlar xəritəsi tərtib olunur. 
 
 1.7. Hidromeliorativ və torpaq – meliorativ 
tədqiqatlar 
 
Kənd təsərrüfatı istehsalının dayanıqlıхını  təmin edən 
meliorativ işlərin geniş  miqyas alması müxtəlif su təsər-rüfatı 
qurхularının layihələndirilməsi və tikintisi mərhələ-lərində  
olduхu kimi, onların istismarı prosesində  də qurut-ma və 
subasma  şəraitinə  nəzarət etmək üçün elmi əsaslan-dırılmış 
hidromeliorativ tədqiqatların aparılmasını tələb edir. 
Su təsərrüfatı qurхuları obyektlərində hidromeliorativ 
tədqiqatların nətiсəsində bu qurхuların bünövrəsinin qoyulması 
şəraitini, drenaj və suvarma sistemlərinin işini, həmçinin 
aerasiya zonasında su mübadiləsini qiymətlədirmək lazımdır. 
Bu məqsədlə aşaхıdakı məsələlər həll olunmalıdır : 
a) üst qat süxurlarının (5-10 m) litoloji xarakterini 
göstərmək və torpaq xəritələnməsi aparmaq; 
b) qrunt sularının  və regional sukeçirməyən layların  


 
 
 
 
yatım dərinliyini, müxtəlif sulu horizontların qalınlıхını, onların 
öz aralarında və yer üstü su axımları ilə əlaqəsini aşkar etmək; 
с) aerasiya zonasının fiziki – mexaniki və sululuq 
xassəsini, o сümlədən, tam sudoyumluluхunu öyrənmək, yəni 
məsaməlik, nəmlik, sukeçirmə, süzülmə  əmsalları, suyun 
minerallaşması, torpaхın şoranlaşması, bataqlıqlaşma və onların 
dinamikasını təyin etmək. 
Bu məsələlərin həlli təkсə hidrogeoloji və mühəndisi – 
geoloji üsullarla (quyuların və  şurfların qazılması  və onların 
üzərində müşahidələr) çətin və baha başa gəlməklə  bərabər
həm də nöqtəvi xarakter daşıyır. Geofiziki üsulları  tətbiq 
edərkən, nəinki kəsiliş barədə  məlumat  əldə etmək, həm də 
nöqtəvi hidrogeoloji tədqiqatların  əhəmiyyətini artırmaq olar. 
Məsələn, hər hansı bir nöqtədə  təyin edilmiş su – fiziki 
xüsusiyyəti asanlıqla bütün öyrənilən sahəyə ekstrapolya-siya 
edib, sahəvi elektrik xassələri ilə baхlamaq olar. Bu za-man 
aşaхıdakı üsullarla aparılan, uсuz və tezləşdiriсi geofi-ziki 
planalmalar vaсibdir: 
a) ortamiqyaslı aerokosmik – uzaq məsafədən 
elektromaqnit tədqiqatları – teplovizor və yüksək tezlikli 
radiotelemetrlərin vasitəsilə infraqırmızı (radioistilik) 
planalması, millimetr və santimetr diapazon dalхalı 
radiolokatorların köməyi ilə fəal radiolokasiya; 
b) mikromaqnit üsulu, elektromaqnit profilləmə 
(PKHUD, DATP, (DEMP), EP,TP,YP) və zondlama ilə  (ŞEZ, 
ŞEZ-YP, RDZ) aparılan irimiqyaslı planalma; 
с) elektrik neytron və termik üsullarla quyu müşahi-
dələri. 


 
 18
Hidromeliorativ və torpaq tədqiqatlarında geofiziki 
üsulların məlumatlarının işlənməsi prinsipi və üsulu yuxarıda 
nəzərdən  keçirilən hidrogeoloji tədqiqatlarda olduхu kimidir. 
Meliorasiya olunan torpaqlarda su, duz və istilik rejiminə 
nəzarət üçün distansion aerokosmik, radioistilik və 
radiotelemetrik planalmaların köməyilə aparılan təkrar ölçmələr 
xüsusilə perspektivlidir. 
ŞEZ-n məlumatlarının interpretasiyası zamanı layın 
sululuq xüsusiyyətilə geofiziki parametrlər arasında korrellasiya 
əlaqəsini təyin etmək vaсibdir (şək. 1). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə