Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
71 
böyük idi; onu hər cəhətdən təqlid etməyə çalışırdılar; yeri 
gəlmişkən, qeyd edək ki, o, indiyədək də onun adını daşıyan 
“Turrat-ül-Sükeynə” sarığını tətbiq etmişdi. Lakin Sükeynənin 
böyüklüyü yalnız geyim dəbinin tətbiqində deyil, ilk növbədə, 
onun mənəvi-əxlaqi təsirindədir; onun evinə o dövrün məşhur 
şairləri, hüquqşünaslar və alimlər toplaşardı;  Ərəbistanın bir 
çox nəcib qadınları özlərini ona oxşatmağa, evlərinə nüfuzlu 
adamları cəlb etməyə çalışırdılar. Rəfiqələr əhatəsində Sükeynə 
xəlifəliyin bütün güşələrindən onun yanına məsləhət, hima-
yədarlıq və kömək məqsədilə gələnləri qəbul edirdi; o, toplaşan 
adamları ali zəkası, nəcibliyi, söhbət mövzularının müxtəlifliyi 
ilə canlandırırdı; onun ciddi və sanballı  tənqidi çıxışları ona 
qarşı hörməti xeyli artırırdı. Yeri gəlmişkən, deyək ki, 
Haşimilər tayfasının düşmənləri olan Dəməşq hökmdarları – 
əməvilər (Sükeynə isə məhz haşimilərə mənsub idi), ona qarşı 
heç də  rəğbət hissləri bəsləmirdilər; lakin bu ağıllı qadın öz 
davranışı ilə ona qarşı mümkün ola biləcək heç bir irada yol 
verməmişdi. O, xəlifə Validin arvadı Ümmül Baneyn ilə yaxın 
dostluq münasibətlərində idi və  hətta onun vasitəsilə  xəlifə 
sarayına təsir etməyə qadir idi. Mirəli yazır: “Sükeynənin qəbri 
unudulmuşdu və onun xatirəsi müsəlmanların yaddaşından 
tamamilə silinmişdi; eyni zamanda, onun müasiri, yalançı 
mömin Rəbiyyənin sərdabəsi ibadət yerinə çevrilmiş  və  hətta 
fars  şairi Xaqani kimilər analarını ona oxşatmağı özləri üçün 
şərəf sayırdılar. Bu – müasir müsəlmanların intellektual və 
mənəvi geriliyinin ən parlaq sübutudur”. 
İndi isə  əməvilərdən sonrakı dövrə – abbasilər dövrünə 
keçək. Bu dövrdə  ərəb mədəniyyəti yüksək zirvəyə çatmış  və 
şərqdən Qərbi Asiyaya, Çingizxanın vəhşi ordusunun müdaxi-
ləsinə qədər, inkişafı davam edirdi. Bu dövrdə qadınlar, əvvəl-
ki kimi, ictimai həyatda aktiv iştirak edirlər; onlar hüquqşünas-
lığı, teologiyanı öyrənir, pedaqoji fəaliyyət göstərirlər. O döv-
rün bəzi görkəmli şəxsiyyətləri, məsələn, sünni məzhəbinin ən 


 
 
72 
geniş yayılmış  təriqətlərindən biri olan Şafi təriqətinin başçısı 
Şafi öz təlimində tamamilə qadın alimlərə istinad edirdi. 
Lakin o dövrün müsəlman qadınının tərbiyəsində  və  həyat 
tərzində  əslini itirmə keyfiyyətləri aydın görünür. Ərəb 
mədəniyyəti Abbasilər dövründə yüksəlib, sonra birdən iflasa 
uğradığı kimi müsəlman qadını da öz inkişafında  ən yüksək 
səviyyəyə çatıb, birdən geriləməyə başladı. Bu, sürətli varlan-
ma və onunla bağlı olan əxlaqın pozulması, həyat tərzindəki 
sadəliyin, özünə qarşı  tələbkarlığın itirilməsi və  əsasən, 
farsların və suriyalıların təsiri ilə bağlıdır; unutmaq lazım deyil 
ki, Abbasilər dövrü bilavasitə farsların hökmranlığı dövrü idi. 
İran öz fatehlərini qula çevirmişdi. Böyük Aleksandr və onun 
xələfləri – qərbi İranda hökmranlıq edən selevkilər – əsilli fars 
çarlarından heç də  fərqlənməmişlər: həmin davranış  tərzi, 
həmin adətlər və  həmin tendensiyalar. Abbasilərin də taleyi 
onların taleyi ilə eyni idi. Fars ordusunun köməyi ilə xilafəti 
əldə etmiş Abbasilər öz iranpərəstliklərini o qədər də gizlət-
mirlər. Fars nəslinə  mənsub olan bərməkilər çar əzizləri və 
vəzirlər simasında uzun müddət xəlifəliyin bütün işlərini idarə 
edirlər. Bağdad, Persepolis üslubunda inşa edilir, onun bəzi 
saraylarının tikilməsində isə dağılmış  İran saraylarının mate-
riallarından istifadə olunur; fars dili, fars musiqisi, fars adət-
ənənələri və etiketi bəzilərində yaltaqlığın, digərlərində isə sırf 
ərəb elementinə qarşı nifrətin təzahürü idi; bir sözlə, yalnız 
xüsusi milli din olan şiəliyin və bir çox eybəcər məzhəblərin 
islam aləminə daxil edilməsi ilə deyil, o cümlədən, vaxtı ilə 
yarıvəhşi səhra sakinlərinə dünyanın yarısını  bəxş etmiş sabit 
məişət təməlinin korlanması ilə  İran, itirilmiş qüdrətinin, 
şərəfinin və müstəqilliyinin qisasını almışdı. Abbasilər, Harun 
ər-Rəşid, Mehdi və digərləri dövründə Sasanilər və Artak-
serkslər, Ömərlilər və Əlilər üzərində hökmranlıq edirlər. Təbii 
ki, bu ümumi tendensiya qadına da öz təsirini göstərmişdi və o, 
əvvəlcə nəzərə çarpmayan səviyyədə idi, sonra isə tamamilə öz 
şəxsiyyətini itirmişdi, çünki, yuxarıda qeyd etdiyimiz kimi, 


 
 
73 
farslarda guşənişinlik və poliqamiya çoxdan mövcud idi və 
qədim  ənənələrlə, müqəddəs kitablarla qanunlaşdırılmışdı. 
Abbasilər dövründə qadın tərbiyəsi qadınların öz əlində idi; 
onlar öz orijinal əsərləri ilə məşhur olandan sonra tərbiyəçi ola 
bilərdilər; vəzifəli adamlar onların qiymətini ifrat səviyyədə 
yüksəldir, rəqabət  şəraiti yaradırdılar. Bu cür tərbiyəçilərin 
himayəsində ali təbəqələrə  mənsub olan qızlar  əvvəl savad-
lanır, musiqini öyrənir və davranış qaydalarına yiyələnirdilər; 
sonra tədricən onları qrammatikanın sirləri,  şer sənəti və  bəzi 
elmlərlə tanış edirdilər; onlar tez-tez bilicilərin iştirakı ilə 
keçirilən poeziya yarışmalarında və mücərrəd mövzularda 
aparılan disputlarda iştirak edirdilər. Ərə gedib müstəqil olan-
dan sonra onlar müasir Avropa salonlarına bənzər salonlar açır, 
oraya ədiblər və alimləri cəlb edirdilər; beləliklə, hər belə salon 
akademiyaya çevrilmişdi və burada hər gün müxtəlif aktual 
məsələlərə, elm və incəsənətə dair mübahisələr aparılırdı. O 
dövr müsəlman qadının həyat tərzində də müəyyən dəyişiklik-
lər müşahidə olunurdu; salonlardakı qəbullar olduqca ağır pro-
sedur idi, onlar çoxlu vaxt və  zəhmət tələb edirdi, “çünki ge-
yimlər mürəkkəbləşmiş, kosmetik vasitələr tətbiq olunmuşdu; 
ümumiyyətlə, qadına xas olan işvənazlıq isə  həmişə yüksək 
qiymətləndirilmirdi” (Fatimə Aliyə); qadınlar həmişə qonaq-
ları, işgüzar adamları  qəbul etməyə hazır olmalı idi; özlərini 
daha sərbəst hiss edib neglige  vəziyətinin rahatlığından həzz 
almaqdan ötrü, onlar Suriya, Mesopotamiya və  İran  grandes 
damesləri kimi salonlarında pərdələnmiş guşələr yaratmışdılar 
və orada istədikləri adamları qəbul edirdilər. Bu, ərəb qadınının 
nüfuzdan düşməsinin başlanğıcı idi. Zaman ötdükcə,  ərəblər-
dən daha yüksək mədəni səviyyədə olan suriyalılara və farslara 
özünü oxşatmağa çalışan ərəb kişilərinin təsiri ilə bu pərdə, Çin 
divarı kimi, qadınlarla kişilərin arasında ucalmışdı. Buna bax-
mayaraq, təhlil etdiyimiz dövrdə, yəni IX-X əsrlərdə, qadının 
xəlifəlikdəki vəziyyəti hələ  də kifayət qədər müstəqil və 
sərbəst idi. Zadəganlar geniş və dəbdəbəli evlərdə yaşayırdılar; 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə