Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə38/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

142
 
 
motivləşməsinin obyektini - məqsədini özü seçir. 
Motivləşmədəki fərq fəaliyyətin səmərəliliyinə qabiliyyətlər 
sahəsindəki fərqdən daha çox təsir edir. İcra fəaliyyətin düzgün 
motivləşməsi  şagirdin bütün potensial qüvvələrini səfərbər 
etməyə imkan verir və davamlı iradi cəhd göstərmək sayəsində 
fəaliyyəti daha müvəffəqiyyətlə yerinə yetirməyə kömək olur. 
Belə ki, bəzi hallarda orta qabiliyyət səviyyəsinə malik olan 
şagird istər təlim fəaliyyətində, istərsə  də icra fəaliyyətində 
daha istedadlı, lakin düzgün təşkil edə bilməyən  şagirddən 
yüksək nəticə əldə edir. 
Hər bir fəaliyyət həmişə müəyyən məqsədlə bağlıdır.  Əgər 
şüurlu surətdə dərk olunmuş məqsəd yoxdursa, onda fəaliyyət 
də yoxdur. 
     Məsələn, XI sinifdə oxuyan H.-dan yaxşı oxumasının 
səbəbin soruşduqda, bildirdi ki, “təlim prosesinə ciddi- cəhdlə 
yanaşmağımın  əsas səbəbi ali məktəbə daxil olmaq istəyidir. 
Bu mənim əvəzedilməz arzumdur.” 
     Lakin  insanın fəaliyyəti yalnız bir məqsədə, bir motivlə 
təyin edilmir. Gətirilən misalda həmin məqsədlə yanaşı ola 
bilsin ki, yaxşı elmi işçi, yaxşı rəhbər işçi, ali savadlı şəxsiyyət 
olmaq arzusu və s. kimi başqa məqsədlər də görülə bilər. 
     İnsanın icra etdiyi iş  bəzən az və ya çox dərəcədə  dərk 
edilmiş ola bilər. Əgər şagirdin qarşısına qoyulan məqsəd tam 
aydındırsa və  həmin məqsədə çatmaq üçün zəruri olan yol və 
vasitələr tamamilə düşünülmüşsə, bu halda əməl tam dərk 
edilmiş olur. Bəzi şagirdlərdə isə istər məqsədin, istərsə də ona 
çatmaq üçün zəruri olan yol və vasitələrin dərkedilmə səviyyəsi 
nisbətən tutqun, kifayət qədər anlaşılmaz da olur. Bu cəhət işin 
icrasına ciddi təsir göstərir. Məlumdur ki, aydın məqsəd böyük 
enerji doğura bilər. 
     Məqsədin  əmələ  gəlməsi insan fəaliyyətində yeni 
məqsədlərin yaranması prosesidir. Bu, ixtiyari və ya qeyri- 
ixtiyari ola bilər. Məqsədin özünün bir sıra  əmələ  gəlmə 
mexanizmləri vardır. Bir halda məqsəd kənardan alınır, qəbul 


143
 
 
edilir və fərdi məqsədə çevrilir. Digər halda bir neçə tələbdən 
biri seçilir, bəzən də motiv dərk edilərkən motiv- məqsədə 
çevrilir;  əməlin, fəaliyyətin ayrı-ayrı  əlavə  nəticələri də 
məqsədə çevrilə bilər. 
    Məqsədin yaranması mürəkkəb proses olub əməlin, 
fəaliyyətin ilk təhrikedicilərinin baş qaldıraraq, inkişaf edərək 
aydın dərk olunaraq konkret obyektə , onun ideal surətinə 
çevrilməsi ilə əlaqədardır. 
    Əgər şagird təlim prosesində öz fərdi məqsədini aydın dərk  
edirsə, onun özlüyündə lahiyələşdirə, planlaşdıra bilirsə, 
məqsədə nail olmaq üçün öz iradi səyini səfərbər etməyi 
bacarırsa, demək  bu halda təlim prosesinin özü motiv kimi 
çıxış edir. Bu zaman həm də  təlim prosesindəki  şagird  
fəaliyyəti onun idrak fəaliyyəti kimi çıxış edir. 
    Belə hallarda şagird müəllimə  əsas informasiya mənbəyi 
kimi baxmır, o, informasiyanı özü axtarır, onun üzərində işləyir 
və  nəticədə informasiyanı  mənimsəyir. Bu zaman müəllim 
şagirdin kənardan idarə olunmasını təşkil edir. 
    Qeyd  etmək lazımdır ki, bilik sosial təcrübə formasında 
mövcuddur.  Əgər müəllim təlim prosesində  fərdi təcrübə ilə 
sosial təcrübə arasındakı  fərqi aradan götürməyi bacarırsa, bu 
halda təlim müvəffəqiyyətlə nəticələnir. Yox əgər müəllim bu 
iki fərqi aradan qaldıra bilmirsə, onda təlimin 
müvəffəqiyyətindən danışmağa dəyməz. Söz yox ki, müəllim 
informasiya mənbəyi kimi şagirdləri “biliklə” təchiz edəcək, 
ancaq bu cür bilik  məqsədəyönəlmiş bilik olmayacaq. Bu 
halda  şagird passiv qəbuledici kimi çıxış edəcək, təlimin 
məqsədi isə motiv kimi çıxış etməyəcək. 
    Təlim prosesinin səmərəli keçməsi üçün müəllim şagirdlərin 
ilk növbədə diqqət və hafizəsini yoxlamalıdır. Məsələn, 
müəllim yeni materialı  şagirdlərə izah edir, təlimin səmərəli 
üsullarından istifadə edir. Necə deyərlər, müəllim öz öhdəsinə 
düşən vəzifəni layiqincə yerinə yetirir. Şagirdlər də yeni dərsin 
izahı zamanı zahiri cəhətdən çox diqqətli idilər. Ancaq müəllim 


144
 
 
materialın möhkəmləndirlməsi üçün şagirdlərə suallarla 
müraciət etdikdə müəllimin sualları cavabsız qalır, şagirdlər bu 
sualları sükutla qarşılayırlar. Görəsən buna səbəb nədir? Axı, 
uşaqlar müəllimə çox diqqətlə qulaq asırdılar. 
     Bu  halda  şagirdlərdə diqqətin yayınması müşahidə olunur. 
Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə 
əlaqədar olan cisim və hadisə üzərində yönəlməsində ifadə 
olunur.Diqqətin yayınmasına  ən çox kənar qıcıqlayıcıların 
qüvvəsi, oxşarlığı  daxildir. Bu cür qıcıqlar fəaliyyətə çox 
böyük mənfi təsir göstərir. 
     Diqqətin yayınmasına həm də insanın öz daxili vəziyyəti də 
ciddi təsir göstərir. 
     Bu iki amilin təsiri ilə insanda diqqətlilik və ya diqqətsizlik 
halları, hətta diqqətin pozulması belə baş verə bilər. 
     Bundan  əlavə, belə bir prosesdə  şagirdlərin hafizəsini də 
unutmamalıyıq. Ola bilsin ki, şagirdlərdə diqqətin yayınması 
halları baş verməyib, ancaq müəllimin izahı onların yadında 
qalmayıbdır. 
     Bəs bunu nə ilə izah etmək olar? Demək bu zaman şagird 
müəllimin izah etdiyi həmin materialı qarşısına xüsusi 
yaddasaxlama məqsədi qoymur və bu materialı yadında 
saxlamaq üçün heç bir iradi səy göstərmir. Bu halda müəllimin 
dediyi informasiyalardan yalnız çox cüzi hissəsi qeyri- ixtiyari 
olaraq  şagirdin yadında qalır, bəzi  şagirdlərdə isə 
informasiyalardan heç birisi yadda qalmır. Belə olan halda 
müəllim  şagirdin ixtiyari hafizəsinə xüsusi yaddasaxlama 
məqsədi qoyub və lazım olan materialı yadda saxlamaq üçün 
iradi səy göstərir, xüsusi üsul və qaydalardan istifadə edirsə
onda bu haldakı hafizə ixtiyari səciyyə daşıyır. 
     Deməli, ixtiyari hafizə insanın  şüurlu fəaliyyətinin həm 
nəticəsi, həm də  səbəbidir.Belə dialektik vəhdət ixtiyari 
həfizənin inkişafını  şərtləndirən başlıca amilidir. 
     Biz,  müəlimlər  şagirdlərin diqqətinin tərbiyə olunmasının 
bir sıra  şərtlərdən asılı olduğunu  bilməliyik. Məzmunlu, 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə