66
mənimdir”, “Mən olum, uşaqlarım olsun, bir də qapımızı tez-
tez açan “dolu əllər” prinsipilə idarəetmə aparatında özlərini
“əbədi” möhkəmləndirənlər indi bu aparatdan uzaqlaşdırılır.”
Bu “ağıl”, düşüncə sahibləri etdikləri əməlləri ilə milli
ocaqlarımızı demək olar ki, tamamilə söndürmək təhlükəsi
qarşısında qoymuşdular. İndi gec də olsa, bu ocaqları yenidən
şölələndirmək bu günün təxirəsalınmaz işi olmalıdır. Onsuzda
hər işimizdə həmişə gecikirik...
Bakı, 1993-cü il.
67
Özümüzə qayıtmalı, özümüzü
dərk etməliyik!
Nə vaxtsa özümüz olmuşuq, öz “mən”imiz olub. İllər ötdükcə
unutmuşuq özümüz-özümüzü. Daha doğrusu, özümüzü
unutdurmağa, öz soy kökümüzdən uzaq düşməyə məcbur
ediblər. Milli dəyərlərimizə uzanan yad əllər öz “iç mən”imizi
unutdurmağa çalışıblar bizə. Bunun nəticəsində iç dünyamıza
“özgə mən”lər hakim kəsilib. Və bizi indiyə kimi “özgə
mən”lər idarə etməyə başlayıblar. Uzun illərdir ki,bu “özgə
mən”lər yaddaşımızı silməyə çalışıblar, özümüz haqqında
düşünməyi yasaq ediblər bizə.Özgə “mən”lər öz “mən”imizi öz
iç dünyamızdan didərgin salıblar. Bir müddət keçəndən sonra
daha doğmalar bir-birini tanımadılar, bir-birinə yad oldular.
Özümüzü-özümüzə qənim kəsildik! Öz soy kökümüzə
özümüzünkülər vasitəsilə balta çalmağa məcbur etdilər. Bəs
görəsən, nəyin müqabilində?! Sadəcə bir kreslo xatirinə hər
şeyi inkar etməyə, hər şeyimizi qurban verməyə hazır olan
yaltaqlar, dayazdüşüncəlilər, xəyanətkarlar tapıldı. Doğrudan
da biz azərilər pulu həmişə hər şeydən üstün tuturuq. Bundan
sonra fikirl və düşüncələrimizdə cırlaşma başladı, sözümüz
kəsərdən düşdü...
Nə vaxtsa qanımız təmiz olub, biri-birimizə qan vermişik,
qan-qardaşı olmuşuq. Sonra isə yad əllər bilərəkdən, qəsdən
genimizi dəyişdirməyə çalışdılar, qanımızı qarışdırdılar. Bu
gün isə biz öz irsi təmizliyimizi yad ünsürlərdən
qoruyubsaxlamağa çalışmalıyıq!
Nə üçün biz bir-birimizi başa düşmürük və ya başa düşmək
istəmirik? Nə üçün bir-birimizə hörmət etməyi bacarmırıq? Nə
üçün görkəmli şəxsiyyətlərimizi qiymətləndirə bilmirik? Nə
üçün bir-birimizin irəli getməsinə mane oluruq? Nə üçün
68
özümüzə bu qədər laqeyd və biganə olmuşuq? Nə üçün
özümüzə qarşı olan məsuliyyət hissini itirmişik? Nə üçün
özümüzə olan inamımız itib? və s. Bütün bu “nə üçün” lərin
cavabı birdir. Ona görə ki, biz öz “real mən” imizdən uzaq
düşmüşük, öz milli kökümüzün nüvəsindən uzaqlaşmışıq, onun
orbitindən çıxmışıq... “Özünü” axtarış ovuna çıxmışıq indi.
Bəli, bu gün biz həmin “real mən”i yenidən özümüzdə kəşf
etməli və özümüzə qayıtmalıyıq!
Qədim əxlaq nəzəriyyəçiləri demişlər: “İç dünyan sırf
sənə məxsusdur, çalış orada təmizlik işləri apar və səliqə
yarat!”
Biz indi öz iç dünyamızda həqiqətən də səliqə-sahman
yaratmalı, daxilimizdəki və şüurumuzdakı hər cür çirkabları,
yad düşüncə tərzini, yad fikirləri təmizləməyə qadir olmalıyıq!
Bunun üçün biz hökmən özümüzə qayıtmalı və özümüzü dərk
etməliyik! Gələcəyə gedən yolumuz da məhz, özünüdərkdən
başlamalıdır!
Hər bir insanın xüsusi bir mikroaləm olması gerçək bir
faktdır. İnsan özünün həm obyekti, həm də subyektidir. O öz
tarix dramasının həm müəllifi, həm də aktyorudur. İnsan yer
üzərində yeganə varlıqdır ki, özünü şüurlu surətdə
təkmilləşdirməyə çalışır. Bu təkmilləşmənin müxtəlif vasitə və
üsullarından biri də insanın öz daxilinə müntəzəm nəzər
salması və müntəzəm baxa bilməsidir.
Öz daxili mənəvi aləminə nəzər salmaq əxlaqi şüurun,
özünü dərketmənin müqəddəm, ilkin şərtlərindən biridir.
Hər bir adam sözün əsl mənasında öz daxili dünyasının
bilicisi, müdrik və cəsur səyyahı olmalıdır.
Bu cəhətdən yazıçı Cəmil Əlibəyovun “Özümü axtarıram”
kitabında müəllif öz qəhrəmanlarından birinin dili ilə
deyir: “Səhvlərimi müttəhimlər kürsüsündə oturduram.
Onları bir-bir dindirir, şahidlərə söz verirəm. Gah ittihamçı,
gah müttəhim oluram. Özümü bağışlayıram, özüm-özümü
məhkum edirəm.”
69
Bəli, özünü axtarış, özünü aramaq məhz belə çox çətin,
daşlı-kəkəsli, enişli-yoxuşlu yollarla gedir.
Öz daxilinə səyahət, iç dünyasını görə bilmək, insana özünü
düzgün dərk etməyə, mənəvi cəhətcə saflaşmağa, həmişə
ülviliyə doğru meyl göstərməyə, özünə nəzarət etməyə imkan
verir. Axı, müəyyən bir çirki, ayna üzərinə qonan tozu görə
bilmək lazımdır ki, onu təmizləyə biləsən.
Dahi şairimiz Nizami hələ səkkiz əsr bundan əvvəl deyirdi:
Dəmiri ayna tək parladan insan
Pası silməlidir öz vicdanından!
Biz ətrafımızda baş verən dəyişikliklərdən doğru, düzgün
nəticə çıxartmaq, hadisələrə obyektiv qiymət verməyə
çalışırıqsa, bu zaman biz əvvəlcə özümüzü dərk etməliyik.
Bu cəhətdən görkəmli rus yazıçısı M.M. Prişvin çox haqlı
olaraq öz gündəliyində qeyd etmişdir; “Təbiət haqqında yalnız
o zaman danışmaq olar ki, özünü nəsə məlum bir şey kimi
tapasan, kəşf edəsən və anlayasan.” Bu doğrudan da belədir.
Əgər insan özünü tapmamışsa, özünü dərk etməmişsə, özünü
anlayıb başa düşməmişsə onun dünyanın dərindən dərk edib
anlamasına və baş verən hadisələri obyektiv görə bilib, onları
qiymətləndirməsinə inanmaq çətindir. Çünki insanın dünyanı
dərk etməsi, özünü dərk etməsi ilə bütöv bir vəhdət halındadır.
Məlumdur ki, hər bir adam yaşının bütün mərhələlərində özünü
kamilləşdirmək iddiasında olmur. Bunun üçün o, əvvəlcə
özünü dərk etməlidir. Özünü təhlil etməyi bacarmalıdır.
Həyata, müxtəlif insanlara, öz vəzifəsinə, düşüncəli davranış
planına malik olmalıdır. Bu isə insanın daxili aləminin, şüur və
düşüncəsinin kifayət qədər inkişaf etməsini tələb edir.
Hər bir adam öz-özünə “kənardan” baxmağı, öz hərəkətlərini
başqalarının nöqteyi- nəzəri ilə qiymətləndirməyi bacarmalıdır.
Elə bu cəhəti nəzərə alaraq xalqının görkəmli maarifpərvəri
A. Bakıxanov özünün “ Təhzibi-əxlaq” adlı əsərində yazırdı:
Dostları ilə paylaş: |