55
айдынъа эюрдцк. Бир даща ямин олурсан ки, Агил
мцяллим щягигятян дя Азярбайъандан узагларда да
бюйцк щюрмят вя нцфуз сащибиня малик инсанлардан
олмушду.
Биз яминик ки, Азярбайъан игтисадиййатына дяйярли елми
тющфяляр верян, шяряфли юмцр йолу кечмиш, йцксяк инсани
кейфиййятляри юзцндя ъямляшдирян, щяссас вя гайьыкеш
педагог, танынмыш елм хадими Агил Ялийевин язиз
хатиряси бундан сонра да ону севянлярин гялбиндя
ябяди йашайаъагдыр.
“Ziyalı” qəzeti, 2000-ci il
56
Şam tək əriyən ömür
Dünyada hamıya əziz, doğma və müqəddəs sayılan bir peşə
var. Bu, ölçüyə sığmaz, cəmiyyətin ziyalı təbəqəsi hesab
edilən, insan mənəviyyatına ölçü vahidi olan müəllim
peşəsidir.
Biz hamımız məktəb partası arxasına keçəndən bəri müəllim
sözünün istisinə isinmiş, müqəddəsliyinə, ucalığına çatmışıq.
Müəllim ömrü şam tək əriyib öz yetirmələrin yolunu daim
işıqlandırır. Belə müəllimlərdən biri də Eyvazov Qədir İzzət
oğludur.
Q.Eyvazov 1940-cı ildə Cəlilabad rayonunun Ocaqlı
kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirən
Qədir müəllim 1964 -1969 - cu illərdə M.F.Axundov adına Rus
dili və Ədəbiyyatı institutunda ali təhsil almışdır.
İlk təyinatını 1969-cu ildə Cəlilabad rayonunun Sərhədabad
kəndinə alan Qədir müəllim iki il orada işlədikdən sonra, 10 il
Alar kənd orta məktəbində pedaqoji fəaliyyətini davam
etdirmişdir.
O, 1983-1992-ci illərdə Andryevka kənd orta məktəbində rus
dilini tədris etmişdir. Qədir müəllim 1992-ci ildən bu günə
kimi, Ocaqlı kənd 2 saylı orta məktəbində tədris işləri üzrə
müdir vəzifəsində işləyir.
Qədir müəllim harada işləməsindən asılı olmayaraq,
şagirdlərindən bilik və bacarığını heç bir zaman əsirgəməmiş,
onların ali məktəblərə qəbul olunub, ixtisaslı kadr kimi
yetişməsində əlindən gələni etmişdir. Təsadüfi deyildir ki,
Abdulhəsənov Mirmehdi (Sərhədabad kəndində), Teyyub
Bağırov (Alar kəndində) kimi rus dili müəllimləri Qədir
müəllimin yetirmələridir.Andryevka kəndində isə Qədir
müəllimin 5 nəfər şagirdi M.F.Axundov adına APİ-ni bitirib.
Onlardan Ş.Sadıqov və Zəminə Məmmədova ayrı-ayrı
57
məktəblərdə, A.Nəzərov və S.Nəzərova isə Qədir müəllimlə
eyni pedaqoji kollektivdə çiyin-çiyinə işləyirlər.
Bağban əkdiyi ağacların meyvəsini görəndə sevindiyi kimi,
müəllim də öz yetirmələrini onunla bərabər bir kollektivdə
işləyən gördükdə, özündə daxilən qürur hissi keçirir, qəlbən
sevinir. Ona görə sevinir ki, şagirdlərinin üstündə çəkdiyi
zəhməti hədər getməyib.
Bəli, Qədir müəllimin bu gün öz yetirmələri ilə fəxr etməyə
mənəvi haqqı var.
Biz Qədir müəllimi 60 illik yubileyi münasibətilə səmimi
qəlbdən təbrik edir, ona həyatda ən ümdə olan can sağlığı, uzun
ömür, pedaqoji fəaliyyətində yorulmazlıq və əzmkarlıq
arzulayırıq.
Qədir müəllim, qoy sizin şagirdlərinizə verdiyiniz elm nuru
onların gələcək həyatlarını daim işıqlandırsın! Və bu nur
Sizdən heç zaman əskik olmasın! Amin!
Hər zaman müəllimlərinin zəhmətini özündə yaşadan, özü
müəllim olsa da, amma həmişə onların hörmət və ləyaqətini
qoruyub saxlayan keçmiş şagirdiniz Camal Zeynaloğlu.
“Son
söz” qəzeti, iyun 2000-ci il.
58
İçimizdə buz bağlamış ağrılar
(“Uğursuz nikah” kitabına sözardı)
Sovet İmperiyasının xərabəlikləri üzərində qurulan Müstəqil
Azərbaycan Respublikası vətəndaşlarının demək olar ki,
əksəriyyəti həmin cəmiyyətin mənəvi-siyasi dəyərləri ruhunda
tərbiyə aldığı üçün hazırda yaşadığımız keçid dövrü
özünəməxsus keyfiyyətlər kəsb edir. Məlumdur ki, hər hansı
cəmiyyətin sağlamlaşdırılması onu təşkil edən insanların
mənəvi-siyasi keyfiyyətlərindən, hadisələri, psixoloji prosesləri
qiymətləndirmək qabiliyyətindən çox fərdi səciyyə daşısa da,
bütövlükdə cəmiyyətin adamlara aşıladığı mənəvi-psixoloji
keyfiyyətlərin məcmusunu özündə ifadə edir. Mənəvi
dəyərlərin aşınması isə ayrı-ayrı fərdlərin əxlaqına, həyat
tərzinə, dünyagörüşünə, cəmiyyətdəki mövqeyinə, nəticədə
mənəvi keyfiyyətlərinə çox böyük təsir göstərir. Bazar
iqtisadiyyatına keçid, iqtisadi islahatlar, özəlləşdirmə insanlar
arasındakı münasibətlərə yeni meyarlardan yanaşılmasını vacib
edir. Xalqımızın dini, əxlaqi ənənələri arasında varislik
prinsiplərinin pozulması ayrı-ayrı adamların taleyində həlledici
rol oynayır. Mənəvi dəyərlərə birtərəfli yanaşması, valideyn-
övlad, ər-arvad, bacı-qardaş, qohum-tanış münasibətlərinin
bəzi hallarda deqredasiyasına gətirib çıxarır. Valideyn
himayəsindən çıxmış, həyatda öz yerini tutmağa çalışan, lakin
mənəvi-əxlaqi keyfiyyətləri formalaşmış gənclərin acı taleyi
indi bütün ziyalılarımızı, sənətkarlarımızı ciddi narahat edir.
Taleyin acısını dadmış cavanlarımızın həyatın amansız
məngənəsində sıxılması, özlərinə müəyyən mövqe qazanmaq
üçün dəridən-qabıqdan çıxması, mənəvi-əxlaqi keyfiyyətlərinin
aşınması nəticədə bütün cəmiyyətin ümumi bəlasına çevrilir.
Bütün bunları nəzərə alaraq həyatda addımları bərkiməmiş,
cəmiyyətdə mövqeyi möhkəmlənməmiş gənclərin həyat
Dostları ilə paylaş: |