Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə13/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

55
 
 
айдынъа      эюрдцк.  Бир      даща      ямин      олурсан    ки,   Агил   
мцяллим      щягигятян      дя      Азярбайъандан      узагларда    да   
бюйцк      щюрмят    вя    нцфуз      сащибиня      малик      инсанлардан   
олмушду.   
Биз   яминик   ки,  Азярбайъан   игтисадиййатына    дяйярли   елми   
тющфяляр   верян,  шяряфли   юмцр   йолу   кечмиш,  йцксяк   инсани    
кейфиййятляри    юзцндя   ъямляшдирян,   щяссас  вя   гайьыкеш    
педагог,  танынмыш    елм      хадими        Агил      Ялийевин      язиз   
хатиряси      бундан      сонра      да      ону      севянлярин      гялбиндя   
ябяди    йашайаъагдыр. 
 
 
 
 
 
“Ziyalı” qəzeti, 2000-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


56
 
 
Şam tək əriyən ömür 
 
Dünyada hamıya  əziz, doğma və müqəddəs sayılan bir peşə 
var. Bu, ölçüyə  sığmaz, cəmiyyətin ziyalı  təbəqəsi hesab 
edilən, insan mənəviyyatına ölçü vahidi olan müəllim 
peşəsidir. 
Biz hamımız məktəb partası arxasına keçəndən bəri müəllim 
sözünün istisinə isinmiş, müqəddəsliyinə, ucalığına çatmışıq. 
  Müəllim ömrü şam tək  əriyib öz yetirmələrin yolunu daim 
işıqlandırır. Belə müəllimlərdən biri də Eyvazov Qədir  İzzət 
oğludur.  
    Q.Eyvazov  1940-cı ildə  Cəlilabad rayonunun Ocaqlı 
kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirən 
Qədir müəllim 1964 -1969 - cu illərdə M.F.Axundov adına Rus 
dili və Ədəbiyyatı institutunda ali təhsil almışdır. 
    İlk təyinatını 1969-cu ildə Cəlilabad rayonunun Sərhədabad 
kəndinə alan Qədir müəllim  iki il orada işlədikdən sonra, 10 il 
Alar kənd orta məktəbində pedaqoji fəaliyyətini davam 
etdirmişdir. 
    O, 1983-1992-ci illərdə Andryevka kənd orta məktəbində rus 
dilini tədris etmişdir. Qədir müəllim 1992-ci ildən bu günə 
kimi, Ocaqlı  kənd 2 saylı orta məktəbində  tədris işləri üzrə 
müdir vəzifəsində işləyir. 
    Qədir müəllim harada işləməsindən asılı olmayaraq, 
şagirdlərindən bilik və bacarığını heç bir zaman əsirgəməmiş, 
onların ali məktəblərə  qəbul olunub, ixtisaslı kadr kimi 
yetişməsində  əlindən gələni etmişdir. Təsadüfi deyildir ki
Abdulhəsənov Mirmehdi (Sərhədabad kəndində), Teyyub 
Bağırov (Alar kəndində) kimi rus dili müəllimləri Qədir 
müəllimin yetirmələridir.Andryevka kəndində isə  Qədir 
müəllimin 5 nəfər  şagirdi M.F.Axundov adına APİ-ni bitirib. 
Onlardan  Ş.Sadıqov və  Zəminə  Məmmədova ayrı-ayrı 


57
 
 
məktəblərdə, A.Nəzərov və S.Nəzərova isə  Qədir müəllimlə 
eyni pedaqoji kollektivdə çiyin-çiyinə işləyirlər. 
Bağban  əkdiyi ağacların meyvəsini görəndə sevindiyi kimi, 
müəllim də öz yetirmələrini onunla bərabər bir kollektivdə 
işləyən gördükdə, özündə daxilən qürur hissi keçirir, qəlbən 
sevinir. Ona görə sevinir ki, şagirdlərinin üstündə  çəkdiyi 
zəhməti hədər getməyib. 
 Bəli, Qədir müəllimin bu gün öz yetirmələri ilə  fəxr etməyə 
mənəvi haqqı var. 
Biz Qədir müəllimi 60 illik yubileyi münasibətilə  səmimi 
qəlbdən təbrik edir, ona həyatda ən ümdə olan can sağlığı, uzun 
ömür, pedaqoji fəaliyyətində yorulmazlıq və  əzmkarlıq 
arzulayırıq. 
 Qədir müəllim, qoy sizin şagirdlərinizə verdiyiniz elm nuru 
onların gələcək həyatlarını daim işıqlandırsın! Və bu nur 
Sizdən heç zaman əskik olmasın! Amin! 
 Hər zaman müəllimlərinin zəhmətini özündə yaşadan, özü 
müəllim olsa da, amma həmişə onların hörmət və  ləyaqətini 
qoruyub saxlayan keçmiş şagirdiniz Camal Zeynaloğlu. 
 
 
    “Son 
söz” qəzeti, iyun 2000-ci il. 
 
 
 
 
 
 
 
 


58
 
 
İçimizdə buz bağlamış ağrılar 
 
(“Uğursuz nikah” kitabına sözardı) 
 
Sovet  İmperiyasının xərabəlikləri üzərində qurulan Müstəqil 
Azərbaycan Respublikası  vətəndaşlarının demək olar ki, 
əksəriyyəti həmin cəmiyyətin mənəvi-siyasi dəyərləri ruhunda 
tərbiyə aldığı üçün hazırda yaşadığımız keçid dövrü 
özünəməxsus keyfiyyətlər kəsb edir. Məlumdur ki, hər hansı 
cəmiyyətin sağlamlaşdırılması onu təşkil edən insanların 
mənəvi-siyasi keyfiyyətlərindən, hadisələri, psixoloji prosesləri 
qiymətləndirmək qabiliyyətindən çox fərdi səciyyə daşısa da, 
bütövlükdə  cəmiyyətin adamlara aşıladığı  mənəvi-psixoloji 
keyfiyyətlərin məcmusunu özündə ifadə edir. Mənəvi 
dəyərlərin aşınması isə ayrı-ayrı  fərdlərin  əxlaqına, həyat 
tərzinə, dünyagörüşünə, cəmiyyətdəki mövqeyinə, nəticədə 
mənəvi keyfiyyətlərinə çox böyük təsir göstərir. Bazar 
iqtisadiyyatına keçid, iqtisadi islahatlar, özəlləşdirmə insanlar 
arasındakı münasibətlərə yeni meyarlardan yanaşılmasını vacib 
edir. Xalqımızın dini, əxlaqi  ənənələri arasında varislik 
prinsiplərinin pozulması ayrı-ayrı adamların taleyində həlledici 
rol oynayır. Mənəvi dəyərlərə birtərəfli yanaşması, valideyn-
övlad,  ər-arvad, bacı-qardaş, qohum-tanış münasibətlərinin 
bəzi hallarda deqredasiyasına gətirib çıxarır. Valideyn 
himayəsindən çıxmış, həyatda öz yerini tutmağa çalışan, lakin 
mənəvi-əxlaqi keyfiyyətləri formalaşmış  gənclərin acı taleyi 
indi bütün ziyalılarımızı, sənətkarlarımızı ciddi narahat edir. 
Taleyin acısını dadmış cavanlarımızın həyatın amansız 
məngənəsində  sıxılması, özlərinə müəyyən mövqe qazanmaq 
üçün dəridən-qabıqdan çıxması, mənəvi-əxlaqi keyfiyyətlərinin 
aşınması  nəticədə bütün cəmiyyətin ümumi bəlasına çevrilir. 
Bütün bunları  nəzərə alaraq həyatda addımları  bərkiməmiş, 
cəmiyyətdə mövqeyi möhkəmlənməmiş  gənclərin həyat 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə