Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə10/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

37
 
 
elmi və bədii  yaradıcılığı ilə xalqına xidmət göstərən Teymur 
müəllim  bu dəfə  də  şərəfli bir işi öz  üzərinə götürdü. Onun 
rəhbərlik və təşkilatçılıq  bacarığı yaradıcı  kollektivin  tez bir 
zamanda öz işlərində dönüş  yaratmalarına kömək  etdi. 
Teymur müəllim sutkanın təxminən   16 saatını  iş başında 
keçirir. Bu cür iş qabiliyyəti hər adamda ola  bilməz. 
     Yaşın belə çağında bu qədər işləmək insandan böyük enerji, 
yüksək dözüm, qətiyyətlilik, prinsipiallıq, yüksək iradi, 
hövsələ, dərin düşüncə və təhlil etmək bacarığı, özünə möhkəm 
inam, əqli baxımdan sarsılmazlıq, əməksevərlik, çalışqanlıq və 
kəskin dərəcədə  fəallıq tələb edir. 
     Sadaladığımız  insani xüsusiyyətlərin hamısı məhz Teymur 
müəllimdə cəmlənmişdir. 
     Teymur  müəllim öz  xalqına, millətinə  təmənnasız xidmət 
edən, ömrünü el yolunda xərcləyən insanlardandır. O, heç 
zaman gördüyü   işləri   gözə soxmağa  çalışmır. 
 Mən, tənqidçi,  ədəbiyyatşünas, görkəmli alim, nəcib insan, 
filologiya elmləri doktoru, professor Teymur Əhmədovu 70 
illik yubileyi münasibətilə  səmimi qəlbdən təbrik edir, ona 
həyatda  şirin nemət olan can sağlığı, uzun ömür, səbr, ailə 
sevinci, tükənməz yaradıcılıq uğurları və qarşıdan gələn illərin 
sınağında daha fərəhli  günlər arzulayıram.                                                     
 
 
 
 
 
“Axşam” qəzeti, 2000-ci il. 
 
 
 
 
 
 






46
 
 
Nurlu ustad 
 
Həyatda elə insanlar var ki, onlar bu dünyaya nə üçün 
gəldiklərini dərindən dərk edirlər.  Və Allah- təalanın onlara 
bəxş etdiyi ömründən qədərincə  bəhrələnməyi, özündən sonra 
başqaları üçün örnək olunası ömür yaşamağı göstərmək, öz 
ömrünü dəyərləndirməyi bacarmaq, cəmiyyət qarşısında, 
insanlar arasında mənəvi borcunu başa düşmək, bütün hallarda 
onu xəlq edənin mərhəmətinə sığınan  bu insanlar üçün həyatın 
mənası həmişə ülvi və ecazkardır. Baxmayaraq ki, bu ülviliyi, 
ecazkarlığı  bəziləri hər vasitə ilə ucuzlaşdırmağa, alçaltmağa 
çalışırlar. Əlbəttə, belələri mənəvi dəyərlərdən uzaq, hər şeyin 
mənasını maddidə axtaranlardır. Bu cür təfəkkür tərzinə malik 
insanlar həyatdan daha çox şey tələb edirlər, layiq 
olmadıqlarından da  çox. Belə tip insanlar cəmiyyət üçün ağır 
yükdən başqa bir şey deyildir. 
     İlkin  qeyd etdiyim insanlar isə yaşadığı  cəmiyyətə  və  
insanlara elə  mənəvi yaradıcılıq töhfələri  bəxş edir ki, bu 
töhfələrdən bütün adamlar yararlanır, bəhrələnir. Əvəzində isə 
nə insanlardan, nə də ki, cəmiyyətdən heç  nə ummur. Ancaq  
cəmiyyət belə adamları yada salmayanda, uzun illərdən bəri 
yaratdıqlarını heç olmazsa azca da olsa dəyərləndirməyəndə
həmin  şəxslər istər-istəməz  mütəssir olurlar.  Ömrünün 70-ci 
baharını yaşasa da, həyatda özünün layiq olduğu qiymətini 
almayan insanlardan biri də yazıçı, ilahiyyatçı, Azər.KİVİHİ- 
nin sədri Oqtay Salamzadədir. 
     Oqtay müəllimlə şəxsi tanışlığımızın tarixçəsi  7 ildir. Mən 
onu həmişə qayğıkeş, səmimi, xeyirxah və təvazökar bir insan 
kimi tanımışam. Onunla daha yaxından tanış olandan  sonra 
gördüm ki, Oqtay  müəllim ədəbiyyatımıza bir-birindən gözəl, 
dəyərli, sanballı  ədəbi incilər bəxş edən tanınmış yazıçıdır. 
Onun uzun illərin tədqiqatı nəticəsində yazdığı “Əsrlərin sirri” 
(trilogiya), “ Sevgi  iztirabları”, “Bizim nəsil”, “Tahirə”,  Qızıl 
torpaq” romanları müəllif üçün sağlığında  ədəbi “heykəl” 


47
 
 
yaratdı. Bundan sonra yorulmaq bilməyən Oqtay Salamzadə 
özünün “İsgəndərin övladları”, “Sənin məhəbbətinlə”, “İkinci 
güllə”, “Taleyə”, “Yaz yağışı”, “İnadkar oğlan”,  “Elə  yaşa 
ki...” povestlərini yazaraq Azərbaycan  ədəbi mühitində özünü 
təsdiqlədi. Onu  deyim ki, Oqtay müəllim son dərəcə gözəl  
nitq  qabiliyyətinə malik natiq, fitri istedad sahibi, bacarıqlı 
ictimaiyyatçı  və  təşkilatçıdır. Oqtay müəllim öz təşkilatçılıq 
qabiliyyətinə görə sovet dövründə müxtəlif vəzifələrdə 
işləməyə irəli  çəkilmişdir. O, eyni zamanda Azərbaycanda ilk 
“Qızıl qələm” mükafatının təsisçisidir. 
      İndi Oqtay müəllim  ədəbi yaradıcılq sahəsində, 
jurnalistikada göstərdikləri yaradıcılıq uğurlarına görə  istər 
gənc nəsl olsun, istərsə də yaşlı nəsl, onların ədəbi sahəsindəki 
əməyini lazımınca  qiymətləndirir. Bu  qiymətləndirmə 
yaradıcı adamları daha da ruhlandırır. 
 Nurlu ustadımıza 70 illik  yubileyi münasibətilə ən ümdəsi can 
sağlığı, uzun ömür, ailə xoşbəxtliyi, səbr, kəsərdən düşməyən 
qələminə yeni-yeni yaradıcılıq  uğurları arzulayıram. 
 
    “Son 
söz” 
qəzeti, 1998-ci il 
 
 
 
 
 
 
 
 
 
 


48
 
 
Şəfiqə xanım böyük ürək sahibidir 
 
 
“Dünyada yeganə, bircə həqiqi xəzinə vardırsa, o da yaxşı 
ürəkdir.”                                                                                                          
 
 
 
 
 
 
K.Paustovski  
      Həyat çox mürəkkəbdir və onu həmişə düsturlarla 
öyrənmək mümkün deyil. İnsanın keçdiyi ömür yolu heç də 
həmişə hamar olmur.Biz həyatda enişli-yoxuşlu, daşlı-kəsəkli, 
dərəli-təpəli yollar keçməli oluruq.Həyat saysız- hesabsız 
münaqişələrlə dolu bir cəngəllikdir. Hər bir insan  bu 
cəngəllikdən özü-özünə yol açmalı olur. Hər birimiz həyatda 
xoşbəxt olmağa, ondan zövq almağa, kamillik zirvəsinə doğru 
irəliləməyə çalışır, yaxşı  nə varsa, onu əldə etməyə, yaşamaq 
eşqindən məmnunluq duymağa, təkcə özü üçün deyil, öz 
mənalı ömründən başqalarına da pay verməyə, sınıq könülləri 
sevindirməyə və daha xoş gələcəyə ümid bəsləyərək yaşamağa 
can atırıq. 
Məncə, ən xoşbəxt ömür öz əməlləri ilə daha uzağa işıq saçan 
ömürdür. Bu dünyada yaşamağa qadir bir şey varsa, o da 
xeyirxah  əməldir.Yaxşı  əməl, xeyirxahlıq, mənəvi saflıq 
insanın özündən sonra qoyub getdiyi ən böyük mirasdır. 
İnsanların əməlləri heç də özləri ilə bərabər ölmür. Bu əməllər 
gələcək nəsillər tərəfindən qarşılanır və dəyərləndirilir.                                  
     Həyatda bir-birini təkrarlayan və bir-birinin eyni olan iki  
ömür tapmaq çətindir.  Hər bir  ömür kitabında  insanı 
sevindirən və  kədərləndirən, acılı  və  şirinli günlər, yaxşılıqlar 
və pisliklər, fəzilətlər və  qəbahətlər öz əksini tapmışdır. Elə 
həqiqətlər var ki, biz onları  hər gün  görürük, lakin  bunlara 
lazımınca qiymət vermirik, onu  dərk etsək də, özümüzçün 
ibrət götürmürük. Amma həyatda elə insan var ki, onun 
sadəliyi, qəlbinin genişliyi, xeyirxahlığı, başqalarının keçirdiyi 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə