Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx


Sadəlik böyüklükdür,Əlibala müəllim!



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə8/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

30
 
 
 
Sadəlik böyüklükdür,Əlibala müəllim! 
 
1958-ci ildə ADU-nun Şərqşünaslıq fakültəsini bitirib.Əsərləri 
ilk dəfə “Gəncliyin səsi” adlı almanaxda çap olunmuşdur. 
“Heykəl gülür” adlı kitabı 1961-ci ildə çap olunub. 1962-ci ildə 
SSRİ Yazıçılar  İttifaqının üzvü olub. 1964-cü ildə “Fərruli 
Fəzdinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya 
müdafiə edib. Daha sonra “Məhəbbət olmayan evdə” (1963) və 
“Unutmaq olmur” (1964) adlı romanları çap edilib. 1966-70-ci 
illərdə  Əfqanıstanda tərcüməçi işləyib. Həmin dövrdə  “İtgin 
gəlin” romanını yazıb,  əsər 1979-cu ildə çap olunub. 
“Əfsanəsiz illər” (1980), “Ayrılığın sonu yoxmuş” (1981) adlı 
romanları ona böyük şöhrət gətirib. Bundan əlavə, o “Təyyarə 
kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı” adlı romanların 
müəllifidir. 
  “Unutmaq  olmur”,  “Əgər sevirsənsə”  əsərlərinə televiziya 
tamaşası hazırlanıb. “İtgin gəlin” trilogiyası əsasında 12 serialı 
teleserial çəkilib və televiziya vasitəsilə nümayiş etdirilib. 
  Ə. Hacızadə eyni zamanda İranın keçmiş xarici işlər naziri Əli 
Əkbər Vilayətinin “Səfəvilər dövründə  İranın xarici siyasəti 
tarixindən”, Əbdülrəhman Yusufnurun “Qurani-Kərimin 30-cu 
cüzvünün təsviri”, Rəcəb Nejadın “Zamanın aynası” adlı 
kitablarını fars dilindən azərbaycancaya çevirib. 
Həyatda elə insalar var ki, sadəliyi, səmimiyyəti, təvazökarlığı, 
alicənablığı ilə tez bir zamanda başqalarının dərin hörmət və 
rəğbətini qazanır. Açığı desək, mənəvi dəyərlərin aşınmaya 
məruz qaldığı bir zamanda, kapitalın  əxlaqi və  mənəvi 
kamilliyin üzərində hakimi mütləq bayrağını qaldırdığı bir 
dövrdə öz milli mənliyi, yüksək insani keyfiyyətlərini, milli 
qürurunu hər şeydən uca tutan insandan cəmiyyəti öz ağuşuna 
almağa çalışan  əxlaqsızlıq, riyakarlıq, məddahlıq, paxıllıq, 
xudbinlik, rəzillik, tamahkarlıq və s. kimi insani qəbahətlərə 
qarşı mübarizə aparması ondan böyük səbr, dözüm və böyük 


31
 
 
iradi qüvvə  tələb edir. Bu gün insanların qəlblərini hər cür 
şeytani hisslərdən xilas etmək üçün onlara səmimiyyət, 
xoşrəftar, inam və iman hissləri aşınmalıdır. 
Ruhi və  qəlbi  əxlaqsızlıq, mənəviyyatsızlıq girdabına 
sürüklənən, məcbur edilən gənclərin dünyasına qarşı öz kəsərli 
qələmi ilə inqilabi mübarizəyə səsləyən, insanlarda mərhəmət
məhəbbət, milli qürur hisslərinin yaranmasında əvəzsiz xidməti 
olan el yazarlarından biri də, öz yaratdığı əsərləri ilə xalqının, 
oxucularının qəlbində özü üçün əbədi-ədəbi heykəl ucaltmış, 
hamımızın sevimlisi, sadə, səmimi və böyük ürək sahibi 
Əlibala Hacızadədir. 
  Mən həyatda  ən çox sadə  və  təvazökar adamlara hörmət və 
rəğbət bəsləyirəm.  Əlibala müəllim də belə insanlardandır. 
Hələ  tələbə ikən  Əlibala müəllimin bütün ailələrin stolüstü 
kitabına çevrilmiş  “İtgin gəlin”, “Əfsanəsiz illər”, “ Ayrılığın 
sonu yoxmuş” əsərləri məndə müəllifə qarşı böyük sevgi hissi 
oyatmışdı. 
Çox istəyirdim ki, bu yazıçı ilə  şəxsən tanış olum. Dörd il 
bundan öncə, bir həmyerlim yanıma gəlmişdi. Məndən xahiş 
etdi ki, “Şəhriyar” qəzetinə  şeir gətirib, onunla birgə  həmin 
redaksiyaya gedək.  İndi olduğu kimi mən də  qəzetdə 
işləyirdim. “Şeiri kimə verəcəksən?”- deyə soruşdum. O, 
dedi:“Əlibala müəllimə”. Düzü, o zaman bu adın fərqinə 
varmadım. Redaksiyaya daxil olanda həmyerlimi yaşlı bir 
adam gülərüzlə qarşıladı  və  dərhal da onun kef-əhvalını 
soruşdu. Hiss  etdim ki, bunlar köhnənin tanışlarıdır. Sonra 
yerlim üzünü mənə tutub: “Camal, Əlibala müəllimlə tanış 
deyilsən?”- deyə soruşdu. Doğrusu, tutuldum, heç nə deyə 
bilmədim. O, əlavə etdi: “Bir binada işləyirsiz, amma hörmətli 
yazıçımızla tanış deyilsiz”. 
Bundan sonra çoxdan həsrətində olduğum sevimli  yazıçımızın 
əlini bərk-bərk sıxıb ona əsərlərinə görə dərin minnətdarlığımı 
bildirdim. O gündən başlayaraq dəhlizdə tez-tez Əlibala 
müəllimlə qarşılaşır və salamdan sonra gülərüzlə  məndən: 


32
 
 
“Necəsən, Camal?” deyə soruşanda özümdə daxilən bir ruh 
yüksəkliyi duyurdum. Hər  şeydən öncə, onun sadəliyi, 
səmimiyyəti məni heyran etmişdi. 
Əlibala müəllim haqsızlığa, riyakarlığa, xəyanətə qarşı 
barışmaz bir insandır. 
 Həm həyatda, həm də yaratdığı  əsərlərdə o, şər qüvvələrinə 
qarşı  həmişə mübariz, barışmaz mövqe tutması  dəfələrlə  iş 
yerini itirməsinə, vəzifəsinin kiçildilməsinə  səbəb olmuşdusa 
da,  Əlibala müəllim heç zaman sınmamış, bədxahlar və 
məddahlar qarşısında öz qüruru ilə seçilmiş, sabaha böyük 
ümid bəsləmişdir. Bütün bu xüsusiyyətlərinə görə  Əlibala 
müəllim həm oxucular, həm də  həmkarları arasında böyük 
hörmət - izzət sahibidir. 
 Yazıçının ilk “Heykəl gülür” (1961) kitabından 15-ci, 
“Dünyanı tanı” kitabına kimi keçdiyi ömür yolu doğrudan da 
mənalı və yaddaqalan olmuşdur. 
Əlibala müəllimin yaradıcılığı öz orijinallığı, üslubu, dili ilə 
digər yazarlardan seçilir. O, oxucularını  səthi və bayağı 
düşüncələrdən  əl çəkib həyatın dərinliklərinə doğru sövq 
edir.Yaratdığı obrazlarda kapital dünyasının çirkinliklərini, 
gənclərin mənəvi və milli dəyərlərdən uzaqlaşmasını, özündən 
müştəbehlərin dərin zəka sahiblərinin qarşısında at 
oynatmalarına qarşı çıxması üçün həyəcan təbili səsləndirir. 
Əlibala müəllim boğazdan yuxarı danışan, nəyinsə  və 
kimlərinsə  xətrinə sözlər deyən nasirlərdən deyil. O, zahirən 
sakit görünsə  də, içində daim təlatümlü bir dəniz dalğalanır. 
Adamlarda etibarsızlığı, xəyanəti, yaltaqlığı, məddahlığı, 
xudpəsəndliyi, səbatsızlığı görəndə bu dəniz daha da  coşaraq,  
“Məhəbbət olmayan evdə” (1963) “Unutmaq olmur” 
(1964), “Təyyarə kölgəsi” (1974), “İnam”,  “Vəfalım 
mənim”, “ Dünyanı tanı” kimi irihəcmli əsərlərə çevrildi. 
Təkəbbürlü adamlar  Əlibala müəllimin sadəliyi qarşısında bir 
an da olsa, əriməyə  məcbur olur. “Sadəlik böyüklükdür” 
deyənlər yanılmayıblar. O, hamıya qayğıkeşliklə yanaşır, 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə